Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1985/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)904/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları:
1. Cavabdeh1, Cavabdeh2, İddiaçı və Rəsulov Rüfət tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanan “Ticarət müqaviləsi” adlı sənədə əsasən:
1. Fəramiz ticarətin görülməsi üçün 30000 manat vəsaiti yatırım edir.
2. Heyvan alınan yerdən (rayonlardan) təhvil verilən məntəqəyə kimi (Bakı şəhəri) risklər Fəramizin üzərinə düşür.
3. Hər kq ətin üstünə 0,15 manat əlavə olunub, Əli və Quluya təhvil verilir.
4. Həftəyə 3 və ya 3,5 ton ət satışı dövriyyəsi nəzərdə tutulub.
5. Təhvil zamanı Fəramiz və ya qeyd olunan şəxsin nümayəndəsi iştirak edəcək (ət kəsim məntəqəsi - Moskovskiy pr.).
6. Hər dəfə mal təhvilində iştirak zamanı öncəki həftənin qazancı 0,15 manat / 1 kq ödənəcək.
7. Təhviltəslimdən sonra (ət kəsim məntəqəsi - Moskovskiy pr.) bütün risklər Əli və Qulunun üzərinə düş ür.
8. Tərəflərdən biri bu müqaviləni xitam etmək istərsə, pulu dövriyyədən çıxartmaq üçün ən az 1 ay əvvəl xəbərdar etməlidir. İki aydan çox olmamaq şərti ilə pul geri qaytarılmalıdır.
2. İddiaçı qeyd olunan müqavilədən irəli gələrək, ümumilikdə 120000 manat məbləğində investisiya qoyduğunu və həmin puldan ona 1200 manat qaytarıldığını iddia etməklə, hazırda qalıq borcu cavabdehlərdən müştərək qaydada tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 108000 manat pulun və ödənilmiş 398 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən Cavabdeh2 təxminən 8 ildir ki, tanıyır. 2021-ci ilin yanvar ayında Əli ona ət işi ilə məşğul olub, qazanc əldə etmək təklifi irəli sürmüş və satılan ətin hər kiloqramından ona 0,15 manat gəlir verəcəyinə söz vermiş, onu digər Cavabdeh1lə tanış etmişdir. Tərəflər arasında 05 yanvar 2021-ci il tarixli əlyazma ilə ticarət müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlərin vədlərinə inanaraq, bu iş üçün başlanğıc olaraq 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 30000 manat vermiş və Əli hər həftə qazancdan ona 500 manat pul vermişdir. Bundan 3 ay sonra cavabdehlər işin böyüdüyünü deməklə əlavə vəsaitə ehtiyac olduğunu dedikdə, iddiaçı 2021-ci ilin mart ayında əlavə 30000 manat vermiş, bundan sonra Əli hər həftə ərzində ona 1000 manat gəlir vermişdir. Bir ay sonra daha cavabdehlərin işin həcminin yenə artırılması təklifinə uyğun iddiaçı 60000 manat vermiş və cavabdehlər həftə ərzində ona 1800 manat qazanc verməyə başlamışlar. Əli ilə söhbət zamanı, sonuncu işlərin yaxşı getdiyini, dövriyyənin 350000 manata çatdığını, başqa investorların da işə qoşulduğu barədə məlumat vermişdir. Lakin iddiaçı 350000 manatlıq vəsaitə görə heyvanların az olduğunu, düzgün işlərin aparılmadığından şübhə etməyə başlamışdır. Sonuncu dəfə, Əli iddiaçıya həftəlik qazanc pulu verərkən ona və Quluya pula görə mayanın az olduğunu irad bildirdikdə Əli, Qulunun avtomobilində 100000 manat olduğunu deməklə, istədiyi vaxtda həmin pulu götürə biləcəyini demiş, lakin, iddiaçı pula görə deyil işin düzgün qurulmasına və aparılmasına irad və narazılığını ifadə ed ərək, pulunu həmin vaxt götürməmişdir. 2021-ci ilin iyun ayında qazanc pulların gecikdiyini görərək iddiaçı cavabdehlərdən verdiyi 120000 manatdan 55000 manatını geri almışdır. Lakin təxminən 1 saat sonra cavabdehlər onu aldadaraq başqa bir daha çox gəlirli iş olduğunu, yaxşı gəlir gətirəcəyini deməklə, həmin pulu ondan geri almışlar. Sonradan Əli işdə qazanc olmadığını demiş, bundan sonra iddiaçı dəfələrlə pulunu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişlər. Cavabdehlər iddiaçıdan aldıqları pulların ümumilikdə yalnız 12000 manatlıq hissəsini qazanc formasında ona qaytarsalar da, iddiaçının 108000 manat pulunu qaytarmaqdan imtina etmişlər. İddiaçı hüquqlarının qorunması və ona qarşı dələduzluq cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün polisə müraciət etsə də, 21 noyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. “Whatsapp” sosial şəbəkəsi üzərindən yazışmalardan cavabdehlərin iddiaçıya 108000 manat borcunun olması görünür.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e2(001)-4328/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Cavabdeh2) iddia qismən təmin edilərək, Cavabdeh1 108000 manatın və ödənilmiş 398 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixli 30000 manat predmetli müqavilənin davamı olaraq ümumilikdə ticarətə 120000 manat vəsait qoyduğ u tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Belə ki, cavabdehin Cavabdeh1 nümayəndəsi həmin faktın mövcudluğunu məhkəmə iclaslarında qəbul etməsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda və müstəntiqə vəkilin iştirakı ilə verdiyi izahatında cavabdeh iddiaçının 120000 (30000+30000+60000) manat vəsaitini digər Cavabdeh2 vasitəsilə qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəflərin polis idarəsində verdikləri yazılı izahatlarını sübut kimi qəbul edərək göstərmişdir ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır və məhkəmə mübahisəsinin başlamasınadək ilkin olaraq verilən, bir neçə dəfə təkrarlanmaqla üst-üstə düşən ifadələr daha səmimi və inandırıcıdır.
7. Bundan başqa, tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edil miş və hər üç tərəfin iştirak etdiyi görüşün səs yazısında da Cavabdeh1 Cavabdeh2 vasitəsilə iddiaçının 120000 manatlıq vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmin səs yazısındakı səsin Cavabdeh1 aid olmasını onun nümayəndəsi qəbul etsə də (hüquqlarını müdafiə etdiyi şəxslə dəqiqləşdirdikdən sonra), həmin səs yazısının gizlin yazılmasına görə sübut kimi qiymətləndirilməli olmaması barədə etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, həmin səs yazısı mübahisən in tərəflərin iradə ifadələrini əks etdirdiyindən hüquqi mübahisənin həllində istifadə oluna bilər və bu qanunu pozmaqla əldə edilmiş sübut hesab olunmur.
8. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 nümayəndəsi izahatında və etirazında iddiaçının iddia ərizəsində göstərdiklərinə əsasən 55000 manatın qaytarıldığına istinad etsə də, həmin etirazın formal və işin həqiqi hallarına uyğun olmadığı aşkardır. Belə ki, iddiaçı iddia ərizəsində 55000 manatın iyun ayında qaytarıldığını və sonradan həmin pulun yenidən Cavabdeh2 vasitəsilə Cavabdeh1 verildiyini bildirsə də, Cavabdeh1 nümayəndəsi tərəflər arasında mübahisənin daha sonradan yarandığını və hüquqlarını müdafiə etdiyi şəxsin hüquq mühafizə orqanlarına daha sonra izahat verdiyini, səs yazısının sonraya aid olmasını nəzərə almayar aq, iddiaçının işin faktiki halları ilə bağlı dəlillərindən hissəvi, yəni Cavabdeh1 sərf edən formada istifadə etməyə çalışmışdır. Hərçənd ki, Cavabdeh1 şəxsən polisə verdiyi izahatlarında da 55000 manatla bağlı mübahisə etməmiş və iddiaçıdan ümumilikdə alınan məbləği mübahisələndirməmişdir.
9. Ümumiyyətlə, 120000 manat məbləğində sərmayədən 12000 manatdan çoxunun qaytarılması ilə bağlı hər hansı hal sübut edilmir. Hərçənd ki, Cavabdeh1 daha çox vəsaitinin qaytarıldığına istinad etsə də, həmin məbləğlərin qazanc kimi verildiyini etiraf etmişdir. Halbuki, tərəflər arasında olan razılaşmaya əsasən qoyulan vəsait, qazanc çıxılmadan tam məbləğdə qaytarılmalı idi. Bu səbəbdən də iddiaçının qoyduğu sərmayənin tamamını (iddia tələbində göstərilən miqdarda) tələb etməsi əsaslıdır.
10. Məhkəmə gö stərmişdir ki, Cavabdeh1 iddiaya etirazının dəlillərindən biri də tərəflər arasında yalnız 30000 manat dəyərində yazılı müqavilənin mövcudluğu olmuşdur. Lakin digər vəsaitin həmin müqavilənin davamı olaraq yatırıldığı, tərəflərin güvənmiş olduqları əvvəlki rəftara uyğun hərəkət etdikləri özlüyündə mübahisə yaratmır. Belə ki, digər vəsaitin Cavabdeh1 tərəfindən qəbul edilməsinin ticarət fəaliyyətindən irəli gələn hüquqi əsası olmasaydı, onda həmin məbləğin ya borc kimi qəbul edilmiş olması, ya cinayət yolu ilə əldə edilmiş olması müəyyən olunardı. Lakin cavabdehin özünün də etiraf etdiyi kimi qazancı eyni qaydada qoyulmuş sərmayəyə uyğun verməyə çalışmış və dediyinə görə, buna da qismən nail olmuşdur.
11. Risklərlə bağlı yaranmış mübahisəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, üçtərəfl i müqavilə üzrə hər bir tərəfin vəzifələri və hüquqları tam olmasa da, qismən təsbit olunmuşdur. Tərəflər arasında olan münasibətin xarakteri onu göstərir ki, bir tərəf sərmayə qoyur (investor), digər tərəf əlaqə qurur (vasitəçi), o biri tərəf isə ticarət fəaliyyətini həyata keçirir (icraçı). Yəni sərmayənin qoyulmasından sonra faktiki olaraq bütün fəaliyyəti icraçı həyata keçirir. Belə ki, o, malı (iribuynuzlu heyvan) alır, kəsir və satır, əldə edilmiş vəsaitdən isə xərclər çıxıldıqdan sonra gəliri bölüşdürür. Bu minvalla həm Cavabdeh2 tanış elədiyi iddiaçıdan, həm də digər şəxslərdən vəsaiti əldə edir və ticarəti öz istədiyi qaydada həyata keçirir. Yəni, Cavabdeh1 istədiyi yerdən, istədiyi qiymətə malı alır, istədiyi qaydada və qiymətə satır və alqı-satqıdan əldə etdiyi gəliri öz hesabla masına görə müəyyən edir. Çünki o, yol, işçi və s. xərcini özü bilir və müəyyən edir və bununla bağlı müqavilənin digər tərəfləri qarşısında hesabat vermək öhdəliyi daşımır. Müqavilənin digər tərəflərini maraqlandıran amil razılaşdıqları kimi hər kq. ətdən onlara müvafiq olaraq qazanc verilməsidir. İddiaçının videogörüntü və s. ilə nəzarət etməsi, sadəcə aldadılmanın qarşısını almaq məqsədi daşıyır. Yəni sərmayə qoyanın və vasitəçinin malın keyfiyyətini, yararlılığını, rentabelliyini və s. müəyyən etmək qabiliyyətində olmadıqları münasibətlərin xarakterindən və tərəflərin danışıqlarından aşkardır. Üstəlik “tərəflərdən birinin müqaviləni ləğv etmək istədiyi halda, pulu dövriyyədən çıxartmaq üçün ən az 1 ay əvvəl xəbərdar etməli, 2 aydan çox olmamaq şərti ilə pul geri qaytarılmalıdır” məzmun lu müqavilənin şərtinin də icraçının sərmayə qoyan qarşısında məsuliyyət daşıdığını təsdiq edir. Belə ki, müqavilə üzrə sərmayə qoyanın bir şəxs olduğu və müqavilənin tərəfi Cavabdeh2 prosesdə hər hansı fəaliyyətinin olmadığı aşkardır. Bu səbəbdən də, əslində ticarət fəaliyyəti ilə bağlı bütün riskləri Cavabdeh1 öz üzərinə götürmüşdür. Çünki əks yanaşma yenə icraçının hüquqdan sui-istifadəsi nəticəsini doğurur. Eyni zamanda, riskin yalnız icraçının üzərinə düşməsi və vasitəçinin məsuliyyətinin məhdudluğu onunla təsdiq olunur ki, müqavilə bağlandıqdan daha sonra, yəni əlavə 90000 manat vəsait qoyulduqdan sonra iddiaçı öz oğlunu Cavabdeh1 ət kəsimi yerinə yerləşdirməklə ticarət fəaliyyətində vasitəçisiz və birbaşa iştirak etməkdə maraqlı olmuşdur.
12. Həmçinin, müqavilənin “təhvil-təslimdən sonra (ət kəsim məntəqəsi) bütün risklər Əli və Qulunun üzərinə düşür” məzmunlu şərti də, Cavabdeh2 hazırkı vəziyyətdə yaranmış mübahisə ilə bağlı öhdəlik daşıdığı nəticəsini doğurmur. Çünki həmin şərtin ticarət fəaliyyətinin riski ilə bağlı olduğu müqavilənin digər bəndlərindən, müqaviləyə qədərki danışıqlardan, tərəflərin müqavilədən sonrakı hərəkətlərindən aydındır. Yəni qeyd edilən şərt malın tələf olması, yararsız hala düşməsi, satılmaması, müştəri tapılmaması və s. kimi halları ehtiva edir. Hazırkı mübahisədə isə belə hal yoxdur. Çünki sərmayə Cavabdeh1 verilib və sonuncu etiraf etdiyinə görə, həmin vəsait məbləğində mal alıb, lakin hazırda nə mal, nə də sərmayə var. Halbuki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsinə görə məsuliyyət daşıya bilməz.
13. Cavabdeh1 ticarətin iflas olması nəticəsində öhdəliyin icrasının mümkünsüzlüyü, buna görə də borclunun məsuliyyətinin istisna edilməsi barədə dəlilini də məhkəmə əsassız hesab etmişdir. Belə ki, əvvəla borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İkincisi, iflas qənaətinin formalaşması üçün faktlar mövcud olmalıdır. Halbuki cavabdeh bununla bağlı hər hansı dəlil gətirə bilməmiş, malın dəyərindən daha aşağı qiymətə satılmalı olmasını bildirməklə ticarət fəaliyyətinin çökdüyü qənaətini formalaşdırmağa çalışmışdır. Bu mənada cavabdehin bildirdikləri dürüst hesab edilmir və vicdanlılıq prinsipinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 404, 425, 427.2-427. 4, 442, 443.1, 448, 560.1, 560.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 76.3, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(001)-4328/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-904/2023 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovun və M.Ə.Rüstəmlinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e2(001)-4328/2022 nömrəli qətnaməsi mübahi sələndirilən hissədə, yəni Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
18. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında ticarət müqaviləsi adı ilə birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. 05 yanvar 2021-ci il tarixdə bağlanmış həmin 3 tərəfli müqavilədə iddiaçı 30000 ma nat investisiya qoymaq barədə və cavabdehlər isə ət satışını təşkil etmək və gəlirdən investora qazanc vermək barədə öhdəlik götürmüşlər. Eyni zamanda müqavilədə investorun tələbi olduqda ən geci 2 ay müddətində qoyduğu vəsaiti geri almaq hüququnun olduğu müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda və müstəntiqə vəkilin iştirakı ilə verdiyi izahatında Cavabdeh1 İddiaçı 120000 (30+30+60 min) manat vəsaitini Cavabdeh2 vasitəsilə qəbul etdiyini etiraf etmişdir. Bundan başqa, tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və hər üç tərəfin iştirak etdiyi görüşün səs yazısında da Cavabdeh1 Cavabdeh2 vasitəsilə İddiaçı 120000 manatlıq vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmin səs yazısındakı səsin Cavabdeh1 aid olmasını onun nümayəndəsi qəbu l etsə də (hüquqlarını müdafiə etdiyi şəxslə dəqiqləşdirdikdən sonra), sonradan həmin səs yazısının gizlin yazılmasına görə sübut kimi qiymətləndirilməli olmaması barədə etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən səs yazısı mübahisə tərəflərinin iradə ifadələrini əks etdirdiyindən hüquqi mübahisənin həllində istifadə oluna bilər və bu qanunu pozmaqla əldə edilmiş sübut hesab olunmur.
19. Cavabdeh 120000 manat məbləğində sərmayədən 12000 manatdan əlavə qaytarılması ilə bağlı hər hansı sübut təqdim e tməmişdir. Cavabdeh1 daha çox vəsaitin qaytarıldığına istinad etmiş, həmin məbləğlərin qazanc kimi verildiyini etiraf etmişdir. Halbuki, tərəflər arasında olan razılaşmaya əsasən qoyulan vəsait qazanc çıxılmadan tam məbləğdə qaytarılmalı idi. Bu səbəbdən də iddiaçının qoyduğu sərmayənin tamamını (iddia tələbində göstərilən miqdarda) tələb etməsi əsaslıdır.
20. Cavabdeh1 nümayəndəsinin iddiaya etirazının dəlillərindən biri də tərəflər arasında yalnız 30000 manat dəyərində yazılı müqavilənin mövcudluğu olmuşdur. Lakin digər vəsaitin həmin müqavilənin davamı olaraq yatırıldığı, tərəflərin güvənmiş olduqları əvvəlki rəftara uyğun hərəkət etdikləri özlüyündə mübahisə yaratmır. Belə ki, digər vəsaitin Cavabdeh1 tərəfindən qəbul edilməsinin ticarət fəaliyyətindən irəli gələn hüquqi əsası olmasa ydı, onda həmin məbləğin ya borc kimi qəbul edilmiş olması, ya cinayət yolu ilə əldə edilmiş olması müəyyən olunardı. Lakin Cavabdeh1 özünün də etiraf etdiyi kimi qazancı eyni qaydada qoyulmuş sərmayəyə uyğun verməyə çalışmış, dediyinə görə buna da qismən nail olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-904/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyanın 14-cü, Mülki Məcəlləsinin 386.1, 404, 448.1ci, Mülki Prosessual Məcəlləsinin 8, 9, 14.1, 76, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh2 mülki məsuliyyətdən kənarda qoymuş, işin hallarını düzgün araşdırmamış, kassatora hansı məbləğdə pul verildiyini müəyyən etməmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh2 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı iddianın predmetini təşkil edən pul vəsaitini məhz Cavabdeh1 vermişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessua l qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhk əməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları a rasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün halla rda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iş tirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessua l hüquq normalarının pozulması müəyyən olunmamışdır.
32. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi P lenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-904/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.