Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1987/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2551/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İsmayıllı rayon məhkəməsinin (hаkim Rəfayel Şirinov) 03 avqust 2018-ci il tarixli qət naməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 na qarşı kreditin və ona hesablanmış faiz məbləğinin geri qaytarılması barədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ndan 20 dekabr 2013-cü il tarixli 476 NSFFK nömrəli kredit müqaviləsinə əsasən 1883, manat qəpik əsas borc, 386,29 manat faiz borcu, 20 manat dövlət rüsumu və 12 manat notariat xərci cəmi – 2301, manat məbləğin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndan 10 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İnşallah Quliyev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədl i) 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi Nümayəndənın apellyasiya şikayəti isə təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı ASC-yə münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçıAçıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Ağabağır oğlu və Cavabdeh2 ndan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə 1946 manat əsas, 2047 manat faiz borcu - cəmi 3993 manat məbləğində borc və 20,00 manat dövlət rüsumu və 12 manat notariat xərci məbləğinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(037)-1546/ 2017 nömrəli məhkəmə əmri ilə cavabdehlər dən iddiaçının xeyrinə cəmi 1946 manat əsas, 2047 manat faiz, 20 manat dövlət rüsumu və 12 manat notariat xərci cəmi – 4025 manat məbləğinin tutulması qərara alınmışdır. Birinci cavabdeh məhkəmə əmrinə etiraz verərək İsmayıllı rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(037)-1546/2017 nömrəli əmrinin ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Birinci cavabdehin etirazı əsasında məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 dekabr 2013-cü il tarixli 476 NSFFK nömrəli müqaviləyə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra keçən müddət ərzində birinci cavabdeh tərəfindən ödənişlər edilmişdir. Ödəni lmiş məbləğlər nəzərə alınmaqla cavabdehlərin 1946 manat əsas, 20 dekabr 2015-ci il tarixə (müddət sonuna) olan 1557 manat məbləğində faiz borcu, 20 dekabr 2015-ci il tarixdən 05 fevral 2018-ci il tarixə illik 5 (beş) faizlə hesablanmış 207 manat faiz borcu, ümumilikdə 3710 manat məbləğində kredit borcu, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün 12 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında hazırki iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə şəxsi məqsədlər üçün illik 24 % dərəcəsi ilə 24 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 3.800 manat əsas borc və 1021,84 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməmişdir. Tərəflər arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin iddiaçıya 1946 manat əsas borc, 20 dekabr 2015-ci il tarixə yəni müddət sonuna olan 1557 manat məbləğində faiz borcu, 20 dekabr 2015-ci il tarixdən 05 fevral 2018-ci il tarixə illik 5 (beş) faizlə hesablanmış 207 manat faiz borcu cəmi 3710 manat borcu va r. İddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2018-ci il tarixli rəyi ilə 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehlərin 28 avqust 2017-ci il tarixə yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək olan müddətə iddiaçıya 1.833,65 manat əsas borc və 386,29 manat faiz borcu qalmasının müəyyən edilməsi ilə razılaşmır. Hesab edir ki, 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçıya olan borc məbləği dəyişməz qalmalıdır. İddiaçı 20 dekabr 2013-cü il tarixli 476 NSFFK nömrəli kredit müqaviləsinə əsasən 1946 manat əsas borc, 20 dekabr 2015-ci il tarixə yəni müddət sonuna olan 1557 manat məbləğində faiz borcu, 20 dekabr 2015-ci il tarixdən 05 fevral 2018-ci il tarixə illik 5 ( beş) faizlə hesablanmış 207 manat faiz borcu, ümumilikdə 3710 manat məbləğində kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün 12 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçir ərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə şəxsi məqsədlər üçün illik 24 % dərəcəsi ilə 24 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. Birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, idd iaçı ilə birinci cavabdeh arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 20 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 3800 manat əsas və 1021,84 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. 12 may 2015 və 02 dekabr 2015-ci il tarixli Xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədikləri üçün borc un könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 05 fevral 2018-ci il tarixli maliyyə arayışında Cavabdeh1 nın 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1946 manat əsas borc, 1557 manat faiz borcu və 20 dekabr 2015-ci il tarixdən 05 fevral 2018-ci il tarixə illik 5 faizlə hesablanmış 207 manat faiz borcu cəmi 3710 manat borcu qaldığı qeyd edilmişdir. 17 may 2018-ci il tarixli 5936 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert rəyindən müəyyən edilir ki, 20 dekabr 2013-cü il tarixli, 476 NSFFK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınma qla 28 avqust 2017-ci il tarixə yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1833,65 manat əsas və 386,29 manat faiz borcu qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıraraq, ekspert rəyinə və sadalanan maddi hüquq normalarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmənin qətnaməsindən iddiaçı bank apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissədə mübahisləndirmişdir. İddiaçının apellyasiya şikayətinə əsasən müba hisələndirilən hissədə qətnamə apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsaslar olmamışdır. İddiaçı аpellyаsiyа şikаyətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2551/2018 nömrəli iş üzrə 05 noyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1987/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1987/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver