Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1987/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1987/2024 (Açar söz: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr (real zərər)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlu və Cavabdeh2 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2643/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Qırmızı kənd qəsəbəsində yerləşən 405.2 kv.m qeyri-yaşayış sahəsi X9 adına özəlləşmişdir. X10 Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisində yerləşən əmlak kompleksinə dair (istifadəsində olan 0.0455 ha torpaq s ahəsində yerləşən tikili “A”-da 303.6 kv.m ümumi sahəli “Ferma” binası, tikili “B”-də 101.6 kv.m xidməti bina (YDM), ümumi tikinti sahəsi 405.2 kv.m) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-390 saylı alğı-satqı müqaviləsinə əsasən X2 ərazisində yerləşən tikintinin ümumi sahəsi 405.2 kv.m olan əmlak kompleksinin 18.0 kv.m hissəsini Cavabdeh3n oğluna satmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən, X9 vəsiyyatnaməsində göstərilən əmlakın vərəsəsi İddiaçı ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən tam hissədə pay almalıdır.
2. X11 tərəfindən verilmiş ərizəyə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********815-12301 reyestr nömrəli əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökdüyü üçün əmlakın məhv edilməsini xahiş etmişdir. Qeyd edilən ərazidə yerləşən 10 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh3 istifadə etməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 məxsus Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində yerləşən 405,2 kv.m. qeyri-yaşayış sahəsində olan əmlakın dam örtüyünün sökülməsi, dağıdılması, məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyan qismində 15.000 manat pulun və məhkəməyə ödədiy i 145 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlundan və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqi varisi olduğu X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən əmlak kompleksi xx.xx.2013-cü il tarixli 01.57503 nömrəli, qeydiyyat nömrəsi **********, tam ümumi sahəsi 405,2 kv. m, torpaq sahəsi 0,04455 ha onun adına çıxarış verilmiş xüsusi mülkiyyətdədir. X1 xx.xx.2019-cu il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu X6 iştirakı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən yaşayış evinin 18 kv.m sahəsini 50.000 manata Cavabdeh3n oğluna satmışdır. Mərhumun sağl ığında qalan əmlak, ferma, 303,6 kv.m. qeyri-yaşayış binası, xidməti bina, 101,6 kv.m. artezian quyusu, transformator, anbar və digər qeyri-yaşayış sahələri, yenə əmlak kompleksində qalan bütün əmlaklar, hamam, ayaqyolu yuxarıda göstərilən çıxarışa əsasən mərhumun mülkiyyətindədir. Həmin əmlak Cavabdeh1 ilə Cavabdeh3n oğlu tərəfindən dağıdılmış, sökülmüş, məhv edilmişdir. X4 məxsus 405, 2 kv. m. 303, 6 kv.m ferma binasının novdanları, zəncirləri, tavanın dam örtüyünün şiferləri, armaturları, şvellerləri, yem su hovuzları dağıdaraq satıb məhv ediblər. Təxmini hesablamalara görə 15000 manat ziyan vuraraq cinayət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də xx.xx.2022-ci tarixli, 121-45 ***-**** saylı məktubla heç bir inzibati və cinayət tərkibi olmadığından toplanmış material Nizami RPİ-nin dəftərxanasında işə alınması barədə məlumat verilmişdir. Mərhum X1 xx.xx.2019-cu il tarixdə X11 ilə Cavabdeh3n oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd qəsəbəsi əmlak komplekslərinə 100.000 manat pulun verilməsi barədə aktda göstərilmişdir ki, Cavabdeh3n oğlu, Cavabdeh1, Cavabdeh2 və X9 iştirakı ilə xx.xx.2020-ci il tarixə qədər X10 100.000 manat pulun verilməsi barədə razılaşmışdılar. Pulu verdikdən sonra X11 əmlak kompleksindən qalan hissələri də alğısatqı qaydasında Cavabdeh3n oğluna təhvil verməliydi. Lakin nə aktda göstərildiyi kimi xx.xx.2020-ci ildə, nə də xx.xx.2021-ci il tarixə X11 vəfat edənə qədər söz verilən və aktda göstərilən 100000 manat pul nə Cavabdeh1, nə də Cavabdeh3n oğlu tərəfindən X9 hüquqi varisi kimi on a verilməmişdir. Cavabdeh3n oğlu da X9 vəfatından 2-3 ay əvvəl vəfat etmişdir. Hal-hazırda onun hüquqi varisi kimdirsə, bu aktda göstərilən pula Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh3n oğlunun aldığı 18 kv.m evdə gözətçi kimi işləyən Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Ferma sökülən zaman Cavabdeh2 bu qədər texnika, fəhlə işləyib kimin fermanı dağıdıb talan etməyindən xəbəri yoxdur. Fermanın sökülməsindən sonra çəkiliş edən zaman həmin sahəyə baxan polis, sahə müvəkkili ilə baxış keçirərkən fermanı sökən fəhlələrin kaska və alətləri, sökülmüş şiferlərin bir hissəsi evin qarşısında idi. Əmlak kompleksinin qeyri-yaşayış binası 303,6 kv.m binanın qapıları Cavabdeh1 guya qarovul kimi qoyduğu Cavabdeh2 tərəfindən dağıdılmış və ona 15.000 manat dəyərində ziyan vurmuşlar.
5. Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6142 nömrəli ekspert rəyinə əsasən, X9 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd qəsəbəsində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin tikili olaraq mövcud olduğu, yalnız A literli ferma binasının dam hissəsinin söküldüyü müəyyən edilmişdir.
6. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz ünvanlayaraq, onu belə əsaslandırmışdır ki, mərhum X11 və mərhum Cavabdeh3n oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsində göstərilən 100000 manat borca görə o, şahid qismində iştirak etmişdir. Hər iki mərhumlar arasında bağlanmış 28 noyabr 2009-cu il tarixli xüsusi alğısatqı müqaviləsinə əsasən Qurban Vilayətə 50000 manat ödəmiş, qalan 100000 manatı ödəməyə da ir müqavilə imzalamışlar. Cavabdeh3 2020-ci il yanvar ayında onun yanında 100000 manatı Vilayətə ödəmişdir. Vilayət Qurbandan xahiş etmişdir ki, fermaların üzərindəki bəzi materiallar ona lazım deyilsə söksün, dağda özünə yeni bir ferma tikəcəkdir. Qurban da razılaşmış, ancaq bildirmişdir ki, notariusda ərizə yazsın ki, ona qalan hissəni bütövlüklə sökmüşdür. O da xx.xx.2020-ci il tarixdə Bakı şəhərində yerləşən 53 saylı notariat kontorunda ərizə yazaraq, Qurbana və 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Nazim Məmmədova göndərmişdir ki, Qırmızı kənddə yerləşən ona məxsus əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökmüşdür. Gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Həmçinin qeyd edir ki, İddiaçı X3 2019-cu il tarixə kimi mülkü olmuş, Gəncə şəhər Qırmızı kənd qəsəbəsində yerləşən əmlak kompleksinə vərəsəlik şəhadətnaməsi yoxdur. Ona görə ki, Vilayət xx.xx.2021-ci il tarixdə vəfat edəndən bir il qabaq ərizə ilə müvafiq dövlət qurumlarına müraciət etmişdir ki, göstərilən ünvanda ona məxsus əmlakı sökdüyü üçün, əmlakı məhv edilmiş hesab edilsin. X13 məhv etdiyi, olmayan əmlaka İddiaçı vərəsəlik ala bilməzdi. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-4342/2023 nömrəli iş üzrə 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində yerləşən əmlaka dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələ b etmişdir. Lakin mülki işin tədqiq edilmiş hallarından İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edə bilmək üçün subyektiv hüququnun yaranması müəyyən olunmamışdır. Belə ki, ziyan vurulduğu bildirilən əmlaka iddiaçının hüququnun qeydiyyata alınmasını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi olan miras qoyandan qalmış digər əmlaka tam hissədə pay almalı olması hazırkı iddianı verə bilmək üçün hüquq yaratmır. Bundan başqa, iddiaçı mübahisəli əmlakın vurulmuş ziyanın əvəzinin tutulmasını xahiş etsə də, cavabdehlərdən hər hansı biri tərəfindən ziyan vurulmasını və (ya) tələb edilən məbləğdə ziyan vurulmasını təsdiqləyən sübut təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1,109 7.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddiasını rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, guya onun dəymiş ziyanla bağlı məhkəməyə müraciət etməyi ilə bağlı subyektiv hüququ yoxdur. Guya ziyan vurulduğunu bildirdiyi əmlakın üzərində hüququnun qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki işdə ona əmlaka dair verilmiş vəsiyyətnamədən məlum olur ki, mübahisəli əmlak üzərində onun gözlənilən mülkiyyət hüququ vardır. Bu isə onun əmlak üzərində hüquqlarının qeydiyyata alınmasında subyektiv hüququnun olduğunu təsdiq etmişdir. Bundan başqa qətnamədə ziyanın cavabdehlər tərəfindən vurulmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilmədiyi bildirmişdir. Halbuki, mübahisəli obyektdə gözətçi olan Cavabdeh2 məhkəmədə dindirilmiş olsa idi o ziyanın kim tərəfindən vurulmasını bildirərdi. Çünki uçurulmuş damın şiferlərinin qırıntısı İsmətin qaldığı evin qarşısında olmuşdur. Çox təəssüflər olsun ki, məhkəmə bütün bunları araşdırmadan iddianı rədd etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2643/2023 nömrəli mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) iddiaçı t ərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması nəticəsinə gəlsə də həmin nəticə əsassız olmuşdur. Belə ki, iş üzrə iddiaçının vəsiyyətnamə üzrə vərəsə olması təsdiqlənməklə, miras qoyanın mirası qəbul etmiş birinci vərəsə cavabdehdən başqa ikinci növbə vərəsələrinin olması müəyyən edilmişdir. Hərçənd ki, iddiaçı birinci növbə vərəsələrin ümumiyyətlə olmadığını iddia etmişdir. Həmçinin, iddiaçının ikinci növbə vərəsə ol ması da mübahisələndirilməməklə, iş materialları ilə mübahisəli əmlakın hələ də X3 mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir. İddiaçının isə mübahisəli əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaması Mülki Məcəllənin tələbləri baxımından onun mirası faktiki qəbul etməməsi anlamına gəlməməklə və həmin əmlaka dair müvafiq iddialar irəli sürə bilməməsinə əsas verməməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X11 xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünə məxsus bütü n əmlakını İddiaçı vəsiyyət etmiş və o, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra xx.xx.2021ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yə əsasən İddiaçı X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili miras olaraq qəbul etmişdir. İddiaçı əmisi olan X8 həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin miras qaldığını, lakin cavabdehlərin həmin əmlak kompleksinin dam örtüyünun sökülməsi nəticəsində ona ziyan vurduğunu iddia etmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X11 hələ sağlığında həmin əmlakı əhəmiyyətsiz tikili hesab etməklə, onun söküldüyünü və daşınmaz əmlak kimi reyestrində qeydiyyatının ləğvini xahiş etmişdir. Lakin, hazırda iş materiallarında olan sübutlarla həmin əmlakın yalnız dam örtüyünün söküldüyü müəyyən edilmişdir ki, onun mərhum X11 tərəfindən deyil, məhz sonradan cavabdehlər tərəfindən sökülməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 25 yanvar 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində olan əmlakın sökülməsinə dair məlumatlarla, cavabdehin iddiaya qarşı yazılı etirazında olan məlumatlar uyğunluq təşkil etdiyindən, məhkəmə kollegiyası dam örtüyünun mərhum X11 tərəfindən və ya onun razılığı ilə sökülməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, cavabdehlərin mirası qəbul mülkiyyətçi qismində iddiaçıy a qarşı mülki hüquq pozuntusuna yol verməsi və ona zərər vurmaları iş materialları ilə təsdiq olunmamışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr işin hallarını tam araşdırmadan ədalətsiz qətnamələr qəbul etmişdir. İşə baxan məhkəmələr dəymiş ziyanla bağlı tələbi təmin etmədən saxlayan zaman üzərində gözlənilə n mülkiyyət hüququ olan əmlakın dağıdılmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları sübut kimi qəbul etmədən, sübutları tam, hərtərəfli, obyektiv araşdırmadan, ekspert rəyinə və obyektin dam örtüyünün cavabdehlər tərəfindən sökülməsinə düzgün hüquqi qiymət vermədən qətnamə qəbul edərək, prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Madd ə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
34. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülah izə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol ve rilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2643/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.