Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxx Xidmətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; apellyasiya şikayəti imzalanmadıqda və onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı xx Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2810/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı xx Xidməti (bundan sonra – iddiaçı və ya Xidmət) məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx nömrəli icarə müqaviləsi üzrə 3763.06 manat və xx nömrəli icarə müqaviləsi üzrə isə 3207.84 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-783/2024 nömrəli 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlkin Əliyev). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı birinci instansiya məhkəməsini n qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2 aprel 2024-cü il tarixli, 2(103)-2810/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, S.Bəhramzadə).
5. Apellyasiya instansiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Xidmət rəisinin 15 mart 2023-cü il tarixli xxx saylı əmri ilə təsdiq edilmiş “xxxx Xidməti üzrə vəzifə bölgüsü”nə əsasən, Xidmətin adından məhkəmə aktlarından şikayətləri imzalamaq hüququ Xidmətin rəis müavini Nümayəndə verilmişdir – halbuki, apellyasiya şikayə ti Xidmət rəisinin digər müavini olan xx tərəfindən imzalanmışdır. Qeyd olunan sənəddə “rəis müavinlərindən biri olmadıqda ona həvalə edilmiş fəaliyyət sahələrinin idarə olunmasının digər rəis müavini tərəfindən həyata keçiriləcəyi” göstərilsə də, kollegiyanın qənaətinə görə, təşkilatdaxili struktur bölmələrin işlərinə rəhbərliyin həyata keçirilməsi mexanizmini tənzimləyən həmin sənəd məhkəmə aktlarından verilən şikayətləri imzalamaq hüququ verən etibarnamə kimi qiymətləndirilə bilməz.
6. Apellyasiya instansiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4, 363.1.1 və 363.1.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardad ın ləğv edilməsini və işi iddiaçının apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən mövqeyi əsassızdır və məhkəmə qanunvericiliyin tələblərinə səthi yanaşmış, qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, Xidmətin adından apellyasiya şikayətini imzalamış şəxs (rəis müavini xx) Xidmətin işdə nümayəndəsi deyil (nümayəndə qismində Xidmətin digər əməkdaşı işdə iştirak edir və onun etibarnaməsi işə əlavə edilmişdir). Rəis müavini Xidmətin adından imzalamaq səlahiyyəti olan vəzifəli şəxs kimi apellyasiya şikayətini imzalamışdır ki, onun səlahiyyəti də işə əlavə edilmiş əmrlə müəyyən olunur.
20. Kassasiya şikayətində MPM-in 361.2, 69.2 və 69.3-cü maddələrin in düzgün tətiq edilməməsi göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
23. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır;
24. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməd ən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır;
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 73.4cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
28. Hazırkı iş üzrə müəyyən olunur ki, apellyasiya şikayəti imzalanıb təqdim edilərkən xx apellyasiya şikayətini Xidmətin adından imzalamaq səlahiyyətini təsdiq edən 2 aprel 2024-cü il tarixli əmr mövcud olmamış, təqdim edilən əmrdə isə ona münasibətdə belə bir səlahiyyət nəzərdə tutulmamış, həmçinin apellyasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılanadək 2 aprel 2024-cü il tarixli əmr apellyasiya instansiyası məhkəməsinə təqdim edi lməmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2810/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.