Məhkəmə qərarları › İş №2(102)-199/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-199/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-199/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Hüseynova Lətifə Tapdıq qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-199/22 (Açar sözlər: borcun qaytarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili X1, Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(104)1159/2021 saylı qətnaməsin dən cavabdehlar Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 5.000 manat, Cavabdeh2 12.500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Q.Y.Baxşıyev) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işə əlavə edilmiş yazılı qəbzlərə əsasən iddiaçıdan, Cavabdeh1 5.000 manat, Cavabdeh2 isə 12.500 manat borc pul alıblar. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər öhdəliklərini yerinə yetirməyiblər. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Tərlan Azayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır v ə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, tərəflər yaxın qohum olublar, iddiaçı cavabdehlərin keçmiş gəlinidir və işin 5-9-cu vərəqlərində olan yazılı qəbzlərə əsasən, iddiaçıdan Cavabdeh2 14 fevral 2020-ci ildə 3.000 manat; 03 fevral 2020-ci ildə 3.500 manat; 2.000 manat; 4.000 manat, Cavabdeh1 isə 5.000 manat pul alıb. Hazırda iddiaçı, cavabdehlərin və övladlarının ayrı-ayrı şəxslərə borclarının olduğunu bildirərək, ondan müxtəlif vaxtlarda Cavabdeh2 12.500 manat, Cavabdeh1 isə 5.000 manat borc pul aldıqlarını, bu barədə ona yazılı qəbzlər verdiklərini, borcunu tələb etsə də cavabdehlərin hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırdıqlarını göstərib, Cavabd eh2 12.500 manat, Cavabdeh1 5.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdehlər isə iddiaçının onların keçmiş gəlini olduğunu, iki övladının vəkil kimi onlara hüquqi yardım göstərdiyini, iddiaçıdan heç vaxt borc pul almadıqlarını, əksinə iddiaçının onlardan müxtəlif vaxtlarda övladlarına hüquqi yardım göstərmək adı altında böyük məbləğdə pullar aldığını və həmin pul vəsaitlərini iddiaçıya bank vasitəsilə göndərdiklərini, lakin 2019-cu ilin dekabr ayında iddiaçı tərəfindən aldadıldıqlarını başa düşdükdən sonra verdikləri pul vəsaitini ondan geri tələb etdiklərini, həmin pul vəsaitinin bir hissəsini yazılı qəbzlərə əsasən könüllü şəkildə ondan geri aldıqlarını, yazılı qəbzdəki imzaların iddiaçı tərəfindən saxtalaşdırıldığını, həmin imzaların Cavabdeh2 aid olmadığını, Cavabdeh1 imzasının isə nisbətən daha inandırıcı oxşadıldığını göstərib, iddiaya etiraz etmişlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında borc hüquqi münasibətlərin olduğu qənaətinə gəlsə də, işə əlavə edilmiş sözügedən yazılı qəbzlərdə, iddiaçının iddia etdiyi 12.500 manat +5.000 manat pul vəsaitini cavabdehlərə məhz borc şəklində verməsi göstərilməyib. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və tərəflər arasında əmələ gəlmiş mülki hüquqi münasibətlərə Mülki Məcəllənin 386.1, 739.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməyib. Həmin maddələrin mənasına görə, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmalıdır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki halda tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsində nəzərdə tutulan borc hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, 2019-cu ildən başlayaraq cavabdehlər iddiaçı tərəfindən aldadılaraq pul vəsaitlərinin və əmlaklarının ələ keçirilməsi barədə Tovuz və Nəsimi rayon Polis Şöbələrinə çoxsaylı şikayətlər etdikləri halda, iddiaçının 13 dekabr 2019-cu il tarixdə Cavabdeh1 5.000 manat, 03 fevral 2020-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda digər Cavabdeh2 12.500 manat borc pul verməsi ina ndırıcı, ağlabatan görünmür. Əksinə, işə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən Bank vasitəsilə köçürmə sənədlərindən, habelə apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, Cavabdeh1 tərəfindən Bank vasitəsilə iddiaçıya 21 oktyabr 2016-cı ildə 500 manat, 23 may 2017-ci ildə 2.000 manat, 22 fevral 2017-ci ildə 22.000 manat, cəmi 24.500 manat pul göndərilib. 2020-ci ildə Cavabdeh1 çoxsaylı şikayətlərindən sonra iddiaçı həmin pulun 17.500 manat hissəsini cavabdehlərə geri qaytarıb. Bundan başqa, işdən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, K.Məmmədov küçəsində yerləşən mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 254,4 kv.metr olan fərdi yaşayış evi cavabdehlərin oğlu Rahib Hüseynovun mülkiyyətində olub və sonuncu həmin torpa q sahəsini və evi 14 iyul 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən arvadı Sevinc Hacıyevaya bağışlayıb. 13 iyul 2017-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Sevinc Hacıyevanın adına qeydə alınıb. Lakin, sonradan tərəflərin münasibətləri pozulduğu üçün Rahib Hüseynovun nümayəndəsi Lətifə Hüçeynova ilə İddiaçı arasında notarial qaydada bağlanmış sazişə əsasən sözügedən bağışlama müqaviləsinə xitam verilib. Göründüyü kimi iddiaçının, sözügedən yazılı qəbzlərdə göstərilən pul vəsaitlərini cavabdehlərə məhz borc şəklində verməsi açıq-aşkar mülki iş materialları ilə istisna olunur və həmin qəbzlər tərəflər arasında borc hüquqi münasibətlərin olması anlamına gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin məhkəm ə iclasında sözügedən qəbzlərin həqiqiliyini etiraf etmələrini və həmin qəbzlərdə göstərilən pulları almalarını bildirmələrini əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, cavabdehlərin iddiaçıda qalan pullarını geri almalarına dair yazılı qəbz vermələri barədə etirazlarında göstərdikləri dəlillər üzrə heç bir araşdırma aparmayıb. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinin, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bunun üçün məhkəmə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquqlarını həyata keçirmələrinə bilavasitə kömək göstərməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cav abdehlərin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab etməsi yuxarıda sadalanan prosessual normaların tələbləri baxımından əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(104)-1159/ 2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar