Məhkəmə qərarları › İş №2(102)-1990/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1990/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1990/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1990/22 (Açar sözlər: pul tələbi, iddia müddətinin keçməsi, müddətin kəsilməsi faktının sübut edilməsi yükü) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2303/2021 nömrəli, 08 oktyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayə tinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra “cavabdeh”) 11 mart 2007-ci il tarixli qəbzlə İddiaçı (bundan sonra “iddiaçı”) ticarətlə məşğul olmaq üçün ümumi pulun qaytarılması üçün 1 ay əvvəlcədən xəbərdarlıq edilməsi şərti ilə 15000 ABŞ dolları məbləğində pul götürmüşdür. Şərtə görə cavabdeh əldə edilən qazancdan iddiaçının ailəsinə də pul verəcək.

2. İddiaçı ilə cavabdeh qohumdurlar.

3. Mübahisə borcun qaytarılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 15000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsasl andırılıb ki, müqavilə şərtinə görə cavabdeh götürdüyü pulu ticarətdə istifadə edəcək, əldə etdiyi qazancdan hər iddiaçıya pul ödəyəcək.

6. Cavabdeh müqavilənin şərtlərini pozmaqla 2009-cu ilin iyun ayına kimi borcdan heç bir ödəniş etməmişdir. Buna görə də iddiaçı cavabdehdən qəbzdə yazılanlara uyğun olaraq pulu qaytarmasını xahiş edib. Cavabdeh müxtəlif bahənə gətirərək, qohumların yanında pulu qaytaracağını vəd verməklə, vaxtı uzatmış, borcu qaytarmamışdır.

7. İddiaçı bununla bağlı Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq Bakı Şəhəri Sabunçu RPİ-nin 12-ci Polis şöbəsi tərəfindən 23 mart 2020-ci il tarixli qərarda verilmiş ərizənin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

8. Cavabdeh Polis şöbəsində verdiyi izahat ında 15000 ABŞ dolları (həmin vaxta olan manat məzənnəsi ilə 12000 manat) aldığını etiraf etmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 377, 442, 448.1, 448.2, 739.1, 739.2 və 740-cı maddələrinə istinad etmişdir.

10. Cavabdeh iddiaya etiraz olaraq iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə arasında hər hansı borc münasibətinin olmamasını, mövcud qanunvericiliyin tələblərinə əsasən iddia tələbi üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü və iddiaçı ilə borc münasibətinin olmasının sübuta yetirməli olduğunu qeyd etmiş, bundan başqa, 3 illik iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.

11. Masallı Rayon Məhkəməsinin 2(050)-990/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ceyh un Quliyev)

12. Birinci instansiya məhkəməsi 11 mart 2007-ci il tarixli qəbzə və “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23.03.2020-ci il tarixli qərara istinad edərək, müəyyən etmişdir ki, tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh iddiaçıdan 15000 ABŞ dolları məbləğində pul almışdır.

13. İddia müddətinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borc ümumi pulun qaytarılması üçün bir ay əvvəl xəbərdarlıq etmək şərti ilə verilmiş, iddiaçının ərizəsinə əsasən əsas borc məbləğinin qaytarılması 2009-cu ilin yay ayında tələb edilmiş, iddiaçının bildirməsinə görə cavabdehdən hər dəfə borcu tələb edəndə cavabdeh borcun ödənilməsindən imtina etməmiş, hər dəfə müxtəlif bəhanə gətirərək, qohumların yanında pulu qaytaracağını vəd verməklə, vaxtı uzatmışdır.

14. Biri nci instansiya məhkəməsi vurğulayıb ki, verilmiş pulun tələb edilməsi üçün müddət (icra müddəti) – verilmiş ümumi pulun qaytarılması üçün bir ay əvvəl xəbərdarlıq müddəti müəyyənləşdirilmişdir. İddiaçının ərizəsinə əsasən iddiaçı əsas borc məbləğinin qaytarılmasını 2009-cu ilin yay ayında tələb etmişdir. Deməli, iddiaçı həmin vaxtdan hüququnun pozulduğunu bilirdi.

15. Birinci instansiya məhkəməsi iddiaçının müddətin ötürülməməsi ilə bağlı dəlillərinə – cavabdehdən hər dəfə borcu tələb edəndə cavabdehin borcun ödənilməsindən imtina etməməsi, hər dəfə pulu qaytaracağını vəd verməsi – münasibətdə göstərib ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axım ı kəsilir.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, əvvəla, sübutların bölgüsü baxımından bu hal, yəni cavabdehin borcu etiraf etməsi halə iddiaçı tərəfindən sübut edilməmiş, işdə olan digər sübutlarla təsdiqini tapmamış, iddiaçı bunu yalnız izahatında bildirmişdir. Bundan başqa, hətta belə olmuş olduğu təqdirdə də həmin hal iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Çünki qanunvericilk iddia müddətinin axımının kəsilməsini iradəvi xarakterli hərəkət ilə (hərəkətsizliklə deyil) əlaqələndirir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 373.1, 373.2, 375.2, 377.1, 377.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarı ilə əsaslanmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Çünki iddia ərizəsində göstərilən xüsusatlar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmış, cavabdeh gö stərilən məbləğdə borclu olduğunu etiraf etmişdir. Bu halda iddia müddətinin axımı təzələnmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2303/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov, Nüsrət Mirzəyev)

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı ərizəsində borcunu 2009-cu ilin yay ayında tələb etməsini göstərmişdir. İddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdir. Cavabdehin 2009-cu ildən borcunu qaytarmalı olduğunu iddia edən iddiaçı 2021-ci ilin fev ral ayında iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri: - cavabdeh iddiaçıya borcu olduğunu etiraf etməsinə baxmayaraq, məhkəmə tərəfindən buna qiymət verilməyib; - öhdəliyin son icrası 2019-cu ildə olub, cavabdeh 100 ABŞ dollar ödəniş həyata keçirib. Müddət də cavabdehin sonuncu ödənişinin baş verdiyi ildən hesablanmalıdır. b) Kassasiya şikayətilərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməs i şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkə məsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

30. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, borcun qaytarılması barədədir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdeh 11 mart 2007-ci ildə iddiaçıdan 15000 ABŞ dolları məbləğində pul almışdır. Borc ümumi pulun qaytarılması üçün bir ay əvvəl xəbərdarlıq etmək şər ti ilə verilmiş, iddiaçı əsas borc məbləğinin qaytarılmasını 2009-cu ilin yay ayında tələb etməklə, həmin vaxtdan hüququnun pozulduğunu bilmiş və iddia nəticədə iddia müddətini ötürmüşdür.

32. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin ötürülməsi müəyyən edildiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

33. Qanunvericiliyin tələbinə görə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi müddətinin axımını kəsir. Lakin bu zaman iddia müddətinin axımının kəsilməsi halını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki iddia müddətinin keçməməsi halı iddiaçının marağın da olduğu üçün həmin halı da iddiaçı sübut etməlidir. İddiaçı isə bu halı işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübut edə bilməyib.

34. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərində n yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddə t baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001ci il tarixli Qərarı).

37. Cavabdehin 2019-cu ildə 100 ABŞ dollar ödəniş etməsi, iddia müddətinin də cavabdehin sonuncu ödənişinin baş verdiyi həmin ildən hesablanmalı olması barədə iddiaçının kasassiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlil yeni dəlildir, işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib. Kassasiya instansiyasında işə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmeti olmayan yeni dəlillərin irəli sürülməsi istisna edilir. Üstəlik, bu dəlil işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır ki, kassasiya instansiyası da işin faktiki hallarını müəyyən edən məhkəmə instansiyası deyil.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(106)-2303/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar