Məhkəmə qərarları › İş №2(102)-1991/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1991/2019

28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1991/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(075)-7184/2016 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddia qismən təmin edilmiş, x1 100.LN.2105.051213.00001 saylı kredit müqaviləsi üzrə 29999,09 manat əsas, 3040,44 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 33189,53 manat borc, 100.LN.210 5.280613.00001 saylı kredit müqaviləsi üzrə 24756,17 manat əsas, 4368,65 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 29324,82 manat borc, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsi üzrə 32276,04 manat əsas, 4099,57 manat faiz, 300 manat cərimə olmaqla, cəmi 36675,61 manat borc, 100.LN.2105.160114.00001 saylı kredit müqaviləsi üzrə 37093,12 manat əsas, 5393,11 manat faiz, 90 manat cərimə borcu olmaqla, 42576,23 manat borc və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul x2-nin xeyrinə tutulmuş, ipoteka qoyulmuş VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikası, Tir.Ekskavator “Liberherr R-93413” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının, Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeyd iyyat nişanlı nəqliyyat texnikasının və Tir.Ekskavator “Komastu PC 240 NLC-8” markalı, Az 10 X-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının açıq hərracda satılması, ipoteka qoyulmuş VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının, Tir.Ekskavator “Liberherr R-93413” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının, Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının və Tir.Ekskavator “Komastu PC 240 NLC-8” markalı, Az 10 X-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının açıq hərracda satışında əldə olunmuş pul vəsaiti x1 x2-yə olan 100.LN.2105.051213.00001 saylı kredit müqaviləsi üzrə 29999,09 manat əsas, 3040,44 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 33189,53 manat borcunun, 100.LN.2105.280613.00001 saylı kredit müqaviləsi üzrə 24756,17 manat əsas, 4368,65 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 29324,82 manat borcunun, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsi üzrə 32276,04 manat əsas, 4099,57 manat faiz, 300 manat cərimə olmaqla, cəmi 36675,61 manat borcunun, 100.LN.2105.160114.00001 saylı kredit müqaviləsi üzrə 37093,12 manat əsas, 5393,11 manat faiz, 90 manat cərimə borcu olmaqla, 42576,23 manat borcunun ödənilməsinə yönəlməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2017-ci il tarixli, 2(107)-431/2017 nömrəli qətnaməsi ilə (hakimlər: V.Qasımov, Ə.Məcidov və M.Əsədli) Şəki rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi “Vərdanə Ammann ASC150” markalı Az10 S-*** dövlət qey diyyat nişanlı və Tir. Ekskavator “Leibherr R-934 HOCL” markalı Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi, kredit müqavilələri üzrə borcların tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6023/2017 nömrəli, 17 avqust 2017-ci il tarixli qərarı ilə (hakimlər: İ.Xələfov, G.Quliyev və Ə.Əliyev) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2017-ci il tarixli qətnaməsi “Vərdanə Ammann ASC-150” markalı Az 10 S-*** dövlət qeydiyyat nişanlı və Tir Ekskavator “Leibher R-934 HOSL” markalı Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikalarının açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 2(107)-2353/2017 nömrəli qətnaməsi ilə (hakimlər: R.Rəfiyev, G.Abbasov və E.Hüseynov) Şəki Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(075)-7184/2016 saylı qətnaməsi “Vərdanə Ammann ASC-150” markalı Az 10 S-*** dövlət qeydiyyat nişanlı və Tir Ekskavator “Leibher R-934 HOSL” markalı Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikalarının açıq hərracdan satılması və o nların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 2(107)-2353/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x2-nin cavabdeh x1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka qoyulmuş “VƏRDƏNƏ AMMANN ASC-150” markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının, Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının açıq hərracda satılması; ipoteka qoyulmuş VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat niş anlı nəqliyyat texnikasının, Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının açıq hərracda satışında əldə olunmuş pul vəsaitinin x1nun x2-yə olan 100.LN.2105.051213.00001 saylı kredit müqaviləsi üzrə 13 avqust 2015-ci il tarixə olan 29999,09 manat əsas, 3040,44 manat faiz, 1576,78 manat cərimə borcu olmaqla, cəmi 34666,31 manat borcun, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsi üzrə 13 avqust 2015-ci il tarixə olan 32276,04 manat əsas, 4099,57 manat faiz, 3466,37 manat cərimə olmaqla, cəmi 39841,98 manat borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x2 tərəfindən 05 dekabr 2013-cü il tarixli, 100.LN.2105.05213.00001 saylı kredit müqaviləsin in şərtlərinə uyğun olaraq illik 21 faizlə 24 ay müddətinə 40000 manat məbləğində, 08 may 2013-cü il tarixli, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq illik 22 faizlə 24 ay müddətinə 69500 manat məbləğində kreditlər verilmişdir. Yuxarıda göstərilən müqavilələr üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün x2 ilə x1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 100.CL.051213.00001/e saylı ipoteka müqaviləsinin şərtlərinə görə x2-yə VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasına ipoteka hüququ verilmiş və onun qeydiyyatı 06 dekabr 2013-cü il tarixli, 000443 nömrəli çıxarışla təsdiqlənmiş, 08 may 2013-cü il tarixli, 100.CL.080513.00001/i saylı ipoteka müqaviləsinin şərtlərinə görə x2-yə Tir. Ekskvator “Liebher r R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasına ipoteka hüququ verilmiş və onun qeydiyyatı 10 may 2013-cü il tarixli, 000307 nömrəli çıxarışla təsdiqlənmişdir. x1nun x2-yə 100.LN.2105.051213.00001 saylı kredit müqaviləsi üzrə 13 avqust 2015-ci il tarixə olan əsas borcu 29999.09 manat, faiz borcu 3040.44 manat, cərimə borcu 1576.78 manat olmaqla, ümumi borcu 34666.31 manat, 100.LN.2105.080513.0001 saylı kredit müqaviləsi üzrə 13 avqust 2015-ci il tarixə olan əsas borc 32276.04 manat, faiz borcu 4099.57 manat, cərimə borcu 3466.37 manat olmaqla, ümumi borc 39841.98 manat təşkil edir. Bu günədək x1 qeyd olunan kredit müqavilələrinin şərtlərini dəfələrlə yerinə yetirilməmiş və kredit faizlərinin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində x2-yə qeyd olunan ipoteka müqavilələri üzrə qoyulmuş əmlaklara tutmanın yönəldilməsi hüququnu vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 2(107)-2353/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 08 may 2013-cü il tarixli, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsindən görünür ki, x2 tərəfindən illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə x1na 69500 manat kredit verilmişdir. İşdə olan 08 may 2013-cü il tarixli, 100.CL.080513.00001/i saylı ipoteka müqaviləsindən görünür ki, x2 ilə x1 arasında imzalanmış 08 may 2013-cü il tarixli, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnika sı x2-yə ipotekaya qoymuşdur. İşdə olan 10 may 2013-cü il tarixli, 036352 nömrəli Qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş sürətindən görünür ki, Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının mülkiyyətçisi x1dur. İşdə olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 10 may 2013-cü il tarixli, 000307 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, x1nun mülkiyyətində olan Tir. Ekskavator “Liberherr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikası x2-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 19 avqust 2015-ci il tarixli, 1316 nömrəli bildirişin və onun geriyə xəbərnaməsindən görünür ki, x1na Tir. Ekskavator “Liber herr R-934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasına tutmanın yönəldilməsinə başlanıldığı izah edilmişdir. İşdə olan 05 dekabr 2013-cü il tarixli, 100.CL.051213.00001/e saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, x2 ilə x1 arasında imzalanmış 05 dekabr 2013-cü il tarixli, 100.LN.2105.051213.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikası x2-yə ipotekaya qoymuşdur. İşdə olan 11 oktyabr 2013-cü il tarixli, 037040 nömrəli Qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş sürətindən görünür ki, VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının əvvəlki mülkiyyətçisi x 3 olmuşdur. İşdə olan 06 dekabr 2013-cü il tarixli, 037303 nömrəli Qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş sürətindən görünür ki, VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasının mülkiyyətçisi x1dur. İşdə olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 06 dekabr 2013-cü il tarixli, 000443 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, x1nun mülkiyyətində olan VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikası x2-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 19 avqust 2015-ci il tarixli, 1318 nömrəli bildirişin və onun geriyə xəbərnaməsindən görünür ki, x1na VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S-*** dövlət qeydiyyat niş anlı nəqliyyat texnikasına tutmanın yönəldilməsinə başlanıldığı izah edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı x2 tərəfindən 05 dekabr 2013-cü il tarixli, 100.LN.2105.05213.00001 saylı kredit müqaviləsinin əsasən illik 21 faizlə 24 ay müddətinə 40000 (qırx min) manat məbləğində, 08 may 2013-cü il tarixli, 100.LN.2105.080513.00001 saylı kredit müqaviləsinin əsasən illik 22 faizlə 24 ay müddətinə 69500 (altmış doqquz min beş yüz) manat məbləğində kreditlər verilmişdir. Yuxarıda göstərilən müqavilələr üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün x2 ilə x1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 100.CL.051213.00001/e saylı ipoteka müqaviləsinin şərtlərinə görə x2-yə VƏRDƏNƏ AMMANN ASC-150 markalı, Az 10 S*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasına ipoteka hü ququ, 08 may 2013-cü il tarixli, 100.CL.080513.00001/i saylı ipoteka müqaviləsinin şərtlərinə görə x2-yə Tir. Ekskvator “Liebherr R934 HOSL” markalı, Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikasına ipoteka hüququ verilmişdir. Bu günədək x1 qeyd olunan kredit müqavilələrinin şərtlərini dəfələrlə yerinə yetirilməmiş və kredit faizlərinin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində x2-yə qeyd olunan ipoteka müqavilələri üzrə qoyulmuş əmlaklara tutmanın yönəldilməsi hüququnu vermişdir. x2 tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək müqavilələrdə qeyd olunan məbləğlərdə krediti x1na verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini layiqincə icra etmədiyinə görə iddiaçı təşkilat tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəmə də iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “Vərdanə Ammann ASC-150” markalı Az 10 S-*** dövlət qeydiyyat nişanlı və Tir Ekskavator “Leibher R-934 HOSL” markalı Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikalarının açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan nəqliyyat texnikalarına borclunun mülkiyyət hüququ həmin əmlaklara dair ipoteka müqavilələri bağlandıqdan 1-2 gün sonra qeydiyyata alınsa da, iş materiallarından görünür ki, işin həmin halı borclu tərəfindən mübahisələndirilməmiş və ipoteka müqavilələri qüvvədə olmaqla bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışd ır. İpoteka müqavilələri bağlandıqdan dərhal sonra borclunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla həmin əmlaklar onun mülkiyyətinə çevrildiyindən və borclu ipoteka müqavilələrindən irəli gələn öhdəlikləri qəbul etməklə onun daşıyıcısı olduğundan, cavabdehin kassasiya şikayətində göstərdiyi hal tutmanın ipoteka predmetinə yönəldilməsindən imtina üçün əsas verməmişdir. İşdən görünür ki, tutma həmin əmlaklara yönəldilərkən onlar borclunun mülkiyyətində olmuş və həmin əmlaklara münasibətdə öhdəliklə bağlı olmayan hər hansı bir şəxsin hüququ pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 281.1-ci maddəsinə görə girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Mübahisə p redmeti olan nəqliyyat texnikaları üzrə bankın ipoteka hüququ 10 may və 06 dekabr 2013-cü il tarixlərdə qeydiyyata alındığından, məhkəmə kollegiyası hesab edir ki, bankın girov hüququ həmin tarixdən yaranmışdır. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, bank tutmanın həmin əmlaklara yönəldilməsinin tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, borclu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən işin həmin halını mübahisə etməmiş və ipoteka müqavilələrinin etibarsızlığını və ləğvini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqav ilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Qanunun 38.2.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipote ka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmənin qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. “İpoteka haqqında” Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsinin iş üzrə iddia tələbinin “Vərdanə Ammann ASC-150” markalı Az 10 S-*** dövlət qeydiyyat nişanlı və Tir Ekskavator “Leibher R-934 HOSL” markalı Az 10 O-*** dövlət qeydiyyat nişanlı nəqliyyat texnikalarının açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar