Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1995/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1995/22 (Açar sözlər: pul tələbi, torpaq sahəsindən çıxarılma, ekspert rəyi) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tutulması” barədə ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “torpaq sahəs indən çıxarılma və torpaq sahəsinin boşaldılaraq qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1145/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə (sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə) məhkəməyə müraciət edərək, ödədiyi 110000 manat pul məbləğinin, torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş 150000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 260030 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 01 noyabr 2014-cü il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında nümayəndə qismində hərəkət edən X6 iştirakı ilə 99 il icarə müddətinə verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 10 iyul 2008-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus olan ümumlikdə 1 ha. torpaq sahəsi üzrə olan icarə hüququnun satın alınması haqqında müqavilə bağlamış və müqavilə üzrə müəyyənləşdirilmiş 110000 manat pul məbləğini nümayəndə X7 ödəmişdir.
3. Bundan sonra iddiaçı bəhər götürmək üçün həmin torpaq sahəsinin istifadəsinə başlamışdır. İddiaçı torpaq sahəsinin üzərində müxtəlif işlər g örmüş və qiymət baxımından bahalı, keyfiyyətli yaxşılaşdırma işləri də aparımışdır. Həmin vaxtdan etibarən bu günə kimi iddiaçı torpağa külli miqdarda pul xərcləmişdir.
4. Cavabdeh1 və onun əri Cavabdeh2 iddiaları əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə qeyd edilən alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, nəticə olaraq apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır.
5. Aralarında olan müqavilə etibarsız hesab olunaraq ləğv olunsa da, pulun iddiaçıya qaytarılması məsələsi iddia predmeti olmadığına görə baxılmamışdır. Amma məhkəmə qətnaməsində iddiaçının müqavilə üzrə ödədiyi 110 min manat pulun geri alınması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilib. Cavabdehlər iddiaçının pulunu mənimsəyərək onu qaytarmaqdan b oyun qaçırırlar. Nəticədə iddiaçıya külli miqdarda maddi ziyan vurulmuşdur.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.4, 337.5, 424.5 və 700.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 və Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə verərək, 10 iyul 2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarış əsasında 19 noyabr 2004-cü il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılıb ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 id dia tələbləri qismən təmin olunaraq, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 01 noyabr 2014- cü il tarixdə təsdiqlənərək, reyestrdə 3-M-İ 1/3278 nömrə ilə qeyd edilmiş, Cavabdeh1 adından hərəkət edən X9 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin 19 noyabr 2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarının tam İddiaçı 110000 manata satmasına dair müqavilə etibarsız hesab edilmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh1 19 noyabr 2004-cü ildən başlayaraq 99 il müddətinə icarə hüquqları bərpa olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2017-ci il tarixli qətnaməsi, daha sonra isə Azərbaycan Respublikası Ali Məhk əmənin 17 oktyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi artıq icra edilmiş və torpaq üzərində Cavabdeh1 icarə hüquqları dövlət qeydiyyatı bərpa edilmişdir. Qanuni qüvvədə olan həmin qətnamənin tam icra olunması üçün İddiaçı qeyd olunan 1 ha torpaq sahəsindən məhkəmə qətnaməsi əsasında çıxarılması zəruridir.
10. Cavabdeh3 ilk iddiaya etiraz edərək göstərib ki, iş üzrə İddiaçı torpağa görə 110.000 manat deyil, 105.000 manat pul almışdır. Həmin pulun 100.000 manatını qardaşı Cavabdeh2 vermiş, qalan 5.000 manatı isə özünə götürərək öz ehtiyaclarına sərf etmişdir.
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk iddiaya etiraz olaraq göstəriblər ki, torpaq sahəsinə görə alınan 105 min manat pulu Cavabdeh3 onlara verməyib. Buna görə də ilk iddia tələbi onlara qarşı hissədə təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi 13 noyabr 2018-ci il tarixli qərardadla mübahisədə adı keçən torpaq sahəsində aparılan abadlaşdırma işlərinə çəkilən xərci müəyyən etmək üçün tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2019-cu il tarixli, 31833 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən həyətyanı sahədə aparılmış tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 9.192 manatdır.
14. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 05.03.2018-ci il tarixli, ƏEM/M 18259/18 saylı mütəxəssis rəyinə əsasən isə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisind ə İddiaçı istifadəsində olan 1.0 ha torpaq sahəsində yerləşən tikili və qurğuların tikinti-təmir xərclərinin (əmək haqqı və tikinti haqqı nəzərə alınmaqla) 05.03.2018-ci il tarixə dəyəri 120307 manat təşkil etmişdir.
15. Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh3 105.000 manat, Cavabdeh1 isə 9192 manat pulun İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qətnamənin 9192 manat pulun Cavabdeh1 tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropi k sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. (hakim Ramin Quliyev)
16. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19.11.2004-cü il tarixli 281 nömrəli sərəncamına əsasən Maştağa “Subtropik” bağlar sovxozunun ərazisində, kənd təsərrüfatına yararsız sahədən ibarət olmaqla X13 kimi uçota alınmış torpaqdan sahibkarlığı inkişaf etdirmək məqsədilə X3 99 il müddətinə icarə qaydasında 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin 19.11.2004-cü ildən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəyə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 71 nö mrəli reyestr kitabının 116 nömrəli vərəqində 10.07.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 20.10.2007-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunda Cavabdeh3 etibarnamə verərək onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri, həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilməklə 20 oktyabr 2032-ci il tarixədək etibar etmişdir. Həmin etibarnamə 27 mart 2015-ci il tarixdə Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Cavabdeh3 30.10.2014-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat X1 əvəzinə etibarnamə ilə çıxış edərək İddiaçı Abşeron rayonu, Maştağa Subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin icarə hüquqlarına sərəncam vermək səlahiyyətinə dair etibarnamə vermişdir. İddiaçı da öz növbəsində 01.11.2014-cü il tarixdə X4 ə vəzinə etibarnamə ilə çıxış edərək X7 həmin torpaq sahəsinin icarə hüquqlarına sərəncam vermək səlahiyyətinə dair etibarnamə vermişdir. Həmin gün, yəni 01 noyabr 2014-cü il tarixdə X9 Bakı şəhəri 9 saylı Notariat X1 əvəzinə etibarnamə ilə çıxış edərək, X5 məxsus olan torpaq sahəsinin 19.11.2004-cü ildən başlayaraq 99 il icarə hüquqlarını İddiaçı 110.000 manata satmışdır. Sonradan Cavabdeh1 və əri Cavabdeh2 sözügedən müqaviləsinin etibarsız hesab edilməsi haqqında həm İddiaçı, həm də etibarnamə üzrə olan səlahiyyətli şəxslərə, eləcə də notariat kontorlarına qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli, 2(005)-3900/2015 nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunaraq, Cavabdeh1 adından hərəkət edən X9 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin 19.11.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarının tam İddiaçı 110.000 (yüz on min) manata satmasına dair müqavilə etibarsız hesab edilmiş və torpaq sahəsi üzərində Cavabdeh1 19.11.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüquqları bərpa olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, qanuni qüvvəsini məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Nuruddin Həsənəliyevin həmin torpaq sahəsinin müqabilində İddiaçı aldığı pulu və puldan bir hissəsini Niyar və Cavabdeh2lərə verilməsi faktı olmamışdır. Torpağın alqı-satqı müq aviləsində qiymət 110.000 manat göstərilsə də, İddiaçı tərəfindən Cavabdeh3 110.000 manat deyil, 105.000 manat pul verilmişdir, bunu iddiaçının nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir.
18. Birinci instansiya məhkəməsi hesab edib ki, ilk iddianın ödənilmiş 110.000 manat pul məbləğinə dair hissəsi üzrə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında mülki məsuliyyət daşımasına dair iddia tələbləri üzrə irəli sürülən dəlillər öz təsdiqini tapmır. Buna görə tələb edilən məbləğ yox, 105.000 manat Cavabdeh3 İddiaçı xeyrinə tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi ilk iddiaçının torpaqda yaxşıllaşdırma işlərinin dəyərinin 150.000 manat məbləğində olmasına dair dəlillərini əsassız sayaraq göstərib ki, bu dəlillər öz təsdiqini tapmadığı üçün iddia bu hissədə qismən – ekspert rəyi ilə aparı lmış tikinti-quraşdırma işlərinin müəyyən edilmiş dəyəri olan 9.192 manat hissədə edilməlidir.
20. Birinci instansiya məhkəməsi aparılmış tikinti-quraşdırma işlərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması ilə bağlı tələbə qiymət verərək göstərib ki, bu məbləğ cavabdehlərdən yalnız Cavabdeh1 tutulmalıdır. Belə ki, hazırda ilk iddiaçı tərəfindən tikinti-quraşdırma işlərinin aparıldığı sahənin qanuni sahibi olmaqla Cavabdeh1 faktiki mövcud olan tikililərdən öz mülahizəsinə əsasən istifadə etmək imkanları mövcuddur. Əks halda Cavabdeh1 faktiki mövcud olan tikililərdən öz mülahizəsinə əsasən istifadə etməklə müşayiət olunan hərəkətləri İddiaçı hesabına əsassız varlanma halının yaranmasına səbəb ola bilər.
21. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia il ə bağlı qənaətinə görə Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən İddiaçı hazırda hər hansı formada istifadəsi qanunsuz olduğu üçün sonuncu həmin sahədən çıxarılmalı və torpaq sahəsi boşaldılıb Cavabdeh1 təhvil verilməlidir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə, Mülki Məcəllənin 6.1, 6.1.4, 8.2, 152.1, 152.3, 152.4, 152.5, 1091, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 76.1,76.2, 88, 101.3, 206.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
23. İddiaçı oğlu apellyasiya şikayəti verib qətnaməyə dəyişiklik edilməklə, ilk iddianın tam təmin edilməsi, 105000 manatın cavabdehlərdən müştərək qay dada tutulması, Cavabdeh1 isə torpaqda yaxşılaşdırma işlərinin dəyəri kimi 150000 manat pulun iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmuş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahəsində abadlaşdırma və inşa edilmiş tikililərin qiymətini müəyyən etmək üçün 26 sentyabr 2019cu il tarixli qərardadla təkrar tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. 26. "xxxx" MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəy inə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019-cu il tarixinə hesablanmış tikinti xərci 121300 manat təşkil edir. 1.0 ha. torpaq sahəsinin və üzərində yerləşən tikililərin 13 noyabr 2019-cu il tarixə hesablanmış bazar dəyəri isə 280000 manatdır.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11130/20219 nömrəli, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9.192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ilkin iddiasının torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilməsi, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 121.300 (bir yüz iyirmi bir min üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsinin mübahisələndirilən qalan hissələrdə (ilkin iddianın təmin olunmamış qalan hissələrində və qarşılıqlı iddianın təmin olunması hissəsində) verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşad Ş amayev (sədrlik edən və məruzəçi), İlham Kərimli, Şeyda Məhərrəmova )
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisələndirilən torpaq sahəsinə dair icarə hüququnun satışından əldə olunan vəsaitin 105000 manat olması və həmin vəsaitin bütünlüklə Cavabdeh3 tərəfindən götürülməsi, pulun hər hansı hissəsinin Cavabdeh1 və Cavabdeh2 verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi əsaslı olaraq etibarsız hesab olunmuş müqavilə üzrə faktiki olaraq ödənilmiş 105000 manatın həmin pul vəsaitindən faydalanan şəxsdən – Cavabdeh3 tutulması nəticəsinə gəlmiş və apellyasiya şikayətinin həmin tələbin tam təmin olunmasından (yəni müqavilədə göstərilən 110000 manatı cavabdehlərin üçündən də tutulmasından) ibarət dəlilləri əsassızdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, ilk iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməməsi, onların mübahisəli torpağın yaxışlaşdırılması məqsədi ilə aparılmış xərclərin kompensasiya edilməli olması və həmin kompensasiyanın 9192 manat həddində olması ilə razılıqlarını ifadə edir. Bu səbəbdən həmin tələbə göstərilən istiqamətdə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, yaxşılaşdırmaya çəkilən xərc tələbi illə əlaqədar hazırda mübahisələndirilən məsələ kompensasiyanın məbləği ilə əlaqədardır. İlk iddia üzrə iddiaçı torpağın yaxşılaşdırmasını 150000 manat qiymətləndirmişdir. Mübahisəli torpağa çəkilmiş xərclə əlaqədar "xxxx" ASC-nin "xxxx" İnstitutu MMC tərəfindən tərtib ed ilmiş Toplu və lokal smetalara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən həyətyani sahənin abadlaşdırılması üçün 1991-ci il qiymətlərinə əsasən tikintinin toplu smetanın ümümi qiyməti – 60732 manat, o cümlədən, tikinti-quraşdırılma işləri – 59837 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alınan Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən aparılmış tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 9192 manat təşkil edir. "xxxx" MMC-nin 05 mart 2018-ci il tarixli, ƏEM/M 18-259/18 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində İddiaçı istifadəsində olan 1.0 ha torpaq sahəsində yerləşən tikili və qurğuların tikinti-təmir xərclərinin (əmək haqqıvə tikinti haqqı nəzərə alınmaqla ) 05 mart 2018-ci il tarixə dəyəri 120307 manatdır. "xxxx" MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə görə isə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019cu il tarixinə hesablanmış tikinti xərci 121300 manat təşkil edir. 1.0 ha. torpaq sahəsinin və üzərində yerləşən tikililərin 13 noyabr 2019-cu il tarixə hesablanmış bazar dəyəri isə 280000 manat təşkil edir.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsi üzərində tikililərin mövcud olmasının mübahisələndirilməməsini və onların dəyərinin cəmi 9192 manat təşkil etməsini ağlabatan və inandırıcı olmamasını nəzərə alaraq, MPM-in 88, 101.3 və 103.2-ci maddələrinə əsasən iş üzrə apellyasi ya baxışında keçirilmiş təkrar məhkəmə ekspertizasının rəyini mötəbər sübut qismində qiymətləndirərək, torpaq sahəsində aparılmış tikinti-quraşdırma işlərinin əvəzi kimi həmin torpaq sahəsinin sahibi olan Cavabdeh1 tutulan məbləğ 121300 manat pul tutulmalı olması nəticəsində gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti vermişlər.
33. Kassasiya şikayətinin dəlilləri: - işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının nümayəndəsinin əsassız vəsatətini təmin edərək iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizaları təyin etmiş, ekspertizanın aparılmasını da dövlət qurumu olmayan "xxxx" MMC-nin ekspertlərinə tapşırmışdır; - apellyasiya məhkəməsi "xxxx" M MC-nin 12/963 №-li ekspert rəyini tədqiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir; - apellyasiya instansiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, ekspert rəyi obyektiv qiymətləndirilməmiş nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3079/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11130/2019 nömrəli iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 105.000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılm ış, qətnamə digər hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
35. Kassasiya instansiyasının mövqeyi: - apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 121.300 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair maddi hüquq normasına istinad etməmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İlk iddia tələbi torpaqda yaxşılaşdırma işlərinə çəkilmiş xərclərin əvəzinin Cavabdeh1 tutulması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar 121300 manat pulun tutulmasına görə "xxxx" MMC-nin 13.11.2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə istinad etmişdir. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MM-nin 157.7ci maddəsinin tələbləri baxımından ayrıla bilən yaxşılaşdırmaların (məsələn, istixananın qurulması üzrə materialların, metal su çəninin və digər ayrıla bilən yaxşılaşdırmaların) müəyyən edilməsi üzrə müvafiq araşdırma aparmamışdır; - bundan əlavə, cavabdehlər torpaqda yaxşılaşdırma işlərinin dəyərinin 9.192 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olsalar da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin yaxşılaşdırmaların 121.300 manat məbləğində müəyyən edilməsi onların mühüm mənafeyinə toxunduğundan, hazırda qeyd olunan yaxşılaşdırm aların qanuni əsaslarla aparılıb-aparılmamasını mübahisələndirirlər. Buna görə işə yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən həmin yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir; - həmçinin işə yenidən apellyasiya qaydasında baxılarkən torpaqda edilmiş yaxşılaşdırmalara görə birinci instansiya məhkəməsinin istinad etdiyi rəylə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəylər arasındakı kəskin fərqlərə yenidən hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi 21 aprel 2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edərək, ekspert qarşısında müb ahisədə adı keçən torpaq sahəsində aparılan yaxşılaşdırmaların əmlaka zərər yetirmədən torpaq sahəsindən ayrılmasının mümkünlüyü barədə suallar qoymuşdur.
37. Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 16.08.2021-ci il tarixli, 10/2405 nömrəli rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən Cavabdeh1 məxsus 1.0 ha torpaq sahəsində İddiaçı tərəfindən aparılan yaxşılaşdırmaların (tikili, mal-material və avadanlıqlar) əmlaka zərər yetirmədən torpaq sahəsindən ayrılması (çıxarılması) mümkün deyildir.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1145/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsi, qismən yəni İddiaçı ilki n iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı ilkin iddiası torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilmiş, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
39. Apellyasiya məhkəməsi ilk olaraq qeyd edib ki, ilk iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apel lyasiya şikayətinin verməməsi, onların mübahisəli torpağın yaxışlaşdırılması məqsədi ilə aparılmış xərclərin kompensasiya edilməli olması və həmin kompensasiyanın 9192 manat həddində olması ilə razılıqlarını ifadə edir. Bu səbəbdən kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə aparılmış əlavə araşdırma zamanı ayrıla bilən yaxşılaşdırmalarını mövcudluğu təsdiq olunsa belə, ilk iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməməsi həmin hissə ilə bağlı apellyasiya məhkəməsinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə onun mənafeyinə zidd nəticəyə gəlinməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə sinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan, kassasiya instansiya məhkəməsinin işə yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına, yəni Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməli olmasına dair göstərişi üzrə əlavə araşdırmanın aparılması qanuni hesab edilə bilməz.
40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki halda iş materillarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən edildiyi kimi torpaq sahəsində İddiaçı tərəfindən aparılan yaxşılaşdırmaların (tikili, mal-material və avadanlıqlar) əmlaka zərər yetirmədən torpaq sahəsindən ayrılması (çıxarılması) mümkün olmadığından kompensasiyanın m əbləği ilə əlaqədar mübahisə üzrə araşdırılma aparılmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsi üzərində tikililərin mövcud olmasının mübahisələndirilməməsini və onların dəyərinin cəmi 9192 manat təşkil etməsini ağlabatan və inandırıcı olmamasını qeyd edərək, işdə olan bir neçə rəyi müqayisə etməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş təkrar məhkəmə ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirib.
42. Bununla belə apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, "xxxx" MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyi ilə 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019-cu il tarixinə hesablanmış tikinti xərci ümumilikdə 121300 manat təşkil etsə də, ilkin iddia üzrə İddiaçı torpaq sahəsindən kənarda – torpaq sahəsinin xaricində dövlətə məxsus avtomobil yolunda aparılan müəyyən yaxşılaşdırmaların (mişar daşı toz ilə yolun döşənməsi-1875 manat, bərkitmə işləri-500 manat, texnikanın daşınması-250 manat və asfalt örtüyün L=300x3,5-15900 manat; ümumilikdə – 18525 manat) məhz onun tərəfindən aparılmasını sübut edə bilmədiyi üçün, qeyd edilən yaxşılaşdırmaların dəyəri ümumi dəyərdən, yəni 121300 manatdan çıxılmaqla Cavabdeh1 tutulan məbləğ 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat müəyyən edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 157.7-ci maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil2 oğlu) kassasiya şika yəti vermişdir.
45. Kassasiya şikayətinin dəlilləri: - əmlakın qiyməti düzgün qiymətləndirilməyib; - iddiaçı vicdanlı sahib olmadığı üçün yaxşılaşdırma xərcini tələb edə bilməz; - bundan başqa, Cavabdeh1 icarəsindəki olan torpaq sahəsində İddiaçı tərəfində özbaşına inşa edilmiş bina və qurğuların sonuncunun hesabına sökülməsi barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddia icraata qəbul edilərək, iş üzrə ekspertiza təyin edilmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
46. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə iş üzrə ilk iddianın torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin tutulması hissəsində mübahisələndirilib. Apellyasiya baxışının da predmeti həmin hissə olub. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
52. İddia tələbi İddiaçı torpaqda yaxşılaşdırma işlərinə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən tutulması bağlıdır.
53. İşdən görünür ki, iddiaçının torpaq sahəsində yaxşılaşdırmalar etməsi müəyyən edilib. İlk iddia üzrə cavabdehlərin mübahisəli to rpağın yaxşılaşdırılması məqsədi ilə aparılmış xərclərin 9192 manat həddində olmasından apellyasiya şikayətinin verilməməsini məhkəmələr onların bununla razı olması kimi qiymətləndiriblər. Mübahisəli məqam yaxşılaşdırmaların dəyəri olub. Bununla bağlı da apellyasiya məhkəməsi işdəki ekspert rəylərini məcmu şəkində qiymətləndirib, yaxşılaşdırmaların məbləğini müəyyən edib.
54. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 39-42-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək iddia tələbi üzrə işin hallarına uyğun ətraflı hüquqi dəyərləndirmə aparmış, prosessual hüquq normalarının tətbiqində s əhvə yol verilməmiş, ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
55. Həmçinin yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına, yəni həmin halın Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli olması barədə hazırki iş üzrə əvvəlki kassasiya qərarında şərh edilən göstərişlə bağlı isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, ilk iddia üzrə cavabdehlər mübahisəli torpağın yaxşılaşdırılması məqsədi ilə aparılmış xərclərin 9192 manat həddində olması ilə razı olduqları üçün tikilinin qanuni əsaslarla aparılıb-aparılmamasına qiymət verməyə zərurət qalmır.
56. Məhkəmə kollegiyası əmlakın qiyməti düzgün qiymətləndirilməmə si, iddiaçının vicdanlı sahib olmadığı üçün yaxşılaşdırma xərcini tələb edə bilməməsi, qeyd edilən tikililərin sökülməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırılması barədə dəlilləri qəbul etmir.
57. Əvvəla, qeyd edildiyi kimi yaxşılaşdırmaların dəyəri işdəki ekspert rəylərinə əsasən müəyyən edilib. Bundan başqa, həmin rəylər mülki prosessual qanunvericiliyin tələbinə uyğun qiymətləndirilib, hətta apellyasiya məhkəməsi torpaq sahəsinin xaricində dövlətə məxsus avtomobil yolunda aparılan yaxşılaşdırmaların dəyəri olan 8525 manatı ümumi məbləğdən çıxıb.
58. İddiaçının vicdanlı sahib olmadığı üçün yaxşılaşdırma xərcini tələb edə bilməməsi barədə dəlil də əsasızdır. Çünki ilk iddia üzrə cavabdehlər mübahisəli torpağın yaxşılaşdırılması məqsədi ilə aparılmış xərclərin 9192 manat hədd ində olması ilə razı olaraq, həmin hissəni mübahisələndirməyiblər. Apellyasiya məhkəməsi də bunu xüsusi olaraq vurğulayıb. Məhkəmə kollegiyası da qeyd edir ki, 9192 manat dəyərində yaxşılaşdırmanı qəbul edib bunu vicdanı sahibliklə əlaqələndirmədikləri halda, kassatorların həmin həmin məbləğin daha yüksək olmasını vicdanlı sahibliklə əlaqələndirmələri məntiqli görünmür.
59. Qeyd edilən tikililərin sökülməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırılması barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlil yeni dəlildir, işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib. Kassasiya instansiyasında işə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmeti olmayan yeni dəlillərin irəli sürülməsi istisna edilir.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlərin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1145/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.