Məhkəmə qərarları › İş №2(102)-1995/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1995/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1995/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1678/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.20 13-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh ******* manat borc vermişdir.

2. Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydinə əsasən vaxtında ödənilməmiş ******* manat borcun tutulması barədə icra qeydi aparılmışdır.

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 2015-ci il tarixdə Bakı şəhəri 49 saylı notariat kontorunda cavabdehdən onun xeyrinə 1.500.000 manatın tutulmasına dair aparılmış icra qeydinin ləğv edilməsi, 2013-cü il tarixdə cavabdehlə arasında bağlanmış və Bakı şəhəri 21 saylı notariat kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən cavabdehdən onun xeyrinə 1.500.000 manat əsas və 450.000 manat faiz borcu olmaqla, cəmi 1.950.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1922/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8794/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri 49 saylı notariat kontorunun dövlət notariusu tərəfindən 2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv e diməsi, cavabdehdən 1.500.000 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13471/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6808/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2999/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-404/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı notariat kontorunda cavabdehdən iddiaçının xeyrinə 1.500.000 manat tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin tələb rədd olunmuş, ekspertiza xərci cavabdehə aid edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə “xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)3840/2022 saylı qərarından görünür ki, İddiaçı Zilfalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(103)404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tar ixli qərarından görünür ki, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydi üzrə icra icraatına başlanılmışdır.

14. İddiaçı nümayəndəsi İ.İ.Həsənovun xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, tələbkar İcra Şöbəsindən icra sənədinin qaytarılmasını xahiş etmişdir. Buna səbəb kimi o, İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıracağını göstərmişdir.

15. İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydinin tələbkar İddiaçı qaytarılması qərara alınmışdır.

16. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/20 22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh ekspertiza xərcinə dair hissə şöbənin icraatına daxil olmuş və tələbkar İddiaçı dair pul tələbi şöbənin icraatına daxil olmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 515 (beş yüz on beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddianın əsaslarına görə, C avabdeh həmin borcun qaytarılmasını bu günədək təmin etməmiş, bunun nəticəsində isə ona külli miqdarda zərər vurmuşdur.

19. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və qeyd etmişdir ki, heç vaxt İddiaçı pul almamışdır. Onun iddiaçının qohumu ilə biznes əlaqələri olmuşdur və bu münasibətlərin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdeh, həmçinin iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmiş və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir.

20. Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsi (hakim Məlahət Abbasova) ilə iddia tələbi təmin edilməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, işdən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş icra qeydinə əsasən müvafiq icr a qurumunda icraata başlanılmış, lakin sonradan İddiaçı ərizəsinə əsasən icra qeydi tələbkara qaytarılmışdır. Bundan sonra isə tərəflər arasında 2019-cu ildən 2022-ci ilədək məhkəmə çəkişmələri olmuş və son nəticədə məhkəmə borcun məhkəmə qaydasında deyil, icra qeydi əsasında tutulmalı olması qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi İddiaçı öz təşəbbüsü ilə olmuşdur. Öhdəliyin 2019-cu ildən icra edilməməsinin səbəbi tərəflər arasındakı məhkəmə çəkişməsi olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz İddiaçı iddiasına əsasən başlanmışdır. Belə olan halda isə 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün İddiaçı əsas borca 5 faiz tətbiq etməklə Cavabdeh pul tələb etməsi əsassızdır və təmin edilməməlidir.

22. Mə hkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 449, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci, maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 5-ci bəndində istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər.

25. Apellyasiya şikayə ti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 15 iyun 2013-cü il tarixədək qaytarılması şərti ilə ******* (bir milyon beş yüz min) manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən şərtləşdirilmiş müddətdə qeyd olunan borc məbləği qaytarılmadığına görə, ödənilməmiş ******* (bir milyon beş yüz min) manat məbləğində pul vəsaitinin tutulmasına dair Bakı şəhəri 49 saylı Notariat Konturu tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmişdir. Buna baxmayaraq Cavabdeh həmin borcun qaytarılmasını bu günədək təmin etməmiş, bunun da nəticəsində ona külli miqdarda zərər vurmuşdur. Bu əsasdan da çıxış edərək pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin iddia qaldırılan tarixədək son üç ili üçün, hər il üçün illik beş faiz (1500000 x 5%=75000 bir illik faiz; 75000 x 3 il = 225000) məbləğində, yəni 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin (faizin) ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin maddəyə edilmi ş xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən həmin maddə yeni redaksiyada verilmiş və yeni redaksiyada verilmiş Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ehtiva olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kr editor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ehtiva olunmuş hüquqi mövqeyi bir daha təkrar olunmuşdur. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən veri lmiş icra qeydinə əsasən müvafiq icra qurumunda icraata başlanılmış, lakin sonradan onun ərizəsi əsasında icra qeydi geri qaytarılmış, bundan sonra tərəflər arasında 2019-cu ildən 2022-ci ilədək məhkəmə çəkişmələri olmuş və son nəticədə məhkəmə borcun məhkəmə qaydasında deyil, icra qeydi əsasında tutulmalı olması qənaətinə gəlmişdir. Başqa sözlə hazırda əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi onun təşəbbüsü ilə olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz onun iddiası əsasında başlanmışdır. Belə olan halda 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün 5 faiz iddiaçının pul tələb etməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, icra qeydinin icra olunmadan geri qaytarılması və ya tərəflər arasında məhkəmə mübahisəsinin olması, pul vəsaitini istər məhkəmə, istərsə də icra qeydi əsasında tutulmalı olması, borclunun gecikdirilmiş məbləğə 5 faiz ödəmək məsuliyyətindən azad etmir. Son nəticədə borclu 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş borc məbləğini 15 iyun 2013-cü il tarixədək qaytarmadığından, onun həmin tarixdən başlayaraq borc məbləği tam ödənilən ana qədər gecikdirilmiş vaxt üçün 5 faiz ödəmək məsuliyyəti qalmış olur və kreditor istənilən anda və istənilən müddət üçün həmin faiz borcunu tələb etmək hüququna malikdir. Həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmə heç bir əsas olmadan iddia tələbi üzrə 3 illik iddia müddətinin keçməsinə dair əsassız nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddia tələbinin əsası kimi pul məbləğini n ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin iddia qaldırılan tarixədək son üç il üçün 5 faizin ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürülməmiş, işə baxan məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı səhv nəticəyə gəlmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi) F.Ə.Məmmədov və L.E.Rəhimli) 2(105)-1678/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməsi, Cavabdeh 225000 (iki yüz iyirmi beş) manat məbləğin də pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 515 (beş yüz on beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tələbkarın ərizəsi əsasında icra qeydinin geri qaytarılması məhz borcun qaytarılmaması ilə əlaqədar olmuş, yəni icra qeydində göstərilən məbləğin iddia icraatı qaydasında tələb edilməsi ilə əlaqədar olmuşdur.

28. Kollegiya qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Mülki Məcəllənin 445.7-ci maddəsi ilə bağlı məcburi olan hüqiqi mövqeyini nəzərə almamış, bununla da iddiaçının mənafeyinə zidd olmaqla, onun hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmiş, beləliklə məhkəmə tərəfındən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir.

29. Məhkəmə kollegiyası gecikdirilmiş vaxt üçün ödənilməli olan pul məbləği ilə bağlı qeyd etmişdir ki, iddia tələbinə əsasən cavabdeh qaytarmalı olduğu 1.500000 (bir milyon beş yüz min) manat pul vəsaitini qaytarmamışdır. Qeyd edilən hal işin mübahisəsiz halı olmaqla tərəflərin heç biri tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 1.500000 (bir mily on beş yüz min) manat pulun 2019-cu il tarixdən 2022-ci il tarixədək olan gecikdirilmiş müddət üçün yəni 3 il üçün illik 5 (beş) faiz dərəcəsi ilə (1 il üçün 75.000 manat) hesablanmaqla, cəmi 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul ödənilməlidir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı müqavilədə müəyyənləşdirilmiş öhdəliyin icra müddəti bitdikdən sonrakı məbləği deyil, son üç il üçün 5 faizin ödənilməsi tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddia müddətini ötürməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edi lməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən başlanıb. Borc qaytarılmadığı üçün 11 09.2015-ci il tarixdə notarius icra qeydi verib. Sonradan iddiaçı icra qeydinin ləğvi, ******* manat borcun və 450000 manat məbləğində illik 5 faizin məhkəmə qaydasında tutulması ilə bağlı 2019-ci ildə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə borc və faiz tələbi ilə məhkəmə icraatına xitam verilib, həmin tarixli qətnaməsi ilə icra qeydinin ləğvi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib və iddiaçının icra qeydinin ləğvi tələbi təmin edilməyib. İddiaçı Apellyasiya məhkəməsinin həmin qətnaməsindən kassasi ya şikayəti verib. Ali Məhkəmənin mülki kollegiyası 2(102)-3840/2022 saylı 09 Avqust 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətini təmin etməyib. Sonradan iddiaçı 2019- cu ildən 2022-ci ilədək keçən vaxt üçün də illik 5 faizi tələb edib. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, borc ödənilənə qədər cavabdeh borcun 5 faizini ödəmək məsuliyyəti daşıyır. Lakin Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etdiyi 2019-cu ildən məhkəmə mübahisəsinin bitdiyi 2022-ci il 09 Avqustadək iddia müddətinin iddia müddətinin axımı kəsildiyindən iddiaçı həmin müddət üçün faiz tələbi irəli sürə bilməz. İddiaçı məhkəmədə irəli sürdüyü öz tələbində ******* manat əsas borcun və 450000 illik 5 faizin ödənilməsini tələb etmişdi. İddiaçı məhkəməyə verdiyi həmin id diasında illik 5 faizin borc tam ödənilənədək ödənilməsi tələbini irəli sürə bilərdi, lakin o, belə bir tələbi irəli sürməyib. Buna görə də sonradan onun yenidən illik 5 faizin sonrakı dövrlər üçün də ödənilməsi tələbi məhkəmədə qaldırdığı iddiası təmin edilə bilməz. Əgər məhkəmə iddiaçının ******* manat əsas borcun və 450000 illik 5 faizin ödənilməsi tələbini təmin etsəydi belə iddiaçı yalnız məhkəmə qətnaməsində təmin olunanların icrasını tələb edə bilərdi. Buna görə də iddiaçının illik 5 faiz tələbinə məhkəmə qətnaməsi və qərardadı ilə artıq münasibət bildirildikdən sonra yenidən illik 5 faiz tələbi ilə məhkəməyə müraciət etməsi əsaslı və qanuni saylı və təmin oluna bilməz. Apellyasiya məhkəməsi iddiaçının borc və illik 5 faiz tələbi ilə bağlı əvvəllər məhkəmədə iddia qaldırdığını, Bakı Apellyasiya Məhkəməsinin həmin iddianı təmin etmədiyini, Ali Məhkəmənin apellyasiya instansiyasının mövqeyini müdafiə edən qərar çıxardığını, bu faktlarla bağlı işə əlavə edilmiş məhkəmə aktlarını nəzərə almadan, həmin sübutlara düzgün hüquq qiyməti vermədən əsassız və qanunsuz qətnamə çıxarıb. Apellyasiya məhkəməsi təqdim edilmiş sübutları qiymətləndirilmədən ümumi mülahizələr irəli sürüb. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 Noyabr 2005-ci il tarixli qərarında izah olunmuşdur ki, qətnamə o vaxt əsalı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üçün müəyyən edilən faktlardan irəli gələn qəti nət icəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

38. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

39. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41..Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüqu qi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1678/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar