Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1997/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi xnun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadından İddiaçı ASC-nin ləğvedicisi x tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-V.Baxışova (sərlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) xx.xx.2018-ci il tarixli, x n ömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi xnun apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-V.Baxışova (sərlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) xx.xx.2019-cu il tarixli, x nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardad kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi və onun bərpa olunmasına dair ərizə verilməməsi ilə əsaslandırılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (eyni məhkəmə tərkibi) xx.xx.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bu qərar isə kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkilin orderinin ona əlavə olunmaması, buraxılmış prosesssual müddətin bərpasına dair ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, şikayətin verildiyi məhkəmənin adının və ünvanının göstərilməməsi ilə əsaslandırılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsi Mülki xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, şikayətin qoşma hissəsində q ərardadda şikayətin geri qaytarılmasına səbəb olan sənədlərin əlavə edildiyi qeyd edilmiş və sözügedən sənədlər şikayətə əlavə edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Müvafiq sənədlər əlavə olunmuş sənədlərin içərisində olmadığı halda məhkəmə tərəfindən şikayəti qəbul edərəkən müvafiq sənədlərin əlavə edilmiş sənədlərin içində olmaması barədə akt tərtib edilməli idi. Lakin məhkəmə tərəfindən bu akt tərtib edilməmiş, yəni qoşmada qeyd edilən sənədlərdən əksiklik müəyyən edilməmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Azər Məmmədov kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edil sə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kollegiya hazırkı kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, idiaçının xx.xx.2019-cu il tarixli kassasiya şikayətinin qaytarılmasına əsas kimi qeyd olunan halar (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkilin orderinin ona əlavə olunmaması, buraxılmış prosesssual müddətin bərpasına dair ərizənin səlahiyyəti olma yan şəxs tərəfindən imzalanması, şikayətin verildiyi məhkəmənin adının və ünvanının göstərilməməsi) iş materialları ilə təsdiq olunur. Belə olan halda apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmaqla aşağıdakı prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki-Prosessual Məcəlləsinin 67-ci maddəsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilib və yalnız vəkilin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 407.1.1-ci maddəsinə əsasən, kassasiya şikayətin verildiyi məhkəmənin adı və ünvanı kassasiya şikayətində göstərilməlidir. MPM-nin 407.3-cü maddəsinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nüm ayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. MPM-nin 408.1.1-ci və 408.1.3-cü maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-1997/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1997/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver