Məhkəmə qərarları › İş №2(102)-1997/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1997/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1997/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə istifadə hüququnun tanınması ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-703/2023 nömrəli, 9 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şika yətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı1 qardaşıdır. Digər iddiaçılar isə İddiaçı1 övladlarıdır.

2. Mübahisəli ünvan 1 ünvanı 1991-ci ildə iddiaçının atasına verilmişdir.

3. İddiaçı1 xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, qızı İddiaçı2 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, oğlu İddiaçı3 xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixədək B111evin 1 saylı mənzilində qeydiyyatda olmuşlar.

4. Bundan sonra mübahisəli mənzil Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına özəlləşdi rilmişdir və mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

5. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 2017-ci ilin dekabr ayından 2020ci ilin mart ayınadək Sabunçu rayonu, Ramana qəsəbəsi, Dimitrov küçəsi ev 2, mənzil 10da, 2020-ci ilin mart ayından sonra isə ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 3 ünvanından istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 6 evin 1 saylı mənzili onun ata evidir. Belə ki, o həmin mənzil də ailə üzvləri ilə birgə 30 ildən artıqdır ki, yaşamışdır. 2022-ci ilin aprel ayında ona məlum olmuşdur ki, Cavabdeh həmin mənzili qanunsuz üsullarla öz adına keçirmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etmiş, həmin qurumun xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzil xx.xx.1991-ci il tarixli orderi, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin, xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Hazırda cavabdeh qanunsuz olaraq onu və ailə üzvlərini evdən çıxartmaq istəyir. Əslində cavabdeh mənzi li qanunsuz olaraq onları aldatmaqla öz adına keçirmişdir. Belə ki, cavabdeh əvvəldən atası evindən əsassız olaraq pay istəmişdir. 2017-ci ildə o, həyətindən 2 sot torpaq sahəsini satmışdır. Sonradan cavabdeh İcra Hakimiyyətinə şikayət etmiş və tikintinin dayandırılmasına nail olmuşdur. Buna görə də torpağı alan şəxslər verdikləri pulları onlardan geri tələb etmişdir. Həmin vaxt pulu qaytarmaq imkanı olmadığından cavabdeh onu aldatmışdır ki, onun yerinə pulu ödəyəcək, sonra o, həmin pulu cavabdehə qaytarar. Məcbur qalaraq onlar cavabdehlə razılaşmış və cavabdehin tələbi ilə formal olaraq evdən qeydiyyatdan çıxmışlar. Cavabdeh bunu belə əsaslandırmışdır ki, pulun qaytarılmasına əmin olmaq üçün bunu tələb edir, pul qaytarıldığı halda onlar yenidən evə qeydiyyata düşəcəklər. Buna görə də onla r həmin evdən qeydiyyatdan çıxaraq, Cavabdeh məxsus evə qeydiyyata düşmüşlər. Bir müddət sonra onlara məlum olmuşdur ki, cavabdeh dələduzluq yolu ilə onları aldatmış, mənzili öz adına rəsmiləşdirmişdir. Hazırda da onları qanunsuz olaraq həmin evdən çıxartmaq istəyir. O, torpaq alan şəxsə ödədiyi 25.000 manat pulu cavabdehə qaytarmaq istəmişdir ki, onlar (iddiaçılar) təzədən öz evlərinə qeydiyyata düşsünlər. Lakin Cavabdeh bundan imtina etmişdir. Halbuki o dəyəri qat-qat baha olan mübahisəli evi aldatma yolu ilə ələ keçirmişdir. Onlar evi cavabdehə satmamışlar, sadəcə müvəqqəti verdiyi pulun əvəzinə təminat kimi formal evdən qeydiyyatdan çıxmışlar. O isə bundan istifadə edərək dələduzluq yolu ilə evi öz adına rəsmiləşdirmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa olunmasını və iddianı n təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, 1 saylı mənzil xx.xx.2019-cu il tarixdən onun adına qeydiyyatdan keçirilmişdir. Həmin evə dair YYY ilə Suraxanı NQÇİ arasında kirayə müqaviləsi mövcud olmuşdur. 2015-ci il tarixdə YYY vəfat etmiş və mübahisəli mənzil özəlləşdirilməmişdir. Daha sonra o, bütün sənədləri toplamış və Bakı şəhəri İcra Hakimiyyəti MKTB-yə müraciətlər etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti MKTB tərəfindən nümayəndələr gəlib həmin evə baxış keçirmişlər. Cavabdehlər 1990-cı ildən 2017-ci ilə kimi mübahisəli mənzildə yaşasalar da, 2017-ci ildən Yeni Ramanı qəsə bəsində yerləşən evdə yaşamışlar. Onun əməllərində hal-hazırda heç bir qanunsuz hərəkət olmadığını və buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.İsayev) iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar 2017-ci ildə yaşadıqları evin həyətindən 2 sot torpaq sahəsini satmışlar və cavabdeh bununla bağlı İcra Hakimiyyətinə şikayət edərək tikintinin dayandırılmasına nail olmuşdur. Torpaq sahəsini alan şəxslər verdikləri pulları onlardan geri tələb etmişlər və iddiaçıların həmin vaxt pulu qaytarmaq imkanı olmadığından razılığa gələrək cavabdeh onların yerinə pulu ödəmiş və cavabdeh in tələbi ilə formal olaraq həmin evdən qeydiyyatdan çıxmışlar. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, həmin ev yaşamaq üçün ataları YYYna verilmişdir. İddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 1992-ci ildən hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşamışlar. 2017-ci ildə iddiaçılar mübahisəli mənzildən pasport qeydiyyatından çıxaraq başqa ünvana qeydiyyata alınmışlar. ünvan 4 ünvanı 33 saylı xx.xx.1991-ci il tarixli orderi, Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir.

11. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər.

12. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halı nda qiymət verərək hesab edir ki, iddiaçılar 1992-ci ildən həmin mənzildə fasiləsiz olaraq yaşadıqlarından və onların həmin mənzilə istifadə hüquqları yarandığından iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları tanınmalıdır.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəlləsinin 27.1, 27.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.4.-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını xahiş etmişdir.

15. Şikayətdə qeyd olunmuşdur ki, qətnamə aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassız olduğundan tam ləğv olunmalıdır. Belə ki, onların ata evi tamamilə başqa ünvanda yerləşir. ünvan 6 evin 1 saylı mənzildə atası yalnız qeydiyyatda olmuşdur. İddiaçılar özlərinin qeyd etdiyi kimi həmin mənzildə yaşadıqları dövrdə İddiaçı3 həyətin bir hissəsini dələduzluq edərək 25000 manata başqa bir şəxsə satmış və orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. O, İcra Hakimiyyətinə şikayət etdikdən sonra orada tikilən tikilini sökmüşlər. Torpaq alan şəxs pulun qaytarılmasını tələb etmiş və polisə şikayət etmişdir. O, İddiaçı3 əvəzinə 25000 manat pulu öd əmişdir. 2017-ci ildə iddiaçılar öz razılıqları ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilindən qeydiyyatdan çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzilinə qeydiyyata düşmüşlər və orada yaşamağa başlamışlar. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 02 noyabr 2022-ci il tarixli, 38 saylı arayışından görünür ki, "148 saylı MKİSnin xidməti ərazisində yerləşən Yeni Raman qəsəbəsi, X1 (keçmiş Dmitrov) küçəsi ev 2 mənzil 10-da qonşuların aktına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı2 2017-ci ildən 2020-ci ilə qədər qeydiyyatda olmuş və yaşamışlar." Onların həmin ünvanda qeydiyyatda olmalarını şəxsiyyət vəsiqə lərinin surəti də təsdiq edir. İddiaçılar mübahisəli mənzildən qeydiyyatdan çıxdıqdan sonra xx.xx.2019cu il tarixdə öz adına xüsusi mülkiyyəti kimi qeydiyyata almışdır. İddiaçılara mübahisəli mənzildən çıxmaları üçün öz razılıqları ilə 30.000 manat pul vermişdir. Onlara 25000 manat və 30000 manat məbləğində pul vermişdir. Onlar polisə verdiyi izahatlarında həmin faktları təsdiq edirlər (İzahatları əlavə edir). İddiaçılar özlərinə məxsus ünvan 2 ünvanında yerləşən mənzildə yaşamalarına baxmayaraq, mülkiyyətində olan mənzilə qanunsuz olaraq daxil olmuşlar və mənzili zəbt etmişlər. Hal-hazırda İddiaçı1 qanunsuz olaraq mübahisəli mənzildə yaşayır. Digər iddiaçılar hal-hazırda ünvan 2 ünvanında yerləşən özlərinə məxsus mənzildə yaşayırlar. xx.xx.2022-ci il tarixdə o, iddiaçıların mübahisəli mən zildən çıxarılması ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin e-2(010)-2513/2022 saylı mülki işin hazırlıq iclasında iddiaçılar icraatın dayandırılması ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək bildiriblər ki, İddiaçı1 “çıxarışın etibarsız edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2513/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırılıb. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı1 “çıxarışın etibarsız edilməsi" tələbinə dair iddia ərizəsi mümkünsüz hesab edilmişdir. Bakı İnzibati Məhkəməsində “çıxarışın etibarsız edilməsi" tələbinə dair 2-1(112)-8746/2022 saylı inzibati işə baxılarkən hazırkı iş üzrə iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilmiş və işə baxıla raq qətnamə qəbul edilmişdir. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, icraatında olan 2(010)-3451/2022 saylı mülki işin Bakı İnzibati Məhkəməsində baxılan “çıxarışın etibarsız edilməsi" tələbinə dair 2-1(112)-8746/2022 saylı inzibati işin əlaqəli olduğundan icraatın dayandırılmasını xahiş etsə də, icraat dayandırılmadı, qətnamə qəbul edildi. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçıların mülkiyyətində olan mənzildən könüllü şəkildə köçüb daimi olaraq başqa yerə getmələri, hal-hazırda Xırdalan şəhərində faktiki mənzillərinin olması və həmin mənzildə pasport qeydiyyatında olmalarını, eyni zamanda onun iddiaçılara 55000 manat məbləğində pul verməsini nəzərə almamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs yaşad ığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-703/2023 nömrəli, 9 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı1, (LLL) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddiası rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, xx.xx.2019-cu il tarixdə cavabdeh ilə kirayə müqaviləsinin bağlandığı və bu müqavilədə iddiaçıların adlarının yer almadığı nəzərə alınmamış, habelə daşınmaz əmlakın yaranmış yeni mülki münasibətlər əsasında mənzilin mülkiyyət hüququ əsasında başqa şəxsə məxsus olması və sonuncu ilə notarial qaydada razılığın olmadığı müəyyən edilmişdir. Ona g örə, hazırkı münasibətlərdə iddiaçıların subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsi əsasında faktiki halların müəyyən edilməməsi (sübuta yetirilməməsi), analoji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır.

7. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər.

8. Məcəllənin 17.2-ci maddəsinə əsasən: Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

9. Məcəllənin 81-ci maddəsinə əsasən: 81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək i xtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. 18.

10. Diqqətə çatdırılmalıdır ki, cavabdehin adına ilkin qeydiyyat aparılanadək mənzil dövlət fonduna aid olmuş və istifadə hüquqlarının əldə edilməsi üçün iddiaçılar kirayə (icarə) müqaviləsi bağlamamış, mənzilə görə isə müvafiq icra hakimiyyətinin sərəncamı ilə cavabdeh ilə yeni kirayə müqaviləsi bağlanmış, bu sənəd isə mübahisələndirilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 31, 33 və 43-cü maddələrinə, Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü, Mənzil Məcəlləsinin 30, 34, 59 və 79-cu maddələrinə, Mülki Məcəllənin 6, 11, 180, 181, 185 və 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilmə sinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin lehinə təfsir edilmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamə ilə iddiaçının konstitusion mülkiyyət hüququ pozulmuşdur, lakin məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə ş ərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13, İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

26. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış ye rini itirmir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

28. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış mə ntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər.

32. Maddə 81.1. Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, iddia tələbi mənzil hüququ ilə bağlıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaların a uyğun çıxarılmalıdır.

43. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009cu ilədək yarandığına görə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq baxılan iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) müddəalarını tətbiq etmişdir.

44. Məhkəmə kollegiyası cavabdehin adına ilkin qeydiyyat aparılanadək mənzilin dövlət fonduna aid olduğunu və istifadə hüquqlarının əldə edilməsi üçün iddiaçılarla kirayə (icarə) müqaviləsi bağlanmadığını, mənzilə görə müvafiq icra hakimiyyətinin sərəncamı ilə cavabdehlə yeni kirayə müqaviləsi bağlanmasını və bu sənədin qüvvəvə olub mübahisələndirilmədiyini qeyd etmişdir.

45. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normalar ı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-703/2023 nömrəli, 9 yanvar 2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar