Məhkəmə qərarları › İş №2(102)-2000/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2000/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2000/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun geri qaytarılması tələbi; əsassız varlanma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-439/2025 saylı 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə qudası Cavabdeh1 və Cavabdeh2 verdiyi borcunu istəyən zaman söyülüb təhqir edildiyi və hədələndiyini bilrmişdir.

2. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin HK-1/4802 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının hədələnməsinin təsdiq olunmaması və bununla da cinayət hadisəsinin olmaması əsası ilə “cinayət işinin başlanılması” rədd edilmişdir.

3. Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun qudasıdır. 2020- ci ildə qızı X1 ailə qurmuşdur. Günayla Elşən ailə qurduqdan sonra bir müddət Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra Sahilə həmin evi satmış və almağa başqa ev axtarmışdır. Ona məxsus ünvan 1, ev 6 ünvanı var. Sahilə evi satan zaman evin 50.000 manatının Elşən və Günayın olduğunu demiş, həmin məbləğə ya ev alınmasını ya da özlərinə götürmələrini demişdir. Sonra Elşən və qızı Günay Sahiləyə, arvadı Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanı olduğunu demişdir. Sonra Sahilə həmin evə baxmış və ev xoşuna gəlmişdir. Həmin vaxt Elşən və Günay evi təmir edib yaşaya biləcəklərini demişlər. 2023-cü ilin may ayında Elşən ona zəng edərək Sahilənin 50.000 manat pul gətirdiyini və həmin pulu onun götürməyini və evi təmir etdirəcəyini bildirmişdir. Həmin vaxt Sahilə və Sahilənin Natəvan qəsəbəsində satdığı evi alan 2 nəfər şəxs yaşadığı evə gəlmişlər. Sahilə yaşadığı evdə olan zaman 50.000 manat pulu ona vermiş və o, həmin pulu saymış və 50.000 manat olduğunu görmüşdür. Sonra pulu səhərə kimi yaşadığı evdə saxlamış və Elşən gəlib evdən həmin pulu hissə-hissə götürmüşdür. Ev təmir olunan zaman təmir üçün olan materialların qiyməti baha olduğu üçün Günay və Elşən əlavə Sahilədən pul istəmişlər. Sahilə də əlavə 3000 manatı yaşadığı evə gətirmiş və pulu o, götürüb saymış və 3000 manatı olduğunu görmüşdür. Evi təmir etdikdən sonra Elşən və Günay həmin evdə yaşamağa başlamışlar. Evin təmiri qutardıqdan sonra Sahilə verdiyi 53.000 manatı qaytarmağını istəyir. Sahilə onlara pul verməmiş, həmin pul varis kimi Elşənə düşən puldur. Elşən işdə gecə növbəsində olduğu üçün ona zəng edərək anası Sahilənin 50.000 manat pul gətirdiyini və pulun evdə qalmasını, sabah götürəcəyini demişdir. O, Elşənin xahişinə görə yaşadığı evdə Sahilədən 50.000 manat pulu ona vermişdir. O, pulu sayıb götürmüşdür ki, səhəri gün Elşənə versin. İddiaçı düzgün məlumat verməmiş, onların həmin evi satmaq fikirləri olmamışdır.

4. Material üzrə araşdırma zamanı izahatı alınmış Şahid1 göstərmişdir ki, Gəncə şəhərində yaşayır. İddiaçı müraciəti ilə tanış olmuşdur. Sahilə onun anası, Adil qaynatası, Şəhla qaynanası, Günay arvadıdır. 2020-ci ildə o, Günayla ailə qurduqdan sonra anası Sahiləyə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışlar. Sonra anası Sahilə evi satmışdır. Onlar ev axtarmağa başlamışlar. Qaynatası Adillə söhbət zamanı Adil anası Sahilə ilə danışmaq istədiyini demişdir. Söhbət zamanı Adil anası Sahiləyə demişdir ki, 55000 manatı ver və qaynanası Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanını təmir edək və orda yaşasınlar. Sonra Adil anası Sahiləyə demişdir ki, həmin evi Elşənin adına keçirdərik. 2023-cü ilin may ayında o, Adilə zəng edərək anası Sahilənin 50000 manat pul gətirdiyini, həmin pulu sayıb götürməsini və evi təmir etməyi demişdir. Sonra anası Sahilə pulu Adilə vermişdir, həmin pulla evi təmir edib arvadı Günayla birlikdə yaşamışlar. Ev təmir olunan zaman anası Sahilə qaynanası Şəhla ya“evi nə üçün oğlum Elşənin adına keçirmirsiz” demişdir. Şəhla da anası Sahiləyə ev təmir olunduqdan sonra edərik demişdir. Lakin bu günə qədər ev Şəhlanın adınadır. Material üzrə araşdırma zamanı izahatı alı nmış Cavabdeh2 oxşar izahat verərək əri Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra “iddiaçı” iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 53522 manat (cavabdehlərdə olan 53000 manat, vəkilə ödənilən 322 manat, dövlətə ödənilən 260 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçın oğlu Şahid1 qayınatası və qayınanasıdır. Cavabdehlərlə iddiaçı 2020-ci il tarixdə qohum olmuşdur. Belə ki, iddiaçının Şahid1 cavabdehlərin qızı Günay Məmmədova ilə 2020-ci il tarixdə ailə qurmuşlar. Şahid 1 və Günay Məmmədova ailə həyatı qurduqdan bir müddət sonra iddiaçıya məxsus olan Gəncə şəhəri, Natəvan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışlar. İddiaçı oğlu Şahid1 ev almaq və borclarının bir qismini qaytarmaq üçün onların yaşadığı Gəncə şəhəri, Natəvan qəsəbəsindəki evini satmışdır. Evi satan dövrdə oğlu Elşən iddiaçıya bildirmişdi ki, qayınatası Cavabdeh1 onunla danışmaq istəyir. İddiaçı Cavabdeh1 sonuncuya məxsus evdə görüşmüşdür. Adil, söhbət əsnasında arvadı Cavabdeh2 adına olan ünvan 1-da olan 6 nömrəli evi satdığını, istərsə 55000 manata iddiaçıya satacağı barədə təklif etmişdir. İddiaçı evə baxmış, ev təmirsiz olmasına baxmayaraq xoşuna gəlmişdir. İddiaçı cavabdehlərlə evin qiymətini 55000 manata razılaşmışdır. Razılaşmaya əsasən iddiaçı 55000 manatın 50000 manatını Adilin ailə üzv lərinin yanında sonuncuya vermişdir. Bir müddətdən sonra iddiaçı qalıq 5000 borcun 3000 manat hissəsini də Adilə vermişdir. Adil pulu alandan bir neçə gün sonra bildirmişdir ki, ona verilmiş pulun qarşılığında ev təmir olsun və iddiaçının oğlu Şahid1 adına keçirilsin. İddiaçı Cavabdeh1 bu təklifi ilə də razılaşmışdır. Sonradan iddiaçı dəfələrlə evi oğlunun adına keçirtməyi bildirsə də, Adil evi oğlunun adına evin təmirindən sonra keçirdəcəyini bildirmişdir. Hazırda evin təmiri bitməsinə baxmayaraq cavabdehlər evi iddiaçının oğlu Şahid1 adına keçirtməkdən yayınırlar. Cavabdehlərin hərəkətinə görə iddiaçı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən ona yazılı qaydada bildirmişlər ki, iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlər iddiaçıya məxsus əmlakı ələ keçirtməklə əsassız varlanmışlar.

7. Cavabdehlər birinci instansiya məhkəməsində iddia tələbinə etirazla müraciət edərək bildirmişlər ki, iddiaçı onların qızı X2 qayınanasıdır. Belə ki, Günay Məmmədova 2020-ci ildə iddiaçının oğlu Şahid1la ailə həyatı qurmuşdur, bir övladları vardır. Onlar 2023-cü ilin mart ayınadək Şahid1 atasından qalma Gəncə şəhəri, Natəvan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. İddiaçı ərizəsində bildirmişdir ki, Natəvan qəsəbəsindəki evini satan zaman onlara məxsus olan Azərbaycan Bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili iddiaçıya 55000 manata satmağı təklif etmişlər. Hətta verilən pulun razılığında cavabdehlər evi təmir etdirməli, oğlunun adına keçirməyi bildirmişlər. H albuki, onlar heç vaxt ev satmaq fikrində olmamış və iddiaçı ilə bu barədə heç bir razılaşmaları olmamışdır. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı evi öz adına sənədləşdirdikdən sonra (ev sənədsiz idi) oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. İddiaçının oğlu buna etiraz etmişdir. Çünki iddiaçı bundan əvvəl atasından övladına verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçının irəli sürdüyü iddialardan biri də 53000 manatın cavabdehlərə verilməsidir. Halbuki, bu iddia həqiqəti əks etdirmir. Belə ki, iddiaçı oğluna bildirmişdir ki, 73000 manata satdığı mənzilin pulu ilə özü üçün 1 otaqlı mənzil alacaq, 53000 manatı isə oğluna verəcək. Lakin 2 ay pulu verməkdən imtina etmiş və oğluna ev alacağını bildirmişdir. Lakin evl ərin qiyməti çox bahalaşdığı üçün münasib yaşayış üçün əlverişli ev ala bilməmişdir. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası ona vəd etdiyi pulu qaytarır. Şahid1 anasına bildirmişdir ki, pulu onların yaşadıqları ünvana versin. Çünki Elşən, yaşadığı ev (Natəvan qəs. ev 1, mən.1) satıldıqdan sonra ailəsi ilə birlikdə onlarla yaşamışdır. Elşən onlardan xahiş etmişdir ki, pulu götürsünlər. Çünki həmin gecə Elşən bazarda işləyirdi. Ertəsi gün Elşən gəlib pulu onlardan götürmüş və xahiş etmişdir ki, onlara məxsus olan Azərbaycan Bayrağı küçəsi, bina 6, ev 6 ünvanında olan evi onlara versin, təmir edib yaşasınlar. Onlar da razılaşmışlar. Çünki onların yeganə varisi qızları Məmmədova Günaydır. Elşən evi təmir etdirmiş, özləri üçün lazım olan əşyaları almış, hazırda ailəsi ilə birlikdə Azərbaycan Bayrağı küçəsi, bina 6, ev 6 ünvanında yaşayırlar.

8. Cavabdeh2 bildirmişdir ki, bir otaqlı evdə yaşayır, 37 ildir ki, müəllim işləyərək 2015-ci ildə ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili almışlar. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Onlar heç vaxt ev satmaq fikrində olmamışlar və iddiaçı ilə bu barədə heç bir razılaşmaları olmamışdır. Əgər həmin evi satmaq niyyətləri olsaydı, onu 55000 manata yox, 75000 manata satardı. İddiaçının isə evi satma səbəbi odur ki, 2022-ci ildə iddiaçı atasından qalma sənədi olmayan evi öz adına sənədləşdirdikdən sonra 2023- cü ildə oğlu Şahid1 bildirmişdir ki, onlarla yaşamaq istəmir, evi satışa çıxarır. Bundan əvvəl iddiaçı keçmiş həyat yoldaşından ayrılarkən atasından övladı E lşənə verilən 3 otaqlı bina evini və torpaq sahəsini satmışdır. İddiaçı sonuncu dəfə ünvan 2 də satarkən oğlu Elşən buna narazılığını bildirmişdir, çünki həmin evdə ailəsi ilə birgə yaşayırdı, ev satıldığı təqdirdə ailəsi ilə qalmağa yeri olmayacaqdı. Buna görə də iddiaçı ilə oğlu arasında müəyyən narazılıqlar yaranmışdır. İddiaçı oğlu Elşənə bildirmişdir ki, həmin evi hansı məbləğə satırsa-satsın, varis kimi oğluna 50000 manat verəcək, həmin məbləğə oğlu istəyir ev alsın, istəyirsə də özünə xərcləsin, özünə qalan pulla isə 1 otaqlı ev alacaqdır. Belə ki, iddiaçı evi 73000 manata satmışdır. Evi 2023-cü ilin mart ayında satdıqdan sonra iddiaçı 2 ay pulu özündə saxlamış, pulu oğluna verməkdən imtina etmiş, oğluna ev alacağını bildirərək 2 ay müddətində ev axtarmağa başlamışdı. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib, yaşayış üçün əlverişli ev ala bilməmişdir. Gəncə şəhəri, Natəvan qəsəbəsi ev 1, mənzil 1-də yerləşən ev satıldığı üçün iddiaçının oğlu Elşən öz ailəsi ilə birlikdə onların evində yaşayırdı. 2023-cü ilin may ayında gecə Şahid1 onlara zəng edərək bildirmişdir ki, anası İddiaçı ona vəd etdiyi pulu qaytarır. Şahid1 isə həmin gün gecə bazarda işlədiyi üçün anası İddiaçı bildirmişdir ki, pulu onların yaşadıqları ünvana versin. Ertəsi gün iddiaçı ünvan 2 satdıqları adam ilə onların yaşadığı ünvana gələrək oğlu Şahid1 çatacaq 50000 manat məbləğində pulu onlara vermişdir. Səhəri gün Elşən həmin pulu gəlib götürmüş, həmçinin cavabdehlərə bildirmişdir ki, şəhərdə 50000 manata iki otaqlı evlər var, ancaq təmirsizdir, onun da kifayət qədər pulu yoxdur ki, həmin evi təmir etdirsin, uşaqlar həmin təmirsiz evdə tez-tez xəstələnəcəklər, odur ki, cavabdehlər ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzili onun ailəsinə versinlər, həmin 50000 manat vəsaiti evin təmirinə xərcləsinlər. Cavabdehlər də razılaşmışlar. Səhəri gün Elşən usta gətirmiş, evin təmirinə 2023-cü ilin may ayının axırında başlanılmışdır, 4 ay müddətində ev təmir olunmuşdur, ev ən bahalı materiallarla təmir olunubdur və hazırda Elşən ailəsi ilə birlikdə 1 ildir ki, həmin evdə yaşayır. Təmir müddətində iddiaçı daim ustalarla telefon vasitəsilə əlaqə saxlayaraq öz göstərişlərini vermişdir. Elşən və qızı Günay 50000 manatın təmirə xərclənən puldan qalığı ilə özlərinə ev əşyaları (kondisioner, paltaryuyan və s.) almışlar. İddiaçı oğlu Elşənə pulu verəndə məqsədi o olmamışdır ki, həmin pull a ev alsın, məqsəd Elşənə varis qismində düşən pulu onun özünə qaytarmaq olmuşdur. İddiaçının oğlu Elşən hazırda cavabdehlərə məxsus evdə qeydiyyatdadır. İddiaçı özünə götürdüyü 20000 manatı xərcləyib, indi də pulu bitdiyi üçün oğluna verdiyi pulu onlardan tələb edir. O, heç vaxt iddiaçıya söz verməmişdir ki, evi oğlu Elşənin adına keçirəcək.

9. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 2020-ci il tarixdə X3 ilə ailə qurmuşdur. Bir övladları var. Həmin vaxtdan Gəncə şəhəri, Natəvan qəsəbəsi ev 1, mənzil 1-də yaşamışlar. 2022-ci ildə anası İddiaçı evi öz adına sənədləşdirmiş, 2 ay sonra bildirmişdi ki, onlarla yaşamaq istəmir. Evi satıb iddiaçı özü üçün 1 otaqlı ev, onlara isə 50000 manat pul verəcəyini bildirmişdir. Ev 73000 manata satılmış, 50000 manatı onlara verməyi bildirsə də, 2 ay bundan imtina etmişdir. 2 aydan sonra ona bildirmişdir ki, pulu ondan götürsün. Həmin müddətdə o, ailəsi ilə birlikdə qayınatasıgildə yaşayırdı. Gecə bazarda işlədiyinə görə anasına bildirmişdir ki, pulu aparıb yaşadığı ünvana (qaynatasıgilə) versin. Belə də olmuşdu. Evlərin qiyməti çox bahalaşdığı üçün körpə uşaqla bərbad evlərdə yaşamaq istəməmişdir. Həyat yoldaşının (ailənin yeganə övladıdır) valideynlərindən xahiş etmişdir ki, onlara məxsus olan 3 otaqlı mənzillərini onlara versinlər, təmir elətdirib orada yaşasınlar. Onlar da razılaşmışdır. Anası İddiaçı ev alğı-satqısı barədə və 53000 manat pulu qaynatasına verməsi barədə qaldırdığı iddianın heç bir əsası yoxdur. Pul onun razılığı əsasında evə göndərilib. Evi də o, təmir etdirib, evə əşya almışdır. Müəyyən borcla rını vermişdir. Bu gün də o, sözügedən evdə ailəsi ilə birlikdə yaşayır. Anasının məqsədinin nə olduğu hələ də ona aydın deyil.

10. Birinci instansiya məhkəməsində Şahid3 bildirmişdir ki, ustadır, 2023-cü ilin aprel ayının axırlarında Elşən onlara anbardar kimi gəlmişdir. Elşənin yuxusuz olduğunu görüb ondan səbəbini soruşduqda Elşən evi satdığını, ev almaq istədiyini, bir neçə gündür, maşında yatdığını bildirmişdi. O da Elşənə Poçt qəsəbəsində kirayə tutduğu mənzildə yaşadığını, Elşənə də onunla birgə qalmasını təklif etmişdi. Elşən 2023-cü ilin aprel ayının axırlarından iyun ayının ortalarına kimi onun yanında kirayədə yaşamışdır. Ev təmir olunmamışdan qabaq, yəni pul Elşənə verilən ərəfədə Elşən gecə növbəsində işləməmişdir, saat 18-00-dan sonra evdə olmuşdur. İddiaçı ona zəng edərək oğ lu Elşənlə birlikdə evlərə baxmağı xahiş etmişdir. Bir neçə evə baxsalar da, həmin evi bəyənməmişlər. Sonda Cavabdeh1 ona zəng edərək özlərinə məxsus ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin təmir olunaraq Elşənə verilməsinə, həmçinin evin təmir olunması üçün 8000 manat qiymətinə razılaşmışlar. İşin başlanğıcında Cavabdeh1 ona 3000 manat vermiş, həmçinin işin gedişində santexnik ustasına da 200 manat verilmişdir. Evə üzlük vurulanda Cavabdeh1 pulun qalanını istəsə də, o pulunun kartda olduğunu bəhanə edərək qalan 5000 manat pulu verməkdən imtina etmişdir. Həmçinin Cavabdeh2 ustaların gec işlədiyini, işə gec gəldiyini bəhanə etmişdir, buna görə də aralarında narazılıqlar yaranmışdır. Cavabdehlər onun yanında Elşənə demişlər ki, təxminən 50000-55000 manat məbləğində olan pulu Elşən onlara versin, onlar isə Elşənə evi təmir edib versinlər. Sövdələşmə şənlik evində onunla cavabdehlər arasında olmuşdur. Materialları cavabdehlər, onların qızı və Elşən ilə birlikdə gedib almışlar. Elşən vasitəçi olmuşdur. İddiaçı onlara heç bir pul vəsaiti verməmişdir. Evin təmiri yarımçıq qalmışdır, evin təmirinin 60-70 faizi görülmüşdür, ona təmir müqabilində cəmi 3200 manat pul verilmişdir. Evin tam təmiri üçün lazım olan maksimum məbləğ 18000-20000 manat olmuşdur. Belə bir söhbət olmuşdur ki, cavabdehlər evi Elşənin adına keçirəcəklər.

11. Birinci instansiya məhkəməsində Şahid4 bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı bir “ağsaqqal” kimi ona təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, müba hisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. İddiaçı ilə birgə cavabdehlərin evinə getmişlər. Cavabdehlər təsdiq etmişdilər ki, iddiaçıdan həmin pulu almışlar, pulun bir hissəsi müqabilində evi təmir etmişlər, qalan hissəsinə isə ev əşyaları almışlar. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onu aldadıb, həmin pulu almış, istifadə etmişdir, hara şikayət edir etsin, pulu qaytarmayacaq. Digər Cavabdeh1 da onu təsdiq etmişdir. Mübahisə ona görə yaranmışdı ki, ev niyə Elşənin adına keçirilmir. Cavabdehlər evi Elşənin adına keçirəcəklərinə söz verdiklərini etiraf etmişlər.

12. Birinci instansiya məhkəməsində Şahid2 cavabdehlərlə qudadır, iddiaçının keçmiş həyat yoldaşıdır, 2023-cü ilin aprel ayında ev satılıb, pul cavabdehlərə verilib ki, ev alınsın, lakin ev Elşənin adına rəsmiləşdirilmir. Nə pulu, nə də evi cavabdehlərdən geri ala bilmirlər. Hazırda beş adamın – özü, həyat yoldaşı Sahilə, oğlu Elşən, gəlini Günay və nəvəsinin qalmağa yerləri yoxdur. Həmin evdə ailəvi olaraq yaşayacaqdılar. Ev satılana qədər həmin evdə yaşayırdı. Evin alğı-satqısı zamanı orada olmasa da, məsələdən xəbərdar olmuşdur. Sonda evin nəvəsinin adına keçirilməsini təklif etsə də, cavabdehlər buna da razı olmamışlar. Onlar hesab edirdilər ki, ev Elşənin adına rəsmiləşdirilərsə, Sahilə evi satacaqdır. Pulun verilməsində məqsəd ailəvi yaşamaq üçün evin alınması olmuşdur, məqsəd o olmamışdır ki, ev təmir olunsun, əşyalar alınsın. Sahilə cavabdehlərdən niyə onu aldatdıqlarını soruşduqda cavabdeh Şəhla bildirmişdi ki, əgər onu aldatmasaydı, pulu ondan ala bilməyəcəkdi. Həmin ilin iyul-a vqust aylarında “Sultan” marketin qarşısında oğlu Elşən və gəlini Günayla görüşmüşdür, gəlini Günaya şəxsən sual ünvanlamışdır ki, nəyə görə evi Elşənin adına rəsmiləşdirmirsiniz. Günay cavabında bildirmişdir ki, 10 günə evin təmiri bitir, ondan sonra evi Elşənin adına rəsmiləşdirəcəklər.

13. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı anasıdır, cavabdehlər isə onun qayınatası və qayınanasıdır. Hazırkı iddianın niyə verildiyini bilmir. Aralarındakı razılığa əsasən anası evin satışından əldə olunan 73000 manat puldan 53000 manatı varis qismində ona vermişdir. 53000 manatı evin təmirinə və evin çatışmayan zəruri əşyalarına xərcləmişdir. Pul verilərkən gecə “Dubay” kafesində işdə olduğundan həmin pulun qayınatası Adilə verilməsini xahiş etmişdir. Səhərisi gün həmin pulu qayınatası Adilin özündən götürmüşdür. Gəncə şəhəri, Natəvan qəsəbəsindəki ev satılandan sonra, həmçinin hazırda yaşadıqları ev təmir olunduğu ərəfələrdə həm qayınatasının, həm usta Asifin, həm də atasının yanında qalmışdır. Usta Asifə təmir zamanı pulu həm özü, həm də qayınatası Adil vermişdir, büdcələri bir olmuşdur. Evin onun adına keçirilməsi ilə bağlı söhbət olmayıb. Lakin anası Sahilə ilə qayınanası Şəhla arasında evin nə üçün onun adına keçirilməməsi ilə bağlı mübahisənin olmasından xəbərdardır. Həmçinin polisdə verdiyi izahat ona məxsus deyil.

14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3287/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fuad Fərhadov)

15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1, e ləcə də digər cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından, habelə işin digər materiallarından müəyyən edilir ki, Cavabdeh1 2023-cü ilin may ayında kürəkəni Şahid1 xahişi ilə iddiaçının hissə-hissə ona verdiyi 53000 manat məbləğində pulu Şahid1 çatdırmışdır. Şahid1 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də bu halları, yəni anasının (iddiaçının) ona verməli olduğu 53000 manat məbləğində pulun qayınatası Cavabdeh1 vasitəsi ilə ona çatdırıldığını təsdiq etmiş, həmin məbləğin bir hissəsinə sözügedən evi təmir etdirdiyini, bir hissəsinə ev üçün əşyalar aldığını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçının verdiyi pulu Şahid1 çatdırmaqla iddiaçının tapşırığını da icra etmişdir.

16. Birinci instansiyası məhkəməsi MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla qeyd etmiş dir ki, sözügedən evin Şahid1 adına alğı-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 aralarında olan şifahi tapşırıq müqaviləsi üzrə sözügedən məbləğdə pulun müqabilində digər cavabdehin adına olan evi Şahid1 adına sənədləşdirməsi barədə hər hansı tapşırıq verdiyini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, başqasının mülkiyyəti barədə belə tapşırığın olması özü-özlüyündə əhəmiyyətsizdir. Həmçinin, sözügedən evin mülkiyyətçisi olan, iş üzrə digər Cavabdeh2 ilə aralarında evin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı tapşırıq, alğı-satqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını da iddi açı məhkəməyə təqdim edə bilməmişdir.

17. Birinci instansiyası məhkəməsi eyni zamanda göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı şahid ifadələrinə istinad edir. Lakin iddiaçının təqdim etdiyi və məhkəmə iclasında dindirilmiş şahidlərin bəzilərinin ifadələrinə tənqidi yanaşılmaqla onlar mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər də MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakim şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrin in qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmalıdır.

18. Birinci instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişdir ki, sözügedən evin təmirində usta işləmiş Şahid3 ifadəsinə ona görə tənqidi yanaşılmalıdır ki, o, ifadəsində evin təmirini cavabdehlərin yarıda saxladığını, onun işindən narazı qaldıqlarını bildirir, bu isə onun cavabdehlərə qarşı qərəzli olmasına əsas verir. Digər Şahid4 isə ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı ona “ağsaqqal” bir kimi təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. Göründü yü kimi, həmin şahid hadisəni sonradan öyrənmişdir, yəni 2023-cü ilin may ayında, tərəflər arasında yaranan münasibətin birbaşa şahidi olmamışdır. Digər Şahid2 isə iddiaçının keçmiş əridir, iddiaçının keçmiş qohumu kimi onun xeyrinə hərəkət edə bilər və yalnız onun ifadəsi hazırkı iddia tələbinin təmin edilməsi qənaətinə gəlinmək üçün yetərli əsas deyil.

19. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 157.2, 181.4, 385.1, 386.1, 777.1, 779.1, 1091.2-ci, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

21. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı cavabdehlərdən ünvan 1, ev 6-da yerləşən mənzilin ona satılması müqalibində 53000 manat pulu cavabdehlərə verməsini şahid ifadələri və cavabdehlərin polis şöbəsində və məhkəmədə verdikləri izahatlarla sübuta yetirmişdir. Cavabdehlər öz növbəsində həmin pulu Şahid1 vermələri üçün iddiaçıdan aldıqları barədə məhkəməyə hec bir sübut təqdim etməmişlər. Belə olan halda cavabdehlər üzərlərinə vəzifə kimi qoyulmuş MPM-nin 77.1-ci maddəsinin tələblərini yerinə yetirməmişlər. İş üzrə cavabdehlər polis şöbəsində ifadə vermiş və ifadələrində pulu götürməklərini etiraf etmişlər. Bundan sonra məhkəmə icl asında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərdən mənzilin ona satılması müqalibində 53.000 manat pulu cavabdehlərə vermişdir. Məhkəmə iddiaçı tərəfin sübutlarını və dəlilllərini obyektiv, qərəzsiz və hərtərəfli yoxlamamış və qiymət verməmişdir. Şahid ifadələrində iddiaçının həmin pulu verməsinin səbəbi evin alınması olduğu təsdiqini tapmışdır. Həmin şahidllərin qərəzli və yaxud yalan ifadə verməsi barədə cavabdeh tərəfindən heç bir sübut və dəlil təqdim edilməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə sübutları qiymətləndirməmiş və nəticədə yekun məhkəmə aktı qəbul edərkən düzgün nəticəyə gələ bilməmişdir.

22. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, kürəkəni Elşən və qızı bir yerdə birinci dəfə avtozavoddan 46000 manata 2 otaqlı ev bəyənib tapmışdılar. Sonra iddiaçı gəldi, həmin evə baxdı bəyənmədi, evi almaq fikrindən daşındılar. İddiaçı istəyirdi ki, 3-4 otaqlı ev alsın əşyalarını o evə qoysun və özü də orda yaşasın. Günayla Elşən ailə qurduqdan sonra bir müddət iddiaçıya məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra iddiaçı həmin evi satmış və almağa başqa ev axtarmışdır. Onlara məxsus ünvan 1, ev 6 ünvanında yoldaşı Cavabdeh2 adına evləri var. Sonra Elşən və qızı Günay iddiaçıya arvadı Şəhlanın adına olan ünvan 1, ev 6 ünvanı olduğunu demişdir. İddiaçı həmin evə yoldaşı Cavabdeh2 ilə bir yerdə baxmış və ev iddiaçının xoşuna gəlmişdir. Kürəkəni Elşən ona zəng edərək anasının (iddiaçının) 50000 manat pul gətirdiyini və pulu götürməyini bildirmişdi r. Həmin vaxt iddiaçı yaşadığı evdə 50.000 manat pulu ona vermiş və o, həmin pulu saymış və 50.000 manat olduğunu görmüşdür. Ev təmir olunan zaman iddiaçının Natəvan qəsəbəsində satdığı evi alan Etibar və onun arvadı yaşadığı evə gəlmiş, Etibar yaşadığı evdə 3000 manat pulu ona vermişdir. Həmin vaxtı evdə onun yanında arvadı Cavabdeh2 da olmuşdur. Heç özü də başa düşməmişdir ki, Etibar 3000 manatı niyə ona vermişdir. O da pulu Elşənə vermişdir. Evi təmir etdikdən sonra Elşən və Günay həmin evdə yaşamağa başlamışlar. Onların evinin təmirsiz vaxtı qiyməti 75000 manat olmuşdur. Təmirdən sonra yenə də ev alğı-satqısına baxanlar 90000-95000 qiymət qoyublar evə. 1995-ci ilin oktyabr ayında arvadı ilə evlənmişlər. 3 otaqlı evi təxminən 2015-2016-cı illərdə almışlar. Pulu o, götürmüşdür və yolda şı evdə olmuşdur.

23. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, iddiaçı ilə oğlu arasında müəyyən narazılıqlar yaranmışdır. İddiaçı oğlu Elşənə bildirmişdir ki, həmin evi hansı məbləğə satırsa-satsın, varis kimi oğluna 50000 manat verəcək, həmin məbləğə oğlu istəyir ev alsın, istəyirsə də özünə xərcləsin, özünə qalan pulla isə 1 otaqlı ev alacaqdır. Belə ki, iddiaçı öz evini 73000 manata satmışdır. Evi 2023cü ilin mart ayında satdıqdan sonra iddiaçı 1 ay müddətində ev axtarmağa başlamışdır. Lakin evlərin qiyməti çox bahalaşdığı üçün münasib, yaşayış üçün əlverişli ev ala bilməmişdir. Gəncə şəhəri, Natəvan qəsəbəsi ev 1, mənzil 1-də yerləşən ev satıldığı üçün iddiaçının oğlu Elşən öz ailəsi ilə birlikdə onların evində yaşayırdı. 2023-cü ilin may ayı nda gecə Şahid1 əri Adilə zəng edərək bildirmişdir ki, anası 50000 manat pulu gətirib verəcək sizə. İddiaçı 50.000 manat məbləğində pulu gətirmiş və onların evində əri Adilə vermişdir. Onlar da həmin 50000 manatı ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin təmirinə xərcləmişlər. Səhəri gün Elşən usta gətirmiş, evin təmirinə 2023-cü ilin may ayının axırında başlanılmışdır, 4 ay müddətində ev ən bahalı materiallarla təmir olunubdur və hazırda Elşən ailəsi ilə birlikdə 1 ildir ki, həmin evdə yaşayırlar. İddiaçı evi satanda borcları varıydı onu qaytarmış və oğlu Elşənə maşın almışdır. Onun adına olan evə onunla bir yerdə baxmış və ev iddiaçının xoşuna gəlmiş və evi almaq qərarına gəlmişdir. Həmin 3 otaqlı evi 2015-ci ildə birgə nikah dövründə 47000 manata almışlar. Birinci dəfə iddiaçı 50000 manatı gətirib onların yaşadıqları evdə əri Cavabdeh1 verib, 1 ay sonra Etibar adında şəxs arvadı ilə bir yerdə gətirib əri Cavabdeh1 3000 manat pul vermişlər. İddiaçı 50000 manatı 27-28 may 2023-cü il tarixdə Adilə vermişdir.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-439/2025 saylı 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3287/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılaraq iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 53.000 (əlli üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 260 (iki yüz altmış) manat olmaqla, cəmi 53.260 (əlli üç min iki yüz altmış) manat məbləğində pulun alınaraq iddiaçıya ver ilməsi qət edilmişdir. (hakimlər Rüfət Məcidov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov)

25. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən cavabdehlər iddiaçının oğlu Şahid1 qayınatası və qayınanasıdır. İddiaçının oğlu Şahid1 və X3 nikaha girdikdən bir müddət sonra iddiaçıya məxsus olan Gəncə şəhəri, Natəvan qəsəbəsi, ev 1, mənzil 1-də yaşamışdırlar. İddiaçı özünə yeni ev almaq və digər şəxslərə olan borclarını qaytarmaq üçün Gəncə şəhəri, Natəvan qəsəbəsindəki evini 73000 manata satmışdır. İddiaçı 3-4 otaqlı ev almaq istəmişdir ki, özü də həmin evdə yaşasın. Bu hal Cavabdeh1 tərəfindən məhkəməyə bildirilmişdir. Bundan sonra bir müddət ev almaq üçün axtarışlar nəticə verməmiş, nəticədə iddiaçı qudalarına məxsus ünvan 1, ev 6 ünvanında yerləşən mənzilə baxış keçirərək bəyənmişdir.

27. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1, ev 6 ünvanında yerləşən mənzil cavabdehlər tərəfindən Cavabdeh2 adına 2015-2016-cı illərdə satın alınmış və həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Belə ki, cavabdehlərin izahatı il ə müəyyən edilmişdir ki, onlar 1995-ci ilin oktyabr ayında evlənmişlər. ünvan 1, ev 6 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən bəyənildikdən sonra 2023-cü ilin may ayında cavabdehlərin evində iddiaçı tərəfindən 50000 manat pul cavabdehlərin iştirakı ilə Cavabdeh1 verilmişdir. Bir müddət sonra isə iddiaçıya məxsus evi satın almış Etibar adlı şəxs daha 3000 manat pulu Cavabdeh1 vermişdir. ünvan 1, ev 6 ünvanında yerləşən mənzil təmir olunmuş və hazırda iddiaçının oğlu arvadı və uşağı ilə həmin mənzildə yaşayırlar.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəli halları iddiaçının ünvan 1, ev 6 ünvanında yerləşən mənzilin satın alınması üçün 53000 manat pul verdiyi, cavabdehlərin isə onlar arasında mənzilin satışı ilə bağlı razıl ığın olmaması və verilmiş pulun iddiaçı tərəfindən oğluna bağışlamasından ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sözügedən evin Şahid1 adına alğı-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 aralarında olan şifahi tapşırıq müqaviləsi üzrə sözügedən məbləğdə pulun müqabilində digər cavabdehin adına olan evi Şahid1 adına sənədləşdirməsi barədə hər hansı tapşırıq verdiyini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, başqasının mülkiyyəti barədə belə tapşırığın olması özü-özlüyündə əhəmiyyətsizdir. Həmçinin, sözügedən evin mülkiyyətçisi olan, iş üzrə digər Cavabdeh2 ilə aralarında e vin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı tapşırıq, alğı-satqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi işə tətbiq edilən maddi hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

30. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun hansı məqsədlə verilməsini isə cavabdehlər sübut etməlidir. Belə ki, cavabdehlər verilmiş 53000 manat pulu onlara evin dəyəri olaraq verilmədiyini və 53000 manat pulun idd iaçı tərəfindən oğluna bağışlandığı, onlara verilmiş 53000 manat pulu Elşənə verdiklərini iddia edirlər ki, bu halları sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür.

31. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, iddiaçının iddia tələbindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, borclarını bağlamaq və özünə yeni mənzil almaq üçün yaşadığı mənzili satmış və Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 6 nömrəli evi almaq istəmişdir. Belə ki, həmin zaman evin alınmasını və bunun üçün də alğı-satqı yolu ilə onun adına rəsmiləşdirilməsini istəmişdir. Mübahisə predmeti olan əmlakı 55.000 manata razılaşmış və 53.000 manat pulu vermiş, hazırda isə 2000 manat borcu qalmışdır. Lakin 53.000 manat pulu verdikdən sonra alğısatqı müqaviləsi bağlanmamışdı r. İddiaçının 53000 manat pulu oğluna bağışlamadığı, əksinə ev almaq niyyətində olduğu Cavabdeh1 izahatı ilə təsdiq olunur.

32. Belə ki, cavabdeh məhkəmə iclasında izahatında bilrimişdir ki, kürəkəni və qızının 46000 manata tapdıqları 2 otaqlı evi iddiaçı bəyənməmişdir. Bunun səbəbi isə iddiaçının 3-4 otaqlı ev axtarması olmuşdur ki, əşyalarını qoysun və özü də orada yaşasın. Göründüyü kimi Cavabdeh1 verdiyi izahatlarla iddiaçının haqlı olduğunu və 53000 manat pulu məhz evin alınması ilə bağlı verildiyini dolayısı ilə etiraf edir. Belə ki, iddiaçı 73000 manata evini satmış 8500 manatı borclarına verdikdən sonra 64500 manat pulu qalmış, bu puldan da 53000 manatı oğluna bağışlayacağı təqdirdə özünə 11500 manat pulu qalmış olur ki, həmin pula isə Gəncə şəhərində 1 otaqlı mənzilin alınması bel ə mümkün deyildir.

33. Cavabdeh1 izahatında müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı oğlu və onun ailəsi ilə yaşamaq üçün 3-4 otaqlı evin axtarışında olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı yaşamaq üçün ev axtarışında olmuş və onun oğluna pul bağışlamaq niyyəti olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi daha sonra diqqətə çatdırmışdır ki, cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıdan 53.000 manat məbləğdə pul almasını etiraf edirlər. Belə ki, ilk növbədə 50.000 manat məbləğində pulu, daha sonra isə 3.000 manat məbləğində pulu almışlar. Bununla yanaşı, Cavabdeh1 həmin pulları iddiaçının oğlu və onun kürəkəni olan Elşənin yaşadığı mənzilin təmirinə sərf edildiyini və hətta buna görə mənzilin bazar dəyərinin də yüksəldiyini bildirir. Lakin sonuncula r ünvan 3 ünvanda yerləşən 6 nömrəli evi alğı-satqı yolu ilə satmamış və mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətinə keçməmişdir. Eyni zamanda, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda, ilk növbədə iddiaçı tərəfindən verilmiş 50.000 manat pulu kürəkəni Elşənə vermək üçün evdə servanta qoyduğunu, lakin daha sonra izahatında isə kürəkəni ona “sizin ev xoşuma gəlir. İstəyirəm ki, sizin evi təmir edib ora köçüm” demişdir. Göründüyü kimi, Cavabdeh1 izahatları biri-birinə ziddiyətli olsa da, bildirdikləri 53000 manat pulun ona evin alınması məqsədi ilə verildiyini təsdiq edir. Belə ki, Cavabdeh1 50000 manatı iddiaçının oğluna vermək üçün ona verildiyi iddia etsə də, bu halı sübut edə bilməmişdir. Əksinə, bir müddət sonra iddiaçının evini satdığı Etibar adlı şəxsin də 3000 manatın on a verməsi bir daha təsdiq edir ki, pul cavabdehə iddiaçının oğluna veriməsi üçün deyil, onun özünə verilmişdir. 3000 manatı cavabdehə verən Etibar cavabdehin dediyi kimi olsaydı, pul iddiaçının oğluna və ya iddiaçıya verə bilərdi.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh (Cavabdeh1) bir-biri ilə əlaqəli olmayan ziddiyyətli izahatlar vermiş, ə slində pulun kürəkəni Elşənə verilməsi görüntüsü yaratmaqla, əsl niyyətlərinin kürəkəni ilə birlikdə iddiaçıdan pulu alaraq öz mülkiyyətlərində olan evin təmirinə sərf edilməsini istəmişlər. Daha sonra isə kürəkənin (iddiaçının oğlu Elşənin) həmin evdə yaşamaq istədiyini, artıq yeni evin alınmasına ehtiyac olmadıqlarını bildirmişlər.

36. Məsələ ilə bağlı cavabdehlərin təqdim etdiyi izahatlar göstərir ki, iddiaçının oğlu Elşən bu prosesdə bilavasitə iştirak edib. Belə ki, Cavabdeh1 izahatında qeyd edir ki, Elşən ona “sizin ev xoşuma gəlir, istəyirəm ki, evi təmir edib ora köçüm” deyib. Digər cavabdeh isə bildirir ki, pulu iddiaçının oğlunun yaşadığı mənzilin təmirinə xərcləyib.

37. Bu hallar göstərir ki, iddiaçının oğlu Elşən cavabdehlərlə birlikdə hərəkət edərək iddiaçının əmlak almaq üçün verdiyi puldan qanunsuz istifadə ediblər. Cavabdehlər həqiqətən də evi satmaq fikrində olsaydılar, alğı-satqı müqaviləsi bağlanardı və mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçərdi. Lakin bu, baş verməmiş və cavabdehlər müxtəlif bəhanələrlə pulu qaytarmamağa çalışmışlar. Bu ziddiyyətli ifadələr cavabdehlərin məqsədinin iddiaçıya əmlakı satmaq deyil, onu aldatmaq olduğunu göstərir. Onlar ilkin olaraq iddiaçının inamından sui-istifadə edərək evin satılacağına inandırıb, lakin sonradan müxtəlif bəhanələrlə pulu geri qaytarmamaq üçün fərqli izahatlar veriblər. İddiaçı ilə cavabdehlər arasında 55.000 manat dəyərində əmlakın alğı-satqısı barədə razılaşma olmuş və iddiaçı bunun üçün 53.000 manat ödəmişdir. Hətta cavabdehlər məhkəmə iclasında da bu məbləği aldıqlarını etiraf etmişlər. Bu isə o deməkdir ki, iddiaçı pul vəsaitini əmlakın alınması məqsədilə vermiş və yalnız tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinə münasibətdə isə göstərmişdir ki, şahid işin nəticəsində marağı olmayan və iş üçün əhəmiyyət kəsb edən hallar barədə məhkəməyə məlumat verən şəxsdir. Bu baxımdan, iddiaçının oğlu və cavabdehin kürəkəni Şahid1 polis orqanlarında verdiyi izahatla məhkəmə araşdırması zamanı verdiyi ifadə biri-birinə ziddir. Belə ki, Şahid1 polis orqanlarına verdiyi izahatında iddiaçının, məhkəmədə verdiyi ifadəsində isə cavabdehlərin dediklərinə uyğun məlumatlar vermişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının oğlu işin nəticəsində maraqlıdır və hazırda ailəsi ilə mübahisə predmeti olan mənzildə yaşadığından cavabdehlərin mənafeyinə ifadə verməsi labüddür. Bu səbəbdən də Şahid1 ifadəsi sübut qismində qəbul edilə və onun ifadəsi əsasında hazırki mübahisə həll oluna bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi digər Şahid3 ifadəsini sübut qismində qəbul edərək bildirmişdir ki, şahid mübahisəli mənzildə usta işlədiyini, pulun ona Cavabdeh1 tərəfindən verildiyini və Elşənin ev təmir olunmamışdan qabaq, yəni pul Elşənə verilən ərəfədə Elşənin gecə növbəsində işləməməsini, saat 18:00-dan sonra evdə olduğunu bildirmişdir. Şahidin bildirdikləri bu halların mötəbər olmamasına dair cavabdehlər tərəfindən irad bildirirlməmişdir. Şahidin evin Elşənin adına keçiriləcəyi ilə bağlı bildirdikləri isə cavabdeh Adil Məmədovun məhkəmə iclasında veridiyi izahatı ilə təsdiq olunduğundan şahidin ifadəsinə inanılmaması üçün əsaslar yoxdur. Belə ki, cavabdeh izahatında iddiaçının özünün yaşaması və əşyalarının yığılması üçün 3-4 otaqlı ev axtardığını bildirmişdir. Şahid3, “Cavabdeh1 pulun verildiyi zaman Elşənin gecə növbəsində işləməməsi” barədə ifadəsini təkzib edən hal mövcud olmamaqla yanaşı, bu hal Elşənin, Cavabdeh1 zəng edərək anasının ona vəd edilmiş pulun Cavabdeh1 tərəfindən götürməsinə və sonradan ona verməsi ilə bağlı cavabdeh tərəfin dəlillərini təkzib edir. Bu hal isə onu deməyə bir daha əsas verir ki, iddiaçının cavabdehlərlə razılaşması məhz mənzilin alğı-satqısı ilə bağlı olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi digər Şahid2 ifadəsinə münasibətdə qeyd etmişdir ki, şahid iddiaçının əri olmuş və Elşənin atasıdır. O, cavabdehlər lə olan hər hansı anlaşmalarda iştirak etməmiş və onun başqalarının bildirdiklərindən verdiyi məlumatlar işin həllində sübut qismində qəbul oluna bilməz. Digər Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını, həmçinin Elşəni tanıyır. Keçən ilin sentyabr ayında iddiaçı ona bir “ağsaqqal” kimi təklif etmişdir ki, cavabdehlərlə evlə bağlı mübahisə vardır, mübahisəni həll etmək, tövsiyyələrini vermək üçün onların evinə getsinlər. İddiaçı ilə birgə cavabdehlərin evinə getmişlər. Cavabdehlər təsdiq etmişdilər ki, iddiaçıdan həmin pulu almışlar, pulun bir hissəsi müqabilində evi təmir etmişlər, qalan hissəsinə isə ev əşyaları almışlar.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, şahidin bildirdikləri cavabdehlər tərəfindən işin qəbul olunan halları dır və şahidin “Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onu aldadıb, həmin pulu almış, istifadə etmişdir, hara şikayət edir etsin, pulu qaytarmayacaq. Digər Cavabdeh1 da onu təsdiq etmişdir. Mübahisə ona görə yaranmışdı ki, ev niyə Elşənin adına keçirilmir. Cavabdehlər evi Elşənin adına keçirəcəklərinə söz verdiklərini etiraf etmişlər” deməsi işin halları ilə uyğunluq təşkil etdiyindən şahidin ifadəsi sübut kimi qəbul edilməlidir.

42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı evini satdıqdan sonra özünün də yaşaması üçün ev axtarmış və ilkin olaraq 50000 manat və daha sonra 3000 manat pulun Cavabdeh1 verilməsi bir daha təsdiq edir ki, tərəflər arasında cavabdehlərə məxsus evin iddiaçıya və ya onun oğluna satılması ilə bağlı razılaşma olmuş, iddiaçı razılaşmaya uysa da, cavabdehlər sonuncunun etibarından suiistifadə etmişlər.

43. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahi dliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır ki, daşınmaz əmlakın alğısatqısına dair müqavilənin notarial qaydada bağlanması qanunvericiliyin tələbidir və əqdin qanunvericiliklə müəyyən olunmuş formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi qanunveiciliyin tələblərinə zidd olduğundan etibarsız əqddir ki, Azərbaycan Republikası Mülki Mücəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında Cavabdeh1la birgə nikah dövründə Cavabdeh2 adına satın alınmış ünvan 1, ev 6 ünvanında yerləşən 3 otaqlı mənzilin alğı-satqısı ilə bağlı şifahi münasibətlər formalaşsa da, tərəflər arasında qanunvericiliyin tələbləri baxımından notarial qaydada alğı-satqı müqaviləsi bağlanmadığından tərəflərin şifahi razılaşmasına dair şifahi əqd etibarsız olmuşdur. Etibarsız əqdin nəticəsində isə cavabdehlər əsassız varlanmış və özlərinin də etiraf etdikləri kimi əmlaklarının dəyəri təmirdən sonra artmışdır.

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə bağlı Mülki Məcəllənin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.Çünki tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Buna görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir və iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 1091.1-ci maddəsidir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı borcl arını ödəmək və yeni mənzil almaq üçün mülkiyyətində olan mənzili 73000 manata sataraq, cavabdehlərə ümumilikdə 53.000 manat vermiş, lakin sonradan cavabdehlər alğı-satqı müqaviləsinin bağlanmasından yayınmış və cavabdehlər tərəfindən götürülmüş 53.000 manat məbləğində pul geri qaytarılmamışdır. Buna görə də cavabdehlər iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.

47. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin14, 144, 560, 567, 646, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

48. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(104)-439/2025 №-li qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd iddiaçı ilə cavabdehlər arasında Cavabdeh1la birgə nikah dövründə Cavabdeh2 adına satın alınmış ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin alqı-satqısı ilə bağlı şifahi münasibətlər formalaşmasını, lakin tərəflər arasında qanunvericiliyin tələbləri baxımından notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadığından tərəflərin şifahi razılaşmasına dair şifahi əqdin etibarsız olması, etibarsız əqd nəticəsində isə cavabdehlərin əsassız varlanmış olmaqlarını müəyyən etmişdir. Halbuki, tərəflər arasında belə bir müqavilə əsası ümumiyyətlə mövcud olmamışdır. Belə ki, məhkəmə tərə findən iddiaçının borclarını ödəmək və yeni mənzil almaq üçün mülkiyyətində olan mənzili 73000 manata sataraq, cavabdehlərə ümumilikdə 53000 manat verməsi, lakin sonradan cavabdehlərin alqı-satqı müqaviləsinin bağlanmasından yayınması və cavabdehlər tərəfindən götürülmüş 53000 manat pulun geri qaytarılmaması və iddiaçıya nəticədə maddi ziyan dəyməsi müəyyən edilmiş olsa da, həmin halların heç biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı polis şöbəsində cavabdehlərə 50000 manat borc verdiyini, birinci instansiya məhkəməsində izahatında oğluna ev almaq üçün evini satdığını, apellyasiya şikayətində isə özünə yeni ev almaq üçün evini satdığını göstərməklə ziddiyyətli ifadələr vermiş, ümumiyyətlə, onun evini satdıqdan sonra cavabdehlərə məxsus evi almaq kimi niyy ətinin olmasını və ya cavabdehlərlə aralarında belə bir razılığın olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehlər isə iddiaçının onlara verdiyi pulu iddiaçının oğlu Şahid1 çatdırmaqla iddiaçı ilə aralarında olan tapşırıq müqaviləsinin şərtlərini tam şəkildə yerinə yetirmişlər. Qeyd olunan hal pulu almış və öz ehtiyacları və istəkləri üçün xərcləmiş iddiaçının oğlu Şahid1 və cavabdehlərin izahatları ilə da tam şəkildə təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin onlara məxsus mənzili satmaq niyyətlərinin olması müəyyən edilmiş olsa da, həmin hallar araşdırılmış sübutlarla tam təkzib edilmişdir. İddiaçı sözügedən evin oğlu Şahid1 adına alıq-satqı edilməsini tapşırma faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdi q edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrinə istinad edərək, tərəflər arasında alqı-satqı ilə bağlı razılaşma olmasını, bu məqsədlə iddiaçının cavabdehlərə pul verməsini müəyyən etmiş olsa da, həmin şahid ifadələri sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlər birbaşa işin halları barədə məlumatı olmayan şəxslər olmaqla, yalnız iddiaçının onlara dediyi halları təsdiq etmək niyyəti ilə məhkəmə iclasında ifadə vermişlər. Məhkəmə mübahisəli mənzillə heç bir əlaqəsi olmayan, ümumiyyətlə tərəflərin arasında olan münasibətlərdə heç bir şəkildə iştirak etməyən Şahid3 ifadəsini əsas kimi götürmüşdür ki, həmin şəxs evdə ancaq yarımçıq təmir işləri aparmış və bununla da iddiaçının oğlu Şahid1la aralarında narazılıq yaranm ışdır. İşin halları barədə heç bir məlumatı olmayan Şahid3 verdiyi ifadəsi yalnız iddiaçı tərəfindən öyərdilmiş, qərəzli olaraq cavabdehlərə qarşı yönəlmiş ifadələrdir. İddiaçı ilk izahatında ev təmiri zamanı ustalarla heç bir əlaqəsi olmadığını bildirmiş olsa da, Şahid3 ifadəsində iddiaçının ona zəng edərək, ev axtarışında ona kömək etmsini bildirmişdir. Bu ifadə də onu göstərir ki, hazırki mübahisənin nəticəsi ilə bağlı onlar arasında yalan ifadə verməsi ilə bağlı sövdələşmə olmuşdur. Şahidlərdən Şahid4 ifadəsi isə, ümumiyyətlə, işdə məlumatı olmayan şəxsin ifadəsidir. Həmin şəxs ümumiyyətlə tərəflər arasında olan heç bir münasibətlərdə iştirak etməmiş, yalnız iddiaçının ona dediklərini məhkəmə iclasında bildirməklə yönəldici ifadələr vermişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh1 2023-cü ilin may ayında kürəkəni Şahid1 xahişi ilə iddiaçının hissə-hissə ona verdiyi 53000 manat məbləğində pulu Şahid1 çatdırmışdır. Şahid1 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də bu halları, yəni onun anasının ona verməli olduğu 53000 manat məbləğində pulun qayınatası Cavabdeh1 vasitəsilə ona çatdırıldığını təsdiq etmiş, həmin məbləğin bir hissəsinə sözügedən evi təmir etdirdiyini, bir hissəsinə ev üçün əşyalar aldığını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçının verdiyi pulu Şahid1 çatdırmaqla iddiaçının tapşırığını icra etmişdir. İddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsinin bağlandığı müəyyən edildiyi halda tərəflər arasında bu hallardan yaranmış mübahisəyə əsassız varlanma ilə bağlı normaların tətbiq edilməsi düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən mübahisə tərəfləri arasında etibarlı müqavilə münasibətinin yaranması əsassız varlanmanı istisna edir. Qeyd olunanmaddi hüquq normalarının tələbindən də göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və cavabdehlər üzərilərinə düşən öhdəlikləri yerinə yetirərək, onlara verilmiş tapşırığı tam şəkildə icra etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi arqumentlərindən görünür ki, məhkəmə iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehlərin xeyrinə olan arqumentləri qətiyyən araşdırmamış, bu arqumentlərə obyektiv hüquqi qiymət verməmişdir. Mübahisəli evin mülkiyyət çisi olan və iş üzrə Cavabdeh2 ilə aralarında evin Şahid1 adına sənədləşməsi, ümumiyyətlə hər hansı alqısatqı və ya digər öhdəlik münasibətinin olması barədə mötəbər sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməsə də bunun əksinə olaraq məhkəmə iddiaçının qeyd etdiyi ziddiyyətli, absurd və əsassız mövqeyini əsas tutaraq qətnamə qəbul etmişdir. İşə baxmış apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, hazırkı mübahisəyə aid qanunvericilik normalarının şərhi verilmiş və məhkəmə üçün məcburi olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz ərizə si daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğu nluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş v erir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yen i qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2547-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, hansı sübutun qəbul edilən, hansının qəbul edilən olmamasına qiymət vermiş, sübutetmə yükünü düzgün bölüşdürmüşdür.

55. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

56. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, cavabdehlər əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməməsini göstərmişlər. Halbuki apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən istinad etdiyi əsas hal şahid ifadələri yox, cavabdehlərin iddiaya etirazında verdikləri izahatlar olmuş, cavabdehlər iddiaçının istinad etdiyi halları öz izahatlarında dolayısı ilə təsdiq etmişlər.

57. Məhk əmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-439/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar