Məhkəmə qərarları › İş №2(102)-2001/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2001/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2001/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin baxışdan çıxarılması haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı İddiaçı borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında baxılması 13.04.2020-ci il tarixə təyin edilmişdir. Məh kəmə iclası ölkədə yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq qeyri-müəyyən vaxta təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov X5 saylı 06.05.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, İddiaçı borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən mülki iş baxılması üçün Ali Məhkəməyə göndərildikdən sonra iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Ap ellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 06.05.2020-ci il tarixli məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apel lyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 11.02.2020-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar