Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2003/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X4, Cavabdeh1 oğlunun vəkili X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10380/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-3978/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Cavabdeh1 İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” MMC-yə qarşı “kredit müqaviləsinin bağlandığı andan ləğv edilmiş hesab edilməsi, ipoteka müqaviləsinin etibarsiz hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X17 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx xxxxx 2011-ci il tarixli 202 saylı kredit müqaviləsinə əsasən əsas borcu 45700 manat, faiz üzrə 25844,01 manat məbləğində, ümumilikdə 71544,01 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunu Cavabdeh1 mülkiyyətində olan “Porsche Panamera” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban WPOZZZ97ZBL050810, mühərrik B-01955, rəngi qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehlərdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəl ləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələti hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X12 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyəsasən İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X12 Edilməsi Agentliyi” MMC həyata keçirir. Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tar ixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə İddiaçı QSC arasında SAVK-1682 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə“ İddiaçı” QSC tərəfindən borclu şəxs Cavabdeh1 kredit müqaviləsinə dair sənədlər təhvil-təslim aktına əsasən “X12 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 108000 manat məbləğində kredit verilmişdir. xx xxxxx 2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Porsche Panamera” m inik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban WPOZZZ97ZBL050810, mühərrik B-01955, rəngi qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011ci il tarixli, AA seriyalı, ******* №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə 26 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 202 saylı kredit müqaviləsinə əsasən 108000 manat məbləğində xx xxxxxxxx 2017-ci il t arixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 45700 manat, faiz üzrə 25844.01 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada; o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kr editdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı Cavabdeh1 oğlu cavabdeh “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X17 Edilməsi Agentliyi” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx xxxxx 2011-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx xxxxx 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilmiş, müqavilə ürə öhdəliklərin isə xitam edilmiş hesab olunması və ödənilmiş dövlət rüsumunun cavabdehd ən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən görünür ki, “xxxx” ASC-nin Nəsimi filialında Cavabdeh1 məxsus “Porsche Panamera” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban WPOZZZ97ZBL050810, mühərrik B-01955, rəngi qara) istehsalı olan ipoteka ilə yüklü edilmiş avtomobil cinayət yolu ilə təqsirləndirilən şəxslər X5, X1 və X6 törətdikləri əməl nəticəsində mənimsənilərək ölkə hüdudlarından kənara başqa dövlətə qanunsuz olaraq satılmışdır. Həmin cinayət işi üzrə də Cavabdeh1 zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Hal-hazırda da həmin avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını Azərbaycan Respub likası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Emil Usubovun xx xxxxxx 2018-ci il tarixli 905-24840-1218 saylı məktubu ilə də təsdiq olunur. Göründüyü kimi, Cavabdeh1 məxsus avtomobil onun idarəsinə zidd olaraq mənimsənilərək qaçalmalçılıq yolu ilə respublika hüdudlarından kənara çıxarılaraq qanunsuz satılmışdır. Yuxarıda sadalanan qanunun normasından da məlum olduğu kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilərək öhdəliklərə xitam verilməlidir. Bundan başqa iş materiallarında olan ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər ipoteka müqaviləsi bağladıqda və imzaladıqda həmin müqavilə notarial qaydada təsdiq edilməmiş, göründüyü kimi qanunun tələbləri pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları q əbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə, yəni iddia müddəti bitmədən məhkəməyə göndərilmiş, lakin məhkəməyə xx.xx.201 9-cu il tarixdə daxil olmuşdur. Buna görə də hesab edirlər ki, iddia müddəti ötürülməmişdir, rayon məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 oğlunun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verməd iyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 108000 manat məbləğində kredit verilmişdir. xx xxxxx 2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Porsche Panamera” markalı **KK-*** dövlət qeydiyyat nişanlı avtomobil (buraxılış ili 2011, ban WPOZZZ97ZBL050810, mühərrik B 01955, rəngi qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, ******* №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə 26 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 202 saylı kredit müqaviləsinə əsasən 108000 manat məbləğində xx xxxxxxxx 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Qarşılıqlı iddia tələbinin rədd edilməsi mübahisələndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kolleg iyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə ilk iddia tələbini rədd edərkən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün səlahiyyətli olub-olmamasına qiymət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuşlar. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 108000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, xx.xx.2017-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin v erdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin təsisçisi İddiaçı QSC-dir və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən İddiaçı QSC-yə keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülkiprosessual qanunvericili yə əsasən hazırkı iş üzrə İddiaçı QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında İddiaçı QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzal anır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə və həmin şəxsə məxsus hüquqları tələb etmək hüququna malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməyərk birinci instansiya məh kəməsinin qətnaməsini dəyişdirmədən saxlayaraq prosessual hüquq normalarının yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X12 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10380/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2003/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2003/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver