Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(040)1707/2016, hakim H.S.Qəniyev) iddiаçı İddiaçı ASC-nin cаvаbdehlər Cava bdeh1 vəCavabdeh2 qаrşı iddiаsı qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 786 ABŞ dolları məbləğində əsas borc, 301 ABŞ dolları fаiz bоrcu, 10 ABŞ dolları cərimə оlmаqlа, cəmi 1.099 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutulаrаq iddiаçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-1622/2018, R.Ş.Muradov, Ş.M.Əliyeva, Ə.İ.Məmmədov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilib apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 18 ay müddətinə, illik 33 % ödəmək şərti ilə 1.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 04 avqust 2016-cı il tarixdə İddiaçı ASC Cavabdeh1 vəCavabdeh2 qаrşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, borclu öldüyündən onun d a zamin kimi öhdəliyinə xitam verilməli idi. Belə ki, borclunun dəyişməsi zaminin öhdəliyinə xitam verilməsi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əs asları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 33 faiz ödəmək şərti ilə, 18 ay müddətində 1.500 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyı rlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasənvə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2005/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2005/2019
17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver