Məhkəmə qərarları › İş №2(102)-2007/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2007/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2007/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı ASC “xxxx” Bankının vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun iştirakı ilə, iddiaçı ASC “xxxx” Bankının Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin satış dəyərindən borcun tutulması və əmlakın hərracda ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(105)-206/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Səfərov Paşa İbiş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)-8654/2016 saylı qətnaməsi ilə (hаkim S.M.Quliyeva) iddiaçı ASC “xxxx” Bankının Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin dəyərindən borcun tutulması və əmlakın hərracda ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qeydiyyat nişanlı, WV1ZZZ2HZEH018821 ban nömrəli, 2014-cü ildə istehsal edilmiş, pikap tipli, qara metal rəngli «Volkswagen Amarok» markalı minik avtomobilinə tutmanın yönəldilməsi, 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9891,30 vaxtı keçmiş əsas borc, 798,96 ABŞ dolları faiz borcu, 178,85 cərimə borcu olmaqla, cəmi 10869,11 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, 13 manat məbləğində məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ASC “xxxx” Bankına verilməsi, ipoteka predmeti olan «Volkswagen Amarok» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına ASC “xxxx” Bankına ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh qa ytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-206/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə, T.O.Quliyev) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(012)-8654/2016 saylı qətnaməsinin kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə yaranmış 3788,44 ABŞ dolları məbləğində əsas borcun (manat məzənnəsilə) tutularaq ASC “xxxx” Bankına verilməsi, ipoteka predmeti olan «Volkswagen Amarok» minik mark alı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdakı ilkin satış qiymətinin 41.000 manat müəyyən edilməsi, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertizaların xidmət haqqı olaraq 150 (145+5) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC “xxxx” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.06.2014-cü il tarixli, **********39914/İP/AV saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qey diyyat nişanlı, 2014-cü ildə istehsal edilmiş, pikap tipli, qara rəngli «Volkswagen Amarok» markalı minik avtomobilinə tutmanın yönəldilməsi və 23.06.2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 9891,96 ABŞ dolları məbləğində əsas borcu, 798,96 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 23.06.2016-cı il tarixdən 18.10.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 14 % dərəcəsi ilə hesablanmış 442,36 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 178,85 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 11311,47 ABŞ dolları və 18.10.2016cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ** CS *** dövlət qeydiyyat nişanlı, ağ rəngli «Volkswagen Amarok» markalı minik avtomobilinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ASC “xxxx” Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış 23.06.2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə ** CS *** dövlət qeydiyyat nişanlı, WV1ZZZ2HZEH018821 ban nömrəli, 2014-cü ildə istehsal edilmiş, pikap tipli, qara rəngli "VOLKSWAGEN AMAROK” markalı minik avtomobilinin alınması məqsədilə 24 ay müddətinə, illik 14 % ödənilməsi şərtilə 25.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili 23.06.2014-cü il tarixli, **********39914/İP/AV saylı ipoteka müqaviləsi üzrə banka ipotekaya qoymuşdur. Yuxarıda qeyd edilmiş minik avtomobilin ipotekasının qeydiyyatı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş daşınar əmlakın müvafiq rəsmi reyestrindən 23.06.2014- cü il tarixli, AA 122447 saylı çıxarışla rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni 23.06.2016-cı il tarixinə kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə onun kreditor qarşısında gecikdirilmiş ümumi borcu 10690,26 ABŞ dolları olmuşdur ki, bunun da 9891,30 ABŞ dollarını vaxtı keçmiş əsas borc, 798,96 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan əlavə, Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% faiz dərəcəsi ilə cərimə faizlərini də (cəmi 29 %) ödəməlidir. Lakin cavabdehin maddi durumunun pisləşməsi ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində yaranmış çətinliklər və sonuncu tərəfindən mütəmadi olaraq həyata keçirilən ödənişlər nəzərə alınaraq, bankın Böyük Kredit Komitəsinin iclasının 1 7.03.2016-c il tarixli, 20 saylı qərarına əsasən hazırki kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə cərimə faizlərinin hesablanması (borc alanın xeyrinə) dayandırılmışdır. 01.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan cərimə faizlərinin məbləği 178,85 ABŞ dollarından ibarətdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33- cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə müvafiq olaraq Cavabdeh ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 19.04. 2016-cı il tarixli, 327 saylı bildiriş təqdim edilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 21.06.2016-cı il tarixli, 330 saylı ərizə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilmiş və ərizənin surətində onun 21.04.2016-cı il tarixində qəbul edilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Səfərov Paşa İbiş oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası kredit borcunun 01 ABŞ dollarının 0,78 manat kimi ödəməsi ilə bağlı təkliflərinə münasibət bildirməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada xəbərdarlıq etməmiş və apelyasiya şikayətinin onun iştira kı olmadan araşdıraraq mübahisəli qətnaməni qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı ASC “xxxx” Bankının vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi m əsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı ASC “xxxx” Bankının vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan ASC “xxxx” Bankının “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana 24 ay müddətinə 25.800 (iyirmi beş min səkkiz yüz) ABŞ dolları məbləğində, kreditdən istifadəyə görə illik 14% ödənilməsi şərtilə kredit verməyi, borc alan isə kreditdən müqavilədə gös tərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. İşdə olan ASC “xxxx” Bankının “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2014-cü il tarixli, **********39914/İP/AV saylı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında həmin tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi, Cavabdeh mülkiyyətində olan «VOLSWAGEN AMAROK» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2014-cü il tarixli, AA 122447 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh məxsus «VOLSWAGEN AMARO K» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekası haqqında bağlanmış müqaviləyə əsasən əmlakın ASC “xxxx” Bankının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, 327 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, ASC “xxxx” Bankı tərəfindən Cavabdeh 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus ipoteka predmeti olan «VOLSWAGEN AMAROK» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan ASC “xxxx” Bank tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə ünv anlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair 21 aprel 2016-cı il tarixli, 30 saylı ərizəsindən görünür ki, bank tərəfindən ASC “xxxx” Bankın xeyrinə yüklü edilmiş Cavabdeh məxsus «VOLSWAGEN AMAROK» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət olunmuşdur. İş materiallarında olan ASC “xxxx” Bankı tərəfindən verilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsi üzrə 9891,30 (doqquz min səkkiz yüz doxsan bir dollar, otuz sent) vaxtı keçmiş əsas borcu, 798,96 (yeddi yüz doxsan səkkiz dollar, doxsan altı sent) ABŞ dolları faiz borc, 178,85 (yüz yetmiş səkkiz dollar, səksən beş sent) cə rimə borcu, 442,36 (dörd yüz qırx iki dollar, otuz altı sent) əldən çıxmış fayda olmaqla, cəmi 11311,47 (on bir min üç yüz on bir dollar, qırx yeddi sent) ABŞ dolları məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2019-cu il tarixli, 32880 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh məxsus «VOLSWAGEN AMAROK» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti normal qaydada nəzəri hesablamaya əsasən 41.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli, 8837 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müq aviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilənin bitdiyi 23.06.2016-cı il tarixinə ASC «xxxx Bank»a borcu əsas borc üzrə 9788,44 ABŞ dolları, faiz borcu üzrə 746,1 ABŞ dolları təşkil etmişdir. Borcalan tərəfindən 08.09.2017-ci il tarixdə 6000 ABŞ dolları ödəniş edilmiş və bu, əsas borcdan silinmişdir. Beləliklə də, 12.03.2019-cu il tarixinə Cavabdeh ASC «xxxx Bank»a 4 borcu əsas borc üzrə 3788,44 ABŞ doolları, faiz borcu üzrə 1623,72 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzif əsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə sinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsinə əsasən illik 14 faizlə 24 ay müddətinə 25.800 ABŞ dolları məbləğində kredit almışdır. Borcun təminatı olaraq Cavabdeh məxsus «Volkswagen Amarok» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil 23 iyun 2014-cü il tarixli, **********39914/İP/AV saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi və razılaşma üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavi lələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçı ASC “xxxx” Bankından aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarş ısında pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edildiyi kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. İddiaçı bunun üçün öz maliyyə arayışına əsaslanmış, məhkəmə isə borcu müəyyən edərkən bu arayışa istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi borcun dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi özünün 03 oktyabr 2019-cu il tarixli, 8837 saylı rəyi ilə müəyyən etmişdir ki, iş materiallarında olan 23 iyun 2014-cü il tarixli, **********39914 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilənin bitdiyi 23.06.2016-cı il tarixinə ASC «xxxx Bank»a borcu əsas borc üzrə 9788,44 ABŞ dolları, faiz b orcu üzrə 746,1 ABŞ dolları təşkil etmişdir. Borcalan tərəfindən 08.09.2017-ci il tarixdə 6000 ABŞ dolları ödəniş edilmiş və bu, əsas borcdan silinmişdir. Beləliklə də, 12.03.2019-cu il tarixinə Cavabdeh ASC «xxxx Bank»ına borcu əsas borc üzrə 3788,44 ABŞ doolları, faiz borcu üzrə 1623,72 ABŞ dolları təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi ekspertin bu rəyi ilə razılaşmış və tələb olunan faiz borcu ekspert rəyindəki faiz borcundan az olduğu üçün hesab etmişdir ki, MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hazırkı mərhələdə cavabdehdən ekspert rəyində göstərilən faiz borcunun tutulması yolverilməzdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əsas borcun tutulması hissəsində qətnamə dəyişdirilməli, Cavabdeh 23 iyun 2014-cü il tarixli, ******** **39914 saylı kredit müqaviləsi üzrə 3788,44 ABŞ dolları məbləğində əsas borc və 798,96 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc tutulmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunun 178,85 ABŞ dolları olması qənaətinə gəlmişdir və apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hissədə qətnamə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov sa xlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsız dır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun: -34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. -36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. -34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını təl əb edə bilər. İşdən görünür ki, Cavabdeh bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələb ipotekaya qoyulmuş ona məxsus avtomobilə yönəldilməli və həmin daşınar əmlak açıq hərracda satılalaraq öhdəlik təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2019-cu il tarixli, 32880 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh məxsus «VOLSWAGEN AMAROK» minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti normal qaydada nəzəri hesablamaya əsasən 41.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi daşınar əmlakın hazırkı bazar qiymətinin müəyyən edilməsi üşün qiymətləndirici cəlb etmiş və ekspertin məlum rəyi ilə müəyyən edilmişdir ki, hazırda ipoteka predmetinin dəyəri 41.000 manat olduğundan mübahisəli avtomobilin hərracdakı satış qiyməti məhz 41.000 manat müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini və onun satılmasını tələb e tmək hüququ yarandığından iddiaçı ASC “xxxx” Bankının iddia tələbi əsaslıdır. Kassasiya kollegiyası kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada xəbərdarlıq edilməməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş və iş materiallarında olan xəbərnamədən göründüyü kimi bildiriş 31 oktyabr 2019-cu il tarixdə cavabdehin atası YYY tərəfindən imzalanaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, h əmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən kredit borcunun 01 ABŞ dollarının 0,78 manat kimi ödəməsi i lə bağlı təkliflərinə münasibət bildirilmədiyini qeyd etsə də, kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Belə ki, həmin dəlilin verilmiş iddia tələbi ilə heç bir hüquqi bağlılığı yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya ş ikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-206/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar