Məhkəmə qərarları › İş №2(102)-2009/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2009/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2009/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X2 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 2391,49 AZN əsas borc, 1717,31 AZN faiz borcu və 162,09 AZN cərimə borcu olmaqla, ümumilikdə 4270,89 AZN kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 07 sentyabr 2018-ci il tarixli, X5 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 2391,49 AZN əsas borc, 906,7 AZN faiz borcu və 1 AZN cərimə borcu olmaqla, cəmi 3299,19 AZN kredit borcu və 23,17 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə, habelə Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməmişdir. Sumqayıt Apellya siya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elman Rəhimov- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 26.11.2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Quba Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinin 2.1 maddəsinə əsasən 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Bundan əlavə, kredit müqaviləsinə 2.2 maddəsinə əsəsən öhdəlik icra edilmədikdə zaminlər (Cavabdeh2 və Cavabdeh3) borcalan (Cavabdeh1) ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, faizlərin və dəbbə pulunun ödənilməsi üçün məsuliyyət daşıyırlar və bu da ona dəlalət edir ki hər iki zamin kredit müqaviləsi üzrə öhdəliklərin birlikdə və eyni həcmdə məsuliyyət daşımasını öz üzərilərinə götürmüşlər. Bundan əlavə, həmin zaminlik müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağla nmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, borcalan Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin ödənilməsi zaminlər Cavabdeh2 və Cavabdeh3 da risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün onlar bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsində isə zaminliyin verildiyi müddət təyin edilib. Zaminlik müqaviləsinin 13.2 bəndinə əsasən borcalan kreditorla bağladığı 26 noyabr 2014-cü il tarixli 265CNNW143300001 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin Borcalanın öz vəzifələrini vax tında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Müqavilənin müddəti borcalanın öz öhdəliklərini tam yerinə yetirənə qədər razılaşdırılmışdır. Halbuki, borcalan müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Qeyd olunan müqavilənin 13.3-cü bəndində zaminlik müqaviləsinə xitam halları qeyd olunmuşdur. Belə ki, zaminliklə təmin edilmiş öhdəliklər borcalan, zamin və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcimdə yerinə yetirildikdə; Zaminliklə təmin edilmiş öhdəliklər borcalan, zamin və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə; tərəflərin razılığı ilə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada tutmanın zaminin və ya borcalanın əmlakına yönəlməsi ilə zaminliklə təmin e dilmiş öhdəlik və bu öhdəliklə bağlı kreditorun tələbləri tam həcmdə yerinə yetirildikdə; zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; Zamin yeni borcalanın əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq vermədikdə; Zaminin razılığı olmadan zaminliklə təmin edilmiş öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; Kreditor borcalanın və ya zaminin təklif etdiyi lazımı icranı qəbul etməkdən imtina etdikdə zaminlik müqaviləsinə xitam verilir. Lakin qeyd olunan halların heç biri baş verməmişdir. Odur ki, zaminlik müqaviləsi Kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta qədər qüvvədədir, zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə Zaminlik də xitam edilmiş hesab ol unur. Zaminlik müqaviləsinin qeyd edilən şərtlərindən də görünür ki, zaminliyin verildiyi müddəti təyin edilib və bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tətbiqi hazırki iş üzrə istisna edilir. Bu baxımdan, məhkəmənin qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinadən, zaminliyinə xitam verilməsi barədə dəlili əsaslı sayıla bilməz. Mülki iş üzrə zamin qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öhdəlikləri 26.11.2014-cü il tarixli müqaviləyə əsaslanır və həmin müqavilə də qeyd edildiyi kimi qüvvədədir. Müqavilənin qüvvədə olduğu halda da müqavilə tərəfinin öhdəlikdən azad edilməsi istisnadır. Buna görə də, məhkəmə zamini müştərək məsuliyyətdən azad etməkdə haqlı deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiy ası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində yalnız iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə (onlardan pul tutulması hissəsində) təmin edilməməsi hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin həmin hissəsinin qanuniliyi yoxlanılır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 26 noyabr 2014-cü il tarixli, 265CNNW143300001 №-li Kredit Müqaviləsinə əsasən Ləğv prosesində olan “xxxx” ASC tərəfindən 24 ay müddətinə illik 29% ödəmək şərti ilə Cavabdeh1 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində kreditin ödəniş müddəti 26.11.2014-26.11.2016-cı il tarixləri qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə zaminliyin verilmə müddəti göstərilməmiş, müqavilənin 13.2-ci bəndində bu müqavilənin borcalanın kreditorla bağladığı 26 noyabr 2014-cü il tarixli, 265CNNVV143300001 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçi nin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanların kreditora ödənilənədək qüvvədə olması göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, zaminliklə təmin edilmiş 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtı 26 noyabr 2014-cü il tarixdə başlanmaqla, həmin öhdəliyin icrası vaxtının başa çatdığı gün 26 noyabr 2016-cı il tarixdir ki, qanuna görə də kreditor, yəni ləğv prosesində olan “xxxx” ASC və ya onun ləğvedicisi həmin gündən başlayaraq bir il ərzində hazırki zaminlərə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi əsasında za minliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminlərə qarşı iddia irəli sürülməmişdir ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda zaminlər Cavabdeh2 və Cavabdeh3 digər cavabdeh olan borclu Cavabdeh1 Ürfulla oğlunun 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də b ağlana bilər; 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci, 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsasları nəzərdə tutulmuşdur: -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həm çinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni zminliyin verilmə müddəti qeyd edilməmişdir. Eyni zamanda 26.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti dəqiq göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməmiş, başqa sözlə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nə ticələrlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsini mübahisələndirilən hissədə qüvvədə saxlayarkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərba ycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 26 noyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar