Məhkəmə qərarları › İş №2(102)-201/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-201/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-201/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh4 qızına qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi nun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-50/2020 nömr əli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı KB ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.12.2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı KB ASC ilə Cavabdeh3 arasında bağlanmış 29.12.2014-cü il tarixli, 116m-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış 24.12.2014-cü il tarixli, 116m/14 saylı əsas kredit müqaviləsinə uyğun olaraq cavabdehə 36 ay müddətinə illik 20% hesablanmaqla 50.000 ABŞ dolları məbləğdə kredit verilmişdir (Əlavə kr edit müqaviləsinin əsli: №116m/14, 29.12.2014-cü il). Borcalan öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) borcverənə ödənilməsini təmin edir (29.12.2014-cü il tarixli əlavə kredit müqaviləsinin 3.2.8-ci bəndi). Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 7 gündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq borcverən borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 360% miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 360% miqdarında cərimə tətbiq edir (29.12.2014-cü i l tarixli əlavə kredit müqaviləsinin 6.3-cü bəndi). İddiaçı KB ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.12.2014-cü il tarixli 116mi/14 nömrəli ipoteka müqaviləsində əsasən Bank ilə Cavabdeh3 arasında bağlanmış 24.12.2014-cü il tarixli, 116m/14 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan ünvanndə yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 11 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur (ipoteka müqaviləsinin əsli: №116mi/14, 24.12.2014-cü il). Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 1.000.00 manat müəyyən olunmuşdur (ipoteka müqaviləsinin 2.4-c ü bəndi). İddiaçının hüququ Azərbaycan Respublikası DƏDRX 3 saylı ərazi idarəsi tərəfindən verilən 25.12.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarış ilə qeydiyyata alınmışdır (çıxarışın əsli). İpotekaya tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş və həmin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X9 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2 və Cavabdeh4 qızına qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh3 24.12.2014-cü il tarixli 116m/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 29.12.2014-cü il tarixli 116m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 41410.53 ABŞ dolları, faiz borcu üzrə 2867.12 ABŞ dolları, cə rimə 1068.59 ABŞ dolları, cəmi 45346.24 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun İddiaçı KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvanndə yerləşən 0.045 ha torpaq sahəsinə və onun üzərində olan 11 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 29.12.2014-cü il tarixli 116m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə 45346.24 ABŞ dolları borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun İddiaçı KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvanndə yerləşən 0.045 ha torpaq sahəsinə və onun üzərində olan 11 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, X2, Cavabdeh2 və Cavabdeh4 qızının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehlərin nümayəndəsi X7 məhkəməyə ölüm haqqında şəhadətnamə təqdim edərək Cavabdeh4 qızının 02.12.2015-ci il tarixdə vəfat etdiyini bildirmiş və onun cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 qızının cavabdehlərin siyahısından çıxarılması qərara alınmışdır. Cavabdeh3 və n ümayəndəsinin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin real bazar dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici dəvət olunmuş və «xxxx» MMC tərəfindən ünvanndə yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 11 saylı fərdi yaşayış evinin real bazar qiymətinin 110.000 manat təşkil etməsi müəyyən edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Gündüz Şirinov) 28 avqust 2017-ci il tarixli, 2(044)-912/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 əsas borc 41410.53 ABŞ dolları, faiz borcu üzrə 2867.12 ABŞ dolları, cərimə 50 ABŞ dolları, cəmi 44327.65 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat pul İddiaçı KB ASC-nin xeyrinə tutulmuş, tutma Cavabdeh3 məxsu s olan ünvanndə yerləşən 0.045 ha torpaq sahəsinə və onun üzərində olan 11 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 44.327,65 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat pul İddiaçı KB ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh3 qaytarılması, ünvanndə yerləşən 0.045 ha torpaq sahəsi və onun üzərində olan 11 saylı fərdi yaşayış evi ixtisaslaşmış hərrac yolu ilə satıldıqda 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, X4, Cavabdeh2 çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 319.1, 472.2, 467-ci maddələrinə əsaslanmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-912/2017 saylı qətnaməsinin qismən ləğv edilməsinə, 36.000 (otuz altı min) ABŞ dolları əsas borc məbləğinin, 5000 (beş min) ABŞ dolları məbləğində faiz borcunun ondan tutularaq İddiaçı KB ASC-nin xeyrinə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 24 dekabr 2014-cü il tarixdə 116m/14 saylı əsas kredit müqaviləsi çərçivəsində borcverən İddiaçı KB ASC-nin müvəkkil edilmiş nümayəndəsi X8 şəxsində 29 dekabr 2014-cü il tarixli 116m-1/14 saylı əlavə kredit müqaviləsinə əsas 50000 (əlli min) ABŞ dolları məbləğində 36 ay müddətinə illik 20 % ödəmək şərtilə kredit götürmüşdür. Əsas kredit müqaviləsinin 1.1-ci bəndinə görə «Borc verən borc alana 1.000.000 (bir milyon) manat məbləğində 120 ay müddətinə 24 dekabr 2024-cü il tarixədək müddət ərzində» bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Ancaq 29 dekabr 2014-cü il tarixli 116m-1/14 saylı əlavə kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən «Bu müqavilə üzrə «Bank» tərəfindən «borcalana» verilən kreditin məbləği 50.000 (əlli min) ABŞ dolları təşkil edir». Bank əməkdaşlarına bu barədə iradını bildirərək əsas kredit müqaviləsindən irəli gələn tələbləri dəqiq yerinə yetirmələrini tələb etsə də, ona narahat o lmamağı, hal-hazırda kredit üçün manat limitləri olmadığını, gələcək müqavilələrdə kreditin manatla veriləcəyini təmin edəcəklərini demişlər. O, etiraz etmiş və krediti götürməyəcəyini bildirmişdir. Xahiş etmişlər ki, gələcəkdə əməkdaşlıqları daha sərfəli şərtlərlə həyata keçiriləcək, faiz dərəcələri də aşağı olacaqdır. Bütün bunlara baxmayaraq devalvasiya prosesinə qədər ödəniş cədvəlinə əsasən vaxtlı-vaxtında ödəniş etmişdir. Ancaq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ödəniş qabiliyyətini aşağı salmışdır. Bank əməkdaşları kompromis variant tapılmasına dair təkliflərinə reaksiya verilməmişdir. İmkanlarından maksimum istifadə edərək 16.000 (on altı min) ABŞ dollarından artıq ödəniş etmişdir. Bank ona qarşı şişirdilmiş rəqəmlər göstərməklə ona qarşı iddia qaldıraraq haqsızlığa yol vermiş dir. İddia ərizəsində onun nə qədər əsas borcdan, nə qədər faiz borcundan pul ödəməsi barədə heç bir sübut göstərilməmiş və məhkəmə bu xüsusatları araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2018-ci il tarixli, 2826 saylı məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh3 İddiaçı KB ASC-yə 41410,47 ABŞ dolları əsas, 1694,64 ABŞ dolları faiz borcu vardır. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Nuru Quliyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Fikrət Mehtiyev) 11 fevral 2020 -ci il tarixli 2(104)-50/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-912/2017 saylı qətnaməsi Cavabdeh3 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsi üzrə yaranmış 2867.04 ABŞ dolları faiz borcunun qətnamə icra olunarkən ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının tutulub İddiaçı KB ASC-yə verilməsi hissəsində dəyişdirilərək, Cavabdeh3 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsi üzrə yaranmış 1694,64 (bir min altı yüz doxsan dörd ABŞ dolları altmış dörd sent) ABŞ dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulub İddiaçı KB ASC-yə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələləridə həll edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə 29.12.2014-cü il tarixli, 116m/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun cavabdehlərdən tutulmasını qət edərkən düzgün hüquqi nəticəyə gəlsə də, kredit müqaviləsi üzrə yaranmış faiz borcunun məbləğində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi 2867.12 ABŞ dolları faiz borcun cavabdehlərdən tutulması ilə bağlı iddia tələbini ətraflı a raşdırmamış, faiz borcun məbləğini dəqiq müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmədən faiz borcu kimi 2867.12 ABŞ dollarının cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, apelyasiya şikayətində Cavabdeh3 kredit borcunu mübahisələndirdiyindən məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh3 İddiaçı KB ASC-yə 41410,47 ABŞ dolları əsas, 1694,64 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspertin hazırladığı rəy vasitəsilə sübut edilməli olan məsələ barədə birmənalı nəticəyə gəlmək mümkün olur. Çünki iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kim i Cavabdeh3 tərəfindən son ödəniş tarixinə yəni, 19.12.2016-cı il tarixdən sonra 1.172,40 ABŞ dolları məbləğində ödəniş edilmişdir ki, ödənilmiş 1.172,40 ABŞ dolları məbləğində pul vəsaitinin faiz borcuna silinməsi müəyyən olunur, həmin ödəniş nəzərə alınmaqla faiz borcu 1694,64 ABŞ dolları təşkil edir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 442, 448.1, 448.2, 462.1, 467.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3, 59-cu maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-50/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxış ına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması çıxarılmış bu səbəbdən də əsassız və ədalətsiz hesab edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi qətnaməsində tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin Cavabdeh3 tərəfindən alınmasını göstərsə də, həmin bildirişin hansı tarixdə cavabdeh tərəfindən alınmasını araşdırmamış və qiymət verməmişdir. Cavabdeh tərəfindən edilmiş 1.172,40 ABŞ dolları sonuncu ödənişin tam olaraq faiz borcuna silinməsi haqsızlıqdır. Belə ki, müqavilə tərəfləri olaraq iddiaçı və cavabdeh biri digərinin qarşısında öhdəliklə çıxış etməklə vicdanlı davranmalı idi. Həmçinin məhkəmə cavabdehlərin iştirakını təmin etmədən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərini pozmaqla tərəflərin iştirakı olmadan ekspert rəyini tədqiq etmədən, çəkişmə prinsipinə və bərabərlik hüquqlarının pozulması ilə qətnamə çıxarılmışdır. İş üzrə borc məbləği düzgün müəyyən edilməmiş, ekspert rəyi tədqiq edilməmiş, rəydə olan boşluq və ziddiyyətlər məhkəmə iclasında araşdırılmalı olduğu halda belə bir araşdırma aparılmamışdır. Məhkəmələr tərəfindən ipoteka əmlakına tutmanın yönəldilməsinə dair nəticəyə gəlinsə də, ipoteka müqaviləsinin qanunun tələblərinə uyğun gəlib-gəlməməsini araşdırmamışdır. Həmçinin tutmanın yönəldilməsinin ipoteka ha qqında qanunun tələblərinə uyğun başlanıbbaşlanılmaması araşdırılmamışdır. Belə ki, iş materiallarında ipoteka əmlakına tutmanın yönəldilməsinin prosedur qaydasına riayət olunub olunmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qətnaməsində hansı ərizələrə istinad etməsi, tutmanın prosedur müddətləri yəni 7 gün müddətin ötürülməsi ilə qeydiyyatdan keçirilərək həmçinin pretenziya məktublarının Cavabdeh3 tərəfindən alınmasını təsdiq edən sübutların olmamasını hüquqi qiymətləndirməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılm asının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vax tında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya b axışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlər tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini borcun məbləği və borcun ipotekaya yönəldilməsi hissəsində mübahisələndirildiyindən kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan kredit müqavilələri üzrə əsas borc və faiz məbləğləri müvaf iq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqavilələrinin şərtləri, həmçinin cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, borc məbləği müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin cavabdehlərin məhkəmə iclasında iştiraklarının təmin edilməməsi barədə dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasları barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişlər. İş materiallarında bu barədə poçt xəbərnamələri mövcuddur. Həmçinin Cavabdeh3 bir neçə dəfə apellyasiya instansiya məhkəməsinə vəsatətlər vermişdir. Buradan görünür ki, cavabdehlərin məhkəmə iclasları barədə məlumatları olmuşdur. İpotekaya tutma yönəldilməsi prosedurunun pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əvvəla, apellyasiya şikayətində cavabdeh tərəf bu məsələni mübahisələndirməmişdir, ikincisi ipotekaya tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş və həmin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmuş, lakin cavabdeh həmin qanunla onlara verilmiş hüquqdan istifadə edərək tutmanın ipoteka predmətinə yönəldilməsi barədə bildirişdən 21 gün müddətində məhkəməyə şikayət verməmiş və bununla da irəli sürülmüş tələblə razı olduğunu nümayiş etdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-50/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar