Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2010/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5157/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı “əsas borca görə 7.500 manat, əldən çıxmış fayda kimi 9.000 manat olmaqla, cəmi 16.500 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 7.500 manat, əldən çıxmış faydaya görə 9.000 manat, cəmi 16.500 manat pul tələbinə dair qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstəril ən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İdd iaçı xxx və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili xxx un izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM -nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia edir ki, qızı xxx xx xxxxxxx 2010-cu il tarixdə Seymur Vəliyevlə ailə qurub və sonuncu N saylı hərbi hissədə xidmət etməklə, hərbi hissənin yaxınlığında yerləşən evdə kirayədə yaşayıblar. xx xxxxx 2014-cü il tarixdə qızı xxx nın vasitəsi ilə H.Z.Tağıyev qəsəbəsində yerləşən, Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, 18 saylı evin 8-ci mənzilini satın almaq üçün cavabdeh 7.500 manat pul verib. xx xxxxxx 2017-ci il tarixdə qızı xxx ilə xxx arasında bağlanmış nikah pozulduqdan sonra ona məlum olub ki, sözügedən mənzil xidməti mənzil fonduna aid olduğu üçün mənzilin qızı xxx nın adına rəsmiləşdirilməsi mümkün deyil. Bundan son ra o, cavabdeh barəsində prokurorluğa müraciət edib və prokurorluqda aparılan araşdırma zamanı müəyyən olunub ki, cavabdeh onlardan həmin pulu alıb. Ona görə də cavabdehdən əsas borca görə 7.500 manat, əldən çıxmış faydaya görə 9.000 manat olmaqla, cəmi 16.500 manat pul tələb edir. Cavabdeh isə izahatında iddiaçıya mənzil satmadığını, ondan hər hansı məbləğdə pul almadığını, sözügedən mənzilin xidməti mənzil olduğunu, həmin mənzili təhvil verərkən, mənzilin təmirinə çəkdiyi xərcə görə və halalıq kimi keçmiş xidmət yoldaşı Seymur Vəliyevdən pul aldığını göstərib iddiaya etiraz edib. İşə əlavə edilmiş Sumqayıt Hərbi Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarının surətindən görünür ki, N saylı Hərbi Hissənin hərbi qulluqçusu, baş çav uş Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ittiham olunmasına dair istintaq edilən ********* saylı cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib və Cavabdeh barəsində seçilmiş xx xxxx 2018-ci il tarixli “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilib, xxx və xxx barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 297.1-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilib. Nazim Mustafayev barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.1-ci maddəsinə əsasən hissəvi xitam verilib, İddiaçı və xxx barəsində Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsi nə əsasən hissəvi xitam verilib, N saylı hərbi hissənin mənzil komissiyasının, o cümlədən Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin vəzifəli şəxslərinin barələrində AzərbaycanRespublikası CM-nin 341.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilib və İddiaçı zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilib və qəbul edilmiş qərar barəsində maraqlı tərəflərə məlumat verilməklə, qərarın surəti ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia çı tərəfindən cavabdehdən tələb olunan pul vəsaiti bilavasitə onun özü tərəfindən cavabdehə verilməyib. Həmin pul vəsaiti cavabehə iddiaçının qızı xxx və keçmiş kürəkəni xxx tərəfindən verilib. Deməli həmin pulun alınması tələbi barədə iddia qaldırmaq hüququna da həmin şəxslər malikdir və iddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti tam əsassızdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2007-ci il tar ixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm ə həmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ kimi qiymətləndirilə bilər. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələbləri ni düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2010/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2010/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver