Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2011/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: İstehlak münasibətlərindən irəli gələn mübahisələr, maddi ziyanın ödənilməsi 25.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-917/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə AK2/31380 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" bağlanmışdır. 2. "Təbii X2nın pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə edir. 3. "Təbii X2nın pozulması haqqında" xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. 4. "Təbii X2nın pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. 5. "Abonentin saldosu"na əsasən, Cavabdeh aktlar üzrə 2021-ci il in noyabr ayı üçün 944,64 manat, 2022-ci ilin dekabr ayı üçün 8812,80 manat, 2024-cü ilin fevral ayı üçün 4406,40 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "Azəriqaz" İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 14027,24 manat məbləğində zərərin və 132,08 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14159,32 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci ildə AK 2/31380 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"si imzalanmış və həmin müqavilə əsasında "Azəriqaz" İB abonenti fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabd ehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X2nın pozulması haqqında" aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 944,64 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cəmi 14163,84 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabde h 944,64 manat zərərdən 136,60 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 14027,24 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Cavabdeh tərəfindən məhkəməyə iddia qarşı etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya heç bir zərər vurmamışdır. O, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Belə ki, 2015-ci ilə qədər təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən abonentlərə külli miqdarda cərimə aktları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdır. xx.xx.2015-ci ildə "Nardaran hadisələri"ndən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İB-yə olan borcları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən silinmişdir. O, "Nardaran hadisələri"ndən qabaq sayğacdan kənar, əlavə qaz xəttindən istifadə etdiyini, 8-10 il əvvəl sayğacdan kənar əlavə qaz xəttini qaynaq vasitəsi ilə ləğv etdiyini, lakin 2021-ci ilin noyabr ayında qaynaqdan sızmanı aşkar etdikdə həmin hissəni taxta parçası ilə qapadığını və sızmanın qarşısını almaq üçün əraziyə nəzarət edən "Azəriqaz" İB-nin əməkdaşını xəbərdar etmis və... xx.xx.2021-ci ildə "Azəriqaz" İB tərəfindən ünvan 2 ünvanına abonentin iştirakı olmadan küçədə quraşdırılmış SMART G-4 İTRON GALLUS tipli 1702AZ**********63 nömrəli qaz say ğacına və qaz xəttinə baxış keçirilmiş, sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və xx.xx.2021ci ildə dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyanın həcmi 8856 m3 hesablanmış və abonentin hesab koduna 944,64 manat borc yazılmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər xx.xx.2021-ci ildə saat 11:41 radələrində çəkilsə də, ******* nömrəli akt 1 gün qabaqdan, yəni xx.xx.2021-ci ildə tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli "dəymiş ziyanın bərpası"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 8856 m3 dəymi ş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 944,64 manat borc yazılmışdır. xx.xx.2022-cü ildə saat 01:53 radələrində, yenidən iddiaçı tərəfindən ünvan 2 ünvanına (abonentin iştirakı olmadan, abonent və ailə üzvləri gecə saatlarında evdə olmuşlar) küçədə quraşdırılmış SMART G-4 İTRON GALLUS tipli 1702AZ**********63 nömrəli qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-şəkillər çəkilmiş sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş halbuki xx.xx.2021-ci ildə ləğv edilmişdir və xx.xx.2022-ci ildə dəymiş ziyanın hesablanması və ödənişin tərtib edilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyanın həcmi 3440 m3 hesablanmış və abonentin hesab koduna 8812,80 mana t borc yazılmışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022ci il tarixi "dəymiş ziyanın bərpası"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması məqsədi ilə 73440 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 8812,80 manat borc yazılmışdır. İddiaçı "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qaz paylacısı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qaz paylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi digər xx. xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4406,40 manat borc 14 mart 2024-cü il tarixli Abonentin Saldosunda qeyd olunsa da 15 aprel 2024-cü il tarixli GASREP-də öz əksini tapmamış və həmin akt iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, aktlar abonentin və qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana bir neçə dəfə baxış keçirilmiş və sayğacdan kənar əlavə qaz xətti ləğv edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4301/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Adilə Paşayeva) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə 335 manat 72 qəpik məbləğində vurulmuş zərər, 3 manat 17 qəpik dövlət rüsumu, cəmi 338 manat 89 q əpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "Azəriqaz" İB-nə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin mü vafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərərin cavabdehdən tutulması hissədə rədd edilməlidir.
11. Məhkəmə cavabdehin qazdan qanunsuz kənar xətt vasitəsilə istifadə etməsi faktını və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən tərtib olunan akt üzrə dəymiş ziyan cavabdehdən tutulmalıdır.
12. Digər tərəfdən isə məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də: P Q4-ün maksimal saatlıq qaz sərfi 1,2 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; QSSQnin maksimal saatlıq qaz sərfi 1,5 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Cavabdeh tərəfindən mütəmadi və fasiləsiz olaraq qaz plitəsinin, kombinin və digər qızdırıcılarının evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hesabatlar 24 saat deyil, 12 saat nəzərə alınmaqla aparılmalıdır. Beləliklə, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə cavabdeh idd iaçıya 472,32 manat məbləğində zərər vurmuşdur. Həmin məbləğdən 136,60 manat ödənildiyindən məhkəmə hesab etmişdir ki, borc 335,72 manat təşkil edir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. İstehla kçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.
16. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(103)-917/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Qazın talanmasında cavabdehin təqsiri qanunda göstərilən qaydada müəyyən edilməmişdir. Buna səbəb isə İddiaçı İB-nin qanunvericiliyin tələbinə, yəni ”Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin göstərişinə əməl etməməsi olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz.
18. Cavabdeh apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, aktlarda qeyd olunan sayğacdankənar boru 2015-ci ilə qədər mövcud olmuş, 2015-ci il də Nardaranda baş verən məlum hadisələrdən sonra onun evinə sayğac quraşdırılıb, aktlarda qeyd olunan boru isə şəbəkədən ayrılıb, borunun çıxacağına ağacdan tıxac vurulub və 2015-ci ildən sonra istifadəsiz qalıb. Odur ki, cavabdehə aid ünvanda sayğacdankənar qaz borusunun olması faktı öz-özlüyündə qazın talanmasında cavabdehin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin qaz borusu qeyri-işlək vəziyyətdə ola bilər və s. Məhkəmə evi deyil, şəxsi mülki məsuliyyətə cəlb edir. Odur ki məhkəmə kollegiyası hesab etmişdir, qazın talanmasında təqsirli şəxs müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verə rək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin olunmayan hissədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini əsassız olaraq tam təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
21. Paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulmas ı faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2 və 1096.1-ci maddələrinin tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
22. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar (akt, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. Həmçinin cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halları aşkar edilən zaman çəkilmiş fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Qaz təchizatı haqqında” Qanun
26. Maddə
13. Hissə 8-1. Qanunsuz qoşulma halla rı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsin i istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya baxışının predmeti iddianın rədd edildiyi hissə olmuş, hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün tam yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tə rəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-917/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.