Məhkəmə qərarları › İş №2(102)-2013/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2013/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2013/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-21/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyab r 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir. 2. 11 iyun 2019-cu il tarixdə Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi digər Cavabdeh1 məxsus “Mercedes E-280” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nobel prospektində şəhər tərəfdən “Nargilə” kafesinə doğru “Bəhbəh” restoranının yaxınlığında sola manevr edərkən idarəetməni itirərək sol zolağda hərəkətdə olan Elşən Şərifovun idarə etdiyi İddiaçı məxsus olan 2014-cü il buraxılışlı, “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfi ilə toqquşmaqla arxa s ol hissəsinin və alt qabaq sol hissəsini əzmiş və nəticədə Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1, 269.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, Yol polisinin “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərarı ilə 50 manat inzibati qaydada cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus 2014-cü il buraxılışlı “Kia Sportage” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 21.709 (iyirmi bir min yeddi yüz doqquz) manat 25 qəpik məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədə n xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğini müəyyən etmək üçün “Kia Motors” servis mərkəzi tərəfindən tərtib olunmuş 15 iyun 2019cu il tarixli qüsur aktı ilə zərərin aradan qaldırılması üçün 21.709,25 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən olunmuşdur.

5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-882/2019 nömrəli, 3 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Həmin qərardada əsasən alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2019-cu il tarixli, 25888 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materia llarında olan “ Kia Motors”un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20.738,00 manat müəyyən edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatının xərci 120 manat təşkil edir.

6. Şamaxı Rayon Məhkəməsinin 2(074)-882/2019 nömrəli, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.738,00 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd o lunması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 etibarnamə olmadan digər Cavabdeh1 məxsus olan nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan Elşən Şərifovun idarə etdiyi nəqliyyat vasitəsinə zərər dəymişdir. Ekspertin rəyinə görə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 20.738 manat müəyyən edilmişdir. Ona görə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 20.738 manat pul tutulub iddiaçıya verilməli və qalan hissədə iddia rədd olunmalıdır

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1254/2020 nömrəli, 9 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci m addələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermişlər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2672/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), Ə.G.Nurməmmədov, V.T.Həsənov) cavabdehlərin kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 iyun 2020-ci il tarixli, 2(105)1254/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmiş qüsur akt ında göstərilən ehtiyat hissələrinin tərkibini, işə əlavə edilmiş digər sübutlarla, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” 12 iyun 2019-cu il tarixli protokolda və “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərarda göstərilən zədə almış detalların tərkibi ilə müqayisəli şəkildə təhlil etmədən, qüsur aktında göstərilən ehtiyat hissələrinin qiymətinin, habelə xidmət haqqının real bazar qiymətlərinə uyğun olubolmamasını lazımi qaydada araşdırmadan, ekspert rəyinin bilavasitə iddiaçıya məxsus nəqliyyat vasitəsinə baxış keçirilmədən, yalnız nəzəri hesablama yolu ilə “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsaslanaraq verilməsini nəzərə almadan, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanl ı nəqliyyat vasitəsinə cavabdehlərin təqsiri üzündən 20.738 manat zərər dəyməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin apellyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, müxtəlif saytlarda 2014-cü il buraxılışlı “Kia Sportage” markalı avtomobillərin real bazar qiymətləri texniki vəziyyətindən, yürüşündən və mühərrikinin həcmindən asılı olaraq 25.000-30.000 manat civarındadır və hazırda iddiaçı əslində onlardan nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin dəyərini deyil, faktiki olaraq nəqliyyat vasitəsinin özünün dəyərini tələb edir. Yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinin isə tam yararsız vəziyyətə düşməsi mülki iş materialları istisna olunur və bütün bunlar isə əs lində qüsur aktında və ekspert rəyində göstərilən qiymətlərin açıq-aşkar şişirdilmiş olmaqla, sözügedən nəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmədiyini təsdiq edir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni sözügedən qüsur aktı, ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, həmin sənədlərin mötəbər sübut kimi Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 97.1-ci maddələrinin tələblərinə cavab verməməsini nəzərə almamış, habelə zərurət yarandığı halda iddiaçıya məxsus sözügedən nəqliyyat vasitəsinə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün bilavasitə nəqliyyat vasitəsinə ekspertin iştirakı ilə baxış keçirilməsini təmin etməklə əsaslandırılmış rəy alınmasını təmin etməmişdir.

18. Kassasiya instansiyası m əhkəməsi bildirmişdir ki, iddia ərizəsindən görünür ki, yolnəqliyyat hadisəsi baş verən zaman iddiaçıya məxsus nəqliyyat vasitəsi icbari sığorta növündə sığortalı olub. Apellyasiya instansiyası məhkəməsi, nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmadan və bundan asılı olaraq iddianın əsaslığına hüquqi qiymət vermədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-21/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov, A.M.Süleymanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahis ələndirilən hissədə dəyişdirilməsi, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləğinin 13.338 manat müəyyən edilməsi, cavabdehlərdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi avtomobilə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsindən ötrü məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8570 nömrəli, 27 dekabr 2021-ci il tarixli ekspertiza rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur ak tına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20.738,00 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatı iş materiallarında olan xx.xx.2019-cu il tarixli nöqsan aktı əsasında hesablanır.

21. Cavabdehlər məhkəmə kollegiyasına vəsatət təqdim edərək, ekspertizanın bu rəyi ilə razı olmadıqlarını, mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 9/5640 nömrəli ekspert rəyi ilə nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20.738,00 manat məbləğində müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors”-un xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.102,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatı iş materiallarında olan xx.xx.2019-cu il tarixli nöqsan aktı əsasında hesablanır.

22. İddiaçı həmin ekspert rəyindən narazı qalaraq vəsatət təqdim etmiş, təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət nəzərə alınaraq təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 9/7175-8/3881 nömrəli ekspert rəyi ilə “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qüsur aktı və təqdim olunmuş fotoşəkillərdə, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş inzibati xəta və inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən avtomobilin sol arxa və sol qabaq hissələrinə aid zədə almış ehtiyat hissələri, həmçinin minik avtomobilinin arxa tərəfinin sol hissəsi tədqiq edilmişdir. “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir olunduğundan ekspertlər tərəfindən maşına baxış keçirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatı məhkəmə qərardadında qoyulmuş sual üzrə qüsur aktı, DYP-nin protokol və qərarı, həmçinin hadisədən sonrakı avtomobilin fotoşəkilləri əsasında aparılmışdır. “Kia Motors” şirkətinin zəmanətli avtomobillərə baxış və texniki xidmət Servis Mərkəzinin qüsur aktında göstərilən və rəyin tədqiqi hissəsində təsvir edilən “digər ehtiyat hissələri” adlı cədvəldə təsvir edilmiş ehtiyat hissələrinin (fotoşəkillər 5, 6 və 7) hadisə ilə əlaqədar yaranmadığını demək mümkün deyildir. Çünki, minik avtomobilinə onun bilavasitə avtomobillə toqquşma sahəsində olmayan lakin zərbənin təsiri nəticəsində avtomobilin digər hissələrində də zədələr yarana bilər. Yol-nəqliyyat hadisələri ekspertizasının müəyyən etdiyi zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alı nmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci nəzəri qaydada təxminən sol tərəf üzrə dəymiş ziyan – 8389,0 (7289+1100) manat, arxa tərəfin sol hissəsi üzrə dəymiş ziyan – 4949,0 (4599+350) manat, digər hissələr üzrə dəymiş ziyan – 7450,0 (6770+680) manat müəyyən edilir.

23. Məhkəmə kollegiyası yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü avtomobilə baxış keçirilməsi zərurəti yarandığından “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə sorğu göndərmiş, sorğuya cavab olaraq həmin orqan tərəfindən cavab olaraq bildirilmişdir ki, Baş X3i İdarəsinin müşahidə kameralarının yadda məlumatları na baxış zamanı “Kia Sportage” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir.

24. Məhkəmə kollegiyası həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmaq məqsədilə avtomobilin "xxxx" ASC-də sığorta olunması və 11 iyun 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona sığorta ödənişinin verilməsi barədə məlumatın öyrənilməsi üçün sorğu vermiş, sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, “Kia Sportage” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı (xx.xx.2019-cu il tarixdə) "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuş, xx.xx.2019-cu il t arixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC-də hər hansı məlumat qeydə alınmamış və həmin hadisə ilə bağlı onlar tərəfindən heç bir sığorta ödənişi həyata keçirilməmişdir

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “...iddiaçıya məxsus avtomobilə zərərin dəyməsində məhz cavabdehlərin təqsiri ucbatından baş verməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Lakin vurulmuş zərərin tutulması hissəsində isə zərərin məbləği düzgün müəyyən edilməmişdir. Odur ki, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləği 13.338 manat müəyyən edilməlidir.

26. Belə ki, işin tədqi q edilmiş halları ilə müəyyən olunur ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus 2014-cü il buraxılışlı, “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfi ilə toqquşmaqla arxa sol hissəsi və alt qabaq sol hissəsinə ziyan dəymişdir. İş üzrə keçirilmiş 29 dekabr 2023-cü il tarixli ekspertiza rəyi ilə avtomobilə dair qüsur aktı və təqdim olunmuş fotoşəkillərdə, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş inzibati xəta və inzibati tənbeh vermə haqqında qərarlarda göstərilən avtomobilin sol arxa və sol qabaq hissələrinə aid zədə almış ehtiyat hissələri üzrə sol tərəf üzrə dəymiş ziyan – 838 9 manat, arxa tərəfin sol hissəsi üzrə dəymiş ziyan – 4949 manat, digər hissələr üzrə dəymiş ziyan – 7450,0 (6770+680) manat müəyyən edilir. Lakin digər hissələrə zərərin məhz qəza nəticəsində dəyməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Bu mənada məhkəmə kollegiyası iş üzrə keçirilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli rəylərə münasibətdə xx.xx.2023-cü il tarixli ekspert rəyini daha mötəbər sübut kimi qəbul etməsi qənaətinə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir

28. Kassasiya şikayətinin dəlillərinə görə, Ali Məhkəmənin 2(102)-2672/ 2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi üçün belə bir göstəriş qeyd edilmişdir: Avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertin iştirakı ilə avtomobilə baxış keçirilsin. Avtomobilə baxış keçirilmədən yəni qeyd olunan prosessual normanı pozmaqla Ali Məhkəməyə hörmətsizlik etməklə apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prosesləri dövründə sədrlik edən avtomobilin hissələrə parçalanaraq satılmasını və bu səbəbdən ona baxış keçirilməsinin qeyri-mümkünlüyünü bildirmiş və öz mülahizəsi əsasında öz bildiyi kimi qərardadlar qəbul edərək ekspertiza təyin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki,avtomobilin olmaması cavabdeh tərəfin səhvi deyil, yəni konkret olaraq avtomobilin hansı hiss əsinə ziyan vurulması, bu ziyanın tərəflərindən vurulub-vurulmaması, yol nəqliyyat hadisəsi baş verənədək belə bir ziyanın olubolmamasının müəyyən edilməsi üçün birmənalı şəkildə avtomobilə ekspertin iştirakı ilə baxış keçirilməsi mütləq idi.

29. Məhkəmə təqdim edilmiş sübutlara yalnız iddiaçının mənafeyi hissəsində qiymət vermişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, məhkəmə iclaslarında şəxsən iştirak etmiş avtomobilin sahibi bildirmişdir ki, avtomobil məhkəmə icraatı başlamamışdan çox qabaq artıq parçalara bölünərək ehtiyat hissələri olaraq satılmışdır. Bu halda məhkəmə avtomobilin guya ziyan vurulmuş hissələrinin qiymətləndirilməsi ilə bağlı cavabdehdən pul tuta bilməz. Ziyan vurulması cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin konkret olaraq avtomobilin hansı hissəsinə ziyan v urulması, bu ziyanın tərəflərindən vurulubvurulmaması, yol nəqliyyat hadisəsi baş verənədək belə bir ziyanın olub-olmaması araşdırılmamış eləcə də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilməyən yeganə hal avtomobilin arxa hissənə vurulmuş ziyanla bağlıdır. Yəni Cavabdeh2 idarə etdiyi avtomobillə “Kia Sportage” markalı avtomobilə ziyan vurmuşdur. Lakin bu ziyan yalnız avtomobilin arxa hissəsi ilə bağlıdır. Digər hissələrdə olan ziyanları cavabdeh tərəf qəbul etmir. Çünki ən azından iddiaçı həmin hadisə baş verənədək avtomobilin saz vəziyyətdə olmasını sübut etməli və bununla bağlı ekspert qarşısında sual qoyulmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQU Q Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2.Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zi dd əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barəd ə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-21/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar