Məhkəmə qərarları › İş №2(102)-2014/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2014/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2014/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdeh X10 və iddiaçı X5 cavabdeh X16 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X5 cavabdeh X10 qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə və iddiaçı X5 cavabdeh X16 qarşı mənzilə köçürülmə tələbinə dair digər iddia barədə birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)530/2023 nömrəli, 18 yanvar 2023-cü il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 evin 11 sayli mənzili əvvəlcə, yəni 2008-ci ildə X5 anası X6 adına dövlət qeydiyyatından keçmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə X12 adına dövlət qeydiyyatından keçmişdir.

2. X3 Mehparə Telman qızının və X12 övladıdır.

3. Bakı şəhəri, Xətai Rayon Məhəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(011)5973/2016 saylı qətnaməsi ilə Cavabdeh2 və X18 arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 24 iyul 1992-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ic raat

4. Birinci iş üzrə iddiaçı X17 cavabdeh X13 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzilinə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 saylı evin 11 saylı mənzili onun anası cavabdeh X7 xüsusi mülkiyyətindədir. O, həmin mənzildə qeydiyyatda olmaqla uzun illərdir ki, həmin mənzildə yaşayır və cavabdehin oğlu kimi ailə üzvü olduğundan həmin mənzilə istifadə hüququ vardır. Hazırda o, Azərbaycan ordusunda müddətli hərbi xidmətdədir, xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci ilədək olan müddət ərzində növbəti məzuniyyətə buraxılmış, yaşadığı mənzilə gələrkən anası onu mənzilə buraxmadığından nənəsinin mə nzilində yaşamalı olmuşdur. Bir müddətdir ki, anası ona həmin mənzili satmaq istədiyini deyir və bu məqsədlə də onu mənzildən qeydiyyatdan çıxarmaq üçün ondan etibarnamə tələb edir. Lakin anası mənzildən çıxmağının qarşılığında ona hər hansı bir kompensasiya ödəmək istəmədiyindən onun gələcəkdə ordudan tərxis olunduqdan sonra yaşamağa aşqa yaşayış yeri olmayacaqdır.

6. Birinci iş üzrə birinci instansiya məhkəməsində şahid X19 göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 2 saylı mənzili və Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzili onun anasının mülkiyyətindədir. Valideynlərinin nikahı pozulduqdan sonra anasının ona və qardaşına qarşı münasibəti dəyişmişdir. Onun qardaşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı m ənzilində daimi qeydiyyatda olmaqla bu mənzildə yaşamış, hal-hazırda isə hərbi xidmətdədir. Anası növbəti ezamiyyətə gələn qardaşını yaşadığı mənzilə buraxmadığından qardaşı nənəsinin mənzilində yaşamaq məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia təmin edilmiş, X5 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzilə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququ mövcud olduğundan iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyy ətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.4, 228.2, Azərbaycan Respublikası Konstitusiyasının 33, 60, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Sonradan (birləşdirilmiş iş üzrə) iddiaçı X17 istifadə hüququnun tanındığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 say evin 11 sayli mənzilinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil əvvəlcə anası X6 adına qeydiyyatdan keçmiş və tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Hərbi xidmətdə olarkən anası mənzili satmaq istəmiş, lakin yeganə yaşayış sahəsi olduğu üçün o, mənzilin satilmasına razılıq verməmişdir. Hərbi xidmətdən qayitdiqdan sonra anası onu mənzilə buraxmadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmaqla mənzilə köçürülmüşdür. Lakin valideynlərinin boşanması səbəbindən atasının anasına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzil tam mülkiyyət hüququ ilə atası X16 verilmişdir. Bununla da mənzilin mülkiyyətçisi dəyişmiş və mülkiyyətçisi olan atası xx.xx.2021-ci il tarixdən onu mənzildən istifadə hüququndan məhrum etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilmiş, X5 Bakı şəhəri Xətai rayonu Gənc ə prospekti 47 saylı evin 11 saylı mənzilə köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilə dair istifadə hüququ 2008-ci il tarixdən yarandığından, habelə onun mənzilə dair istifadə hüququnun olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddiaçı mənzilə köçürülməlidir.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 158.1.2, 158.4, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il və 27 may 2008-ci il tarixli Qərarlarına, MPM-in 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir-biri ilə əlaqəli olduqlarından bir icraatd a birləşdirilmişdir.

16. X22 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 nömrəli 03 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-5973/2016 sayl qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 arasındakı nikah pozulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 evin 11 saylı mənzil və ** UB *** dövlət nömrə nişanlı “X32” markalı nəqliyyat vasitəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ev 47, mənzil 2 də yerləşən ev və KİA Sportage markalı 9 9UB226 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının anası Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. 2017-ci ildən 2019-cu il tarixinə qədər ünvan 1 evin 11 saylı mənzilin 1/2 hissəsi Cavabdeh2 mülkiyətində olmuşdur. Məhkəmə qətnamə çıxararkən isə digər mülkiyyətçi olaraq Madən Aydının mülkiyyət hüququnu pozmuşdur. 2018-ci il tarixdən məhkəmə qətnaməsi ilə həmin əmlak Apaydının tam mülkiyyətinə verilmişdir. 2019-cu il tarixdə əmlak Apaydının adına ƏMDKY DƏDRX-da qeydiyyatdan keçmişdir. 2016-cı il tarixdən Oğuzhanın anası X20 ilə atası X22 arasındam əmlak bölgüsü tələbinə dair məhkəmə prosesləri başlamışdır. Bundan sonra atası ilə Oğuzhanın ailə münasibətləri kəskin şəkildə pisləşmişdir. Ehtimal edilir ki, iddiaçı ilə anası Cavabdeh1 ünvan 1 evin 11 saylı mənzilini məhkəmələr tərəfindən Ap aydına verilməsini görərək gələcəkdə Apaydına maneə yaratmaq üçün bu cür iddia qaldırmışdır. Çünki, 2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, General Sıxlinski küçəsində yerləşən 291 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İllərdir Oğuzhan həmin evdə yaşayır. İddiaçı ünvan 1 evin 11 saylı ünvanında yerləşən yaşayış sahəsində heç vaxt yaşamamışdır. ünvan 2 ünvanda 3 mərtəbəli həyət evində yaşamışdır. İddiaçının hazırda yaşadığı mənzil əvvəllər özbaşına tikili olduğu üçün valideynləri arasında olan əmlak bölgüsündə bölünməmişdir. İddiaçının iddia etdiyi ünvan 1 evin 11 saylı mənzil hər zaman kirayəyə verilmişdir və orada müxtəlif vaxtlarda müxtəlif kirayəçilər yaşamışdır. İddiaçı məhkəmə qətnaməsi ilə atasına verilmiş evdə anasının yaşamasına maneə yaratmaq üçün mənzilə köçü rülmə barədə iddia qaldırmışdır. Çünki valideynləri arasında əmlak bölgüsü zamanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prosp., ev 47, mənzil 2 anasının mülkiyyətinə verilmişdir. Yəni iddiaçının anasının mülkiyyətində əmlak olduğu halda məqsədli şəkildə məhkəmə qətnaməsi ilə atasının mükiyyətinə verilmiş əmlaka dair iddia qaldırmışdır. Məhkəmə qətnaməsinə diqqət yetirdikdə görünür ki, cavabdeh ilə birlikdə yaşayan anası məhkəmə proseslərində iştirak etməmişdir. Digər ailə üzvü bacısı isə iddiada göstərilmiş əsassız halları təsdiqləmək üçün şahid qismində iştirak etmişdir. Bütün bu hallara əsasən ehtimal edirik ki, həmin mənzilin məhkəmə qətnaməsi ilə ataları Apaydın Madanə verilməməsi ilə əlaqədar hazırlanmış bir plandır. Çünki, Apaydının adına həmin mənzilin tam mülkiyyətinə verilməsinə dair ç ıxarış verildikdən sonra iddiaçı yenidən Cavabdeh2 qarşı iddia qaldırdığı zaman artıq ilkin hazırkı məhkəmə qətnaməsi predusial əhəmiyyət daşıdığı üçün iddia araşdırmadan təmin edilmişdir. Bu hal isə Apaydının mülkiyyət hüquqlarının pozulmasına əsas olmuşdur.

18. X22 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 nömrəli 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-530/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 saylı, 03 aprel 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)477/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri təmin edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekt 47 nömrəli evin 11 nömrəli mənzili mülkiyyət hüququ üzrə xx.xx.2008-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır, ona görə tərəflərin hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Kollegiya hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

22. DƏDRX-ni n 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, həmin mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)1249/2018 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixdə Maden Apaydanın adına qeydiyyatdan keçmişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxsl ərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

25. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsm i şərhinə dair hesab edir ki, Maden Oğuzxan 2008-ci ildə mənzil əldə olunarkən mübahisəli mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir.

26. Bu isə o deməkdir ki, daha sonra, yəni 2018-ci ildə iddiaçının qaldırdığı tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti və onun saxlanılıb-saxlanılmamasının müəyyən edilməsindən asılıdır.

27. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalard a geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

29. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əm ələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsi ndən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoy ulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayışsahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ər zində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar....Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstit usiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, (iş materiallarında olan Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna qoşma olan sənədlərdən də görünür) X1 Fatma Məhərrəm qızının əvəzinə ünvan 3 ünvanında yerləşən mənzili X9 bağışlamış və X5 həmin mənzil üzərində xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır və hal-hazıradək mövcuddur.

31. Məhkəmə kollegiyası edir ki, X9 mübahisəli mənzilə ilkin olaraq istifadə hüququ yaransa da, sonradan (2015-ci ildə) mülkiyyətinə mənzil verilmiş və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Və atası ilə anasının əmlak bölgüsü ilə bağlı mübahisəsi mövcud ola-ola (məhkəmə müstəvisində) atanın xəbəri olmadan anaya qarşı qeyd olunan iddiası əsassız olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ata-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.

32. Kollegiya hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin mübahisələndirilən qətnamələrin qanuniliyi və əsaslılığı MPM-in 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın bütünlükdə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 evin 11 sayli mənzi li əvvəlcə, yəni 2008-ci ildə anası X6 adına dövlət qeydiyyatından keçmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə X12 adına dövlət qeydiyyatından keçmişdir. X3 Mehparə Telman qızının və X12 övladıdır. Məhkəmə iddianı rədd edərkən istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin, Mənzil Məcəlləsinin və digər maddi hüquq normalarının tələbləri kobud formada pozulmuşdur. Hansı ki, iddiaçı cavabdehin oğludur, ailə üzvü sayılır, eyni zamanda Xətai rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ qət edilmişdir. Məhkəmə qətnamə elan edərkən mötəbər hal olan məsələlərə doğru qiymət vermədən, iddiaçının adına hansısa mənzilin bağ ışlanma yolu ilə rəsmiləşdirilmiş mənzili iddianın rədd edilməsinə səbəb göstərmişdir. Mənzil sənəd üzrə iddiaçıya bağışlansa da, mənzilin keçmiş sahibi, iddiaçının nənəsi hal- hazırda öz ailə üzvləri ilə birgə həmin mənzildə yaşayırlar. Bu mənzilin olması faktı iddiaçının istifadə hüququnun məhkəmə qətnaməsi ilə təsdiqləndiyi aktı, cavabdehlə ailə üzvü olmasını və digər maddi hüquq normalarının vacibliyini istisna edən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə cavabdeh yaxın ailə üzvünün istifadə hüququnun xitam verilməsi və ya itirilməsinə dair hər hansı bir məhkəmə qətnaməsi əldə etməzkən, məhkəmə iddiaçının xeyrinə qət edilmiş və istifadə hüququnu tanıyan qətnaməni heçə sayaraq qanuna zidd qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-in 217, 218-ci maddələrinin və digər qanuna müvafiq aktların tələblərinə ziddir.

35. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26, 43 və 71 -ci Azərbaycan Respublikasdının Mülki Məcəlləsinin 228.1, 228.2, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına istinad edilmişdir. b)

36. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köç ürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarı 38. “Mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı

39. Konstitusiya Məhkəməsinin Plenumu bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

40. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 201 3-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqəl ərinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsində n keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündü r. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququn un pozulmasına səbəb olar....Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...” Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Belə ki, apellyasiya instansiyası məhkəməsi əsaslandırmaqla müəyyən etmişdir ki, X5 mübahisəli mənzilə ilkin olaraq istifadə hüququ yaransa da, sonradan (2015-ci ildə) mülkiyyətinə mənzil verilmiş və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Və atası ilə anasının əmlak bölgüsü ilə bağlı mübahisəsi mövcud ola-ola (məhkəmə müstəvisində) atanın xəbəri olmadan anaya qarşı qeyd olunan iddiası əsassız olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ata-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 18 yanvar 2023-cü il tarixli 2(103)-530/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar