Məhkəmə qərarları › İş №2(102)-2016/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2016/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2016/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı ı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2019-c u il tarixli qətnaməsi ilə iddiа təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən R.Əliyev, hakimlər A.Eyvazov və İ.Şükürov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyanın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 1783,83 manat əsas borc və 654,2 manat faiz borcu olmaqla, ümumilikdə 2438,03 manat məbləğində kredit borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub, İddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinin tələblərinə əsasə n iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 1783,83 manat əsas borc və 654,2 manat faiz borcu, ümumilikdə 2438,03 manat məbləğində kredit borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub, LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx xxxx 2011-ci il tarixli kredit müqaviləs indən görünür ki, İddiaçı ASC-nin filialı tərəfindən H illik faiz dərəcəsi 36 % olmaqla 18 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Həmçinin xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin ilə cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1ci bəndinə əsasən, zaminlər özlərinə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bununla yanaşı İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi Cavabdeh1 xx.xx.201 1-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği 1783,83 manat, faizlər üzrə məbləği isə 654,20 manat təşkil edir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2012-ci ildə cavabdeh tərəfindən LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qalıq borcunu tam ödəyə bilmədiyi üçün ona 31 ay əlavə vaxt verilməsini xahiş etməsi barədə ərizə ünvanlanmış və bunun əsasında Cavabdeh1la yeni ödəniş cədvəli üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ödənişlərin aparılması barədə razılıq əldə olunmuşdur. Lakin Cavabdeh1 bu müddət ərzində də öz öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi i lə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düş ülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka olan cəmi 2438,03 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşy alarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakç ılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrini n şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: « Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Ma raqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olar aq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında müqavilə xx xxxx 2011-ci ildə bağlanmış və müqavilənin icra müddəti 18 ay müəyyənləşdirilmişdir. Ona görə iddia müddətinin axımı MM-in 368-ci maddəsinə əsasən, xx xxxxxx 2012-ci ildən sonrakı gün, yəni xx xxxxxx 2012-ci ildən başlamışdır. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən, hazırki mübahisə üzrə iddia müddətinin axımı xx xxxxxx 2015ci ildə bitmişdir. Cavabdeh1 xx x xxxxx 2012-ci ildə banka müraciət edərək, qalıq borcunu tam ödəyə bilmədiyi üçün ona 31 ay əlavə vaxt verilməsini xahiş etmiş və bunun əsasında Cavabdeh1la yeni ödəniş cədvəli üzrə xx xxxxxx 2012-ci ildən xx xxxx 2015-ci ilədək ödənişlərin aparılması barədə razılıq əldə edilmişdir. Müəyyən olunmuş əlavə vaxt ərzində də cavabdehlər tərəfindən banka heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, müqaviləyə edilmiş dəyişikliyə əsasən iddia müddətinin axımı xx xxxx 2018-ci ildə bitdiyi halda belə, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019- cu ildə müraciət etməklə iddia müddətini ötürmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və pros essual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar