Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2018/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2018/2024 (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmet inə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-70/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC illik faiz dərəcəsi 7 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 25.000 manat məbləğində kredit vermişdir. 2. 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2017-ci il tarixli 001-AS/17-01 nömrəli ipote ka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ evi (bundan sonra ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir.
3. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2018-ci il tarixdə pretenziya məktubu göndərilmiş, yaranmış kredit borcunun 10 gün müddətində ödənilməsi xahiş edilmişdir.
4. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 13 dekabr 2018-ci il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsində qeydə alınmışdır.
5. İddiaçı ASC-nin 24 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən, borcalanın xx.xx.2021-ci il tarixinə Banka əsas borc üzrə 22.465,90 manat, faiz borcu üzrə 5.10,73 manat, cərimə faizi üzrə 3.398,59 manat, cəmi 30.995,22 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya ad, soyadları) qarşı iddia ərizəsi və daha sonra iddia həcminin artırılması barədə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Bank arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh1 Banka olan 22.465,90 manat əsas, 2.329, 07 manat faiz, 3.398,59 manat cərimə, cəmi 28.193,56 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumunun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, həmin borcun Bankla Cavabdeh2 arasında bağlanmış 18 may 2017-ci il tarixli 001AS/17-01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və ə mlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Bank illik faiz dərəcəsi 7 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 25.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2la bağlanmış 18 may 2017-ci il tarixli 001-AS/17-01 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ evi (bundan sonra ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklül ük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir.
8. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul etməyərək, iş üzrə keçirilmiş təkrar ekspertizanın rəyi ilə razılaşmadıqlarını, iddianın həcminin artırılmasında faiz və cərimə borcunun məbləğinin həddindən çox şişirdilməsini, ekspertin evə müəyyən etdiyi qiymətin məbləği ilə razılaşmadıqlarını bildirərək, faiz və cərimə məbləğlərinin silinməsi, iddianın qanuni həll olunmasını xahiş etmişlər.
9. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizas təyin edilərək müvafiq rəylər alınmışdır. 10. "xxxx" MMC-nin 05 dekabr 2019-cu il tarixli 177/E nömrəli ekspert rəyinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ evinin bazar qiyməti 370.200 manat məbləğində müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-ci il tarixli, 25206 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları və 17 may 2017-ci il tarixli 011-AS/17 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 Banka 22 aprel 2019-cu il tarixədək olan əsas borcu 22.506,26 manat, faiz borcu 1.820,51 manat olmaqla, cəmi 24.326,77 manat təşkil etmişdir.
12. Məhkəmənin qərardadı ilə iş üzrə daşınmaz əmla kın təkrar qiymətləndirilməsi ekspertizası təyin edilmiş və yeni rəy alınmışdır. "xxxx" MMC-nin 11 avqust 2020-ci il tarixli 180 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 250.000 manat məbləğində müəyyən edilmişdir.
13. Məhkəmənin qərardadı ilə iş üzrə daşınmaz əmlakın təkrar qiymətləndirilməsi ekspertizası təyin edilmiş və yeni rəy alınmışdır. "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli ƏEM/M 73-531/21 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 80.000 manat, likvid dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir.
14. Qazax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(023)-41/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Cavabdeh1 22.465,90 manat əsas, 1.820,51 manat fa iz, 150 manat cərimə, cəmi 24.436.41 manat məbləğində kredit borcu ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, həmin məbləğin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ eviə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 80.000 manat məbləğində müəyyən edilməsi, açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan məbləğ hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyindən Banka 22.46 5,90 manat məbləğində əsas borcu yaranmışdır.
16. Məhkəmə ekspertiza rəyində göstərilən faiz məbləğinin iddia ərizəsində göstərilən məbləğdən aşağı hesablanmasını, Bank tərəfindən faiz borcunun düzgün hesablanmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli ekspert rəyində göstərilən əsas məbləğə münasibətdə təmin edilməlidir.
17. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, tələb edilən cərimə məbləğinin miqdarı yaranmış müqavilə üzrə əsas borc 22.465,90 manat məbləğinə mütənasib olmadığından 3.398,59 manat məbləğində cərimə pulunun 150 manat məbləğinə azaldılması məqsədəuyğun olmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməklə açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına Banka ödənilməsi təmin edilməlidir.
19. Məhkəmə ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,0132 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 314 kv.m. olan bağ evinin ilkin satış qiymətini 80.000 manat məbləğində müəyyən etmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319, 385, 442, 443, 448, 449, 467, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 34, 59-cu və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsin in qətnaməsinin əmlakın qiymətləndirilməsi hissəsində ləğv edilməsi, əmlakın likvid qiymətə uyğun olaraq qiymətləndirilməsi, qətnamənin qalan hissədə, Bank ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əsas borcundan 22.465,90 manat, faiz borcundan 5.130,73 manat, cərimə faizindən 3.398,59 manat olmaqla, cəmi 30.995,22 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Bankın xeyrinə tutulması, həmin borcun bankla Cavabdeh2 arasında bağlanmış 18 may 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satışından əldə olun an məbləğin hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-ci il tarixli ekspert rəyindən görünmüşdür ki, Cavabdeh1 Banka 22 aprel 2019-cu il tarixədək olan əsas borcu 22.506,90 manat, faiz borcu 1.820,51 manat təşkil etmişdir. Ekspert faiz hesablanmasının davam etməsini nəzərə almadan rəy vermişdir. Həm də ekspert rəyindın sonra iddianın həcminin artırılması barədə ərizə verərək, müqavilə müddətinin bitməməsini nəzərə alaraq həmin tarixə görə 5.130,53 manat faiz tələb etsələr də, birinci instans iya məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti kimi likvid dəyəri ekspert rəyi ilə 80.000 manat müəyyənləşdirilmişdir. Halbuki, tərəflər arasında bağlanılmış ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir.
24. Cavabdeh1 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın faiz borcları hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank qəsdən vaxtı uzadaraq əsassız olaraq faiz hissəsini şişirtmişdir. İpotekanın qiymətləndirilməsində isə evin qiymətinin yarı hissəsi qədər qiymətləndirmişlər.
26. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmt əəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 185.000 manat, likvid dəyəri 150.000 manat məbləğində müəyyən edilmişdir.
27. Apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/2489-9/2704 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 385.000 manat, likvid dəyəri isə 346.500 manat məbləğində müəyyən edilmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-70/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh1 22.465,90 manat əsas, 3.528,53 manat faiz, 150 manat cərimə, cəmi 26.144,43 manat məbləğində kredit borcu, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 346.500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 17 may 2017-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışda isə Cavabdeh1 faiz borcu xx.xx.2019-cu il tarixədək hesablanmış və tələb olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 Banka 22 aprel 2019-cu il tarixə olan əsas borcu 22.506,90 manat, faiz borcu 1.820,51 manat təşkil etmişdir. Halbuki, iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsi ilə 24 iyun 2021-ci il tarixə olan borc tələb edilmiş və həmin tarixə olan ma liyyə arayışı ilə cavabdehin 22.465,90 manat əsas, 5.130,53 manat faiz və 3.398,59 manat cərimə məbləği hesablanmışdır. Lakin, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Ona görə də, faiz borcu həmin tarixə qədər hesablanmalı idi.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-ci il tarixli ekspert rəyi ilə hər günə 4,38 manat olmaqla, 22 aprel 2019-cu il tarixədək 416 gün üçün 1.820,51 manat faiz hesablanmışdır. Müqavilə müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün, qalan 390 gün üçün, hər günə 4,38 manat olmaqla, 1.708,2 manat, ümumilikdə isə həmin tarixə (1.820,51+1.708,2=3.528,53 manat) 3.528,43 manat faiz borcu yaranmışdır.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 Bank il ə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 3.528,75 manat faiz borcu qalmışdır. Ona görə də, Cavabdeh1 22.465,90 manat əsas, 3.528,75 manat faiz, 150 manat cərimə, cəmi 26.144,65 manat məbləğində kredit borcu tutulmalıdır.
32. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/2489-9/2704 nömrəli rəyi daha mötəbər hesab olunmalı və həmin rəy nəzərə alınmaqla, ipoteka predmetinin likvid dəyəri, yəni ilkin satış qiyməti 346.500 manat məbləğində m üəyyən edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə, eləcə də Mülki Prosessual Məcəllənin 119.1, 124.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ipoteka predmetinin dəyəri 346.500 manat məbləğində müəyyən edilmişdir. İş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı fərqli tarixlərdə beş ekspert rəyi verilmişdir. Həmin rəylər məhkəmə tərəfindən düzgün tədqiq edilməmişdir. Ekspertlər məhkəmə iclasına dəvət oluna, onlara verdikləri rəylə bağlı suallar verilə bilərdi. Məhkəmə isə bunlardan sonuncusuna (hansı ki bu ekspert rəyi digərləri ilə müqayisədə əmlakın dəyərini daha yüksək məbləğdə müəyyən etmişdir) əsaslanmışdır. Bu ədalətli yanaşma olmamışdır. Mövcud ekspert rəylərində ziddiyyətlərin aradan qaldırılması üçün onlarda göstərilən məbləğlərin ədədi ortası (təxminən 246.000 manat) götürülə bilərdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 3
6. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
37. Maddə 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir.
38. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
39. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
45. Maddə 445.2.1 və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təq sirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
48. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
49. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
50. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
51. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
52. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.
53. Maddə 3
9. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcu d olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.
63. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
70. Məhkəmə kollegiyası ipoteka predmet inin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iş materiallarına əsasən ipoteka predmetinin ilkin satış və daha sonra həm də likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən beş dəfə qiymətləndirmə həyata keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi sonuncu qiymətləndirməyə uyğun olaraq qəbul edilmiş əmlakın qiyməti ilə razılığını qətnamədə əsaslandırmışdır. Odur ki, kassasiya şikayətinin qiymətləndirmə rəylərinin apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi barədə dəlili əsassızdır.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verməsə də, sonuncu rə ylə verilmiş qiymətlə razılaşmamış və apellyasiya şikayətinin dəlillərindən biri də müəyyən olunmuş qiymətin aşağı olmasından ibarət olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPMin 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya sı məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdi rilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
77. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
79. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-70/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.