Məhkəmə qərarları › İş №2(102)-2019/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2019/2024

13.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2019/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, çoxmənzilli yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin mülkiyyətlərində olan mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzə çi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(105)-229/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 57B, 60 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2, həmin binanın 67 saylı mənzili İddiaçı1, 69 saylı mənzili İddiaçı3, 90 saylı mənzili İddiaçı6 mülkiyyətlərindədir.

2. Qeyd olunan yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş, hazırda "xxxx" MMC tərəfindən idarə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması, məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi, cavabdehlər tərəfindən irəli sürülmüş, ödənmədiyi təqdirdə cəzalandırıcı mexanizmlərlə möhkəmləndirilmiş özbaşına hərəkətlərin, o cümlədən “kommunal xidmət haqqı” adı altında əsassız ödənişlərin tələb edilməsinin qanunsuz hesab edilməsi, “Əsas İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin (insan hüquq və azadlıqlarına hörmət olunması), 2-ci maddəsinin (yaşamaq hüququ), 8-ci maddəsinin (şəxsi və ailə həyat hüququnun), 10-cu maddəsinin (informasiya əldə etmək azadlığının), 14-cü maddəsinin (ayrı-seçkiliyə məruz qalmamaq hüququnun), 1 saylı protokolun 1-ci maddəsi ilə birlikdə, 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququnun), 4 saylı protokolunun 2-ci maddəsinin (sərbəst hərəkət hüququ) pozuntusunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayon ərazisində sabiq "xxxx" MTK tərəfindən on il əvvəl inşa edilmiş 1 qeyriyaşayış və 9 yaşay ış, hər mərtəbədə 5 mənzil olmaqla 10 mərtəbəli, ümumi 6 blok və 3 korpuslu, 59A, 57B, 55A nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri olaraq (payçı/mülkiyyətçi) onların sivil hüquqları (yaşamaq, sağlamlıq, mülkiyyət, mənzil, ailə və s.) ciddi şəkildə pozularaq əsas hüquq və azadlıqları kobudcasına tapdanmaqdadır. Bina sakinləri olaraq dəfələrlə etdikləri etirazlara və aidiyyəti orqanlar tərəfindən verilən inzibati xəta haqqında protokollara baxmayaraq, binaların mülki təhlükəsizliyi hələ də böhran vəziyyətindədir. MTK müdiriyyəti prezidentin müvafiq fərman və sərəncamlarına, eləcə də ölkə qanunlarına məhəl qoymadan saxta əməllərini gizlətməklə himayəsindəki "xxxx" MMC və "xxxx" MMC firmaları vasitəsilə iddiaçıları qanunsuz şəkildə istismar etmək üçün müqavilə şərtlərini pozub xüsusi mülkiyyətçi kimi onların ümumi istifadə sahələrini məhdudlaşdırmışdır. Binalardakı kommunal xidmətlərdən istifadəyə görə istismar aidiyyəti üzrə dövlət idarələrinə təhvil verilsə də Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə əsla uzlaşmayan ciddi çatışmazlıqlar aradan qaldırılmamışdır. Belə ki, layihədən kənara çıxma hallarının mövcudluğu, təxliyə çıxışlarının bağlanması, MTK ləğvinin qanuni qaydada həyata keçirilməməsi, bina idarəçiliyinin mülkiyyətçilərin ixtiyarına təhvil verilməməsi, Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMC) yaradılmasının süni yollarla əngəllənməsi, payçılar olaraq onlara şəffaf hesabatın bildirilməməsi, mənzillərin özəlləşdirilməsi üçün zəruri sənədlərin pulla verilməsi, sayğaclara görə əlavə ödəniş tələb edilməsi, mənzillərin faktiki ölçüsünün sənəddəki öl çüdən az olması, saxta yollarla “kommunal xidmət haqqı” adı ilə onlardan müqaviləsiz pul yığılması, qadağan sahələrdə kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, onların razılığı olmadan son illərdə domofon və lift kartlarının pulla quraşdırılması və lift istifadəsinin hədə-qorxu predmetinə çevrilməsi, ailə üzvlərinin və digər təəssübkeş sakinlərin lift jetonlarının bloklanması və təhdidlə şərlənərək dözümsüzlük şəraiti ucbatından köçməyə vadar edilməsi, MTK, lift və domofon idarələrinin nöqsanlara göz yumaraq fərdi biznes maraqlarına görə məsuliyyətdən qaçması və s. kimi qanuna uyğun olmayan hərəkətlər indiyədək sakinlərin canını boğazına yığaraq hətta sağalmaz xəstəlik və ölüm həddinə də çatdırmışdır. İddiaçılar sakin olaraq min bir əziyyətlə xərc çəkib aldıqları mənzillərə aid “ çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə şərtlərini bir payçı kimi layiqincə yerinə yetirmişlər. İnşaat şərtlərinə görə, özəl rezidentlərdən fərqli olaraq tamamilə payçıların sərmayəsi ilə ərsəyə gəlmiş sözügedən yeni çoxmənzilli yaşayış binalarının müvəqqəti idarəçiliyi ilə əlaqədar ötən dövr ərzində keçirilmiş hər hansı bir tədbirdə iştirakları təmin edilməmişdir. Əmlaka dair sərəncam hüquqlarının MTK tərəfindən hansısa yoldan keçən şəxslərə təhvil-təslim olunması ilə bağlı lazımi sənədləşmələrin sübutu kimi ümumi yığıncağın idarə heyətinin fəaliyyəti üzrə bütün zəruri təsdiqedici sənədlərin tələbi barədə sorğuları da cavabsız qalmışdır. Çünki cavabdeh "xxxx" MTK rəhbərliyi nəinki mənzil satış reklamındakı təkliflərini, eynilə müqavilə öhdəliklərini də bu gün icra etməkdən boyun qaçırır. Bu azmış kimi, yaşadıqları binada vətəndaşlara qarşı illərdir özbaşına hərəkətlər sərgiləyən cavabdeh "xxxx" MTK rəhbərliyi binaları payçılara təhvil verməməkdən ötrü müxtəlif firmalar vasitəsilə forma kombinasiyalarda dələduzluğunu davam etdirir. Belə ki, binaların idarəçiliyi qanunsuz olaraq tanımadıqları Nümayəndə2 adlı şəxsə aid olan "xxxx" MMC firmasına verilmişdir. Cavabdeh "xxxx" MTK-nın direktoru Nümayəndə1 özünün "xxxx" MMC firması vasitəsilə əvvəlki törətdiyi inzibati saxtakarlıqlara görə məsuliyyətdən qaçmağa cəhd etmişdir. Nəticədə qanunla tikilib istifadəyə veriləndən bir neçə ay sonra sakinlərə təhvil verilməli olan bina idarəçiliyi növbəti dəfə də Prezidentin fərmanına məhəl qoyulmayaraq sakinlərin iştirakı olmadan dəyişdirilmişdir. Cavabdeh "xxxx" M MC firması inzibati xətalarına hələ də davam edir. Hətta barəsində xüsusi ittiham qaydasında şikayət verdikləri Nümayəndə2 özünü əsassız şəkildə “komendant” elan edərək zəhmətsiz qazanc əldə edib qanunsuz varlanmaq üçün pul tələb etməkdə onları davamlı olaraq şərləyir. Aidiyyəti dövlət orqanlarının istismarına verilmiş binalarında təəssüf ki, vəzifədən suiistifadə etməklə dövlət səlahiyyətlərinin mənimsənilməsi halı da mövcuddur. Dövlət kommunal xidmətlərindən istifadəyə görə heç bir borcları olmadıqları halda guya hansısa “xidmət haqqı yığımları” üzrə borc olması iddiası ilə ümumi istifadə sahələri məhdudlaşdırılmış və sərbəst hərəkət təminatları ciddi şəkildə pozulmuş, üstəlik, köməkçi sahələri əllərindən alınmış, lifltəri bloklanmış, yanğın təxliyə çıxışları bağlanmışdır. Bu qanunsuzluq ların aradan qaldırılmasını tələb etdikdə isə özünü “komedant” adlandıran Nümayəndə2 tərəfindən yalan, şər, böhtan, təhdid, təhqirə məruz qalmışlar. İnsanlıqdan uzaq zorakı səhnələrlə davamlı təkrarlanan insidentlərə görə ayrıca olaraq həmin şəxsə qarşı xüsusi ittiham qaydasında iş də aparılır. Davam edən ictimai əxlaqsızlıq və dərəbəliyə etiraz etmiş digər narazı qonşular bütün yaşananlara şahiddirlər. Zərərçəkmiş olaraq onlarda başqa sübutlar da vardır. Bina sakinləri olaraq onları həyət təmizliyinə məcbur edən “komendant” Nümayəndə2 verdiyi cəsarətlə digər bina sakinlərini də öz əməlinə alət etməklə nömrələrini bir ay boyunca ictimaiyyətin nəzərinə təqdim olunmuş “elan yazısı” ilə özlərinin təmir etdirdikləri blok divarına asmaqla onları xuliqanlıqda şərləyərək şərəf və ləyaqətləri təhq ir edilmişdir. Sonuncu dəfə 29 mart 2023-cü il tarixində 3-cü Polis Bölməsində haqqında ərizə və izahatlar verdikdən sonra polis bölmə rəisinin qəbuluna çağırılaraq guya “kommunal yığım” məqsədilə elan yazısını yapışdırdığını Nümayəndə2 ciddi tənbeh olunmuşdur. Halbuki Nümayəndə2 özünün bu cür davamlı hərəkətləri ilə onları qonşuların yanında alçaltmaq, insanların gözündən salmaq niyyəti güdmüşdür. Öz məqsədinə nail olmaqdan ötrü isə kütləvi qaydada onların şərəf və ləyaqətlərini təhqir etmək üçün onlara böhtan atmışdır. Qeyd olunan məqamlar da təqdim olunan sübutlarda öz təsdiqini tapmışdır. Hesab edirlər ki, ədalətli məhkəmə araşdırması nəticəsində onları təhqir edən, şiddət göstərən, yalan yayan, böhtan atan biri cəzasız qalmayacaq və şərlədiyi sakinlərdən üzr istəyərək qanunla müəyyə n olunmuş ən sərt qaydada cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bundan başqa qeyd edirlər ki, Nümayəndə2 barəsində inzibati xəta haqqında iş üzrə keçirilən 31 mart 2023-cü il tarixli məhkəmə iclasında sahə müvəkkili, polis kapitanı Rüstəm Fərəcov tərəfindən zərərçəkmişlər olaraq sakinlərin yerinə imza atılaraq saxta protokol tərtib edilmişdir. İzahatları protokolda göstərilməmişdir. Bu barədə müvafiq sorğular vermişlər. Sözügedən məhkəmə iclasında qəbul olunan müvafiq qərardadda da törətdiyi böhtan əməlini etiraf etmiş Nümayəndə2 aid bildikləri qeyd edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-3963/2023 nömrəli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerlə şən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin iştirakı ilə mübahisə predmeti olan binaya yerində baxış keçirilərək müəyyən edilmişdir ki, binada domofon vardır. Lakin jetonla işləyir. Domofon şirkəti ilə müqavilə olmuş, lakin ondan cavabdehlərin müdaxiləsi nəticəsində imtina edilmişdir. Onuncu mərtəbədə təxliyə çıxışı yoxdur. Mansar üçün nəzərdə tutulmuş sahədir. Cavabdehlər bildirir ki, həmin sahə gələcəkdə kiməsə satıla bilər. Mansar üçün nəzərdə tutulmuş sahənin qapısı açarla bağlıdır. Altıncı mərtəbədə yaşayan İddiaçı1 şəxsi hesabına kamera qoydurmuşdur. Binanın təmizliyi qənaətbəxş deyildir. Həmin baxış zamanı müəyyən olunmuşdur ki, altıncı mərtəbədə yaşayan, iki ayağı olmayan birinci dərəcəli əlil sakin liftdən istifadə edə bilməməsi ilə bağlı narazılıqlar mövcud olmaqla, iddiaçılarla birlikdə digər mülkiyyətçilərinin hüquqları məhdudlaşdırılır.

7. Qanunvericiliyin tələblərinə görə, liftlər binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur.

8. Məhkəmə qeyd etmişdir ki, işdə olan fotoşəkillərdən görünür ki, həmçinin işin mübahisə edilməyən halıdır ki, cavabdehlərin əsassız qadağa tədbiri olaraq, kommunal xidmət haqlarının ödənilməməsinə görə mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırması qanuna uyğ un olmamaqla, tərəflər arasında bağlanılmış yazılı müqavilə şərtlərinə əsaslanmır. Yazılı müqavilə şərtlərinə və ya ümumi yığıncağın qərarına əsaslanmayan bu tədbirlərin tətbiq edilməsi qanuna uyğun deyil. Müəyyən tədbirlərin görülməsi qanunvercilikdə nəzərdə tutulmuş qaydalar çərçivəsində, həmçinin cavabdehlərin xidmət haqlarının (kommunal borcları) tələb edilməsi hüququndan azad etmir. Müqavilə azadlığı prinsipindən çıxış edərək iddiaçıların müqavilə bağlanması barədə xəbərdar edilməsi və ya onların yazılığı müqavilə şərtlərindən imtina edilməsi işin araşdırılan hallarına əsasən sübut olunmamış, cavabdehlərin təqdim etdiyi etirazın əsasını təşkil etməyərək təsdiq edilməmişdir. Belə ki, iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi binada olan liftə kilid sistemi tətbiq edilmişdi r ki, bu da binada yerləşən mənzillərin sakinlərini, yəni mülkiyyətçilərini həmin liftdən istifadə etməsini mümkünsüz etməklə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin bloklanması gələcəkdə məhz iddiaçılar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 35.1-35.6, 119.1, 125.1, 125.2, 126.9-cu maddələri, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdehlər "xxxx" MMC və "xxxx" MTK ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(105)-229/2024 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)3963/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılm ışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" MTK apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin maddi normaların tətbiqində və təfsirində səhvə yol verdiyini bildirərək ona istinad etmişdir ki, mübahisəli binanın tikintisini tam başa çatdırdığına görə, xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmışdır, məhkəmə bu faktı nəzərə almamış, qanunazidd olaraq maneələrin aradan qaldırılması vəzifəsini "xxxx" MTKin üzərinə qoymuşdur. Cavabdeh dəlilində konkret olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsini qeyd etsə də, nəzərə almamışdır ki, həmin maddənin məzmununa görə, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcu d olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Lakin kooperativ olan apellyant nəinki ləğv olunmamış, hətta mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Digər tərəfdən, apellyasiya icraatı zamanı kooperativin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatına əsasən kooperativin müəyyə n hərəkətlərdə, məsələn evin damına çıxışına məhdudiyyət qoyulmasında birbaşa marağı vardır. Odur ki, kollegiya hesab etmişdir ki, kooperativ hazırkı iddia üzrə cavab verməli şəxslərdən biridir.

14. Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə də riayət edilməməsi, konkret olaraq Mülki Prosessual Məcəllənin 9, 14, 88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmasıdır. Lakin, cavabdeh həmin prosessual pozuntuların məhz nədə ifadə olunduğunu göstərməmişdir. Bununla belə, apellyasiya kollegiyası işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması halı aşkar etməmişdir.

15. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçilər (və ya qanuni sahiblər) öz əmlaklarından istədiyi kimi istifadə etmək imkanından məhrum olduqlarından, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(105)-229/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məc əlləsinin 137.3, 137.4-cü, Mülki Prosessual Məcəllənin 87 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.

18. Belə ki, kassator 01 iyun 2019-cu il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş 3 ədəd 2 girişli 10 mərtəbəli binalarla əlaqədar müəyyən xidmət vasitələrini işlək vəziyyətdə təhvil almış və həmin tarixdən də binanın idarəçiliyini həyata keçirmişdir. Sahə mülkiyyətçilərinin ümumi yığıncağının 15 dekabr 2019-cu il tarixli protokolundan göründüyü kimi gündəlikdə duran 57B nömrəli binanın 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması mövzusunda 35 nəfər iştirak etmiş, 77 % səs çoxluğu ilə 57B nömrəli çoxmənzilli binanın 2-ci girişində yerləşən liftə təhlükəsizlik tədbirləri məqsədi ilə kart sisteminin quraşdırılması və hər bir karta görə mənzil m ülkiyyətçiləri tərəfindən 3 manat ödəniş edilməsi qərara alınmışdır. Liftdən istifadə üzrə ödənişlərin olunmaması üzrə yaranan məhdudiyyətlər də məhz mülkiyyətçilərin Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş vəzifələrini - kommunal xidmət haqlarını ödəməməsi ilə bağlıdır. Liftlərə göstərilən texniki xidmətin dəyərinin bina sakinlərinin aylıq ödənişləri əsasında təmin edilməsi nəzərə alınsa, bina sakinlərinin, o cümlədən iddiaçıların ödəniş etməməsi texniki xidmətin dəyərinin ödənilməsinə, zəruriyyət yarandıqda ehtiyat hissələrinin alınmasına, liftlərin daima işlək, normal vəziyyətdə saxlanılmasına çətinlik yaradır. "xxxx" MMC tərəfindən binaya dair işlərin görülməsi mülkiyyətçiləri kommunal xidmət haqqını ödəmək vəzifəsindən azad etmir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

21. Etiraz işin halları ilə və iddia ərizənin məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, kassasiya şikayəti formal mülahizələr kimi qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Kassator apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və iddia tələbi bölünməz olduğundan, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 2

4. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən m eydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzil li binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, müəyyən olunan işin faktiki hallarına hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçıların kommunal xidmət haqlarının ödənilməməsi hazırki mübahisənin predmetini təşkil etmir. Hər bir halda, bu cavabdehə birtərəfli olaraq iddiaçıların öz mülkiyyətlərinə olan yaşayış sahələrindən sərbəst və maneəsiz istifadələrini məhdudlaşdırmasına hüquq vermir.

31. İşin hallarının düzgün mü əyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(105)-229/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar