Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2021/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Kərimova Fiadn Arif qızının katibliyi, İddiaçı qızının vəkili X9, Cavabdeh oğlu, onun nümayəndəsi X5, vəkili X2 iştirakı ilə, Cavabdeh oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)3331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağstafa rayon məhkəməsinin (hakim Mübariz Hüseynov) 13 iyun 2018-ci il tarixli 2(015)-543/2018 nömrəli qətnaməsi ilə İddiaçı qızının Cavabdeh oğluna və maraqlı şəxs Ağstafa rayonu notariat kontorunda 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rəhman Muradov sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Ədil Məmmədov) 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli ləğv edilmiş, iddia tələbi təmin edilərək Ağstafa rayon notariat kontoru tərəfindən 2-V-38 nömrə ilə reyestrdə qeydə alınmış 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur İşin halları: İddiaçı qızı Cavabdeh oğlu və maraqlı şəxs Ağstafa rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X3 miras qalmış Ağstafa rayon Saloğlu qəsəbəsində yerləşən yaşayış evi və torpaq sahəsi ilə bağlı Ağstafa rayon notariat kontorunda 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X17 25 iyul 2005-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşayış evi torpaq sahəsi ilə birlikdə miras qalmışdır. Həmin yaşayış evi torpaq sahəsi ilə birlikdə onun tərəfindən qəbul edilmişdir. Tərəfindən miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ilə Ağstafa rayon məhkəməsin ə müraciət edilmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, onun ögey qardaşı olan iş üzrə Cavabdeh oğlu saxta sənədlər əsasında onun anasından miras əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında öz adına rəsmiləşdirmişdir. O, anasının tək və yeganə varisidir. Lakin, anasının miras ilə bağlı əmlakı cavabdehin saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ucbatından qəbul edə bilmir. Onun mülkiyyət hüquqları kobud şəkildə saxta sənədlər əsasında pozulmuş və pozulmaqda da davam edir. Ögey qardaşı olan iş üzrə Cavabdeh oğlu onun yaşayış evindən istifadə etməyini məhdudlaşdıraraq miras əmlaka dair sərəncam verməsinə maneələr yaradır. Ona görə də mərhum anası X3 miras qalmış Ağstafa rayon Saloğlu qəsəbəsində yerləşən miras yaşayış evinin və onun tor paq sahəsi ilə bağlı Ağstafa rayon Notariat Kontorunda 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət işin faktiki halları ilə uzlaşmır və Mülki Qanunvericiliyin bir sıra tələblərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrini kobud surətdə pozmuşdur. Qanunun mənasına görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır ki, vərəsə bu hərəkəti altı ay müddətində etməlidir. İddiaçı X7 miras açılan vaxt Qazax rayonunun Salahlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, mərhum X4 miras qalmış Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən yaşayış evini torpaq sahəsi ilə birlikdə qanunla müəyyən edilmiş altı ay müddətində qəbul etmək barədə ərizə ilə notariat kontoruna mürac iət etməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Eyni zamanda mərhum X14 hələ sağlığında özünə məxsus bütün əmlakları, o cümlədən adı çəkilən torpaq sahəsi və yaşayış evini cavabdeh X15 vəsiyyət etmiş, sonuncu, anası X8 ölümündən sonra miras qalmış evi həm qanun, həm də vəsiyyət üzrə qanunla müəyyən olunmuş müddətdə qəbul etmiş, miras açıldığı vaxtdan etibarən mütəmadi olaraq miras əmlakla əlaqəli olmuş, həmin mənzildə yaşamaqla miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki olaraq başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, yaşayış evini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 08 yanvar 2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bütün sadalanan hərəkətlərin yerinə yetirilməsi zamanı isə qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.Bundan başqa cavabdeh X19, anası nın yas mərasiminin xərci və qəbir daşının qoyulmasına sərf olunan vəsaiti ancaq özü sərf etmiş, anası 2000-ci ilin may ayının 26-da Ağstafa rayon Notariat Kontorunda bütün əmlakını ona vəsiyyət etmiş, iddiaçı cavabdehin ögey bacısı olmaqla, analarının saxlanmasında heç bir əziyyəti keçməmişdir.İddiaçı anası 25 iyul 2005-ci il tarixdə vəfat etmiş və mərhumun doğma qızı olan iddiaçı anasının vəfat etməsini bilməyə bilməzdi. İddia ərizəsinin özündən də görünür ki, iddiaçı anasının birinci dərəcə vərəsəsi olmasını bilirmiş, lakin b una baxmayaraq həmin vaxt anasının vərəsəsi kimi miras əmlakı qəbul etmək məqsədi ilə notariat kontoruna müraciət etməmişdir. Apellyasiya məhkəməsinin əsaslandığı haldan da görünür ki, iddiaçı anasına məxsus qızıl-zinət əşyaları və müxtəlif məişət əşayalarını anası yaşamış olduğu evdən götürmüşdür. Bu hal bir daha təsdiq edir ki, iddiaçı anasının mənzilinin olmasını bilmiş, lakin buna baxmayaraq anasına məxsus əşyaları götürməklə kiyayətlənərək mənzildən pay əldə etmək məqsədi ilə qanunvericiliyin tələbinə əsasən notariat orqanına müraciət etməmişdir. İddiaçının miras olan evdən anasına məxsus əşyaları götürmək məqsədi ilə həmin evə gəlib-getməsi isə, mirasın iddiaçı tərəfindən qəbul edilməsi sayıla bilməz.Sadalananlardan göründüyü kimi, anasının vəfatından sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinində nəzərdə tutulmuş müddətlərdə miras əmlakı qəbul etmək məqsədi ilə müvafiq orqanlara müraciət etməməsi, iddiaçının vərəsə kimi mirası qəbul etməsindən imtina etməsi anlamına gəlir.Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.İddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsi, əmlaka sahiblik edilməməsi, əmlakı idarə etməyə faktiki başlamaması iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi deməkdirBütün sadalananlara düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişd ir ki, qanunvericiliyin tələbinə görə iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdi. Lakin açıldığını bilməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq onu da nəzərə almışdır ki, miras əmlak artıq cavabdeh tərəfindən qəbul olunmuş və iddia tələbində qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 10 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsi ilk əvvəl işin faktiki hallarına və Qanunun tələbinə uyğun deyildir. İşin bu hallarına düzgün hüquqi qiymət verməyən apellyasiya instansiya sı məhkəməsi hər hansı mötəbər sübuta istinad etmədən iddiaçının mövqeyindən çıxış etməklə əsassız iddianın təmin edilməsi barədə əsassız qətnamə çıxarmışdar. Tərəflərin izahatları: Cavabdeh oğlu, onun nümayəndəsi X18 və vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qızının vəkili X20 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsasız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı qızı ilə Cavabdeh oğlu ögey bacı qardaşdırlar. Belə ki, iddiaçı 22 dekabr 1972-ci il tarixdə anadan olmuş, atası X21, anası X11r. Cavabdeh isə xxx və X17 tərəfindən övladlığa göt ürülmüşdür. Tərəflərin ananın mülkiyyətində Ağstafa rayonu Saloğlu qəsəbəsində olan 0,3961 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 87,8 kvadrat metr yaşayış 189,4 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 26 may 2000-ci il tarixli vəsiyyətnamə verərək vəfat edən günədək bütün əmlakını, həmçinin Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən yaşayış evini Cavabdeh oğluna vəsiyyət etmişdir. X17 25 iyul 2005-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra 27 aprel 2017-ci il tarixli qanun üzrə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında ona məxsus Ağstafa rayonu Saloğlu kəndində yerləşən 0,361 ha torpaq sahəsi və fərdi yaşayış evi vərəsəlik hüququ üzrə X1. Hazırda iddiaçı həmin Şəhadətnaməni mübahisələndirir və tələbini iddia əriz əsində göstərilənlərlə əsaslandırmışdır. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsasladırmışdır ki, X6 25 iyul 2005-ci il tarixdə ölümündən sonra Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Miras əmlaka dair miras qoyan övladlığa götürdüyü Cavabdeh oğluna 26 may 2000-ci ildə vəsiyyətnamə qoysa da, qanunla müəyyən olunmuş müddətdə sonuncu miras əmlaka dair şəhadətnamə almamışdır. Miras əmlaka dair 27 aprel 2007-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə miras qoyanın vərəsəsi kimi Cavabdeh oğlu göstərilmişdir. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notariat orqanı vərəsələrin dairəsini tam müəyyən etməmiş, eləcə d ə Cavabdeh oğlu bu barədə notariat orqanına məlumat verməmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi miras qoyanın birinci növbə vərəsələri iki nəfər - İddiaçı qızı və övladlığa götürülən Cavabdeh oğlu olmuş və vərəsələrin hər ikisi mirası qəbul etmişlər. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi X12 (arvadı) bildirmişdir ki, miras qoyanın ölümündən sonra İddiaçı anasından miras qalmış qızıl-zinət əşyalarını, eləcədə evdə olan məişət əşyalarını götürmüşdür. Ona görə də Ağstafa rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh oğlunun adına verilmiş 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslə rin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etdiyini və əmlaka idarə etməyə başladığını bildirmiş və cavabdehin adına verilmiş vərəqəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-1243.2-cü maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi nəticəsinə gəlmiş, lakin bu barədə iş materiallarına əlavə edilmiş Ağstafa rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsinə qiymət verməmişdir. Be lə ki, həmin qətnamədən göründüyü kimi, Məmmədova X16 Mövsüm Nadir oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsini və miras əmlakın paylara mütənasib şəkildə vərəsələr arasında bölüşdürülməsini xahiş etmiş və iddia tələbi rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı qızı mərhum anası X17 öldükdən sonra, miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etməmiş, əmlaka sahiblik etməmiş və faktiki olaraq idarə etməmişdir. Qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh oğlu anasının ölümüdən sonra miras əmlakı faktiki olaraq qəbul etməyə və idarə etməyə başlamış, həmin evdə yaşamış, miras əmlakla daimi əlaqədə olmuşdur. Gör ündüyü kimi, miras əmlakın qəbul edilməsi faktı ilə bağlı məhkəmə mübahisəsi olmuş, bu hal həmin mülki iş üzrə məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. “Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyud isiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin ə laqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəm ənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir” Ağstafa rayon məhkəməsində İddiaçı qızının Cavabdeh oğluna qarşı Saloğlu qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın paylara mütənasib şəkildə vərəsələr arasında bölüşdürülməsi barədə mülki iş üzrə İddiaçı qızının miras əmlakı qəbul etməsi faktını məhkəmə araşdırmış, qiymətləndirmişdir. Müəyyən edilmiş həmin hal hazırki işə baxan məhkəmələr üçün preyudisial xarakter daşıyır. Miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi halına qiymət verildiyində görə, bu iş üzrə eyni tə rəflər arasında həmin hal mübahisləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmiş, bununla da məhkəmə işə baxarkən prosessual və maddi hüquq normlarının tələblərini pozmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nai l olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3331/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2021/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2021/2019
25.04.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver