Məhkəmə qərarları › İş №2(102)-2022/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2022/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2022/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X21, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddiası və iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər X11, X9, X1, X12, X22, X5, X6, X10, X7, X13, X23 və X24 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2022/2023 (Açar sözlər: maddi zərər tələbi, mülki hüquq pozuntusu (delikt), sübutetmə yükü) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X34 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı, həmçinin iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər X11 və qeyrilərinə qarşı “maddi zərər” tələblərinə dair iddiaları ilə bağlı birləşdirilmiş mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Zərdab rayon Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 3 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı2 icarəsinə Zərdab rayonu Çallı kəndi əra zisindən 20 il müddətinə 50 ha torpaq sahəsi verilmişdir.

2. Zərdab rayon Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı1 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 86 ha torpaq sahəsi verilmişdir.

3. Zərdab rayon Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı3 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 50 ha torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışlara əsasən Zərda b rayon Çallı bələdiyyəsinin yüklülüyündə olan, Çallı kəndində yerləşən 32,6 ha, 28,7 ha, 25,7 ha kənd təsərrüfatı təyinatlı torpaqlara dair İddiaçı1 icarə hüquqları müvafiq olaraq xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə qeydiyyata alınmışdır.

5. İddiaçılar və hər iki iddia üzrə cavabdehlər Zərdab rayonu Çallı kənd sakinləridirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X21, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onların xeyrinə 100.000 manat maddi ziyanın və 30 manat dövlət rüsu munun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

7. Eyni zamanda, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər X11, X9, X1, X12, X22, X5, X6, X10, X7, X13, X23 və X24 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onların xeyrinə 50.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. Hər iki iddia eyni məzmunda belə əsaslandırmışdır ki, 2020-ci ilin əvvəllərinə kimi sözügedən icarə torpaqlarından heç bir etiraz və narahatçılıq olmadan istifadə etmişlər. xx.xx.2020-ci il tarixdən cavabdehlər həmin torpaq sahələrindən istifadələrinə maneələr yaratmağa başlamış, kütləvi şəkildə torpaq sahələrinə basqın edərək, su arxlarını və qoru ma çəpərlərini dağıdaraq onların taxıl, xəsil və körpə yonca bitkilərini, habelə təbii biçənək sahələrini iri və xırdabuynuzlu mal-qaraya otararaq məhv etmişlər. Nəticədə birinci iddia üzrə cavabdehlər onlara 100.000 manat, ikinci iddia üzrə cavabdehlər isə 50.000 manat dəyərində maddi ziyan vurmuşlar.

9. Hər iki iddia üzrə cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddiaya etiraz edərək, bildirmişlər ki, Zərdab rayonu Çallı kəndində yaşayırlar. İddiaçılar kənd ərazisindən ümumilikdə 186 ha torpaq sahəsini icarəyə götürmüşlər ki, bu da kənd sakini kimi onların maraqlarına uyğun deyil, mal-qaraları örüşsüz qalmışdır. Bununla əlaqədar kənd bələdiyyə sədrinə, kənd icra nümayəndəliyinə və rayon icra hakimiyyətlərinə müraciətlər etmişlər. 2020-ci ilin əvvəllərində kənd camaatı ilə b irlikdə iddiaçıların istifadə etdiyi torpaq sahəsində olmuş və örüş sahələrinin boşaldılmasını tələb etmişlər, lakin iddiaçıların icarəsində olan torpaq sahəsinə mal-qara aparmamışlar.

10. Zərdab Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

11. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi həvalə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aqronom (mütəxəssis) rəyinin təqdim edilməsi barədə vəsatət təmin olunmadığından eksepertizanın aparılmasından imtina edilmişdir.

12. Məhkəmə tərəfindən mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zərdab X40 Mərkəzinin 28 yanvar 2022-ci il tarixli məktubunda bildiril mişdir ki, Mərkəzin əməkdaşları tərəfindən həmin əraziyə keçirilmiş baxış zamanı hazırda ərazinin bir hissəsinin şum altında, bir hissəsinin boş otlaq sahəsi, digər hissəsinin isə yeni əkilmiş taxıl sahəsi olduğunu müəyyən etmişlər. İddiada göstərilən tələb 2020-ci əkin ilini əhatə etdiyi üçün həmin ildə iddiaçılara dəymiş ziyanla bağlı mütəxəssis rəyinin təqdim edilməsi mümkün deyildir.

13. İddiaçılar tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 26 oktyabr 2021-ci il tarixli, 71 saylı qiymətləndirmə rəyinə əsasən, iddiaçıların icarəsində olan torpaq sahəsində 2019-2020-ci təsərrüfat ilində əkilmiş mədəni bitkilərin, təbii biçənək və örüş sahəsinin 2020-ci ilin 17 fevralından həmin ilin sentyabr ayına kimi bir qrup şəxs tərəfindən mal-qara ilə otarılaraq məhv edilməsi və zəbt olunması səbəbind ən əldən çıxması ehtimal olunan orta xalis mənfəətin bazar qiyməti ilə dəyəri 108.980 manat təşkil edir.

14. Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) hər iki iddia rədd olunmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iddia üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçılar onlara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaqla onlara maddi ziyan vurduqlarını iddia etsələr də, iddialarını sübuta yetirə bilməmiş, vurulan ziyanın məbləğinə dair məhkəməyə hər hansı bir sübut (aqranom (mütəxəssis) rəyi, ekspert rəyi və s.) təqdim etməmişlər. Məhkəmə iddiaçıların xahişinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsi mümkün olmamışdır.

16. İddiaçıların təqdim etdiyi fotoşəkillərə və videogörüntülər isə onlara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrində məhz cavabdehlər tərəfindən bilavasitə xırda və iribuynuzlu mal-qara otarılmasını özündə əks etdirmir. Fotoşəkillərdə cavabdehlərdən yalnız Cavabdeh11 əks olunduğu görünsə də, onun məhz heyvan otarması görünmür. Belə ki, onun boş sahədə tək olduğu görünür. Videogörüntülərdə isə bir qrup kənd sakinlərinin İddiaçı3 və digər şəxslərlə (iddiaçıya məxsus fermada qalan çobanlarla) mübahisə etdikləri görünsə də, cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara otarılması görünmür. Ona görə də, həmin fotoşəkillər və videogörüntülər iddianın təmi n olunması üçün yetərli deyildir.

17. Məhkəmə gəldiyi nəticə ilə bağlı mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 106.1, 218.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmadan, iddiaçıların təqdim etdiyi sübutlara obyektiv, qanuni və ədalətli qiymət verməmişdir. Bununla əlaqədar məhkəməyə təqdim edilmiş fotoşəkillər və videogörüntülərə dügün hüquqi qiymət verilməmişdir. Belə ki, videodisklərdəki görüntülərə qiymət verən m əhkəmə hesab etmişdir ki, bir qrup kənd sakinin onunla mübahisə etdiyi görünsə də, iddiaçılara məxsus torpaq sahəsindəki əkinlərin otarıldığı görünmür. Məhkəmə iddiaçı ilə cavabdehlərin bir qrupunun məhz otarılmış torpaq sahəsində mübahisə etdiklərinə, mübahisənin məhz əkinlərin cavabdehlər tərəfindən otarılması mövzusunda olduğuna diqqət yetirsəydi, obyektiv həqiqəti müəyyən edə bilərdi. Həmçinin, iddiaçı tərəf cavabdehlərin vurduğu zərərin məbləğinin müəyyən edilməsi üçün bütün tədbirləri görmüş, torpaq sahəsinin cavabdehlər tərəfindən otarılması faktına görə araşdırma aparılması üçün rayon prokurorluğuna, polis şöbəsinə müraciət etmiş, araşdırmanın nəticəsi ilə bağlı Zərdab Rayon PŞ-nin TQ-nin təhqiqatçısı Orxan Nəsirov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.x x.2020-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış X8 iddiaçılara məxsus əkin sahəsinin cavabdehlər tərəfindən qəsdən otarıldığını təsdiq etmişdir. (qərarın surəti şikayətə əlavə olunmuşdur). Bundan başqa, vurulmuş ziyanla bağlı "xxxx" MMC-dən mütəxəssis rəyi almış, həmin rəyi məhkəməyə və Zərdab DAİM-in mütəxəsisslərinə təqdim edərək rəy verilməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin rəyə də hüquqi qiymət verilməmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdir ilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən torpaq sahələrinin ayrı-ayrılıqda iddiaçılar İddiaçı3 Fəzli oğlunun, İddiaçı2, İddiaçı1 icarəsinə verildiyi iş materialları ilə öz təstiqini tapsa da və iddiaçı ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaqla onlara maddi ziyan vurduqlarını iddia etsə də, o vurulan ziyanın məhz cavabdehlər tərəfindən vurulmasına dair məhkəməyə hər hansı bir sübut (akt) və s.təqdim edə bilməmişdir.

22. İşdə olan fotoşəkillərdən və DİSK-dəki videogörüntülərdən görünür ki, həmin şəkillərdə əkin ye rində çoxlu sayda adamların su arxını doldurmaları, eləcə də sürü şəklində xırda və iribuynuzlu heyvanların əkin yerlərində və ətrafında olduğu, həmin heyvanların bəzi hallarda sahibsiz olduğu, bəzi hallarda bir nəfər tərəfindən otarıldığı əks olunmuşdur. Lakin həmin fotoşəkillər və videogörüntülərdə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qaranın iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə salınıb otarılması görünmür.

23. Həmçinin məhkəmə iclası zamanı İddiaçı3 ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu malqara salınıb otarılması ilə bağlı hər hansı sübut növü (kənd əhalisi və icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktı) təqdim edilməsi təklif olunsa da, iddiaçı təklif olunan aktın olmadığını bi ldirmişdir.

24. Həmçinin, iş materiallarında iddiaçı tərəfin müraciəti əsasında dəymiş zərərlə bağlı "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, 71 saylı rəy mövcud olsa da, iddiaçı həmin dəymiş zərərin cavabdehlər tərəfindən vurulmasını sübut edə bilməmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən İddiaçı3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mülkiyyət hüquqlarının pozuntusunun bariz göstəricisi hüquq pozucuların ona ziyan vurması, ziyanı könüllü ödəməkdən imtina etmələri, məhkəmələrin isə iddiasinin rədd edilməsi haqqında məhkəmə aktlarını qəbul etmələridir.

28. Məhkəmə iddiaçı ilə cavabdehlərin bir qrupunun məhz otarılmış torpaq sahəsində mübahisə etdiklərinə, mübahisənin məhz əkinlərin cavabdehlər tərəfindən otarılması mövzusunda olduğuna diqqət yetirsəydi, yaxud yetirmək istəsəydi obyektiv həqiqəti müəyyən edə bilər, iddianı təmin edərdi. Məhkəməyə mötəbərli heç bir şübhə doğurmayan sübutlar təqdim edərək dəymiş ziyanın məbləğini təsdiq edə biləcək mütəxəssis rəyi təqdim etmişdir. Barəsində şikayət veril ən məhkəmə aktında həmin süutu təkzib edə biləcək heç bir sübuta istinad edilməmişdir. Sadəcə məhkəmə cavabdehlərin çoxsaylı olmasından ehtiyatlanaraq iddiasının rədd edilməsinə dair qətnaməni qüvvədə saxlamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Cavabdehlər Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X29, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X25, X18, X3, X26, X30, X14, X15, X19, X16 və X27 İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişlər ki, kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması ilə bağlı mötəbər sübutlara istinad olunmayıb. Bu isə onu göstərir ki, cavabdehlər kimi onlar tərəfindən iddiaçılara hər hansı maddi ziyan vurulmamışdır. İddiaçılar tərəf indən onlara qarşı maddi ziyanla bağlı qaldırılmış iddia şər və böhtandan ibarətdir və bu səbəbdən də birinci instansiya məhkəməsi həmin iddianı rədd etmişdir.

30. Sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda İddiaçı3 tərəfindən iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinin məhz bilavasitə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salınıb otarılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

31. Etirazda kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxs in pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərəri n əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iş tirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

41. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası İddiaç ı3 tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 52. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) 53. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

54. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. T ələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 55. “M. Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

56. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kif ayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı olan maddi zərər tələbi ilə bağlı iddiaları üzrə, bu xarakterli işlərə baxılarkən ortaya çıxan suallara, (yəni, iddiaçılara maddi ziyan cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

58. Belə ki, apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, sözügedən torpaq sahələrinin ayrı-ayrılıqda iddiaçılar İddiaçı3 Fəzli oğlunun, İddiaçı2, İddiaçı1 icarəsinə verildiyi iş materialları ilə öz təstiqini tapsa da, iddiaçı ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaqla onlara maddi ziyan vurduqlarını iddia etsə də, o vurulan ziyanın məhz cavabdehlər tərəfindən vurulmasına dair məhkəməyə hər hansı bir sübut (akt) və s.təqdim edə bilməmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar