Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2024/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2024/21 (Açar sözlər: pul tələbi, tələbin sadə yazılı əqdə əsaslanması) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1658/2020 nömrəli, 06 oktyabr 2020ci il tarixli qətnaməsində n Cavabdeh kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 07 iyun 2011-ci il tarixdə iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1280 manat və 12.000 ABŞ dollarının, cəmi 10880 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehə 11.03.2009-cu ildə 1280 manat, 01 fevral 2010-cu ildə isə 12.000 ABŞ dolları borc verib. Pulun alınmasını cavabdeh qəbzə imza etməklə təsdiq edib. İddiaçı dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh bu vaxtadək pulu qaytarmayıb.
3. İddiaçı tələbinin hüqu qi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir.
4. Yevlax Rayon Məhkəməsinin 2(039)-496/2011 nömrəli, 13 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1280 (bir min iki yüz səksən) manat və 12.000 (on iki min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləği və 20 (iyirmi) manat rüsum xərcinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Azər Bayramov)
5. Məhkəmə toplanmış sübutlara, şahid ifadələrinə əsasən müəyyən edib ki, İddiaçı Cavabdeh 11 mart 2009-cu il tarixdə 1280 manat, 01 fevral 2010-cu il tarixdə isə 12.000 ABŞ dolları borc vermişdir. Cavabdeh iddiaçıdan 1280 manat və 1200 manat borc götürməsinə dair öz dəsti-xətti ilə qəbz vermişdir. Aradan uzun müddət keçməyinə baxmayara q, cavabdeh pulu qaytarmamışdır.
6. İşin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 389.1, 390, 399.1, 405.1, 406.1, 739.1,740-cı, Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməyib; - cavabdeh iddiaçıdan 2009-cu ildə 800 ABŞ dolları alıb və həmin pulu da qaytarıb; - iddiaçı borcun alınması barədə qəbzi cavabdehin xəstəxanada ağır vəziyyətdə olduğundan istifadə edib cavabdehə i mza etdirib. Xəstəxanaya da cavabdehin təzyiqlərinə dözməyib zəhər içməsi səbəbindən düşüb; - məhkəmə iddia tələbindən kənara çıxıb, iddiaçı iddia ərizəsində cavabdehdən 1280 manat və 12.000 ABŞ dollarının (12000*0,80=9600+1280+10880), cəmi 10.880 manat tələb etdiyi halda, məhkəmə cavabdehdən 1280 manat və 12.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında borc məbləğinin tutulması barədə qətnamə çıxarıb.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1658/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 13.12.2011-ci il tarixli, 2(039)-496/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəfail Əliyev (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmamverdi Şükürov )
11. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, iddiaçının cavabdehə 1280 manat və 12000 ABŞ dolları məbləğində borc verməsi, cavabdehin həmin borcu on gün müddətində geri qaytarması cavabdehin imzaladığı qəbzlə təsdiqini tapır.
12. Apellyasiya baxışında DSMF-nın Yevlax Rayon Şöbəsi tərəfindən verilmiş **********3 nömrəli 18 avqust 2020-ci il tarixli arayışına əsasən həmçinin müəyyən edilib ki, Yevlax Rayon Məhkəməsinin 25 iyul 2011-ci il tarixli icra sənədi üzrə 02.02.2012-ci ildən 31.08.2020-ci il tarixədək cavabdehdən 5408,56 manat tutularaq iddiaçıya ödənilmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan pul məbləğlərini alması barədə yazılı qəbz versə də, həmin m əbləğlərin və onun hər hansı bir hissəsinin qaytarılmasına dair iddiaçıdan heç bir qəbz almamışdır. Halbuki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Borcun qaytarılmasını sübutetmə vəzifəsini daşıyan cavabdeh aldığı borcu tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut edə bilməmişdir.
14. Cavabdehin 2011-ci ildə iddiaçının təzyiqlərinə dözməyərək zəhər içməsi və xəstəxanada müalicə alması, müalicə aldığı müddətdə həmin qəbzin iddiaçının təzyiqi nəticəsində cavabdehin imzalaması barədə dəlillərini əsassız sayan apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, istinad olunan tarixlərdə cavabdehin xəstəxanada müalicə alm ası, öz hərəkətlərini dərk etmək və iradə ifadəsini əks etdirmək iqtidarında olmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut (onun tibb müəssisəsinə daxil olması, müalicəsi, diaqnozu, tibb müəssisəsinin xəstəlik tarixi, xəstəlik barədə rəyi və s) təqdim edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaması barədə apellyasiya şikayətini dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd edib ki, həmin zaman mövcud olmuş 12000 ABŞ dollarının manatın həmin dövrdə mövcud olmuş məzənnəsinə çevrilərək göstərilməsi bu gün 12000 ABŞ dollarının qaytarılmaması üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, şikayətində ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
17. Kasassiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
18. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştir akı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
739. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiqsurətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4 18.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyasının dəyərləndirməsini (hazırki qərarın 13-15-ci bəndləri) əsaslı və qanunu hesab edir və buna görə də həmin dəlillərə əlavə olaraq qiymət verilməsinə zərurət görmür.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçıdan aldığı borcun qaytarılması barədə yazılı öhdəlik götürmüş, lakin öhdəliyinə əməl etməmişdir.
25. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normaları nın dispozitiv şərtləri baxımından iddianın təmin edilməsi üçün əsas olduğundan, iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddiaçı cavabdehə pul verməsinin təsdiq etmək üçün cavabdeh tərəfindən şəxsən yazılıb imzalanmış qəbzi işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə cavabdeh də öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımışdır.
27. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulm ası barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1658/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.