Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2026/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı x4 x2 Cəmiyyəti Cavabdeh: Cavabdeh İddia tələbi: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, qətnamədən sonrakı ödənişlər, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı x4 x2 Cəmiyyəti (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 13.02.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlnmış 13.02.2015-ci il tarixli 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini (bundan sonra – ipoteka predmeti) iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən həmin ev 40.000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmetinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə kreditə görə 20693,08 ABŞ dolları, faiz borcuna görə 3601,98 ABŞ dolları, cərimə borcuna görə 6475 ABŞ dolları olmaqla, cəmi 30770,06 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tələbin cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-3079/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, 20693,08 ABŞ dolları əsas borc, 3601,98 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395,06 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələ b üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-390/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun cəmi məbləğinin müəyyən edilməsi və ipoteka pre dmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 ABŞ dolları, cəmi məbləğ 24257,61 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavab deh tərəfindən birinci instansiya məhkəməsinin protokoluna dair verdiyi qeydlər məhkəmə tərəfindən təmin olunmasa da, həmin qeydlərdən görünür ki, o, tutulmalı olan kredit borcu məbləğini və evin ilkin satış qiymətini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi borcun düzgün hesablanmamasına dair apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2019-cu il tarixli 16806 nömrəli rəyindən görünür ki, cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə 02.08.2016-cı il tarixinə iddiaçıya olan borcu 24335,21 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20870,68 ABŞ dolları, faiz borcu üzrə 3464,53 ABŞ dolları. Cavabdeh tərəfindən 02.08.2016-cı il tarixdə n sonrakı dövrdə 1826,95 ABŞ dolları məbləğində ödənişlər olmuşdur ki, həmin ödənişlər nəzərə alınsa, cavabdehin borcu 22508,26 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə eks pertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi 20693,08 ABŞ dolları əsas borcu müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə 3601,98 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcu ekspert rəyinə əsasən 3464,53 ABŞ dolları müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilmiş 02.08.2016-cı il tarixdən sonrakı 1826,95 ABŞ dolları ilə bağlı hissədə qeyd etmişdir ki, həmin ödənişlər (i/v 119-130) qətnamə qəbul ediləndən sonra ödənildiyindən və icra mərhələsində nəzərə alınmalı olduğundan, həmin ödənişlər hazırkı mərhələdə nəzərə alınmamalıdır. Apelya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulu məbləğini azaldıb, 100 ABŞ dolları tutmaqla, düzgün nəticəyə gəlmişdir. Faiz borcunun dəyişdirilməsi, cəmi borca təsir göstərdiyindən, cəmi borc dəyişdirilib, 24257,61 ABŞ dolları müəyyən olunmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin protokola dair qeydini, həm də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 03 avqust 2016-cı il tarixdə qərardad (i/v 63) qəbul etməsinə baxmayaraq, rəy almadan evin ilkin satış qiymətini ipoteka müqaviləsindən götürməsini n əzərə alıb, evin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmişdir. “xxxxxxxxxxxxxxxx” MMCnin 28.08.2018-ci il tarixli, 28/BAM/32 saylı rəyinə əsasən ipoteka predmetinin ümumi dəyəri 69800 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Cavabdeh tərəfin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı tərəf isə ipoteka predmetinin dəyərinin aşağı olması ilə bağlı təkzib edən heç bir sübut təqdim etmədiyindən, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 40000 mana t müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cəmi borcun müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün qismən ləğv edilməlidir. Belə ki, məhkəmə mülki işə baxarkən məhkəmə prosesini birtərəfli aparmış, mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən hallar ı tam araşdırmamış, ekspertin rəyini tam nəzərə almadan belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız faiz hissəsində və ipoteka predmetinin satış qiymətində dəyişdirilməlidir. Belə ki, kredit müqaviləsi bağlanandan sonra Respublikada baş vermiş maliyyə böhranı ilə bağlı dollar manata nisbətdə bahalanmış, yaranmış vəziyyətlə bağlı kredit verən təşkilatla danışıqlar aparılmış, ödənişlərin hansı valyuta ilə aparılması dövlət orqanları tərəfindən müzakirə olunduğundan, kredit müqaviləsi üzrə ödənişlərin aparılması kredit verən təşkilatların təklifi ilə müvəqqəti dayandırılmışdır. Lakin, buna baxmayaraq bir müddət keçdikdən sonra, iddia qaldırılmışdır. Cavabdeh məhkəmə prosesində iştirak edərək hadisə barədə izahat vermiş və kredit müqaviləsi üzrə ödənişlər e tmək üçün imkanın yaradılmasını xahiş etsə də buna nail olmamışdır. Sonrakı məhkəmə proseslərindən və qətnamədən xəbəri olmamışdır. Yalnız 2017-ci ilin axırlarında digər tələblə bağlı məhkəməyə dəvət olunan zaman məlum olmuşdur ki, cavabdehə məxsus ev iddiaçının mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsi tələbinə dair vəsatəti təmin etsə də, sonradan ekspert rəyini məlumat üçün cavabdehə təqdim etməmiş və növbəti məhkəmə prosesini cavabdehin iştirakı olmadan keçirərək apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə görə məhkəmə mühasibatlıq ekspertizasının 22 avqust 2019-cu il tarixli rəyində göstərilib ki, cavabdehin ödənişləri nəzərə alınmaqla borcu 22508,26 ABŞ dolları təşkil edir. Belə olan halda sual yaranır ki, niyə apellyasiya instansiyası məhkəməsi 24257 AB5 dolları məbləğində pulun tutulmasını qət edibdir. Digər tərəfdən, müxtəlif broker şirkətləri tərəfindən verilmiş arayışları məhkəməyə təqdim edərək ipoteka predmeti olan mənzilin 120000 manat məbləğində dəyərinin olmasını bildirsə də, məhkəmə onlara qiymət vermədən «xxxxxxxxxxxxxxx» MMC-nin rəyini əsas tutaraq mənzilin ilkin satış qiymətini 69800 manat müəyyən etmiş, faiz və cərimələrin silinmə qaydasına aydınlıq gətirməmişdir. Belə olan halda iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və eksper tərəfindən aparılmış ödənişlərə uyğun olaraq kredit məbləğinin əsas və faiz borcu yenidən hesablanmalı və kredit müqaviləsi və ödəniş qarfiki nəzərə alınmaqla bu günə əsas və faiz borcunun miqdarı hesablanaraq müəyyənləş dirilməlidir. Eyni zamanda cavabdehə məxsus olan mənzil və mülkiyyətində olan həyətyanı torpaq sahəsi yenidən qiymətləndirilməlidir. Bununla yanaşı, cavabdehin narazı qaldığı ekspert rəyində mövcud borcun məbləği 22508 ABŞ dolları göstərildiyi halda cavabdehdən 24257 ABŞ dolları məbləğində pulun tutulması qət edilə bilməz. Göstərilənlər tam əsas verir ki, məhkəmə qətnamələri qanunsuz və əsassızdır, ona görə də qətnamə ləğv edilməli və iş yeni baxışa qaytarılmalıdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən kredit borcu tələbinin təmin olun muş hissəsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul v ə ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayan a ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsa sında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kredit borcun məbləğinin təmin olunması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində iş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinin əsassız olduğunu bildirir. Nəzərə alınmalıdır ki, kassasiya in stansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert (mütəxəssis) rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə cavabdeh işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apellyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssis rəyinə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış qiym ət vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxsa da (372.1), bu məhkəmə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır (372.7). Yalnız birinci instansiya məhkəməsinin maddi və ya prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi aşağı məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilər (385). Birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra tərəflərin hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranmış yeni hallar qanunda birbaşa nəzərdə tutulmuş şərtlər istisna olmaqla həmin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu baxımdan hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən qətnamənin qəbulundan sonra cavadehin kredit müqaviləsi üzrə etdiyi ödənişləri nəzərə almamaqla və həmin məbləğin icra icraatı qaydasında nəzərə alınmalı olduğunu bildirməklə qanuni nəticəyə gəlmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş və qətnamə onun iştirakı ilə çıxarılmış, həmin qətnamədən veridyi apellyasiya şikayət ində cavabdeh çəkişmə prinsipinin pozulması ilə bağlı hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qər