Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2026/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə satılmış əmlakın dəyərinin tələb olunması və.s.) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2118/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. Cavabdeh İddiaçı övladı XXXla tanış faktiki nikah münasibətlərində olmuş və bu münasibətlərdən bir uşaqları doğulmuşdur. Cavabdeh XXXla münasibətləri korlandığından hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh ilə İddiaçıla razılığa gələrək Cavabdeh 10000 manat pul bəxşiş etmiş və Cavabdeh Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Cavabdeh həmin pula Ucar rayonunda ev almışdır. Ev şəraitsiz olduğundan təmir və yenidən qurma işlərinin aparılmasına zərurət yaranmışdır. Həmin təmir tikinti işlərinin aparılması üçün Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasından nisyə materiallar almış və evini təmir etdirmişdir. Həmçinin evin təmirini aparan ustanın da zəhmət haqqısını İddiaçı vermişdir. Bundan başqa Cavabdeh iddiaçıdan 1500 manat borc pul almışdır. Ona görə iddiaçı cavabdehə qarşı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24734.60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir..
3. Yevlax rayon məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 19191.60 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 386, 600, 739, 740, 1091, 1092, 1093-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apelyasiya Məhkəməsi MK-nın 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Rəfiyev (sərlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov ) Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(039)-1442/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instnsiyası məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iddiaçının oğlu X3 ilə 20 oktyabr 2016-cı il tarixdə faktiki ailə münasibətləri olub. Həmin münasibətlərdən 26 may 2017-ci il tarixdə X2 dünyaya gəlmişdir. Umudov Pünhan polis zabiti işləyir. Pünhan Umudovla münasibətləri korlandığından o məcbur qalıb Respublikanın səlahiyyətli orqanlarına ərizə ilə müraciət etmişdir. Pünhanın atası İddiaçı onunla görüşmüş və övladından şikayətçi olmasın deyə 21 noyabr 2018-ci ildə notarial qaydada İddiaçı ona on min manat bəxşiş etmişdir. O isə bunun müqabilində Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada ərizə vermişdir. Həmin on min manata Ucar rayonunda iki otaqlı ev almışdır. Həmçinin İddiaçı ona pul bəxşiş edərkən ona evinin təmiri üçün 20000 manat civarında köməklik edəcəyini də vəd etmişdir. Hazırda İddiaçı ondan 24000 manat pul tələb edir. Qeyd edir ki, İddiaçı özünə məxsus tikinti materialları mağazası mövcuddur. Göstərilən fakturalarda qeyd edilən məbləğlərdə tikinti materiallarını o həqiqətən də alımışdır. Lakin 5543 rəqəmi qeyd edilən faktura ilə razı deyil. Bundan başqa İddiaçı evdə təmir işləri aparan ustaya da 4000 manat pul vermişdir. Həmçinin İddiaçı 1500 manat borc almışdır və bu barədə ona yazılı izahat da vermişdir. Hər bir faktura sənədi tələfindən imza etdirilməklə verilmişdir. Həmin nisyə verilən tikinti materialları və iddiaçı tərəfindən verilmiş ustanın zəhmət haqqı ona İddiaçı tərəfindən verilən vədin nəticəsində baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
11. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instnsiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 -ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var dır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 600.1. Alğı- satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən h esablaşmaya səbəb olmur.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.
30. Belə ki, Cavabdeh özü tələb olunan məbləğdə pulu qarşı tərəfdən almasını etiraf edir. Lakin etirazını onunla əsaslandırır ki, o, iddiaçının oğlu ilə faktiki ailə münasibətlərində olduğu və uşaq dünyaya gətirdiyi üçün iddiaçı həmin vəsaiti ona və nəvəsinə xərcləməyi vəd etmişdir. Lakin cavabdeh həmin halı sübuta yetirə bilməmişdir.
31. Tərəflər arasında bağlanmış rəsmi razılaşma ilə iddiaçı cavabdehə 10.000 manat pul vermişdir. Hər iki tərəf təsdiq edirlər ki, həmin məbləğ cavabdehin şikayətlərinin qarşısının alınması üçün verilmişdir.
32. Qeyd o lunan razılaşmadan başqa tərəflər arasında başqa bir razılaşma yoxdur. Tərəflər arasında belə münasibətlər fonunda başqa razılaşma olacağı təqdirdə tərəflər bunu rəsmiləşdirməli idilər. Ona görə cavabdehin etirazları inandırıcı deyil.
33. Məhkəmə instansiyaları tərəfindən müəyyən edilmişdir ki, iddianın təmin edilmiş hissəsinin əsaslı olması iddiaçının təqdim etdiyi qaimələr, şahid ifadələri, cavabdehin özünün etirafı və işin digər halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh həmin məbləğlərin borc olmadığını, iddiaçının öz vədini yerinə yetirdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili təqdim etməmişdir.
34. Cavabdeh nisyə aldığı malların pulunu, onun mənzilinin təmiri üçün ustalara verilmiş pulu və borc olaraq aldığı pulu qaytarmaq öhdəliyi daşıyır.
35. Qeyd olunanla ra əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2118/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.