Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2028/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, iddiaçı “xxxx” İKB-nın Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(021)-282/2018 saylı qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2896.78 ABŞ dolları əsas, 1.102.87 ABŞ dolları faiz, 2 ABŞ d olları (ödəniş günü üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə borcunu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx»İKB ASC-nin xeyrinə verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(104)3154/2018 nömrəli qətnaməsi ilə (hakimlər A.Bayramov, L.Süleymanov və İ.Şəfiyev) Bərdə Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(021)-282/2018 saylı qətnaməsi qismən təmin edilmiş, əsas borcun məbləğinə aid hissə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3129.81 ABŞ (ödə niş günü üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) dolları əsas kredit borcun iddiaçı «xxxx»İKB ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı “Nikoyl” İKB kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(104)-3154/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx»İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə “xxxx” İKB ASC arasında bağlanmış 12-M-1-0-710-14 saylı, 30 iyun 2014-cü il tarixli “bank hesab, kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 6400 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 isə Cavabdeh1 zamin durmuşdur. Həmin müqavilə əsasən zamin borcalanın öhdəliklərinin icra olunmamasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan krediti razılaşdırılmış ödəniş cədvəlinə əsasən hər ay ödəməli olduğu halda, müqavilənin bu tələbinə əməl etməmiş, götürdüyü kredit və faizi vaxtında qaytarmamışdır. Nəticədə Cavabdeh1 banka 3129.81 ABŞ dolları əsas borcun, 2.155.74 ABŞ dolları faiz borcun, 211.42 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5496.97 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etd iyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “Nikoyl” İKB kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(104)- 3154/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Azərbaycan Respublikası MPM-nin 415.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 30 iyun 2014-cü il tarixli, 12-M-1-0-710-14 saylı “Bank hesab, kredit və zaminlik” müqaviləsindən görünür ki, “xxxx” İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29 % ödəmək şərti ilə 6400 ABŞ dolları kredit verilmiş, həmin kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 zamin olm uşdur. İşdə olan 01.05.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 3129.81 ABŞ dolları əsas, 2155.74 ABŞ dolları faiz, 211.42 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 5496.97 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2017-ci il tarixli, 22085 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30.06.2014-cü il tarixli, 12-M1-0-710-14 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 06.09.2016-cı il tarixə «xxxx» İKB ASC-yə əsas kredit borcu 3349.89 ABŞ dolları, faiz borcu üzrə 1102.87 ABŞ dolları, ümumilikdə 4452.76 ABŞ dolları borcu vardır. 28 fevral 2017-ci il tarixə qədər Cavabdeh1 tərəfindən 233.03 ABŞ doll arı məbləğində ödəniş edilmiş amma bu ödənişlər 28.02.2017-ci il tarixindən sonra olduğu üçün cədvəldə nəzərə alınmamışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürdükləri öhdəliyi yerinə yetirməmişlər, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Bununla əlaqədar borcluya və zaminə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət lər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-in 443.2-ci maddəsinə əsasən isə zərər həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbay can Respublikası MM-in 445.1-ci maddəsinə əsasən öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməmə si nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: “xxxx” İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2028/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2028/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver