Məhkəmə qərarları › İş №2(102)-2029/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2029/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2029/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9935/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8000 manat pulun alınaraq ona ödənilməsi və həmin məbləğin onun pensiyasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin 06.03.2018-ci il tarixli 1(093)-23/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdfan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə qəti olara 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Ayaz Məmmədovu Xüsusi Riskli Xilasetmə, Niyaz Məmmədovu isə X2 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı İddiaçı yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Ayaz Məmmədovdan 3000 manat, 2016-cı ilin may ayında isə İddiaçı Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat olmaqla, ümumilikdə 8000 manat pul alaraq, özgənin xeyli miqdarda əmlakını özqulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən də ləduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kəkil oğlu 05 aprel 2012ci ildən 13 iyun 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyinin «Kadr siyasəti Baş İdarəsinin Kadr Təlimatı İdarəsinin Hərbi» xidmətə qəbul şöbəsinin rəisi vəzifəsində işləyərkən, qardaşı X1 vasitəsilə ona müraciət etmiş bir çox vətəndaşı, o cümlədən onu aldadaraq guya vətəndaş Ayaz Məmmədovu Xüsusi Riskli Xilasetmə xidmətinə və Niyaz Məmmədov isə X2 Xidmətinə işə düzəltməyə söz verərək ona yalandan vəd edərək 2016cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Ayaz Məmmədovdan 3000 manat və 2016-cı ilin may ayında isə ondan 5000 m anat olmaqla 8000 manat pul alaraq mənimsəmiş və etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Xeyli vətəndaşlıq ərizəsi əsasında dələduzluq və vətəndaşları rüşvət verməyə təhrik etməklə cinayət əməli etdiyinə görə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Bakı Hərbi Məhkəməsində işə baxılarkən vətəndaş Cavabdeh Kəkil oğlu törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanı ödəyəcəyinə söz versə də, bu günə qədər 11 nəfər zərərçəkmişə vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 iyul 2021-ci il tarixli 2(003)-2468/2021 nömrəli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5 000 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı ümumilikdə 5000 manat məbləğində pul vəsaitinin iddiaçıdan alması, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan bu hal işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, hökmdən göründüyü kimi 3000 manat cavabdehə Ayaz Məmmədov tərəfindən verilmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, hazırki iş üzrə Ayaz Məmmədovun vurulmuş ziyan barədə tələbi olmadığından, həmin hissədə İddiaçı iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 217.4-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4, 180.2, 180.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 2 7.10.2021-ci il tarixli, 2(103)-9935/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-2468/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil1) ka sasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən o, əsassız olaraq maddi məhrumiyyətlərə məruz qalmışdır. Məhkəmə tərəfindən tərəflərin hüquq bərabərliyi təmin edilməmiş, onun iştirakı təmin edilmədən, əsassız olaraq maddi məhrumiyyətlərə məruz qaldığı qərəzli qətnamə qəbul edilmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən mülkiyyət hüquqları pozulmuşdur. Daha sonra Cavabdeh məhkəməyə kasasiya şikayətinə əlavə ünvanlayaraq göstərmişdir ki, əvvəla apelyasiya məhkəməsinin qətnaməsi ona görə ləğv olunmalıdır ki, iddiaçı rayon məhkəməsinə müra ciət edərkən iddia müddətini ötürmüşdür. Qanunvericiliyin tələbinə zidd olaraq üzrlü səbəb olmadan rayon məhkəməsi buraxılmış iddia müddətini üzrlü hesab etmişdir. Müddətin üzrlü ötürülməsi ilə bağlı heç bir sənəd mövcud deyil. Həmçinin Bakı Hərbi Məhkəməsinin 06.03.2018-ci il tarixli hökmündə nə maddi ziyan, nə də zərərçəkmiş müəyyən edilməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi cinayət qanunvericiliyinin və xüsusilə cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, mülki qanunvericiliyin müddəasının pozulması ilə qəbul edilmiş, həmçinin mülki prosessual qanunvericiliyin tələbinin nəzərə alınmaması ilə qəbul edilmişdir. Eyni zamanda apelyasiya məhkəməsinin qətnaməsi “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 11.06.2 015-ci il tarixli qərarına da ziddir. Məhz həmin qərarı həm ibtidai istintaq orqanı, həm də Bakı Hərbi Məhkəməsi rəhbər tutaraq o, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham olunaraq təqsirli hesab edilmişdir. Həmin maddə üzrə ittiham zərərçəkmişin və ziyanın olmasını istisna edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli qərarına əsasən, Ş əxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması v ə ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Maddə 180.2 və 180.3. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı za manı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətind ə yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 11.06.2015-ci il tarixli qərarına istinad edərək, iddiaçının zərərçəkmiş şəxs kimi tanınmadığını, cinayət yolu ilə əldə etmiş olduğu rüşvət məbləğinin xüsusi müsadirənin predmeti olduğunu, həmin vəsaiti ondan tələb etməyə iddiaçının deyil, dövlətin hüququnun olduğunu və həmin məbləğin dövlət nəfinə tutulması üçün ona qarşı tələb irəli sürüləcəyini əsas kimi göstərsə də, cavabdehin özünün istinad etdiyi Plenum qərarında göstərilmişdir ki, bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. İş materiallarından olan cavabdehin təqsirləndirilməsinə dair mə hkəmə hökmündən isə görünür ki, cinayət işinə baxıb yekun məhkəmə aktı qəbul etmiş məhkəmə qəbul etdiyi hökmdə göstərmişdir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Digər tərəfdən, həmin Plenum qərarında göstərilmişdir ki, rüşvət vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Lakin iş materialları ilə iddiaçının qeyd edilən norma əsasında cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı material müəyyən edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən istinad edilən Plenum qərarının göstərişlərinə uyğun olaraq hazırki iş üzrə iddiaçı tərəfindən cavabdeh verilmiş olan və hazırda tələb edilən pul vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmadığından, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb edilmədiyindən o, hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuş, işə mahiyyəti üzrə baxmış məhkəmələr isə mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9935/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar