Məhkəmə qərarları › İş №2(102)-203/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-203/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-203/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(106)417/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Kreditor İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, 141GTGK4104960AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 13400 manat məbləğində, 18 fevral 2019-cu il tarixli, **********1944141 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 fevral 2019-cu il tarixli, 141GTGK4104960AA saylı kredit müqaviləsi üzrə 12944,65 manat əsas borc, 2813,73 manat məbləğində faiz borcu olmaqla, cəmi 15758,38 manat məbləğində pulun, 18 fevral 2019-cu il tarixli, **********19441 41 saylı kredit xətti müqaviləsi üzrə 189,13 manat əsas borc, 14,33 manat faiz borcu olmaqla, cəmi 203,46 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit razılaşmasının şərtlərini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcunu və faiz borcunu banka qaytarmamış, iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır.

4. Hacıqabul Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(071)-200/2020 saylı qətnaməsi ilə (hakim Həmid Əzizov) İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 18 fevral 2019-cu il tarixli, 141GTGK4104960AA saylı kredit müqaviləsi üzrə 12944,65 manat əsas borc, 2813,73 manat məbləğində faiz borcu olmaqla, cəmi 15758,38 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə verilməsi, Cavabdeh 18 fevral 2019-cu il tarixli, **********1944141 saylı kredit xətti müqaviləsi üzrə 189,13 manat əsas borc, 14,33 manat faiz borcu olmaqla, cəmi 203,46 manat məbləğində pulun tutularaq, İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli po zuntusuna görə məsuliyyət daşımalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 7.Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(106)-417/2021 saylı qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi gecikdirilmiş pulun qaytarılmasına dair b ankın çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh 18 fevral 2019-cu il tarixli, 141GTGK4104960AA saylı və 18 fevral 2019-cu il tarixli, **********1944141 saylı kredit müqavilələrinə əsasən kreditor qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 10.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(106)-417/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin düzgün həlli üçün ekspertiza təyin etməmiş, cavabdeh üçün əsassız və şişirdilmiş öhdəlik müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respu blikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik etmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

18. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (madd ə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 21.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. İş materiallarından görünür ki, borcalan aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur.

23. Nəzərə almaq lazımdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin mə cburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

24. Məhkəmə kollegiyası borcun məbləğinin şişirdilməsi və məhkəmə tərəfindən ekspertiza təyin olunmaması barədə dəlillə bağlı qeyd edir ki, borcun məbləğinə dair kreditor tərəfindən sübutlar (maliyyə arayışı, hesabdan çıxarış) təqdim edilmişdir. Yəni kreditor Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq sübutetmə vəzifəsinin öhdəsindən gəlmişdir. Cavabdeh kassasiya şikayətində borcun düzgün hesablanmadığını (şişirdilməsini) göstərsə də, bu barədə məhkəmələrə sübutlar təqdim etməmiş, borcun düzgün olmamasını hər hansı hesablama ilə əsaslandırmamış, ümumi və mücərrəd dəlil irəli sürmüşdür. Nə qədər ki, cavabdeh etdiyi ödənişləri təsdiq edəcək sübutları (ödəniş qəbzləri, kassa mədaxil orderləri və s.) məhkəmələrə təqdim edə bilmir, kreditor tərəfindən ödənişlərin nəzərə alınmaması və ya düzgün silinmələr aparılmaması barədə cavabdehin dəlilləri subyektiv mülahizələrə söykənir.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(106)417/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar