Məhkəmə qərarları › İş №2(102)-2030/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2030/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2030/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Yusifov Ceyhun Salman oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarix li qətnaməsi ilə (sədrlik edən hakim F.Abdıyev) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, 2(103)11119/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 975 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məq sədi ilə 3.060,96 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 124 ABŞ dolları, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 4.206 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bank kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh iddia müddətinin tətbiq olunmas ı barədə ərizəsi ilə bağlı məhkəmə iclasında tədqiq edilən sübutları və mülki qanunvericiliyinin tələblərini nəzərə alaraq hazırki iddiaya iddia müddətinin tətbiq olunmasını qanuni və əsaslı deyildir. Əvvəla qeyd edilməlidir ki, Bakı şəhəri 1 saylı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2-1 (81 )-1494/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, lisenziyası ləğv edilmiş və iflas proseduruna başlanılmış və “xxxx” MMC İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Sonradan Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən lisenziya ləğv olunmuş və müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedicisi qismində təyin olunmuş “xxxx” MMC-nin fəaliyyətinə xitam verilmiş və İddiaçı ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortala nması Fondu təyin olunmuşdur. Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)- 342/2018 saylı qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş kreditorların tələblərinin reyestri və etiraz edilmiş kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Yalnız bundan sonra bankın sənədlərinin hazırkı iddia tələbi üzrə iddiaçı olan ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi xx xxxxx 2017-ci il tariödə mümkün olmuşdur. Ləğvedici Əmanətlərin Sığortalanması Fondu üçün İddiaçı ASC-nin öhdəlikləri ilə bağlı iddia müddətinin əvvəli xx xxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Həmçinin qeyd edək ki, bankın ləğv edildiyi xx.xx.2016-cı il tarixindən, ləğvedicisi Əmanətlərin Sığortala nması Fonduna təhvil verildiyi xx.xx.2017-ci il tarixədək faktiki olaraq bankın iddia qaldırmaq hüququ olmamış, həmin vaxt intervalında, yəni 1 il 2 ay müddətində, lisenziyanın ləğv edilməsi ilə bağlı məhkəmə qərarı müvafiq instansiyalarda mübahisələndirilirdi və həmin ərəfədə bankın iddia qaldırmaq hüququ olmamışdır. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Yusifov Ceyhun Salman oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştira kı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Bank ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanması, Bank tərəfindən cavabdehə illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit verilməsi işin mübahisəsiz hallarıdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə cavabdehin iddiaçı Banka olan əsas kredit borcunun məbləği 3.060,96 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun məbləği 124 ABŞ dolları təşkil edir, iddiaç ı əldən çıxmış fayda kimi əlavə olaraq 4.206 ABŞ dolları tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırda kredit məbləğinin tam həcmdə Banka qaytarılmadığını iddia edən Fond qalıq borcun cavabdehdən tutularaq Banka ödənilməsini tələb edir. Cavabdehin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutan Rayon Məhkəməsi iddianı rədd etmişdir. Fondun də lillərindən biri ondan ibarətdir ki, Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixdə bitsə də, cavabdeh, 2013-cü ildən 2018-ci ilədək 5 dəfə ödəniş etmişdir. Bu ödənişlərdən yalnız ikisi – xx.xx.2018-ci il tarixdə edilmiş 50 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə edilmiş 60 ABŞ dolları məbləğində ödənişləri təsdiq edən “Ödəniş qəbzləri” var. Əvvəlki ödənişləri təsdiq edə biləcək “Ödəniş qəbzləri” olmasa da, cavabdehin hesabından çıxarışda bu ödənişlər öz təsdiqini tapmışlar. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “hesabdan çıxarış” özüözlüyündə müqavilə öhdəliyinin icra edilməsini təsdiq edən sənəd deyil. Çünki, Azərbaycan Respublikası Maliyyə Nazirinin xx.xx.1999-cu il tarixli, İ-15 №-li əmrinin mənasından görünür ki, maliyyə arayışı ciddi hesabat blanklarına aid deyil (ciddi hesabat blanklarına aiddir: 1. mədaxil qəbzi “f. № 1 mq”; 2. kassa mədaxil orderi “f. № KO-1”; 3. vəkələtnamə “f. № M-2”; 4. qaimə “f. № 2 q”). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan Fondun istinad etdiyi “hesabdan çıxarış” sübut kimi qəbul edilə bilməz. xx.xx.2018-ci il tarixd ə edilmiş 50 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə edilmiş 60 ABŞ dolları məbləğində ödənişləri təsdiq edən “Ödəniş qəbzlərinə” gəldikdə isə müəyyən edilir ki, bu ödənişlər iddia ərizəsində qeyd edilən “Kredit müqaviləsinin” müddəti bitdikdən təxminən 5 il sonra, iddia müddətin axımı başa çatdıqdan təxminən 2 il sonra həyata keçirilmişdir. Artıq keçmiş iddia müddətinin kəsilməsindən sonra edilmiş ödənişlər bitmiş iddia müddətini bərpa edə bilməz. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməs i məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Fondun verdiyi kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Fond, müvafiq məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bankın ləğvedicisi təyin edilmişdir. Belə olan halda, iddia müddətinin axımı da, həmin tarixdən başlanmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixdə bitmiş, Fonda isə xx.xx.2017-ci il tarixdə, yəni iddia müddətinin axımı başa çatdlqdan təxminən 4 ay sonra Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan banka ləğvedicinin təyin edilməsi iddia müddətinin yenilənməsi üçün əsas ola bilməz. İddia müddət məsələsi müqavilə tərəfləri arasında münasibətləri nizama salan haldır və onların özünə aid edilir. İddia mü ddəti bitdikdən sonra müqavilə tərəflərinin hüquq və vəzifələrinin başqa şəxsə keçməsi bitmiş iddia müddətini bərpa etmir. Əks təqdirdə mülki dövriyyənin nizamı pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı i ş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar