Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2034/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-184/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-4661/2018) İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək ödəniş gününə olan mə zənnəyə uyğun olaraq cəmi 17.063,58 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxxxx 2013-cü il tarixdə tərəflər arasında avtomobil krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 23. 369 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehə məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə mövcud olan borc kapitallaşdırılaraq 16.653,07 ABŞ dolları məbləğində müəyyən edilmiş, borcun ödənilmə müddəti 33 ay müddətinə uzadılmışdır. xx xxxxxx 2016-cı il tarixdə borcun ödənilmə müddəti 30 ay müddətinə uzadılmışdır. 2018-ci ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit borcuna görə cəmi 17.063,58 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsinə dair qətnamə qəbul e dilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh maliyyə böhranı nəticəsində fors-major vəziyyəti baş verdiyinə görə borcu ödəyə bilməməsini, lakin məhkəmənin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxaraq iddianı təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. xx xxxxxxxx 2013-cü il tarixli avtomobil krediti müqaviləsini və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsinə dair razılaşmaları bağlamaqla tərəflər üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsin ə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, bank Cavabdeh qarşısında götürdüyü öhdəliyi icra edərək müqavilədə müəyyən olunmuş məbləğdə kreditin ödənilməsini təmin etmiş, cavabdeh isə Mülki Məcəllənin 385.1, 425, 442-ci maddələrinin tələbinə uyğun olaraq kreditin ödənilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyin icrasını lazımınca təmin etməmiş və bunun səbəbini maliyyə böhranı, yəni manatın ABŞ dollarına olan məzənnəsində kəskin dəyişiklik baş verməs i ilə izah etmişdir. İşdən görünür ki, bank tərəfindən kreditin ödənilməsində yaranmış problemin həlli ilə əlaqədar cavabdehin vəziyyəti nəzərə alınmaqla kreditin qaytarılma müddəti iki dəfə artırılmış, lakin buna baxmayaraq öhdəliyin icrası təmin olunmamışdır. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyinə görə cavabdehin xx xxx 2018-ci il tarixə banka olan əsas kredit borcu 15.058,86 ABŞ dolları, faiz borcu isə 1.997,61 ABŞ dolları təşkil edir. Borclu tərəfindən kreditin müəyyən olunmuş məbləğdə və qaydada qaytarılması təmin olunmadığından bank tutmanın borcluya məxsus avtomobilə yönəldilməsini tələb etmiş və məhkəmə Mülki Məcəllənin 295-297 və 319-cu maddələrinin tələblərinə müvafiq olaraq iddianı həmin hissədə də təmin etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2034/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2034/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver