Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2034/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-322/2 023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 978 saylı, 3 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 3 saylı filialı borcalan Cavabdeh 6 ay müddətinə illik 18 faizlə dərəcəsi ilə 44837 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli 978 say lı kredit müqaviləsinə əsasən 44837 manat əsas, 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun və 30,40 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 978 saylı, 3 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsinə əsasən borcluya şəxsi mənzilinin təmiri üçün 6 ay müddətinə, 3 oktyabr 2009-cu il tarixə qədər illik 18 % ödəmək şərti ilə 44837 manat məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilə üzrə istifadə e tmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. 4. 2120200800738 saylı, 19 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsi üzrə 13 avqust 2021-ci il tarixə 44837 manat məbləğində əsas borcu, 19895,39 manat məbləğində faiz borcu, Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcu olmaqla, cəmi 81720,75 manat borcu yaranmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova), iddia təmin edilmiş, Cavabdeh 44837 manat əsas borc, 9895,39 manat faiz borcu, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcu, ümumilikdə 81720,75 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, q anunvericiliyin müddəalarına əsasən iddia təmin edilməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 445.7, 739.1, 739.2 və 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə 6 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müd dəti xx.xx.2009-cu ildə yekunlaşmışdır. Lakin məhkəmə qeyd edilən hala diqqət yetirməmişdir. Bundan başqa iş materiallarına müqavilənin əsli əlavə edilməmiş, iddiaçının özünün müqavilə öhdəliklərini icra etməsini təsdiq edən məxaric orderi iş materiallarında mövcud olmamışdır. O, müqavilə ilə tanış olduqda belə bir kredit müqaviləsini ümumilikdə imzalayıbimzalalamasını xatırlamamış, bundan əlavə, məhkəmə iclasına dəvət edilməmiş və onun iştirakı təmin edilməmişdir. İddiaçı pretenziya qaydasına da əməl etməmiş, onu məlumatlandırmamışdır. Nəticə etibarı ilə o, hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Belə ki, analoji işlərlə bağlı müvafiq qaydada iddia müddətinin tətbiqi halı vardır ki, o, qeyd edilən hərəkətlər nəticəsində belə bir ərizənin verilməsindən məhrum olmuşdur. Hazırki mübahisə ilə bağlı iddiaçı faktiki olaraq iddia müddətini 10 il ötürmüş və iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 03 aprel 2009-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-dən xx.xx.2009-cu il tarixdə 44837 manat məbləğində nağd pul götürmüşdür.
11. Həmçinin, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş 16 may 2013-cü il tarixli Banka ödəniş edilməsi barədə qəbzdən görünür ki, Cavabdeh adından həmin tarixdə Banka 1000 manat məbləğində pul ödənilmişdir.
12. Cavabdeh apelyasiya şikayətində belə bir kredit m üqaviləsini imzalayıbimzalalamasını xatırlamadığını qeyd edərək, həmin müqavilədən məlumatlı olmadığını bildirdiyindən apelyasiya məhkəməsinin iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəmə kollegiyasına müraciət edilərək, kredit müqaviləsindəki imzaların cavabdeh tərəfindən icra edilib-edilməməsi, kredit məbləğinin cavabdeh tərəfindən götürülüb-götürülməməsi məsələsinin dəqiqləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 41638 saylı, 16 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 8-14-cü vərəqlərində olan xx.xx.2009-cu il tarixli 978 saylı təminatsız kredit xətti müqaviləsinin “Borc alan” qrafalarındakı imzalar və xx.xx.2009cu il tarixli məxaric orderində “Vəsaiti aldım” qrafalarındakı imza Cavabdeh tərəfindən icra olunmuş, mülki işin 179-cu vərəqlərində olan xx.xx.2013-cü il tarixli qəbzdə “Təhvil verdim” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv pro sesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 124 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası təqdim olunmuş ekspert rəyinə əsaslanaraq, Cavabdeh apelyasiya şikayətinin kredit müqaviləsinin onun tərəfindən imzalanmaması barədə dəlillərini əsassız hesab etmişdir.
16. Bundan başqa, məhkəmə kollegiyası hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsinə münasibətdə qeyd et məyi zəruri hesab etmişdir ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kim i Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 449.4, 739.1, 739.2, 741-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir.
19. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməməsi və bu baxımdan hüquqlarını müdafiə etmək imkanından məhrum olması, iddia müddətinin tətbiqi barədə ərizənin bilavasitə apellyasiya instansiyası məhkəməsində qəbul edilməsi üçün əsas ola bilməz, mülki prosessual qanunvericilikdə belə hallar nəzərdə tutulmamışdır. Bundan əlavə, hazırkı kredit bankın işlək dövründə aidiyyəti şəxslərlə bağlanmış kreditlərdəndir. Belə ki, Cavabdeh 2008-2009-cu illər daxil olmaqla uzun müddət LPO İddiaçı ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Həmin kredit müqaviləsini də bankda sədr olduğu dövrdə öz səlahiyyətlərindən sui-istifadə edərək təminatsız olaraq götürmüş, sonradan həmin müqavilə üzrə heç bir ödəniş etməmişdir və Bankın işlək dövründə həmin iş üzrə iddia müddəti bilərək ötürülmüşdür. Bunun da nəticəsində hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun nəzdində dövlət büdcəsinə külli miqdarda ziyan vurulmuşdur. Bu və bunun kimi digər aidiyyəti şəxslərə verilmiş belə təminatsız kreditlər faktiki olaraq gələcəkdə Əmanətlərin Sığortalanması Fondunun reqress tələb üzrə dövlət və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməsinə böyük maneə törədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Maddə 44
2. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 445.7. Borc lu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
35. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
36. M addə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
37. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
39. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir i lin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı
40. Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətləri n qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarı
41. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla q ərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitu siya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.
42. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəlikl ərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcəd ən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhl ili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.
43. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarı
44. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. M addə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
56. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
57. Belə ki, İddiaçı ASC Cavabdeh ilə aralarında 3 aprel 2009-cu il tarixdə bağlanmış 978 saylı təminatsız kredit xətti müqaviləsi üzrə borcluya şəxsi mənzilinin təmiri üçün 6 ay müddətinə, 3 aprel 2009-cu il tarixə qədər illik 18 % ödəmək şərti ilə 44837 manat məbləğində kredit verildiyini, borcalan həmin müqavilə üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürdüyünü, lakin cavabdehin üzərinə götürd üyü kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyini və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcunun yarandığını bildirmiş və cavabdehdən xx.xx.2009-cu il tarixli 978 saylı kredit müqaviləsinə əsasən 44837 manat əsas, 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun və 30,40 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
58. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
59. Cavabdeh apelyasiya şikayəti verərək kredit müqaviləsinin xx.xx.2009-cu il tarixdə 6 ay müddətinə bağlandığını və müqavilənin icra müddətinin xx.xx.2009-cu ildə yekunlaşdığını qeyd etməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5936/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 124 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
61. Məhkəmə kollegiyası iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsinə münasibətdə qeyd etmişdir ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müdd ətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
62. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaəti qanunu və əsaslı hesab etmir.
63. Belə ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barədə ərizə birinc i instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz.
64. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası 22 sentyabr 2021-ci il tarixə saat 09:30-a (İ cild, səh. 35) təyin olunmuş, iddiaçı və cavabdeh iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılmışdır. 2 oktyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, qapısı bağlı olduğundan bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild səh. 38). Bu səbəbdən 16 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdəhə SMS bildiriş göndərilmişdir (iş səh. 47). Lakin cavabdeh iştirak etmədiyindən məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə saat 11:00-a təxirə salınmış və bu barədə tərəflərə bildiriş göndərilmişdir (İ cild, səh. 51). Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və iş üzrə müvafiq qətnamə qəbul olunmuşdur.
65. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəmə iclaslarında iştirak etməməsi onun iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmaması anlamına gəlmir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapısı bağlı olduğu üçün ona çatdırılması mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmuşdur. Lakin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir.
66. İşə baxan apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəmənin icraatında iddiaçının ona qarşı tələblə məhkəməyə müraciət etməsindən məlumatlı olmasını nəzərə almadan iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsini təmin edərək iddia tələbini rədd etmişdir.
67. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
68. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
70. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(103)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.