Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2035/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdeh “xxxx” MMC-nin vəkili X5 və direktoru X1, üçüncü şəxs A nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə və “xxxx” MMC-yə qarşı, A maraqlı şəxs qismində cəlb edilməklə, maneələrin aradan qaldırılaraq mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs A tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (A maraqlı şəxs qismində cəlb edilməklə) maneələrin aradan qaldırılması, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq İddiaçı ünvan 1 ünvanda inşa edilən mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs A kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009cu il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, ünvan 1 ünvanda inşa edilən mənzilə sahiblik və istifadə hüququnun ta nınması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materillarından görünür ki, Cavabdeh direktoru M ilə İddiaçı arasında xx xxxx 2009-cu il tarixli müqaviləyə əsasən satıcı olan Cavabdeh ünvan 2 ünvanında inşa edilən mənzili alıcı olan İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 121.800 manat müəyyən edilmişdir. Müqavilənin dəyəri İddiaçı tərəfindən ödənilmiş və şirkətə heç bir borcu qalmamışd ır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 ilə Maraqlı şəxs arasında olan xx xxxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən satıcı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanında inşa edilən mənzili alıcı Maraqlı şəxs mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 40.000 manat müəyyən edilmişdir. Mənzilin dəyəri Maraqlı şəxs tərəfindən tam ödənilmiş, onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu qalmamışdır. ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru M ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilənin məzmunundan görünür ki, satıcı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanında inşa edilən mənzil alıcı olan İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürm üşdür. Müqavilənin ümumi məbləği 121.800 manat müəyyən edilmişdir. Alıcı müqavilənin ümumi məbləğinin 100% satıcıya əvvəlcədən ödəyir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin yığıncağının xx xxxx 2015-ci il tarixli protokolunun məzmunundan görünür ki, xx xxxx 2015-ci il tarixdən X9 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İ xx xxxx 2015-ci il tarixli əmrinin surətindən görünür ki, X9 xx xxxx 2015-ci il tarixdən müvəqqəti olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ va rdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4 cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun x x xxxx 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisi ya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin qeyd edilən halları ilə əsaslandır mışdır. Həm İddiaçı, həm də üçüncü şəxs Maraqlı şəxs Cavabdehnə məxsus olmuş eyni mənzilə iddia etsələr də və hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə sənədlərini məhkəməyə təqdim etsələr də, mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilə, həm bağlandığı tarix, həm də müqavilənin mühüm şərti olan mənzilin dəyəri baxımından qanuni və etibarlı müqavilədir. Çünki, mübahisəli mənzilin bir kv. metrinin dəyərinin 400 manatdan da az olması inandırcı və ağlabatan hesab edilə bilməz. Bu hal özü-özlüyündə Maraqlı şəxs ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mübahisəli mənzilə dair xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış müqavilənin etibarlılığını şübhə altına al ır. Bununla yanaşı, apelyasiya baxışı zamanı dəfələrlə məhkəmə iclasına çağırılmasına baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gələrək mübahisəli mənzillə bağlı hər hansı bir formada mövqeyini bildirmək istəməmişdir. Göründüyü kimi, sonuncunun mübahisəli mənzilin taleyi ilə bağlı bu dərəcədə olan biganəliyi və laqeyidliliyi başa düşülən olmamaqla yanaşı, mənzillə bağlı açıq-aşkar hansısa marağının olmadığına dəlalət edir. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin qanuniliyi hər hansı bir mübahisə doğurmur. Belə ki, cavabdeh “xxxx” MMC-nin direktoru olmuş, X4 barəsində (ölümü ilə əlaqədar cinayət işinin icraatına xitam verilmişdir) Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işinin materiallarından götürülmüş sənədlərdən görünür ki, mərhum Məzahir Cəfərov xx xxxx 2013- cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində şahid qismində dindirilərkən 2007-ci ilin may ayının 2-də T əmri ilə “xxxx” MMC-nin direktoru təyin edildiyini, 2007-ci il tarixdə 1-ci binanın 4-5 mərtəbəsi tikildiyini və həmin binadan mənzillərin satışını həyata keçirməyə başladığını, mənzil almaq üçün vətəndaşlar ünvan 3 ünvanında yerləşən ofisə müraciət etdiklərini, mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdə Cavabdeh firmasının möhürü ilə təsdiqləndiyini, çünki “xxxx” MMC-nin möhürü ünvan 4 ünvanında yerləşən ofisdə olduğunu, hər dəfə müştəri mənzil almağa gələndə onu gözlətməmək məqsədilə Cavabdeh firmasının möhürü ilə müqavilələri möhürlədiyini, bunu etməyə İ və S icazə verdiyini, İ sonuncu ünvanda oturduğundan mənzil almaq istəyən vətəndaşları onun yanı na göndərdiyini, 2010-cu ilə qədər satılan mənzillərin onun tərəfindən satıldığını, sonuncu tarixdən ofisini dəyişərək ünvan 4 ünvanına gəldiyini və İ birlikdə oturduğunu, bundan sonra isə mənzilləri “xxxx” MMC-nin adından satdığını bildirmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, M 2007-ci ilin may ayının 2-də “xxxx” MMC-nin direktoru təyin edildiyindən onun həm Cavabdeh, həm də “xxxx” MMC-nin adından mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlaması inandırıcı və ağlabatandır. Cinayət işinin materiallarında olan cədvəldə də mənzil alan yaxud payçı kimi Maraqlı şəxs adı çəkilməmişdir. Belə olan vəziyyətdə, Maraqlı şəxs məhz cavabdeh “xxxx” MMC-nin “səlahiyyəti olmayan” şəxsləri tərəfindən sonradan, yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra bu mü bahisələrə “qoşması” açıq-aşkar görünür. Bundan başqa işdə olan sənədlərdən görünür ki, “xxxx” MMC xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış, həmin tarixdən xx.xx.2015-ci il tarixə kimi X6 direktoru (qanuni təmsilçisi) olmuş, sonuncu tarixdən isə X8 olmuşdur. M öldüyündən, cavabdehin rəsmi səlahiyyətli nümayəndəsi kimi hər hansı şəxsin eyni mənzili iki nəfər şəxsə satılmasının səbəblərinin müəyyən edilməsi mümkünsüz vəziyyətə düşmüşdür. Çünki, cavabdehin faktiki olaraq səlahiyyətli şəxsinin müəyyən edilməsi qeyri-mümkün olmuşdur. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC-nin icraçı direktoru kimi A özünün səlahiyyətli şəxs olması məhkəmə müstəvisində mübahisələndirilmiş və onun həmin cəmiyyətə direktor vəzifəsinə təyin edilməsinə dair xx.xx.2015-ci il tarixli protokol məhkəm ə qətnaməsinə əsasən etibarsız hesab edilmiş, lakin sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilmişdir. Ona görə də, məhz həmin şəxsin cavabdeh “xxxx” MMC-nin adından iddiaçının və üçüncü şəxsin iddiası ilə bağlı obyektiv və real məlumat verməsi inandırıcı və ağlabatan görünmür. Əvvəla ona görə ki, A cavabdeh şirkətdə 2013-cü ildən işləməyə başlamış və işlədiyi müddətdən əvvəliki dövrdə baş vermiş hadisələrlə bağlı obyektiv və dəqiq məlumat verməsi mümkün deyildir. Çünki, onun tərəfindən cavabdehin səlahiyyətli şəxsi kimi ziddiyyətli izahat verməsi açıq-aşkar hansısa “şəxs”(lər)” tərəfindən idarə olunması, üçüncü şəxsin iddiasını açıq-aşkar, hər hansı bir əsas və sübut olmadan müdafiə etməsi onların məhz bir mövqedən çıxış etmələrini bilavasitə təsdiq edir. Eyni z amanda iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edildikdən sonra üçüncü şəxs Maraqlı şəxs tərəfindən mübahisəli mənzilə dair yuxarıda qeyd olunan sənədlərin təqdim edilməsi, həmin sənədlərin bu vaxta qədər aşkar olunmamasının səbəbləri başa düşülən olmamaqla yanaşı, qeyd olunan sənədlərin sonradan tərtib edilməsi mübahisəsizdir. Çünki, “xxxx” MMC-nin direktoru olmuş M öldüyündən, vaxtilə onun tərəfindən imzalanmış və möhürlənmiş boş sənədlərin, o cümlədən təqdim olunmuş “kassa mədaxil orderi”nin tərtib olunaraq (doldurularaq) məhkəməyə təqdim edilməsi0 mümkün olmuşdur. Bununla yanaşı işdən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında xx.xx.2007-ci il tarixli birgə fəaliyyət barədə saziş bağlanmış və onlar ünvan 5 ünvanda inşa edilən binalardakı mənzillərin satışının Cavabd eh tərəfindən həyata keçirilməsi barədə razılaşmışlar. Mübahisəli ünvanda tikilməkdə olan binanın qarşısında həmin dövrdə Cavabdehnə aid elan lövhə asılmışdır. Buna görə də, Cavabdeh mübahisəli mənzilə dair iddiaçı ilə sözügedən müqaviləni bağlamaqda səlahiyyətli olmuşdur. Cavabdeh həmin müqavilələri bağlamaqda səlahiyyətli olması, eyni zamanda X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsindən tələb edilmiş 1(101)-517/2015 saylı cinayət işinin materialları ilə də öz təsdiqini tapmışdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab ed ir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Anın kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2035/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2035/2020
04.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver