Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2036/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əsassız borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8105/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı İB tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7464,05 manat məbləğində dəymiş ziyan, həmçinin 30 dövlət rüsumu, olmaqla cəmi 7494,05 manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanmış 7464,05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddi a tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********50000 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1602A**********122 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə dəfələrlə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olun araq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” 22.04.2016-cı il tarixli, ******* saylı akt əsasında 328,60 manat, 23.05.2016-cı il tarixli, 090669 saylı akt əsasında 59,50 manat, 08.06.2016-cı il tarixli, 090690 saylı akt əsasında 30,70 manat, 07.09.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 46.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 126,90 manat, 18.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 84,20 manat, 25.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 644,80 manat, 08.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 132,80 manat, 17.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 350.60 manat, 09.10.2017-ci il tarixli, ******* saylı a kt əsasında 430 manat, 17.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 960 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 233,20 manat, 19.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat, 22.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 28,80 manat, 22.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 20.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsas ında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat,,28.06.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu 11 tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə əvvəlki dövrlərlə birlikdə cavabdehin 01.02.2020-ci il tarixə cəmi borcu 7464,0 5 manat olmuşdur. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı İBnin iddia ərizəsində qeyd edilənlər tamamilə əsassızdır. Belə ki İddiaçı İB iddia ərizəsində bidirmişdir ki, guya o istifadəsinə verilmiş sayğacdan kənar özbaşına qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz xəttinə baxış keçirilərkən qaz xəttinə dəfələrlə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Bu barədə aktlar tərtib edilmişdir. Qeyd edir ki, qazdan qeyri-qanuni istifadəyə görə onun borcu yaranmamış, nə də ki, sayğaca müdaxilə edilməmiş, əlavə kənar xətt qoşulmamışdır. Qaz xətdən ümumiyyətlə qeyri-qanuni istifadə etməmişdir. Lakin İddiaçı İB qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmada n ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi ilkin iddia üzrə iddiaçı Azəriqaz” İB-nin üzərinə düşür. İddiaçı İB zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 aprel 2021-ci il tarixli 2(003)-290/2021 nömrəli qətnaməsi ilə (hakim Zaur Tağıyev) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə (22.04.2016-cı il tarixli, ******* saylı akt üzr ə itirilmiş qazın miqdarı 3286 m3 dəyəri) hesablanmış 328,60 manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi, qaşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 7135,45 manat borcun silinməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, 5 manat dövlət rüsumunun isə ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən qeyri-qanuni qaz xəttinə qoşulmuş və bunun nətcəsi olaraq, abonentə aktlar tərtib edilmiş nəticədə abonentə 7464,05 manat borc hesablanmışdır, lakin məhkəməyə təqdim edilmiş aktlar üzrə məhkəmə tədqi qi nəticəsində tərtib edilmiş aktlar üzrə hesablanmış borcun 3956,80 manat olduğu aşkar edilmişdir. Borc üzrə tələb olunan 3508,05 manata dair sübut aşkar edilməmişdir. Bundan əlavə ilk iddia tələbindən ilk iddia üzrə cavabdehdən 19.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat borcun tutulması tələb edilsə də, mülki işin materiallarında həmin akt aşkar edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş olan yerli baxış zamanı iddia ərizəsinə əlavə edilmiş şəkildə öz əksini tapmış qeyri-qanuni şəbəkəyə qoşulma olduğu iddia edilən ünvanın yerli baxış zamanı baxış keçirilən ünvanların eyni ünvan olduğu aşkar edilmişdir. Eyni zamanda baxış zamanı qeyri-qanuni xəttin ləğv edildiyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, işin fakitiki hallarında aşkar olunur ki, ilk iddia üz rə cavabdeh tərəfindən təbii qaza qeyri-qanuni olaraq qoşulması halı mövcud olmuşdur. Həmin hala sübut olaraq iddiaçı tərəfindən fotoşəkil iddia ərizəsinə əlavə edilmişdir. Lakin ilk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunmuş şəkil bütün aktlar üzrə istinad edilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi yalnız bir akta (hazırkı halda ilk tərtib edilən) münasibətdə əsaslı hesab edilməli və ilk iddia üzrə cavabdehdən 22.04.2016-cı il tarixli, ******* saylı akt üzrə (itirilmiş qazın miqdarı 3286 m3 dəyəri) 328,60 manat tutulmalıdır. İlk iddia üzrə iddiaçının tələb etmiş olduğu 23.05.2016-cı il tarixli, 090669 saylı akta, 08.06.2016-cı il tarixli, 090690 saylı akta, 07.09.2016-cı il tarixli, ***** ** saylı akta, 26.10.2016-cı il tarixli, ******* saylı akta, 18.11.2016-cı il tarixli, 0107252 saylı akta, 25.01.2017-ci il tarixli, ******* saylı akta, 08.02.2017-ci il tarixli, ******* saylı akta, 17.03.2017-ci il tarixli, ******* saylı akta, 11.10.2017-ci il tarixli, ******* saylı akta, 17.01.2018-ci il tarixli, 0135750 saylı akta, 22.02.2018ci il tarixli, ******* saylı akta, 22.05.2018-ci il tarixli, ******* saylı akta, 22.06.2018-ci il tarixli, ******* saylı akta, 23.07.2018-ci il tarixli, ******* saylı akta, 24.08.2018-ci il tarixli, ******* saylı akta, 31.10.2018-ci il tarixli, ******* saylı akta, 30.11.2018-ci il tarixli, ******* saylı akta, 28.12.2018-ci il tarixli, ******* saylı akta, 31.01.2019-cu il tarixli, ******* saylı akta, 28.02.2019-cu il tarixli, ******* saylı akta, 29.0 3.2019-cu il tarixli, ******* saylı akta, 30.04.2019-cu il tarixli, ******* saylı akta, 30.05.2019-cu il tarixli, ******* saylı akta, 28.06.2019-cu il tarixli, ******* saylı akta, 31.07.2019-cu il tarixli, ******* saylı akta, 30.08.2019-cu il tarixli, ******* saylı akta, 30.09.2019-cu il tarixli, ******* saylı akta, 30.10.2019-cu il tarixli, ******* saylı akta, 29.11.2019-cu il tarixli, ******* saylı akta, 30.12.2019-cu il tarixli, ******* saylı akta münasibətdə məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh tərəfindən fotoşəkillə sübuta yetirilə hal üzrə olan akt istisna olmaqla və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə gör ə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İlk iddia üzrə iddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də ilk iddia üzrə cavabdehdən tutula bilməz. Sübuta yetrilimiş olan hal isə yalnız ilk qoşulma kimi qəbul edilib qiymətləndiri lə bilər. Qarşılıqlı iddia üzrə iddiaçının əsassız olaraq hesablanmış 7464,05 manat məbləğində borcun silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitki hallarında və məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş edilmiş olan aktlar üzrə və həmin aktlar üzrə aparılmış olan hesabatlar üzrə borc 3956,80 manatdır. Məhkəməyə təqdim edilmiş fotoşəkil və aparılmış yerli baxış zamanı fotoşəkilin eyni ünvana aid olduğu əyani olaraq sübuta yetirilmişdir. Lakin qeyd edildiyi kimi, bu hal aşkar olunması ilə bağlı «X2»nın tələblərinə uyğun olaraq akt tərtib olunmaqla hesabat yalnız aşkar olunmuş vaxt üzrə aparılmalı və müvafiq akt tərtib edilməklə hesabat aparılmalıdır. Yerli baxış zamanı hazırkı dövr üzrə qeyri-qanuni xəttin ləğv edildiyi aşkar edilmişdir. Həmin halın mövcudlu ğu və ya davamlı olmasını sübutetmə yüklülüyü isə qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı bu hallara dair mötəbər sübutlar məhkəmə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 7135,45 manat borc silinməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndi ilə əsaslandırmışd ır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-8105/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(003)-290/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkil ilk akta aiddir, bütün aktlar üzrə həmin fotoşəkilə istinad oluna bilməz. Bu, düzgün mövqedir. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilməyib. Həmin aktlar isə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları İddiaçı İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasın a və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni 22.04.2016-cı il tarixli aktın tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin (328,60 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 7.135,45 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquq pozuntusu) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti dəfə hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin “Azərqaz” İB 5 il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaratmışdır. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdı r. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı İB (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”-nın 6.5-ci maddəsi Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin hallarından və iddia tələbindən də görünür ki, cavabdeh qaz xəttinə qoşulduğuna görə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə iddiaçı dəymiş ziyanı məhkəmə qaydasında cavabdehdən tələb etməkdədir. Belə ki, mülki işə əlavə edilmiş aktlardan və saldodan da göründüyü kimi cavabeh iddiaçıya iddia tələbinin həcmi qədər zərər vurmuşdur. Zərərin vurulması aklarla təsbit və təsdiq olunsa da, məhkəmə tərəfindən qeyri obyektiv qiymət verilmişdir. İddiaçı iddiasını təqdim edilmiş aktlarla və abonent saldosu ilə sübut etdiyi halda məhkəmə demək olar ki, sübutu nəzərə almamış və ya qətnamədə hər hansı münasibət bildirməmişdir. Cavabdeh tərəfindən aktlar tərtib olunan vaxt heç bir ödəniş olmamış bu da özlüyündə iddianın predmetini sübut etməyinə baxmayaraq məhkəmə bu ha lı nəzərə almamışdır. Bu da özlüyündə cavabdehin qeyri-qanuni qaz istifadə etməsini və ya təqsirini açıq aşkar sübut etməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Bununla yanaşı məhkəmə cavabdehin etiraf etmədiyi aktları və ya iddiaçıya dəymiş ziyan tam tədqiq etməmiş qətnamənin təmin olunmuş hissəsi cavabdehin etirafına söykənmişdir. Həmçinin məhkəmə mülki işə əlavə olunmuş aktlara münasibət bildirərkən, “iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir” qeyd etmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq, ekspertiza təyin edə və ya yerində müayinə edə bilərdi. Bununla İddiaçı İB-yə dəymiş ziyanı təmin edə bilərdi. b) Kasasiya şikayətinə qarşı etirazı n dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ba şa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində n əzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və on lara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edi lməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktlara və saldoya istinad etsə də, apelyasiya kollegiyası haqlı olaraq iddiaçının pozuntunun aşkar edildiyi zamandan keçən 5 il ərzində hərəktsizliyi ilə əlaqədar məsuliyyətin öz üzərində olmasını vurğulamışdır. İş materiallarından da aşkar olunur ki, həqiqətən də iddiaçı qaz xəttinə cavabdeh tərəfindən qanunsuz qoşulma faktı aşkar edilsə də, həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməmişdir. Bu hal isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə ziddir. Ona görə də zərərin həcm inin artması ilə bağlı iddiaçının öz davranışını da nəzərə almaqda apelyasiya kollegiyası düzgün hüquqi mövqeydə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı İB tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8105/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2036/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2036/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver