Məhkəmə qərarları › İş №2(102)-2038/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2038/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və İddiaçı ASC-nin tələb hüququ Qanuni nümayəndə QSC-nin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)164/2019 saylı qətnaməsindən iddiaçı Qanuni nümayəndə QSC kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(011)-1574/2014 saylı qətnaməsi ilə (sədrl ik edən, hakim R.H.Ataşova) İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun, faizlərin qaytarılması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 3.500 ABŞ dolları, hesablanmış faizlərə görə 2.250 ABŞ dolları, cəriməyə görə 200 ABŞ dolları, cəmi 5.950 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)164/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2014-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçı təşkilatın x eyrinə tutulmalı olan əsas borc, faiz və dəbbə borcunun məbləği hissəsində dəyişdirilərək, həmin hissədə tutulmalı olan əsas borc 874.91 manat və faiz borcu 208 ABŞ dolları, dəbbə pulu 80 dolları məbləğində müəyyən edilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 3.500 ABŞ dolları, faiz borcuna görə 2.250 ABŞ dolları, dəbbə puluna görə 500 ABŞ dolları, cəmi 6.250 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Qanuni nümayəndə QSC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-n in 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” QSC-nin vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas, faiz borcunun və ona hesablanmış dəbbə pulunun tutulması hissəsində dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, kredit borcunun düzgün hesablanmamasına, iddianı yuxarıda göstərilən məbləğdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 445.7, 462.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 5.000 ABŞ dolları kredit verilib. İddia ərizəsindən görünür ki, hazırda iddiaçı təşkilat cavabdehdən əsas borca görə 3.500 ABŞ dolları, faiz borcuna görə 2.250 ABŞ dolları, dəbbə puluna görə 500 ABŞ dolları, cəmi 6.250 ABŞ dolları iddia edir. Cavabdeh isə sözügedən kredit borcu üzrə müəyyən ödənişlər etsə də, sonradan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyini bildirir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin hə lli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, cavabdeh barəsində hesablanmış əsas borc kompensasiya edilib və əsas borcun müəbləği 874.91 manat müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, tərəflər əsas borca münasibətdə razılığa gəldiyindən hazırda faiz borcu və dəbbə pulu ilə bağlı hissədə araşdırma aparılması zəruridir. Hazırda iddiaçı təşkilat məhkəməyə müraciət edilən anadək ödənilməyən və hesablanmış faiz borcunu tələb edir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında kredit müqaviləsi 12 ay müddətinə bağlanılıb. Hazırki mülki iş icraatda olduğu müddətdə iki dəfə mühasibatlıq ekspertizası keçirilib. İkinci dəfə ekspert qarşısında qoyulan suallardan biri müqavilə müddəti ərzində cavabdehin faiz borcunun hesablanması ilə bağlı olub. Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə son icra müddətinə 208 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrini n bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehdən müqavilə müddətinə hesablanmış 208 ABŞ dolları faiz borcu tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın iddiaya etirazı ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillə rini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddianın faiz tələbinə aid hissədə qismən təmin olunması borclunun icranı gecikdirməsinə görə kreditora dəymiş zərərin mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tələb olunması hüququnu istisna etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı təşkilat hazırki iddia ərizəsində zərərin ödənilməsi tələbini irəli sürməyib, yalnız kredit müqaviləsindən irəli gələn pul vəsaitindən istifadə haqqını (kredit faizlərini), dəbbə pulunu, o cümlədən cəriməni və çəkilmiş xərcləri tələb edir. Bu mənada baxılan iş üzrə m əhkəmənin təşəbbüsü ilə dəymiş zərərin qanunla müəyyən edilmiş minimum məbləğinin tutulmasına hüquqi əsas yoxdur və bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, məhkəmənin təşəbbüsü ilə kreditin verilməsi tarixindən sonrakı dövrə görə Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən olunmuş illik beş faiz dərəcəsinin tutulması iddiaçı təşkilatın həmin maddəyə istinadla digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmək imkanından məhrum etmiş olardı. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu qənaətə gəlinməsi gələcəkdə iddiaçı təşkilata vurulmuş real zərərin və əldən çıxmış fayda qismində faizlərin tutulması üzrə iddia q aldırmaq hüququnu məhdudlaşdırmır. Öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı iddiaçı təşkilatın borcluya cərimə faizi hesablaması və eyni zamanda cərimə tələb etməsi əsassızdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi öhdəliyin pozulması əsası ilə iddiaçı təşkilatın cavabdehə əlavə faiz hesablamasının əsaslı olmasına dair etirazı ilə razılaşmır. Dəbbə pulu ilə bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetir məyə borclu deyil. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borcün məbləği böyük deyil. Əsas məbləğ cəmi 874.91 manat təşkil edir. Həmin məbləğə 200 ABŞ dolları cərimə hesablanması tənasüblüyü pozur. Hesablanmış cərimə demək olar əsas borcun 40 faizi qədərdir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, dəbbə pulunun (cərimənin) məbləğinin 80 ABŞ dolları (əsas məbləğin təqribən on faizi) müəyyən edilməsi daha ədalətli olmaqla hər iki tərəfin mənafeyinə uyğundur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə QSC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)-164/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar