Məhkəmə qərarları › İş №2(102)-2039/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2039/2021

29.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2039/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(107)-86/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 03 may 2017-ci il tarixli AN-İ ******* nömrəli, «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 04.09.2010-cu il tarixdə verilmiş **********26-06301 reyestr nömrəli, ********** qeydiyat nişanlı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 249 kv.m qeyri yaşayış binasını və 0.1 ha torpaq sahəsini ümumi dəyəri 35000 manat 00 qəpik qiymətinə İddiaçı Əhmədiyyə oğluna satmışdır. 23.05.2017-ci il tarixdə ünvan 1i ünvanda 249 kv.m ümumi sahəsi olan qeyri-yaşa yış binası və 0,10 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Əhmədiyyə oğlunun adına qeydiyyata alınmışdır. 16 noyabr 2015-ci il tarixdə Qəbələ rayonu, Mirzəbəyli Bələdiyyəsi ilə Reyhan Şıxəliyeva arasında bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə»nin surətindən görünür ki, həmin müqavilə ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün bələdiyyə tərəfindən on bir ay müddətinə R.Şıxəliyevanın icarəsinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(025)-617/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası iddia təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qar şı «mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış (ferma binasına) və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(025)-550/2019) iddia qismən təmin edilmiş, İddiaçı Əhmədiyyə oğlunun mülk iyyətində olan ünvan 2ində yerləşən 249 kv.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 03 may 2017-ci il tarixdə Cavabdeh 249 kv.m qeyri yaşayış binasını və 0.1 ha torpaq sahəsini ümumi dəyəri 35000 manat 00 qəpik qiymətinə İddiaçı Əhmədiyyə oğluna satmışdır. Daşınmaz əmlakın alqısatqı müqaviləsi tərəflərin könüllü iradəsinin ifadəsi olaraq notarial qaydada rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin və ferma binasının cavabdeh tərəfindən iddiaçıya satıldığı göstərilmiş, lakin müqavilədə yardımçı tikililərin satıldığına dair qeyd aparılmamışdır. Bundan sonra İddiaçı müraciəti əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 23.05.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» verilmişdir ki, həmin çıxarışla da onun adına ünvan 2i ünvanda 249 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası və 0.10 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ferma binasının və 0,10 torpaq sahəsinin alqı-satqısına dair aralarındakı razılaşma üzrə öhdəliklərin icrası ilə bağlı məsələni mübahisələndirərək əvvəllər məhkəmədə iddia qaldırsa da, iddia tələbi Qəbələ Rayon Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. O, hazırkı iş üzrə də ferma binasının iddiaçıya 70000 manata satıldığını qeyd etsə də, etirazının əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə fermada olan digər yardımçı vasitələr (çobanların yaşaması üçün nəzərdə tutulmuş ev, su çəni, anbar və s.) rəsmi olaraq (müqavilə üzrə) iddiaçıya satılmadığından, iddia tələbi digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmasının cavabdehə qadağan olunması his səsində əsassızdır və buna görə də təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-86/2020) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(025)-550/2019 saylı qətnaməsi qismən yəni, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan ünvan 2ində yerləşən 249 kv.m qeyriyaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul ed ilərək, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilmiş 17 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəydən görünür ki, Qəbələ rayonu keçmiş Xanlar təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində RX ********** saylı çıxarış ilə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən sözügedən 0.10 ha torpaq sahəsi hər tərəfdən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq ilə sahəsi ilə əhatələnmişdir və gediş-yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün Cavabdeh tərəfindən istifadə edilməsini müəyyənləşdirmək mümkün deyildir. Beləliklə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apel yasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-86/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə girişini mədudlaşdırmışdır. Onun ferması və mülkiyyətində olan torpaq sahəsi cavabdehin zəbt etdiyi yerin ortasında yerləşir. Zəbt olunmuş torpaq sahəsinin kənarlarında kanal qazılıb və meşə zolağıdır. Sahəsinə girmək üçün yalnız meşə zonasından yol açılması ilə mümkün ola bilər. Faktiki olaraq onun yolu cavabdehin zəbt etdiyi sahədən olmuşdur. O, Mirzəbəyli Bələdiyyəsinə müraciət edərək yol aç ılmasını xahiş etmiş, bələdiyyə isə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına müraciət edildiyini göstərmişdir. Məhkəmə ekspert qarşısında sualları düzgün qoymamış ekspert qarşısında cavabdeh tərəfindən iddiaçının əmlakından istifadəyə maneə törədilib törədilməməsi ilə bağlı sual qoyulmalı idi. Lakin məhkəmə iş üçün əhəmiyyətli sualları ekspert qarşısında qoymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü madd əsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hal lar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərba ycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, h üquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə ə sasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya baxışının hədləri Kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaç ı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsinin giriş çıxışın təmin olunması və cavabdeh tərəfindən bununla bağlı edilən maneələrin arad an qaldırılması ilə bağlıdır. İşin halları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi və torpaq sahəsini cavabdehdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Onun torpaq sahəsinin kənarında yerləşən torpaq sahəsindən isə cavabdeh istifadə edir. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası keçirilmiş, ekspert qarşısında qoyulmuş suallar isə: «… iddiaçının mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə iddia ərizəsində qeyd edilən hissədə gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu? Nəzərə tutulduğu halda, həmin yol cavabdeh tərəfindən zəbt edilmişdirmi? İddiaçının mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə iddia ərizəsində qeyd edilən hissədə olan yoldan başqa gediş gəliş yolu vardırmı?» ibarət olmuşdur. Məhkəmənin qərard adına əsasən mütəxəssis və ekspert rəyi alınmış və həmin rəylərlə – iddiaçının mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin plan-ölçü sənədlərində qeyd olunmuş koordinatlara əsasən sözügedən 0,10 ha torpaq sahəsi hər tərəfdən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əhatələnməsi və gediş-gəliş yolunun nəzərdə tutulmadığı, gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən istifadə edilməsinin müəyyənləşdirməyin mümkün olmaması, cavabdehin həmin ərazidə torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki sənədin təqdim olunmaması, torpaq sahəsinə dair başqa məlumatlar olmadığından tədqiqatın aparılmasının mümkün olmaması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə alınmış ekspert rəyinə əsaslanmaqla iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə cavabdeh tərəfindən istifadə edilməsinin sübut olunmamasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi yeganə sübut olaraq alınmış rəyə istinad edərək cavabdehin iddiaçının torpaq sahəsindən istifadə etmədiyini göstərməklə mübahisənin yaranmasına əsas olan digər halların araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmə tam araşdırmanın təmin edilməsi üçün iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinin ətrafında cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin ona hansı hüquqmüəyyənedici sənədlər əsasında məxsus olması, torpaq sahəsindən cavabdehin istifadəsinin qanuni əsaslarla həyata keçirilməsi müəyyən edilməli idi. Həmçinin qeyd olunmalıdır ki, keçirilmiş ekspertiza rəyləri ilə ekspert qarşısında qoyula n işin hallarına uyğun olmamaqla, işin düzün həll edilməsi üçün suallar düzgün formalaşdırılmamış, qoyulmuş suallara isə tam, ətraflı cavab verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessua l hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsindən cavabdeh tərəfindən istifadənin qanuni olub-olmaması (hər hansı hüquqmüəyyənedici sənədlərin olması müəyyən edilməklə), maneənin qanuni olub-olmaması, cavabdehin istifadəsində olan torpaq sahəsinin dövlət və ya bələdiyyə torpaq sahəsinə aid olması, bunların müəyyən olunmasında sonra isə həmin mülkiyyətçilərin formal deyil, qanuni əsaslara işə cəlb edilərək onların mübahisəyə münasibətinin öyrənilməsi təmin edilməli, mübahisənin düzgün həll olunması üçün mümkün olan suallar qoyulmaqla ekspertiza təyin olunması müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-86/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar