Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-204/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lazımi keyfiyyətə olmayan əşyanın verilməsi səbəbindən alğı-satqı müqaviləsinin icrasından imtina edilməsi, əşya üçün ödənilən pul məbləğinin qaytarılması, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2309/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh mebel satışı ilə məşğul olur. İddiaçı cavabdehdən mebel almış, malın bir hissəsini ödəmiş, lakin mebelin keyfiyyətsizliyinə görə iddiaçı mebeli qaytarmışdır. Cavabdeh qaytarılmış mebeli təhvil almasına baxmayaraq, iddiaçıdan mebelə görə aldığı pulu tam qaytarmamışdır. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1500 manat pulun, 3000 manat mənəvi zərərin, 747 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılm asını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq, cavabdehdən 1500 manat maddi ziyanın və 2000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.07.2019-cu il tarixində Goranboy rayonu Goran qəsəbəsində yerləşən “55” mebel mağazasından 5800 manat məbləğində yataq və qonaq otaqları üçün mebel dəstləri alınması barədə razılığa gəlmişlər. Şifahi razılaşmaya görə əvvəlcədən 800 manat beh ödəməli, qalan 5000 manatdan 2000 manatı əvvəlcədən, 3000 manatı isə mebel dəstlərini göstərilən ünvanda quraşdırılandan sonra ödəməli idi. Razılaşmaya uyğun olaraq 14.07.2019-cu il tarixdə 800 manat və 25.07.2019cu il tarixdə 2000 manat pulu mağazanın satıcısı Xəyalə adlı şəxsə ödəmişdir. Mebel dəstləri 31.10.2019-cu il tarixdə Goran qəsəbəsindən gətirilib mənzilində quraşdırılanda müəyyən olmuşdur ki, mebel dəstləri yararsız vəziyyətdədir. Bu barədə mağazanın işçisi Xəyalə xanıma məlumat verilmiş, mebel quraşdırılan mənzilə mağazanın nümayəndəsi göndərilmiş və nümayəndə də mebelin yararsızlığını etiraf etmişdir. Mebel dəstləri mağazaya qaytarılmış, cavabdeh ödənilən 2800 manatdan 02.11.2019-cu il tarixdə 1300 manat ödəmiş, qalan 1500 manatı 2019-cu ilin noyabr ayının axırına qədər ödəməsinə söz vermiş, lakin ödəməmişdir. Cavabdehin hərəkətləri onun əsəb və sarsıntılar keçirməyinə səbəb olmuşdur.
4. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş, iddia tələbinə yazılı etiraz və ya mülahizə təqdim etməmişdir.
5. Gəncə şəhəri, Nizami Rayon Məhəməsinin qiyabi qətnaməsi ilə (hakim Z.Hünmətov) id dia tələbi təmin edilərək, Cavabdeh 1500 manat maddi ziyan, 2000 manat mənəvi ziyan, cəmi 3500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. 6.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 14.07.2019-cu il tarixli qaimə-fakturadan görünür ki, İddiaçı ilə Cavabdeh arasında mebelin alğı-satqı müqaviləsi bağlanmış, İddiaçı 5800 manat məbləğində mebel dəstləri verilmiş, həmin məbləğdən 800 manat beh ödənilmiş, 2000 manat isə əvvəlcədən ödənilmişdir. Satıcı lazımi keyfiyyətdə olan malı alıcıya təqdim etməyərək onun istehlakçı kimi hüquqlarını pozmuşdur. Alıcı tərəfindən qəbul edilmiş mal sonraya satıcıya qaytarıldığından o həmin mala görə ödənilmiş pulun tam dəyərini geri almaq hüququna malikdir. Buna görə də məhkəmə 1500 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
7. Məhkəmə iddiaçının mənəvi ziyan tələbinə dair iddiası üzrə bildirmişdir ki, bir ata üçün illərlə gözlənilən əlamətdar günlərdən biri övladını ürəyincə evləndirmək və ona ürəyincə olan cehiz əşyalarının alınmasından ibarətdir. İddiaçı isə arzularından birini həyata keçirərkən cavabdehin keyfiyyətsiz mal verməsi nəticəsində iddiaçı bir qız atası kimi həm öz ailəüzvlərinin yanında, həm də yeni qohum olduğu şəxslərin yanında çıxılmaz vəziyyətə düşmüşdür. Bu hal onda mənəvi sarsıntıların yaranmasını istisna etmir. Ona görə də məhkəmə hesab etmişdir ki, mənəvi zərərə görə 2000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21, 385, 614.1, 614.3-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 9.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2309/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci inctansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh İddiaçı xeyrinə 2000 manat mənəvi ziyan tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla idd ia qismən təmin edilmiş, vurulmuş mənəvi ziyanın əvəzi olaraq Cavabdeh 500 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə hesab etmişdir ki, həqiqətən də iddiaçı mebellərin yararsız çıxması ilə bağlı mənəvi sarsıntı keçirmiş və mənəvi zərərə uğramışdır. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi zərər ödənilməsi barədə gəldiyi nəticə ilə razılaşsa da, mənəvi zərərə görə təmin olunmuş məbləği yüksək hesab etmiş və belə qənaətə gəlmişdir ki, qətnamə mənəvi zərərin 2000 manat ödənilməsinə aid hissədə dəyişdirilərək, çəkdiyi mənəvi sarsıntıya görə cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulmalı, iddia həmin hissədə qismən təmin olunmalıdır.
12. Məhkəmə kollegiyası borcun tutulması tələbinin təmin olunmasına aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, işin hallarından göründüyü kimi iddiaçının almış olduğu mebel lazımi keyfiyyətdə olmamış, ona görə tərəflər mebelin qaytarılması barədə razılığa gəlmiş, lakin cavabdeh həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, iddiaçının əvvəlcədən ödədiyi məbləğin bir hissəsini, yəni 1500 manat məbləğdə pulu qaytarmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, cavabdeh tərəfin təqdim etdiyi sübutlara düzgün qiymət verilməmişdir. Onların arasında yaranmış mübahisə cavabdehin deyil, iddiaçının günahı nəticəsində yaranmışdır. İddiaçı mebeli yararsız olduğuna görə deyil, gudası mebeli bəyənmədiyinə görə geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
17. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başq a əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyə n qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə
588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416 ).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kas sasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçı cavabehdən 5800 manat məbləğində mebel dəsti almış, həmin məbləğdən 2800 manat əvvəlcədən ödənilmişdir. Cav abdehin iddiaçıya satdığı mebel lazımi keyfiyyətdə olmamış və iddiaçı mebelləri cavabdehə qaytarmışdır. Cavabdeh mebellərə görə ona ödənilən 2800 manat puldan 2300 manatı iddiaçıya qaytarmış, 1500 manat pulu isə ödəməmişdir. İddiaçı cavabdehin keyfiyyətsiz mal verməsi nəticəsində evlənən qız atası kimi həm öz ailə üzvlərinin yanında, həm də yeni qohum olduğu şəxslərin yanında çıxılmaz vəziyyətə düşmüşdür. Bu hal onda mənəvi sarsıntıların yaranmasını istisna etmir.
26. Göründüyü kimi cavabdehdən 1500 manat pulun tutulmasına aid hissədə tərəflərin arasında yaranan mübahisə, alğı-satqı münasibətlərinə aid olub, satıcının lazımi kefiyyətdə olmayan əşyanın alıcıya verilməsi ilə bağlı yaranan mübahisədir və bu hissədə iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təş kil edir.
27. Həmin normanın tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
28. Bu normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərs ə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
29. İşə baxmış məhkəmələr işin hallarını bu dispozisiya şərtləri əsasında araşdırmış və iddianı həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşır.
30. İddianın mənəvi zərərin ödənilməsinə aid hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mənəvi zərərin miqdarını bu cür təhlil əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmışdır. Buna görə də kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri (malın qüsurlu olmaması, iddiaçının mebeli qüsurlu olmasına görə deyil, qudası bəyənmədi yinə görə geri qaytarması) məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2309/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.