Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2040/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(043)-1620/2018, hakim F.A.Mirabov) İddiaçı1 Sığo rta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddiası təmin edilmiş, cavabdehdən 2.643 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-2851/2018, hakimlər N.N.Quliyev, F.Ə.Mehtiyev, Ş.Q.Rzaquliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Kəpəz Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 2.643 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “ Mercedes Benz C180” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. Həmin avotomobili etibarnamə əsasında idarə edən Cavabdeh1 21 avqust 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində yolun 28 metr təhlükəsizlik səddinə 2.643 manat ziyan dəymişdir. 22 sentyabr 2015-ci il taruixdə İddiaçı1 Sığorta Şirkəti ASC tərəfindən “X3 və Reklam” MMC-yə 2.643 manat məbləğində vəsait ödənilmişdir. 22 fevral 2018-ci il tarixdəİddiaçı1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, onun hadisə yerindən yayınması barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələ lər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Sığorta şirkətihazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə verdiyi sığorta ödənişinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsi ilə subroqasiya hüququnun əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçının da istinad etdiyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələblərinə görə avtonəqliyyat vasi tələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh yolnəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki,baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçının üçüncü şəxslərə ödəmiş olduğu pul vəsaiti həcmində subroqasiya hüququ yaranmışdır və buna görə də həmin ödənişin cavabdehdən alınması barədə tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-2040/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2040/2019
16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver