Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2043/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iş üzrə QƏRARİ Açar söz: kredit borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “ kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilm əsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsinə əsasən tərəflər İddiaçı QSC-dən Cavabdeh1 120 ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit xətti açılması barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.3-cü bəndində əksini tapmış razılığa görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsi olan k redit razılaşması ilə müəyyən edilir.
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, kreditor tərəfindən Cavabdeh1 30 ay müddətinə qaytarmaq şərti ilə 43.000 ABŞ dolları məbləğdə pul verilməsi barədə tərəflər razılığa gəlmişlər.
3. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmaya əsasən kreditor tərəfindən Cavabdeh1 12 ay müddətinə qaytarmaq şərti ilə 3.000 ABŞ dolları məbləğdə pul verilməsi barədə tərəflər razılığa gəlmişlər. 4. xx.xx.2012-ci il tarixli 06S000007304 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı QSC ilə Cava bdeh1 arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 5. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5, Cavabdeh3, Cavabdeh9 İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar.
6. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında müqavilədən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə kreditin ödəniş planına dəyişikliklər ed ərək yeni ödəniş planı tərtib etmişlər. Həmin ödəniş planına görə cari balans 33643,78 ABŞ dolları müəyyən olunmuş, həmin borcun 06 aprel 2015-ci il tarixdən başlanmaqla, hər ay 916,93 ABŞ dolları ödənilməklə, 04 mart 2020-ci il tarixədək tam qaytarılması barədə tərəflər razılığa gəlmişlər.
7. İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006M**********59 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuşdur. İpoteka qoyulan evin dəyəri qarşılıqlı razılıq əsasında 49.410,90 manat məbləğ ində müəyyən olunmuşdur.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi üzrə 500.000 ABŞ dolları məbləğdə öhdəliyin təminatı olaraq Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə yerləşən 27A saylı evin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9. 04.08.2017-ci il tarixli Ç-398/2017 saylı "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin bazar dəyəri 65000 manat təşkil edir. 10. 15.01.2020-ci il tarixli 001-03/20 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin bazar dəyəri xx.xx.2019-cu il tarixə 74.000,00 manat təşkil edir.
11. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2(044)163/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh4 və Cavabdeh5 cavabdehlər Cavabdeh1, İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 14.067,29 ABŞ dolları cərimə olmaqla, cəmi 52.790,75 ABŞ dolları, 006KK**********01 saylı kredit razılaşması üzrə 2.929,20 ABŞ dolları əsas borc, 531,17 ABŞ dolları faiz borcu, 1.233,52 ABŞ dolları cərimə olmaqla, cəmi 4.693,89 ABŞ dolları, ümumilikdə 57.484,64 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pulun və 21 manat xidmət haqqının tutu lması, tələbin Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 27A saylı fərdi yaşayış evinə yönəldilməsin, həmin əmlakın açıq hərracdan satılması və 57.484,64 ABŞ dolları məbləğundə borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pulun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 müştərək qaydada tutulması, Gəncə şəhəri Nizami rayonu Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 m ülkiyyətində olan 27A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə 05 sentyabr 2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 30 ay müddətinə qaytarmaq şərtilə 43.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuş və həmin mülk bankın hesabına ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh1 xx.xx.2015-ci il tarixli 06R000017828s saylı razılaşma ilə, 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşması üzrə ödəniş planına dəyişiklik etmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında 24 noyabr 2014-cü il tarixdə imzalanmış 006KK**********01 saylı razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit ve rilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Bank tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər.
14. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 04 iyul 2014-cü il tarixli 06S000007304 saylı və İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 05 sentyabr 2012-ci il tarixli 06S000018366 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsini xahiş etdiklərindən və həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edildiyinə görə hazırkı iş üzrə icraat məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə d ayandırılmış, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qəbul edildikdən sonra iş üzrə icraat təzələnmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 28736 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materillarından göründüyü kimi Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, ödəniş qəbzləri: 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması: xx.xx.2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu, xx.xx.2017-ci il tarixə (iddia tarixinə) 38.363,23 ABŞ dolları (əsas borc 31.155,06 ABŞ dolları, faiz borcu 7.208,17 ABŞ dolları), 24 noyabr 2014-cü il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə hesabdan çıxarış olmadığından, bu müqavilə üzrə tədqiqat aparıla bilməmişdir.
16. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus olan əmlakın qiymətləndirilməsinə dair rəydə Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 65000 manat müəyyən edilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus olan əmlakın qiymətləndirilməsinə dair rəydə Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanı nda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 74000 manat müəyyən edilmişdir.
18. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)57/2018 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.728,46 ABŞ dolları məbləğdə pulun ödəniş vaxtına manatın məzənnəsi üzrə, 006KK**********01 saylı kredit razılaşması üzrə 2.929,20 ABŞ dolları əsas borc, 531.17 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 3.465,37 ABŞ dolları məbləğdə pulun ödəniş vaxtına manatın məzənnəsi ü zrə və ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 65.000 manat məbləğində qiymətləndirilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 42.193,83 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəl dilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hazırki vaxta deyil “İcra Haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırki vaxtda ki, mövcud olan təminatla məhdudlaşdlrlmış hesab edilməlidir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 27 A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində də təmin edilməməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 465, 470.1-ci, İcra Haqqında Qanunun 45-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə 30.955,79 ABŞ dolları əsas borc və 7.767,67 ABŞ dolları faiz borcunun tutulmasına aid hissədə əsassızdır, kredit müqaviləsində nəzərd ə tutulmuş müddəaya uyğun deyildir. Tələb olunan faiz məbləği süni olaraq şişirdilmişdir. Onun banka pul ödəmədiyi aylar üçün bu qədər faizin yaranması qeyrimümkündür. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilir ki, 24 noyabr 2014-cü il tarixli 006KK**********01 saylı kredit razılışması üzrə hesabdan çıxarış olmadığına görə bu müqavilə üzrə tədqiqat aparıla bilməmişdir. Göründüyü kimi, həmin rəydə qoyulmuş suallara tam cavab verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər. Bundan başqa, ipoteka predmeti olan evin satış qiymətinin 65.000 manat müəyyən olunması ilə razılaşmır. Çünki həmin ev yaxşı yerdə yerləşir, böyük evdir və qiyməti 150.0 00-170.000 manat həddindədir.
24. Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 04 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmamışdır, həmin müqavilənin bağlanmasında iştirak etməmişdir, familiyasının qarşısındakı imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak etmədiyinə görə münasibət bildirmək imkanında olmamışdır.
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) 2(104)19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin ed ilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57/2018 saylı qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.728,46 ABŞ dolları borcun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7208,17 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.168,96 ABŞ dolları borcun tutularaq qətnamənin icra edildiyi g ünə manata olan məzənnəsi ilə İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə 05 sentyabr 2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 30 ay müddətinə qaytarmaq şərtilə 43.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka q oyulmuş və həmin mülk bankın hesabına ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh1 xx.xx.2015-ci il tarixli 06R000017828s saylı razılaşma ilə, 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşması üzrə ödəniş planına dəyişiklik etmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında 24 noyabr 2014-cü il tarixdə imzalanmış 006KK**********01 saylı razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Bank tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehl ər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 onlarla bank arasında bağlanmış zaminlik müqaviləsini ayrıca icraat qaydasında mübahisələndirmiş, lakin onların iddia tələbi təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşsa da, lakin əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin edilməsi ilə razılaşmamış və hesab etmişdir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması: xx.xx.2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu, xx.xx.2017-ci il tarix ə (iddia tarixinə) 38.363,23 ABŞ dolları (əsas borc 31.155,06 ABŞ dolları, faiz borcu 7.208,17 ABŞ dolları) olduğu müəyyən edildiyindən, məhkəmə-mühasibatlıq eksperizasının rəyinə daha mötəbər sübutdur, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək qətnamə 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması üzrə yaranmış faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 7208 ABŞ dolları miqdarında müəyyən edilməlidir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cərimə (dəbbə pulu) öhdəliyin icra edilməsinin vasitələrindən biri kimi çıxış edir və məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən borcun geçikdirilməsinə görə 06R000017828 saylı kredit razılaşması üzrə 14.0 67,29 ABŞ dolları və 006KK**********01 saylı kredit razılaşması üzrə 1.233,52 ABŞ dolları miqdarında cərimənin ödənilməsini xahiş etmiş, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği 5 ABŞ dollarınadək azaltmışdır ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qətnamə ilə tutmanın ipoteka predmetinə yöldilməsinə dair hissəsi ilə də razılaşmışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiyməti və ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək bazar dəyəri 65000 manat, müəyyən edilmiş, cavabdeh tə rəf həmin qiyməti reallığa uyğun hesab etməyərək yenidən qiymətləndirilməsini xahiş etmiş və məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş qiymətləndirici tərəfindən həmin əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 65.000 manat həddində müəyyən edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə dair dəlili isə cavabdehin formal mülahizəsidir. Çünki məhkəmə kollegiyası tərəfindən də təkrar qiymətləndirmə təyin edilmiş, verilmiş rəylə hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 65.000 manat olduğu müəyyən edilmişdir. Cavabdehin özü isə məhkəməyə ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh4 şikayətində işdəki zaminlik müqaviləsini mübahisələndirmiş, eyni zamanda həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət etmiş, lakin onun iddia tələbi təmin edilməmiş, həmin qətnamə isə qanuni qüvvəsini almışdır. Bu səbəbdən də kollegiya Cavabdeh4 apellyasiya şikayətinin dəlili üzrə araşdırma aparılmasını zəruri saymır və hesab edir ki, onun apellyasiya şikayəti təmin edilməməlidir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 449.4, 472.1, 472.2, 475.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 (Vəkil Hümət oğlu) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsaslı və qanuni olması tələbi də məhkəmə kollegiyası tərəfindən pozulmuşdur. Nəticədə əsassız və qanunsuz məhkəmə qətnaməsi çıxarılmaqla qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən mülkü ən aşağı qiymətlə hərraca çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab etmişdir. Bundan başqa iş materiallaırnda kredit müqaviləsi üzrə zaminlər cavabdeh kimi işə cəlb edilsələr də faktiki olaraq məhkəmənin qətnaməsi ilə zaminlərə aid hissədə onların üzərinə heç bir öhdəlik qoyulmadan mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş əmlak hərraca çıxarılmışdır. Belə olan halda kredit müqaviləsi üzrə yerinə yetirilmiş “Zaminlik” müqavilələrinin əhəmiyyəti nədən ibarətdir? Zaminlər mənimlə bərabər məsuliyyət daşıdığı halda onların üzərinə heç bir maddi məsuliyyət qoyulmayacaqdırsa onda bu zaminlik müqaviləsinə nə ehtiyac var idi? Bu şəxslər nə üçün məhkəməyə dəvət edilmiş və cavabdeh olaraq işə cəlb edilmişlər? İş materiallarından görünür ki, zaminlərlə bağlı hazırkıiddia tələbinədək heç bir prosedurlar həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Bank kassasiya şikayətinə qarşı etiraz təqdim edə rək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilmə məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi ü çün qanuni əsas ola bilməz.
54. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(104)-19/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.