Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2043/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, borcun qaytarılması, sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Cavabdeh Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2025-ci il tarixli 2(103)-672/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 8 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixdə iddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən, borc verən borc alana 400000 manat məbləğində borc vermiş, borcalan isə borcu xx.xx.2024-cü il tarixidək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin ikinci bəndinə əsasən, borc verən borc alana 400000 manat məbləğində borcu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc vermişdir. 2. "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi və iş üzrə cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqaviləyə əsasən, “Şirkət” Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni 1-ci Bloklu yaşayış binasında, qeyri-yaşayış mərtəbəsinin 1 mərtəbəsində yerləşən, 80 kv metrdən ibarət obyekti bir pay kimi bu müqavilənin 1.2-ci bəndində göstərilmiş şərtlərə uyğun olaraq ay”ıçyaP“ verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışdırlar ki, bu müqavilə ”içsisəT“ ilə ”ıçyaP“ arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi çıxış edir və ”içsisəT“ xx.xx.2023-cü il tarixdə bağlanılmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə müqavilə predmeti olan daşınmaz əmlak tam olaraq ”təkriŞ“ tərəfindən nın”ıçyaP“ mülkiyyətinə verilir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq yerinə yetirildikdən sonra ”ıçyaP“ bu müqav ilə üzrə ona verilməsi nəzərdə tutulmuş həmin Müqavilənin 1.1-ci maddəsində göstərilən obyektdən imtina edir. Həmçinin qeyri-yaşayış binasının ümumi dəyəri xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsinin dəyərinə bərabər olmaqla 400000 manat təşkil etmişdir. 3. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, tərəflər arasında bağlanılmış M-91 saylı müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsisçi tərəfindən öhdəliklər kredit müqaviləsində razılaşdırılmış qaydada tam olaraq yerinə yetirilmədiyi təqdirdə o, qeyriyaşayış sahəsinin dəyərini tam olaraq ödəmiş və şirkət qarşısında heç bir öhdəliyini qalmamış hesab edilmişdir.
4. İddiaçının cavabdehə xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizənin surəti nə görə, sonuncudan 441200 manat məbləğində borc vəsaitini 3 gün ərzində ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400000 manat məbləğində borc, gecikdirilmiş ödənişə görə 44000 manat olan dəbbə pulu və 7250 manat pul gecikmə faizi və 742 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən, müqavilənin predmetini iddiaçının cavabdehə 400000 manat məbləğində vəsaiti borc verməsi təşkil edir. Müqaviləyə əsasən 400000 manat məbləğində vəsait müqavilə bağlandıqdan sonra notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə borca verilmişdir. Borc alan isə borcunu müqavilədə qeyd olunan vaxt ərzində (xx.xx.2024) heç bir faiz əlavəsi olmadan borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə borc ödənişinin icra müddəti keçməsinə baxmayaraq, ümumilikdə 441200 manat borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Yuxarıda qeyd olunmuş borc məbləğinin 400000 manatı müqavilənin birinci bəndinə əsasən borc kimi verilən məbləğ, geridə qalan 44000 manat isə müqavilənin 3-cü bəndinə əsasən yaranan dəbbə pulundan ibarət olmuşdur. Dəbbə pulu borc alan və borc verən arasında bağlanılan müqavilə nin 3cü bəndinə əsasən borc alan borcunu qaytarmazsa, gecikdirilən hər gün üçün məbləğin 0.1 faizindən ibarət olmuşdur. Mövcud borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi olaraq xəbərdarlıq edilmiş, lakin cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Müqavilənin 10-cu maddəsinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş vaxt ərzində borcunu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 11 ay ərzində ona məxsus pulu özündə saxladığı üçün gecikdirilmiş ödənişə görə cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq 7250 manat (400000/100x7,25/12x3=7250) pul gecikmə faizi kimi tutularaq iddiaçıya ödənilməlidir.
7. Cavabdeh məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək göstərmişdir ki, iddia çı iddia ərizəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə istinad etmişdir. İlk öncə onu qeyd etmişdir ki, tərəflər arasında borcun yaranma mənbəyi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsi olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, cənub- qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsini ümumilikdə 800000 manata razılaşaraq almışlar. Alğı-satqı zamanı müqaviləyə 400000 manat qeyd edilməklə ödəniş edilmiş və qalan 400000 manata dair isə aralarında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, borcun təminatı olaraq da "xxxx" MTK-nın sədri və təsisçisi (hazırki iş üzrə cavabdeh) arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı öhdəliklər barəsində M-91 saylı müqavilə bağlanmışdır. Göründüyü kimi hazırkı iddia ərizəsi əsassız olaraq qaldırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı öhdəliklər barəsində M-91 saylı müqavilə bilavasitə hazırkı iddianın predmeti olan borc müqaviləsinin təminatı olaraq bağlandığı təqdirdə, iddiaçı əsassız olaraq cavabdehdən əlavə olaraq 400000 manat pul tələb etmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin başqa əqdi pərdələmək niyyəti ilə bağlanması yuxarıda qeyd edilən müqavilə ilə təsdiqini tapır. Lakin iddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatı olan müqaviləni məhkəmədən gizlətmişdir. O da Məhkəmənin diqqətinə çatdırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsi nin etibarsız hesab edilməsi tələbi ilə cavabdeh tərəfindən iddiaçıya qarşı iddia ilə məhkəməyə müraciət ediləcəkdir. Çünki iddiaçı tərəfindən onlara satılmış torpaq sahəsi elektron baza sisteminə əsasən onların yox, təhsil idarəsinin balansında olan torpaq sahəsi kimi qeyd edilmişdir. Yəni iddiaçı tərəfindən onlara satılan torpaq sahəsi iddiaçı tərəfindən tam təhvil verilməmiş və mülkiyyətlərində olsa da, sahiblik və istifadələrinə verilməmişdir. Hər iki müqavilə də xx.xx.2023-cü il tarixli müqavilənin təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, iddianın əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli e2(001)-4775/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilmişdir. (hakim F.Hətəmzadə)
9. Məhkəmənin mövq eyi ondan ibarət olmuşdur ki, hazırkı işdə iddiaçının iddia tələbinin əsasını cavabdehlə xx.xx.2023-cü il tarixində notariat qaydada bağlanmış olan borc müqaviləsi təşkil edir. İddiaçı iddia etmişdir ki, o, məhz həmin müqavilə əsasında cavabdehə 400000 manat məbləğində borc vermiş, lakin cavabdeh həmin borcunu ödəmədiyindən onun yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli notarial borc müqaviləsinin 2-ci bəndində 400000 manat borc məbləğinin notariusun bankda açılan depozit hesabı vasitəsilə borc alana verilməsi nəzərdə tutulmuşdur. Bununla belə iddiaçı 400000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə borc kimi verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bununla bağlı süb utetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1 və 216-220-ci maddələrinə və Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onunla cavabdeh arasında bağlanan borc müqaviləsinin predmeti olan 400000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə təqdim etm iş və buna görə də notarius sözügedən müqaviləni təsdiq etmişdir. Başqa sözlə, sözügedən borc müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra etdiyi üçün notarius bu müqaviləni təsdiq etmiş, buna görə də iddiaçının öz öhdəliyini icra etdiyini təsdiq edən əlavə sübut təqdim etməsini şərtləndirən heç bir hal olmamışdır. Belə ki, cavabeh borc müqaviləsi ilə nəzərdə tutulmuş pulun depozitə qoyulmamasını təsdiq edən bir sübut və ya halı məhkəməyə təqdim etməmiş, məhkəmə də müqavilənin konsensual olduğundan şübhələndiyi halda notariat kontorundan bu barədə heç bir sübut tələb etməmişdir. Qeyd edilənlər bir daha təsdiq edir ki, işə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanuna və sübutlara əsaslanmamışdır. Göründüyü kimi cavabdeh iddia edir ki, hazırkı mübahisənin predmetini təşkil edən borc müqaviləsi formal xarakterlidir, yəni faktiki olaraq tərəflər arasında 400000 manata dair borc münasibətləri olmamış və iddiaçı ona qeyd edilən məbləği ödəməmişdir. Lakin cavabdeh bu günə qədər nə sözügedən borc müqaviləsinin, nə də etirazda qeyd etdiyi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmamış və buna dair işə baxan məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı sözügedən borc müqaviləsini məhkəməyə təqdim etmişdir ki, şərh edildiyi kimi Notariat haqqında Qanunun və notariat hərəkətlərinin aparılmasına dair Təlimatın tələbləri baxımından notariusun müqaviləni təsdiq etməsi sözügedən borc məbləğinin notariusun depozit hesabına ödənilməklə cavabdehə verildiyini təsdiq edir. Digər tərəfdən, əgər məhkəmə tərəfindən sözügedən müqavilə əsasın da işə baxmağın mümkün olmadığı və əlavə sübutlar təqdim edilməli olduğu hesab edilirsə, bu halda istinad edilən prosessual hüquq normasının tələbinə uyğun olaraq iddiaçıya əlavə sübut təqdim etməli olduğu təklif edilməli idi.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, 13 noyabr 2023-cü il tarixli qəbz təsdiq edir ki, məbləğ iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabına köçürülmüşdür. Həmin qəbz isə iş materiallarına əlavə edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2025-cü il tarixli 2(103)-672/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-4775/2024 nömrəli q ətnaməsi ləğv olunaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400000 manat məbləğində əsas borc və 4000 manat məbləğində dəbbə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov)
15. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman xx.xx.2023-cü il tarixdə iddiaçı (borc verən) ilə cavabdeh(borc alan) arasında notarial qaydada bağlanmış və Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu İmanlı Elgün Akif oğlu tərəfindən təsdiqlənmiş borc müqaviləsi üzrə (xx.xx.2023-cü il tarixli, 3054 nömrəli qəbz) "xxxx" ASCnin X1 depozit qismində qoyulmuş 400000 manat məbləğində pul vəsaitinin kim tərəfindən çıxarılması ilə bağlı məlumatların götürülməsi il ə bağlı "xxxx" ASC-yə sorğu göndərilmişdir.
16. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 14 fevral 2025-ci il tarixli, 72 nömrəli məktubuna əlavə edilmiş qəbzə əsasən 400000 manat məbləğində pul vəsaiti 32 saylı notariat ofisinin notariusu İmanlı Elgün Akif oğlunun həyata keçirdiyi əməliyyat üzrə cavabdehə ödənilmişdir. Qəbzdə göstərilən məbləğin alınması ilə bağlı pul alan şəxs tərəfindən imza edilmişdir. Pul alanın şəxsiyyətini təsdiq edən qeydlər hissəsində alan şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA******* olaraq qeyd edilmişdir ki, bu da cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə eynilik təşkil etmişdir.
17. Bundan başqa, **********944 nömrəli kassa məxaric orderindən məlum olmuşdur ki, 400000 manat məbləğində pul vəsaiti BR-378277 saylı qəbz üzrə cavabdehə ödənilmişdir.
18. Bununla bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, borc müqaviləsinin predmeti olan pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmiş, həmin vəsaitin cavabdeh tərəfindən götürüldüyü təsdiq edilmiş, cavabdehin pul vəsaiti üzərində sərəncam vermək və eyni zamanda müqavilə üzrə müəyyən edilmiş müddətdə - xx.xx.2024-cü il tarixinədək borc məbləğinin qaytarılması öhdəliyi yaranmışdır.
19. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və 400000 manat məbləğində borcun cavabdehdən tutulması ilə bağlı iddia tələbi təmin edilməlidir.
20. İddiaçının gecikdirilmiş ödənişə görə 44000 manat olan dəbbə pulunun tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 13 noyabr 2023-cü il tarixli borc müqaviləsinin 4-cü bəndində tərəflərin razılığına ə sasən “Borc alan” bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş müddətdə “Borc verən”ə borclu olduğu məbləği qaytarmazsa, gecikdirilən hər gün üçün borc məbləğinin 0,1 məbləğində dəbbə pulu ödəyəcəkdir. Həmçinin müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, tərəflər borcun faizsiz verilməsini şərtləndirirlər.
21. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması isə istisna edilir. Həmçinin xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 4000 manat məbləğində dəbbə pulunun tutulması işin halları baxımından daha ağlabatan və ədalətlidir.
22. Bununla y anaşı, məhkəmə tərəfindən hesab edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona məxsus pul vəsaitindən faydalanmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.
23. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri saymış və belə qənaətə gəlmiş ki, iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 694 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 347 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443,448, 449, 466, 467 və 739-cu, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 217.2, 372.1, 372.6 və 384-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə təqdim edi lmiş sübutlar, işdə iştirak edən şəxslərin izahatları əlaqəli şəkildə şərh etməklə dərindən nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, məhkəmə müdafiəsi hüququnu pozaraq ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. İşə baxan məhkəmə işin tam və obyektiv araşdırılması üçün cavabdeh tərəfindən birinci instansiya məhkəməsində verilmiş etiraz və izahatlarına nəzər yetirməli idi.
27. Bundan başqa, iddiaçı tərəfindən borc müqaviləsinin təminatı olan müqavilənin imtinası ilə bağlı hər-hansı bir yazılı imtina, yəni ləğv edilməsi təşəbbüsü göstərilməmişdir. Yalnız nümayəndənin yalançı və heç bir əsası olmayan ifadəsi olmuşdur. İddiaçının nümayəndəsi isə sözlə qeyri-yaşayış sahəsini istəmədiyini bildirərək təkrarən məhkəməni aldatmış və məhkəmə də onun sözünü əsas tutaraq iddianı əsaslı saymaqla iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya nəzərdə tutlmuş qeyri-yaşayış sahəsinə görə müqavilə və maliyyə arayışı təqdim edilmişdir. Belə olan halda cavabdeh borcun təminatı olaraq öhdəliyini icra etmiş sayılmışdır. Lakin Məhkəmə bu halı nəzərə almayaraq ləğv edilmiş borc müqaviləsini qüvvədə olması qənaətinə gəlməklə kobud pozuntuya yol vermişdir.
28. Həmçinin qeyd edilmişdir ki, qərar qəbul edilərkən mülki prosessual qanunvericiliyin bir sıra müddəaları pozulmuş, iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparılmamış, ədalətli məhkəmə araşdırılması təmin edilməmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və ə sas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
32. Maddə. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
33. Maddə 191.1. İddiaçının iddiadan imtina et məsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
34. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu bar ədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
35. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
36. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
37. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəll ənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı işdə iddiaçı iddiadan imtina etdiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi.
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir.
41. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı 400000 manat məbləğində borc, gecikdirilmiş ödənişə görə 44000 manat olan dəbbə pulu, 7250 manat gecikmə faizi və 742 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixlə qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2025-cü il tarixli 2(103)-672/2025 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul olunmuş, cavabdehdən 4 00000 manat məbləğində əsas borc və 4000 manat məbləğində dəbbə borcunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
42. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verməmiş, Cavabdeh qətnamənin iddianın təmin olunması hissəsindən kassasiya şikayəti vermişdir. 43. 3 iyul 2025-ci il tarixdə Elektron məhkəmə sistemi vasitəsilə Elektron məhkəmə sistemi vasitəsilə, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən elektron qaydada imzalanmış ərizə daxil olmuş, həmin ərizədə göstərilmişdir ki, iş üzrə tərəflər barışıq əldə etmiş, mübahisəni öz aralarında sülh yolu ilə əldə etmişdir. Ona görə iddiaçı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir.
44. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddia çının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, buna səbəb barışıq əldə olunması və tərəflərin mübahisəni öz aralarında sülh yolu həll etmələri olmuşdur. Bu hal cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən elektron qaydada imzalanmaqla Elektron məhkəmə sistemi vasitəsilə 05 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə də öz təsdiqini tapır. İşdə olan etibarnamələrə görə hər iki tərəfindən nümayəndəsi səlahiyyətlidir.
45. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2015-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-672/2025 nömrəli iş üzrə 20 fevral 2025-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.