Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2044/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apxxxxlyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-7665/2019 saylı qətnaməsindən iddiaçı “N” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş № 2(004)-5130/2017) ilkin iddia qismən təmin edilərək, 1.033.944,00 ABŞ dollar ı əsas borc, 111.636,85 ABŞ dolları faiz borcu, 38.045,50 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları, 60 manat məhkəmə xərcinin Cavabdeh3 Kiçik Müəssisəsindən tutularaq iddiaçı “N” ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, ekspertiza tədqiqatının aparılmasına görə 590 manat məbləğində pul vəsaitinin Cavabdeh3ndən tutularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, X11 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı, sahəsi 254 kv.metr olan 3424A nömrəli bağ evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat məbləğində müəyyən edilməsi, Cavabd eh1 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.456,21 ABŞ dolları və onun daşınması və məhv edilməsi ilə bağlı xərclərə görə 13.500 manat məbləğində pul vəsaitinin “N” ASC-dən tutularaq Cavabdeh3nə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunmuşdur. Bakı Apxxxxlyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva, iş № 2(103)3279/2018) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxxxyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Mə hkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilkin iddianın –“Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair” təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Sumqayıt Şəhəri, X11 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 254 kv metr olan 3424A nömrəli bağ evinə (bağ evinin tərkibinə daxil olan sahəsi 213,7 kv.metrdən ibarət həyətyanı tikili və qurğu, qaraj, h/tualet, gözətçi otağı, hovuz, yay mətbəxi, darvaza, hasar) tutma yönəldi kdən və satıldıqdan ən geci 1 ay ərzində həmin sahədən Cavabdeh2 çıxarılmaqla, bağ evinin boşaldılması qət edilmişdir. Qətnamə ilkin iddia ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilməmiş, Cavabdeh3 apxxxxyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)1617/2019) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin və Cavabdeh3 kasasiya şikayətləri qismən təmin olunaraq Bakı Apxxxxlyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apxxxxyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar baxan Bakı Apxxxxyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Bankın apxxxxyasiya şikayəti rədd edilmiş, Kiçik Müəssisənin apxxxxyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh3ndən “N” ASC-nin xeyrinə tutulmalı olan əsas borc 999.353,45 ABŞ dolları, faiz borcu 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bankla Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli “xxxx” əsasında Bank tərəfindən Kiçik Müəssisəyə xx xxxxxx 2023-cü il tarixədək 5.000.00 0 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən müəssisəyə 36 ay müddətinə illik istifadə dərəcəsi 13 faiz olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasında problem yarandığı üçün “Bərpa olunan kredit xətti müqaviləsinə” xx xxx 2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən müqavilənin müddəti 77 aya kimi uzadılmışdır. Kreditin ödənilməsi yenidən lazımınca təmin olunmadığından 02 saylı Razılaşmaya əsasən xx xxxx 2016-cı il tarixədək mövcud olan borc kapitallaşdırılaraq 1.033,944 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin müddəti 50 ay, faiz dərəcəsi 13 faiz müəyyən olunmuşdur. xxxx üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus X11 yerləşən bağ sahəsi və 5 otaqlı bağ evi ipoteka ilə yüklü edilmişdir. xx xxx 2015-ci il tarixdə tərəflər arasında “Dövriyyədəki malların girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3nə məxsus 500.000 manat dəyərində 1.322 ton buğda məhsulu borclunun öhdəliklərinin təminatı kimi girov qoyulmuşdur. Girov qoyulmuş buğda məhsulu “Girov qoyan”da saxlanılmış və onun salamatlılığın təmin edilməsi üçün müqavilədə girov qoyanın vəzifələri müəyyən olunmuşdur. 2017-ci ilin may ayında iddiaçı “N” ASC cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “N” ASC ilə Cavabdeh3 arasında bağlanmış 100526-1-10102/1/1 saylı xx.xx.2016- cı il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə banka borclu olduğu 1.033.944,00 ABŞ dolları məbləğində əsas borc, 111.636,85 ABŞ dolları məbləğində faiz borcu, 38.045,50 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh3ndən, Cavabdeh1 və Cavabdeh2 “N” ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 310.000 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X11, ölçüsü 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəb əli, 5 otaqlı, 254,0 kv.m ümumi sahədən ibarət 3424A nömrəli bağ evinə yönəldilməsinə, evin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin “N” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “xxxx” əsasında Bank Kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bank ilə Cavabde h3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh3nə illik 13 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit vəsaitindən istifadə etsə də, “Bərpa olunan kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Cavabdehlə borcunu ödəməsi ilə bağlı şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə Bank arasında bağlanmış 100526-110102/1 saylı, “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən kredit müddətinin vaxtı 77 ayadək uzadılmışdır. Lakin borclu yenidən “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Cavabdehlə borcunu ödəməsi ilə bağlı şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması və mövcud borcun kapitallaşdırılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə bank arasında bağlanmış 100526-1-10102/1 saylı, “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 02 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh3 X6 xx.xx.2016-cı il tarixinə olan mövcud borcu kapitallaşdırılaraq 1.033.944 ABŞ dolları məbləğində müəyyən edilərək, 5 0 ay müddətində xx.xx.2020-ci il tarixinədək qaytarmağı və illik 13 % faiz ödəməsi barədə razılığa gəlinmişdir. Bank tərəfindən verilmiş və xxxxna əsasən veriləcək kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, X11 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254.0 kv.m ümumi sahədən ibarət 3424A nömrəli bağ evi xx.xx.2013-cü il tarixli 119991-NEDVİJ-2130 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda xxxx üzrə Cavabdeh3 ödhəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixli “Zaminlik Müqavilə”si əsasında Cavabdeh3 X5rşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Lakin borclu Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2016-cı il tarixdən icra etməmişdir. Cavabdeh3 iddiaçı “N” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan Cavabdeh3 xeyrinə əldən çıxmış fayda qismində 1322 ton buğdanın saxlanılmasına görə 57.120 manat, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.942,67 ABŞ dolları və onun saxlanılması, ekspertizası, daşınması və məhv edilməsinə görə 17.254 manat, cəmi 1.601.847,67 ABŞ dolları və 74.374 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə “N” ASC arasında xx xxxxxx 2013-cü il tarixli, 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən “N” ASC tərəfindən Cavabdeh3nə illik faiz dərəcəsi 13% olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə bağlanılarkən milli valyutanın məzənnəsi 0,785 AZN 1 ABŞ dollarına bərabər idi və bu məzənnə uzun müddət sabit şəkildə davam edirdi. Kredit alınmadan öncə dəfələrlə “N” ASC-nin məsul şəxsləri ilə Cavabdeh3 nümayəndəsi arasında kredit müqaviləsinin şərtləri (ipoteka ilə yüklü ediləcək əmlakın dəyəri, illik faiz dərəcəsi, kredit məbləği və valyuta növü) müzakirə olunarkən götürüləcək kreditin manatla verilməsi müəssisə tərəfindən təklif olunsa da, Bank rəsmilərinin təkidi (bankda yetərli qədər manat olmam ası və dollar kreditinin daha sərfəli olduğunu söyləməsi səbəbindən) ilə onlar ABŞ dolları ilə kredit götürməli olmuşlar. Müəssisə qeyd edilən müqaviləni bağlayarkən əsas götürdüyü şərait gözlənilmədən 11 ay müddətində əhəmiyyətli dərəcədə dəyişmişdir. (Azərbaycan manatı xx xxxxxx 2015-ci il tarixdə 34%, xx xxxxxx 2015-ci il tarixində isə 48% dəyər itirdi). On bir ay ərzində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100% dəyər itirməsi həmin müqavilə üzrə öhdəliklərin icrasını qeyri-mümkün etmişdir. Məlum olduğu kimi, müəssisənin çalışdığı un istehsalı və çörək bişirmə sənayesi sahəsi rentabxxxxli deyil, çünki bu sahə strateji sahədir və dövlət bu sahəyə ciddi nəzarət etdiyindən çox gəlir əldə etmək, müəssisənin gəlirlərini özü tənzimləmək iqtidarında deyil. Dəfələrlə bankla aralarında olan müqaviləyə dəyişikliklər olunması barədə müraciətlər olunmuş, kredit üzrə qalıq məbləğin manata çevrilməsi barədə razılığa gəlmişlər, lakin bu günədək aralarında olan şifahi razılaşma bankın səhlənkarlığı nəticəsində rəsmiləşdirilməmişdir. Müəssisənin əsas vəsaiti olmadığından, bank aralarında olan kredit müqaviləsinin təyinatı üzrə ayrılmış kredit hesabına 2014-cü ildə idxal edilmiş buğda məhsulunu (xammal) girov götürməyi tələb etdi, bildirdilər ki, dövriyyə mallarının girov müqaviləsi 3-4 aydan sonra ləğv ediləcək. Təbii ki, ABŞ dollarını manata çevirmək üçün və müvəqqəti olduğunu nəzərə alaraq müəssisə dövriyyə mallarının girov götürülməsi barədə müqavilənin bağlanmasına razılıq verdi, lakin dəfələrlə müəssisə tərəfindən bildirildi ki, buğda kənd təsərrüfatı məhsuludur, xammaldır, onu uzun müddət girov saxlamaq olmaz və həmin girov müqaviləsinin uzun müddətli olması müəssisənin fəaliyyətini məhdudlaşdırır. Həmin müqaviləyə əsasən bankın ayırdığı kredit hesabına alınan 1322,78 ton buğda məhsulu – dövriyyə mallarının girov predmeti olaraq xx xxx 2015-ci il tarixli 303305 saylı “Dövriyyədəki malların girov müqaviləsi” ilə Bankın xeyrinə girov götürdü. Müqavilənin bağlanmasından 3 ay keçdikdən sonra dolların manatla əvəzlənməsi bank tərəfindən icra olunmadı, müxtəlif bəhanələrlə və aldatmalarla müəssisədəki vəziyyəti daha da ağırlaşdırdılar. Bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında X2 Xidməti tərəfindən anbarda saxlanan, girovda olan buğda fumiqrasiya olundu və bununla bağlı xərclər çəkildi, yəni girova götürülmüş buğda məhsulunun saxlanılması üç ün lazımi tədbirlər görüldü. Girovda olan buğdanı uzun müddət saxlamaq təhlükəli olduğundan müqavilə şərtlərinə uyğun olaraq, banka yerində monitorinq keçirərək, saxlanılan buğda məhlulu ilə bağlı müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi barədə rəsmi məktub göndərildi. Girovda saxlanılan buğdanın keyfiyyət göstəricilərini yoxlamaq üçün mütəmadi olaraq müəssisənin laboratoriyası tərəfindən müvafiq yoxlamalar aparılırdı. Həmin buğda 2014-cü ildə alındığından və Nazirlər Kabinetinin qərarına əsasən saxlama müddəti 8 ay olduğundan bununla bağlı banka dəfələrlə məktub göndərilmişdir, lakin bank heç bir cavab verməmiş və bununla bağlı ümumiyyətlə münasibət bildirməmişdir. Bankın müxtəlif məsul şəxsləri ilə txxxxefon əlaqələri saxlanılmış, lakin, “boş şeydir, narahat olmayın, onsuz da Bank pis vəziyyətdədir” deməklə kifayətlənmişlər. Bank girovda saxlanılan buğda ilə bağlı sərəncam vermək üçün bir dəfə də olsun monitorinq keçirmədi. Nəhayət, 2017-ci ilin may ayında laboratoriya analiz edərkən məlum oldu ki, buğda keyfiyyətsiz hala düşmüşdür. Buğdanın girovda olduğu 2 il müddətində Banka 3 dəfə buğdanın vəziyyəti barədə monitorinq keçirmək üçün müraciət etmişlər. Onların məktublarına bank məsuliyyətsiz yanaşaraq, nəinki nümayəndə göndərdi, heç müraciətlərinə cavab da vermədi. Müqavilədən irəli gələn məsuliyyəti dərk edərək buğdanın keyfiyyətinin yoxlanılması üçün İngiltərədə yerləşən dünyada on nüfuzlu keyfiyyət nəzarəti təşkilatı olan “N” təşkilatına və onun Azərbaycandakı nümayəndəliyi “X9” MMC-yə müraciət etmişlər. Onlarla müqavilə bağlamışlar və ödəmə aparmışlar. M MC-nin nümayəndələri və laboratoriya işçiləri anbardakı girov götürülmüş buğdadan nümunə götürərək analiz etdilər və girov götürülmüş buğdaya ekspertiza sertifikatı verdilər. “Baltic Control” təşkilatının ekspertiza analizinə görə girovda olan buğda uzun müddət saxlanıldığından onun tərkibi dəyişmiş, kifləşmiş, qaralmış, 3-cü dərəcəli gənələrlə zəhərlənmiş, qlüteyn müəyyən edilə bilməz hala düşmüş, istifadəsi mümkün olmayan vəziyyətə düşmüş və təcili olaraq anbardan daşınaraq zərərsizləşdirilməsi zərurəti yaranmışdır. Bu haqda müəssisədə yaradılmış komissiya “Baltic Control” Azərbaycan nümayəndəliyinin iştirakı ilə Akt bağladı. Bu məhsulu müəssisənin anbarından daşıyıb zərərsizləşdirmək üçün xxxxnə müraciət etmişlər və müqavilə bağlayıb, ödəmə aparmışlar. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə yük nəqliyyat vasitələri ilə hər günə 661 ton olmaqla iki gün ərzində buğda məhsulu xxxxnin tullantı poliqonuna daşınaraq zərərsizləşdirildi. Müəssisə anbarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 xx xxxx 2015-ci il tarixli müqaviləsinə əsasən X12 14.000 ton buğdasını saxlancda saxlayır. Girova götürülmüş buğdanın keyfiyyətsiz hala düşməsi, kifləməsi və 3-cü dərəcəli gənələrlə zəhərlənməsi həmin anbarda yanaşı saxlanılan X12 14.000 ton buğdasının da keyfiyyətsiz hala düşməsinə təhlükə yaratdığından, bankın buna məsuliyyətsiz yanaşmasına baxmayaraq təcili olaraq girovda olan buğdanı qanuna müvafiq qaydada anbardan çıxarmışlar. Bununla bağlı da məlum olduğu kimi külli miqdarda ziyana düşmüşlər. Yuxarıda qeyd edilmiş hallar göstərir ki, “Bank VTB (Azə rbaycan)” öz öhdəliklərinə məsuliyyətsiz yanaşaraq müəssisəyə külli miqdarda maddi ziyan vurmuş və ayırdığı kredit hesabına idxal edilmiş məhsulu girov götürməklə iki il müddətinə müəssisənin fəaliyyətini məhdudlaşdırmışdır. Nnin məsuliyyətsiz və sorumsuz hərəkəti nəticəsində müəssisə böyük itki vermiş, kredit hesabına idxal edilmiş dövriyyə mallarının girov müqaviləsi əsasında məhdudlaşdırmış və girova götürdüyü dövriyyə mallarının dəyərinə haqsız olaraq faiz hesablamış və dövriyyə malları məbləğini iki il müddətində məhdudlaşdırdığından müəssisəni iki il müddətində mənfəətdən məhrum etmişdir. Bankın məsuliyyətsiz hərəkəti və günahı üzündən girov predmeti olan buğda məhsulu birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişmiş və məhv olmuşdur. Məhz ona görə də bank girov qoya nın girov predmetinin itirilməsi nəticəsində dəyən zərərin əvəzini, onun saxlanılması üçün çəkilmiş xərcləri, dövriyyə mallarını girovda saxladığı üçün əldən çıxmış faydanı və buğda yararsız hala düşdükdən sonra onun məhv olması ilə bağlı çəkilmiş bütün xərcləri ödəməlidir. 1322 ton buğdanın müəssisənin anbarında saxlancda saxlanılmamasından müəssisənin itirdiyi maddi zərərin hesablanması – müəssisə anbarında FHN-nin Dövlət X1 xx xxxx 2015-ci il tarixli DMEA/TS-3xx-xx/2015 saylı müqaviləsinə əsasən Taxıl Fondunun 14.000 ton buğdasını saxlancda saxlayır. Taxıl Fondunun 1322 ton miqdarında buğdasını 24 ay müddətinə saxlancda saxlasa idilər FHN-yi Taxıl Fondunun kontraktında göstərilən normativə uyğun olaraq 1 ton taxılın 1 ay müddətində saxlanılması üçün ƏDV-siz 1,80 manat olmaqla aşağıdakı məbləğdə gəlir əldə etmiş olardılar. Bxxxxə ki, bir ayda saxlanc məbləği: 1322 ton x 1.80 = 2380 AZN təşkil edir. 24 ay x 2380 AZN = 57.120 AZN. Bxxxxəliklə, Cavabdeh3 KM 24 ay müddətində anbarında 1322 ton buğdanın saxlancda saxlanmasından 57.120 AZN gəlir itirmişdir. 1322,78 ton buğdanın girova götürülərək emala getməməsindən müəssisənin itirdiyi maddi zərərin hesablanması Cavabdeh3 Kiçik Müəssisənin nəzdində üyütmə gücü 1800 ton olan un dəyirmanı fəaliyyət göstərir. Müəssisə N-dən dövriyyə malları olan buğda xammalının alınması üçün kredit götürmüşdür. Alınmış kredit hesabına idxal edilmiş dövriyyə malları olan 1322,78 ton buğda girov müqaviləsi əsasında girova götürülmüşdür. Məhz ona görə də, müəssisənin dövriyyə mallarının hərəkəti məhdudlaşdırılmışdır, bu da sonda ciddi nəticələrə sə bəb olmuşdur. Müəssisə un dəyirmanında buğda xammalını emal edərək un və kəpək hazır məhsulu istehsal edir. Un dəyirmanı texnoloji çıxım sxeminə görə 1 ton buğdadan 72% əla növ un, 28 % kəpək məhsulu istehsal edir. Bxxxxə ki, 1322,78 ton buğdadan müəssisənin texnoloji üyütmə sxeminə görə 72%, yəni 951,8 ton əla növ un, 28%, yəni 370 ton kəpək məhsulu emal edir. May 2015–ci il may 2017-ci il tarixə kimi mövcud olmuş bazar qiymətlərinə görə 1 ton əlavə unun qiyməti 500 AZN, 1 ton kəpəyin qiyməti isə 214 AZN-ə satılmışdır. Bazar qiymətlərinə əsaslanaraq 1322 ton buğdanın emalından alınmış hazır məhsulun satışı aşağıdakı məbləği təşkil edir: (müəssisənin kalkulyasiya və digər sənədləri əlavə edilir) 951,8 ton əlavə növ un – 72%, 951,8 ton un x 500 AZN = 475900AZN, 370 ton kəpək- 28%, 370 ton kəpək x 214 AZN = 79180 AZN, cəmi satış – 555080 AZN. 1322,78 ton buğda xammalının emalından əldə olunan hazır məhsulun satışından xalis aylıq gəlir 55080 AZN və ya 11% təşkil edir. 24 ay müddətində itirilmiş xalis gəlir aşağıdakı məbləğdən ibarətdir: 24 ay x 55080 AZN = 1.321920 AZN, 1322 ton buğda 24 ay müddətində girova götürüldüyündən müəssisədə hər ay 1322 ton buğdanın emalı məhudlaşdırılmışdır, bu da sonda müəssisənin ******* AZN gəlirinin itməsinə səbəb olmuşdur. Fevral 2015-dekabr 2015-ci il tarixlərdə 1dollar=1.05 AZN təşkil edilmişdir. Dekabr 2015-ci il may -2017-ci il tarixlərdə 1$ = 1.70 AZN təşkil etmişdir. Ortalama 1 $-ın AZN məzənnəsi yuxarıda göstərilən müddətlərdə 1$= 1.37 AZN təşkil etmişdir. Yuxarıda qeyd edilmiş itirilmiş zərəri dollar üzərindən hesablansa, o zaman aşa ğıdakı məbləği alınır: ******* AZN: 1.37 AZN = 964905 $. Yuxarıdakılar ümumiləşdirilsə Cavabdeh3 KM 1322,78 ton buğdanın 24 ay müddətində girov müqaviləsi əsasında girova götürülərək emalının və fəaliyyətinin məhdudlaşdırılmasından 964905 ABŞ dolları itki vermiş və eyni zamanda girova götürülən 500.000 manat dəyərində buğda məhsulu 2014-cü ildə idxal edilmiş, idxal zamanı kurs 1$ = 0.785 AZN olmuşdur. Bu kursla hesablayaraq 500000 AZN:0.785 = 636456.21 ABŞ dollar dəyərində buğda məhv edilmişdir. Eyni zamanda Cavabdeh3 KM 1322.78 ton buğdanın 24 ay müddətinə zərərvericilərə qarşı mübarizə üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X2 Xidmətinə 2015-ci ildə 1.895 manat, 2016-cı ildə 519,68 manat və 2017-ci ildə 519,68 manat, cəmi 2934.38 AZN məbləğində pul ödəmişdir. Girova götürülmüş buğdanın keyfiyyətinin yoxlanılması üçün “X9” MMC-yə 820 manat pul ödənilmişdir. Yararsız hala düşmüş 1322 ton buğdanın tullantı poliqonuna daşınması üçün sürücüyə 5.500 manat ödənilmişdir. Yararsız hala düşmüş 1322 ton buğdanın “xxxx” MMC-nin tullantı poliqonuna qəbulu üçün qeyd olunan MMC-yə 8000 manat ödənilmişdir. Buna görə də yuxarıda qeyd olunanlarla bağlı aparılmış 17.254 manat məbləğində pul vəsaiti də İddiaçı-dən tutularaq Cavabdeh3nə ödənilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh “N” ASC-dən əldən çıxmış fayda qismində 1322 ton buğdanın saxlanılmasına görə 57.120 manat, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.942.67 ABŞ dolları və onun saxl anılması, ekspertizası, daşınması və məhv edilməsinə görə 17.254 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh3nə ödənilməlidir. Bununla yanaşı Cavabdeh3 1.000.000 ABŞ dolları kredit götürən zaman ABŞ dollarının manata olan məzənnəsi 0.7850 manat təşkil edirdi ki, bunun da əsasında Cavabdeh3nə 785.000 manat məbləğində kredit ayrılmış və həmin məbləğdən alınmış 500.000 manat dəyərində buğda girov götürülərək nəticədə bankın təqsiri ucbatından məhv edilmişdir. 500.000 manat dəyərində olan buğda 2014-cü ildə Qazaxıstan Respublikasından idxal edilmişdir. Həmin buğdanın dəyəri 500.000 AZN: 0.785 = 636.942,67 ABŞ dolları müvafiq olaraq ödənilmişdir. 636.942,67 ABŞ dolları dəyərindəki buğda bank tərəfindən girova götürülmüş və onun təqsiri ucbatından məhv olmuşdur. Eyni zamanda bankdan kredit kimi götürülən pul vəsaitinin 636.942,67 ABŞ dollarının təyinatı üzrə istifadəsi bank tərəfindən məhdudlaşdırılmasına baxmayaraq həmin məbləğə 166.152 ABŞ dolları məbləğində faiz və əlavə cərimələr hesablanmışdır ki, bununla bağlı bankın tələb irəli sürməsi tam qanunsuz və əsassızdır. Cavabdeh3 “N” ASC-yə 244.792,59 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, bu da bu günkü məzənnəyə uyğun olaraq 416.146 manat təşkil edir. Bu qeyd edilənlərdən də aydın olduğu kimi, “N” ASC-nin cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Bankın nümayəndəsi qətnamədən kasasiya şikayəti verərək “xxxx” nda faiz dərəcəsinin göstərilməməsinin zaminləri öhdəliyin icrasından azad etməməsini, müqavilənin bütün şərtlərinin onlara məlum olmaqla onların faizlə bağlı Banka heç vaxt müraciət etməmələrini və bxxxxə olduqda kredit müqaviləsində müəyyən olunmuş faizlərin hesablanması zaminlərin razılığının olmaması barədə məhkəmə kollegiyasının nəticəsinin əsassız olmasını, ipoteka predmeti satıldıqdan sonra digər cavabdehlərin evdən çıxarılması tələbinin rədd edilməsinin “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə uyğun olmamasını, cavabdehin xarab olmasını iddia etdiyi buğda məhsulunun məhz girov qoyulmuş əmlak olmasının sübuta yetirilməməsini, “Dövriyyədəki malların girov müqaviləsi”nin 5.1.6 və 5.1.7-ci maddələrinə görə girov predmetinin məhv olunması, itirilməsi və ya zədələnməsi üçün girov qoyanın məsuliyyət daşımasını, buğdanın dəyişdirilməsi ilə bağlı cavabdehin heç vaxt banka müraciət etməməsini, saxlanma müddəti 8 ay olan buğda məhsulunun xx xxxx 2014-cü il tarixdə Qazaxıstandan idxal olunduqdan 15 ay sonra Bankda girov qoyulmasını, analizə təqdim olunmuş buğda nümunələrinin məhz 1 saylı anbardan götürülməsinin heç bir sənəddə öz əksini tapmamasını, buğdanın saxlama müddəti bitdikdən sonra girov qoyulmasını, qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən maddi hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin iddia tələbinin rədd olunmuş, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində ləğv edilib iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclası nda iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh3 vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apxxxxyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apxxxxyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apxxxxyasiya instansiyası məhkəməsi əsas kredit borcu və faiz borcuna dair hissədə birinci instansiya məhkəməsinin qətnaməs inə dəyişiklik edib qalan hissədə qətnaməni əsaslı sayarkən Cavabdeh3 kreditin qaytarılması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsini, “xxxxnın” tərəflər üçün heç bir öhdəlik yaratmamasını və zaminlik müqavilələrindən sonra faizlərin müəyyən olunması ilə zaminlərin məsuliyyətinin artırılmasını, faiz dərəcələrinin zaminlərlə razılaşdırılmamasını, “Dövriyyədəki malların girovu müqaviləsi”nin 5.1.10-cu bəndinin (Girov qoyan girov predmetini Bankın bu barədə yazılı razılığı olmadan bu müqavilə ilə müəyyən edilən ünvandan daşımır) həmin müqavilənin mahiyyətinə zidd olmasını, girovda saxlanılan buğdanın keyfiyyətinin pisləşməsi ilə əlaqədar müəssisə tərəfindən Banka 3 dəfə məktub yazılmasını, nümayəndəsini göndərməsini təklif etməsini və Bankın həmin məktubları almasına baxma yaraq nümayəndəsini göndərməməsini və müqavilənin 5.1.10-cu bəndinin Bankın razılığı olmadan buğdanın yerinin dəyişdirilməsinə imkan verməməsini və nəticədə həmin məhsulun keyfiyyətini itirməklə yararsız hala düşməsi nəticəsində müəssisəyə buğdanın dəyəri məbləğində real zərər, əldən çıxmış fayda şəklində 964.905 ABŞ dolları məbləğində, buğdanın daşınması və ləğv edilməsinə sərf olunmuş vəsait şəklində 13.500 manat məbləğində zərər dəyməsini və s. əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apxxxxyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşmır. İş materiallarından görünür ki, Cavabdeh3 1996-cı ildə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Müəssisənin təsisçiləri Cavabdeh2 və Cavabdeh1 qardaşlarıdır. Müəssisənin təmsilçisi və direktoru Cavabde h2dur. Təsisçilərin xx xxxxxx 2013-cü il tarixdə keçirilmiş iclasında “Bank VTB (Azərbaycan)” ASC-dən 36 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kreditin götürülməsi qərara alınmış və bundan sonra xx xxxxxx 2013-cü il tarixdə Bankla Cavabdeh3 direktoru Cavabdeh2 arasında “xxxx” bağlanmış və həmin müqavilədə müəssisəyə xx xxxxxx 2023cü il tarixədək 5.000.000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün kredit xətti açılmışdır. Həmin müqavilədən bir həftə sonra, yəni xx xxxxxx 2013-cü il tarixdə Bankla müəssisənin direktoru Cavabdeh2 arasında “Bərpa olunan kredit müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən müəssisəyə 36 ay müddətinə, illik istifadə dərəcəsi 13 faiz olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müəyyən olunduğu kimi borclu Azərbaycan Respublikası M ülki Məcəlləsinin 385.1, 425 və 442-ci maddələrinin tələblərinə zidd olaraq kreditin qaytarılması üzrə öhdəliyinin icrasını lazımınca təmin etməmişdir. İşdən göründüyü kimi məhkəmə borcu yalnız müəssisədən tutarkən hesab etmişdir ki, zaminlər yuxarıda göstərilən səbəblərdən öhdəliyin icrası üçün məsuliyyət daşımırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2). Müəyyən olunduğu kimi müəssisənin direktoru olan Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixli “Bərpa olunan kredit müqaviləsi”nin bağlanmasında bilavasitə iştirak etmiş, müqavilənin hansı müddətə, hansı şərtlərlə bağlanması, o cümlədən kreditə hesablanan faiz dərəcəsi ona məlum olmuşdur. Cavabdeh2 zamin kimi borcun tutulmasından imtina olunarkən işin həmin halı nəzərə alınmamış və ona Mülki Məcəllənin 477.0.1-ci maddəsinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, xxxxəcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının tələbləri baxımından qiymət verilməmişdir. İşdən göründ üyü kimi kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Cavabdeh3nə məxsus 1322 ton buğda məhsulu girov qoyulmuşdur. Müəssisə tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinə görə girov qoyulmuş buğda məhsulu Bankın təqsiri üzündən yararsız hala düşüb məhv olduğundan onlara həm real zərər, həm də əldən çıxmış fayda şəklində zərər dəymişdir. Apxxxxyasiya instansiyası məhkəməsinə görə tərəflər arasında bağlanmış girov müqaviləsinin 5.1.10-cu bəndi Bankın razılığı olmadan buğdanın yerininin dəyişdirilməsinə imkan verməmiş, buğdanın keyfiyyətinin pisləşməsi ilə əlaqədar müəssisə tərəfindən yazılmış məktublara isə Bank cavab verməmiş və nümayəndəsini göndərməmişdir. Bankın iddia etməsinə görə girov qoyulmuş buğda məhsulu Azərbaycana 2014-cü ilin fevral-mart aylarında idxal edilmiş, onun saxl ama müddətinin 8 ay olmasına baxmayaraq 13 aydan sonra girov qoyulmuşdur. Cavabdeh isə buğdanın Respublikaya 2014-cü ilin noyabr ayında idxal olunmasını və xx xxx 2015-ci il tarixdə, yəni təxminən 7 ay sonra girov qoyulmasını iddia etmişdir. Məhkəməyə təqdim olunmuş iddia ərizəsində buğdanın 2014-cü ildə alınması (ayı göstərilmədən) və Nazirlər Kabinetinin qərarına əsasən saxlama müddətinin 8 ay müəyyən olunması bildirilmişdir. İşdən görünür ki, tərəflər arasında bağlanmış girov müqaviləsində buğda məhsulunun idxal olunma tarixi, keyfiyyəti barədə hər hansı bir məlumat əks etdirilməmişdir. Halbuki buğda məhsulu mövsümi olmaqla tez xarab olan məhsul olduğundan girova qoyulan məqamda onun keyfiyyəti yoxlanılmalı və müvafiq qaydada sənədləşdirilməli idi. Lakin məhkəmə kollegiyası buğdanın i dxal olunduğu tarixin, girov qoyulan məqama keyfiyyətinin yoxlanılıb–yoxlanılmamasını araşdırmamış və işin həmin halına müvafiq qiymət verməmişdir. İşin birinci cildinin 190-194-cü səhifələrində olan müqavilədən görünür ki, buğda məhsulunun göndərilməsi barədə müqavilə müəssisə ilə Qazaxıstan Respublikası arasında xx xxxxxxx 2013-cü il tarixində bağlanmışdır. İşdən görünür ki, buğdanın keyfiyyətinin pisləşməsi barədə müəssisə tərəfindən Banka 3 dəfə məktubla müraciət olunmuşdur. İlk məktubda buğda məhsulunun keyfiyyətinin pozulması təhlükəsinin yaranması barədə məlumat verilməklə məhsulun saxlanılma şəraitinə və keyfiyyətinin monitorinqində iştirak etmək üçün nümayəndəsini göndərməsi Banka təklif olunmuşdur. İkinci məktubunda da müəssisə Banka eyni təkliflə müraciət etmiş və bu zaman müqav ilənin 5.1.10-cu maddəsinin girovun predmetinin yerini dəyişməyə imkan verməməsi diqqətə çatdırılmışdır. Üçüncü məktubda girovda olan buğdanın keyfiyyətinin demək olar ki, xeyli pozulması barədə Banka bir daha məlumat verilməklə buğdanın keyfiyyətinin yoxlanılmasına dair monitorinq keçirilməməsi Banka irad tutulmuş, məhsulun keyfiyyətinin dəyərləndirilməsi üçün nümayəndə göndərilməsi və yazılı münasibət bildirilməsi xahiş olunmuşdur. Kiçik müəssisənin başlıca dəlili müqavilənin 5.1.10-cu bəndinin Bankın razılığı olmadan buğdanın yerinin dəyişdirilməsinə imkan verməməsi ilə bağlı olduğundan kollegiya həmin dəlilə münasibətin bildirilməsini zəruri sayır. “Dövriyyədəki malların girov müqaviəsi”ndə girov predmetinin dəyəri 500.000 manat məbləğində qiymətləndirilmiş və müqavilədə tərəflərin hüq uq və vəzifələri, xxxxəcə də məsuliyyəti və s. nəzərdə tutulmuşdur. Müqavilənin mübahisə doğuran 5.1.10-cu bəndinə görə girov qoyan Bankın yazılı razılığı olmadan girovun predmetini bu müqavilə ilə müəyyən edilən ünvandan daşımır. Həmin bəndin mənası ondan ibarətdir ki, buğda məhsulu girovda olduğu üçün Bankın razılığı olmadan oradan çıxarıla bilməz. Bunda məqsəd təminat vasitəsi olan buğdanın mövcudluğunu qorumaqdan ibarətdir. Bxxxxə olduqda, həmin bəndin qüvvəsinin buğdanın keyfiyyəti üçün təhlükə yaranması halında tətbiqinin nə dərəcədə mümkün olmasına məhkəmə tərəfindən qiymət verilməli idi. Həmin buğda öhdəliyin təminatı olduğundan Bank onun keyfiyyətinin pisləşməsində maraqlı olmamalı idi. Həmin bəndin mahiyyətinin tam açılması üçün müqavilənin digər bəndlərinin tələblərinə də diqqət yetirilməli idi. Müqavilənin 5.1.6-cı bəndi girovun predmetinin salamatlığının təmin edilməsini, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə edilməsini “Girov qoyan”ın üzərinə qoymuşdur. Müqavilənin 5.1.7-ci bəndinə əsasən girov predmetinin məhv olması, itirilməsi və zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan Banka dərhal yazılı məlumat verir. Müqavilənin tərəflərin məsuliyyətini müəyyən edən 6.2-ci bəndinə görə isə müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müəyyən olunan vəzifələrin “Girov qoyan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti “Girov qoyan” daşıyır. Girov qoyulmuş buğda məhsulu dövriyyədə olan mal olduğundan və həmin malın üyüdülməsi, satılması və o müəss isənin fəaliyyət növü olduğundan müəssisə öz növbəsində buğdanın salamatlığını təmin etməli idi. Yuxarıda qeyd olunduğu kimi müəssisə onda saxlanılan buğdanın keyfiyyətinin pisləşməsi ilə bağlı ilk dəfə müqavilədən 3 ay sonra müraciət etmişdir. Kollegiya hesab edir ki, Banka göndərilən məktubların tez xarab olan məhsul kimi buğdanın salamatlığının təmin olunmasında vaxtında görülmüş səmərəli tədbir vasitəsi kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməli idi. Bankın müəssisə tərəfindən məktublarda edilmiş təkliflərə əməl etməməsi də girovun predmetinin qorunmasını təmin etməmişdir. Bxxxxə olan halda məhkəmənin yalnız həmin məktublara əsaslanıb məsuliyyəti təkcə Bankın üzərinə qoyması əsaslı sayıla bilməz. Girovun predmetinin qorunmasında hər iki tərəf üzərinə düşən vəzifələrin tam y erinə yetirilməsini təmin etmədiyindən mübahisə həmin hissədə hər bir tərəfin təqsirlilik dərəcəsinə qiymət verilməklə həll edilməli və bu zaman hər iki tərəfin baş vermiş vəziyyətə münasibətdə birgə məsuliyyət daşımaları imkanı da araşdırılmalı idi. İşin yuxarıda göstərilən hallarına hərtərəfli, tam və obyektiv qiymət verilməməsi səbəbindən məhkəmə cəmi 500.000 manat dəyərində qiymətləndirilmiş buğda məhsulunun məhv olmasına görə müəssisənin onun dəyərindən xeyli artıq miqdarda 964.905 ABŞ dolları məbləğində fayda götürmək imkanından məhrum olması barədə ağlabatan mühakiməyə uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habxxxxə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.). Məhkəmə kollegiyasının maddi hüquq norması kimi istinad etdiyi Mülki Məcəllənin 306.1-ci maddəsinə əsasən dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Qanunun həmin norması girov qoyana girov qoyulmuş əmlakın tərkibini dəyişmək imkanı verdiyindən müqavilənin 5.1.10-cu bəndinin bxxxxə vəziyyətdə buğdanın dövriyyəyə buraxılmasına və yaxud yerinin dəyişdirilməsinə nə dərəcədə mane olmasına qiymət verilməli idi. İddia və qarşılıqlı iddia tələbləri biri-biri ilə əlaqəli olduğundan kollegiya hesab edir ki, qətnamə bütövlükdə ləğv olunmalı və iş yeni apxxxxyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apxxxxlyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-2044/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2044/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver