Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2046/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8656/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Nərimanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən 1 “A” saylı evin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh1 ASC-nin (mülkiyyət, icarə və ya istifadə) hüququnu təsdiq edən sənədin, həmin binaya dair ASC-nin müvafiq icra hakimiyyəti orqanı (Bakı Şəhər İcra Hakimiyyəti) ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının həmin binanın inşa edilməsinə icazə barədə qərarının, habelə mübahisəli mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının İddiaçı1 təqdim edilməsi öhdəliyinin cavabdeh ASC-nin üzərinə qoyulmasını, bu hərəkətlərin hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra 15 gün ərzində cəmiyyətin hüquqi ünvanı üzrə onun qanuni təmsilçisi tərəfindən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmçinin Ba kı şəhər Nərimanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və sair tələbləri barədə” iddia tələbinin “mülkiyyət hüququnun tanınması” hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və “iddia tələ binin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, son nəticədə, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən 1 “A” saylı evin, 126 saylı mənzilinə mülkiyyət hüququnun tanınması; mənzilə mülkiyyət hüququnun sənədləşdirilməsi, onun dövlət qeydiyyatına alınıb İddiaçı1 adına çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin tələb etdiyi sənədlərin - mənzil yerləşən yaşayış binasının istismarına icazənin, mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarışın, maliyyə arayışının, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarın, qeydiyyatda olub yaşadıqları mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşaması barədə arayışın verilməsi öhdəliyinin ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların müqavilə ilə tikinti şirkətindən aldıqları və faktiki olaraq uzun illər yaşadıqları və pasport qeydiyyatında olduqları mənzillərinə mülkiyyət hüququnun əldə edilməsi və həmin ünvan üzrə ailə üzvlərinin qeydiyyata alınmaları ilə bağlı yaranmış problemlərin həlli məhkəmədən kənar mümkün olmamışdır. Belə ki, iddiaçılar ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışlar. İddiaçı2, baş-beyin insultu və ürək damar xəstəlikləri keçirməsi ilə əlaqədar olaraq yaşadıqları mənzili maddi imkansızlıq ucbatı ndan sataraq, onu müalicə etdirmişlər və yerdə qalan pula, məhkəmədə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1-nin Cavabdeh2ndən 1251 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında X2 adına olan mübahisəli mənzili almışlar. Mənzilin müqavilə ilə nəzərdə tutulmuş sertifikatının alğı-satqı müqaviləsi “X11” MMC ilə X4 arasında 1251 saylı qeyd ilə xx.xx.2008-ci il tarixdə bağlanmış və mənzilə V.İbrahimov adına, AMSN seriyalı, 001682 saylı xx.xx.2008-ci il tarixli mənzil sertifikatı verilmiş və mənzil Azərbaycan Respublikası Prezidenti X5 Üzrə Dövlət Komitəsində 08/05-011 sayla, xx xxxx 2007-ci il tarixdə qeydə alınmaqla, xüsusi mülkiyyət hüququnu xx.xx.2009-cu il tarixdən gec olmayaraq qeyri-şərtsiz rəsmləşdirmək öhdəliyini tikinti şirkəti üzərinə götürmüşdür. V.İbrahimov qeyd edilmiş müqavi lələr üzrə “X9” qarşısında götürdüyü öhdəliklər üzrə öz borcunu xx.xx.2009-cu il tarixdə tam ödəmiş və bu barədə “Texnika Bank” tərəfindən “X9”na ünvanlanmış məktubda, öhdəlik üzrə borcun tam ödənilməsi və V1 məxsus ******* nömrəli mənzil sertifikatının heç kimə indossament olunmadığı bildirilmişdir. Həmin mənzil sertifikatı c1v tərəfindən İddiaçı1 adına indossament olunmuşdur və bu sənəd Bakı şəhəri 5 saylı X6 tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiqlənmişdir. Onların qeyd etdiyi sənədlər əsasında Cavabdeh2 MMC-nin Mənzil Təhvil Komissiyasının sədri x1, Cavabdeh2 MMC-nin Mənzil Təhvil Komissiyasının üzvü x2, Cavabdeh2 MMC-nin Komissiyasının üzvü v1 və mənzilin indossament olunmuş yeni mülkiyyətçisi – İddiaçı1 iştirakı ilə akt bağlanmış və mübahisəli mənzil, onlara təhvil verilib və onla r mənzili qəbul etmişlər. İddiaçılara şirkətə borcunun olmaması və mənzilin onlara məxsus olması və onların həmin ünvanda qeydiyyatsız yaşamağı barədə cavabdeh tərəfindən arayışlar yazılıb verilmişdir. Lakin, bütün bunlara baxmayaraq, Cavabdeh1-nin Cavabdeh2 xüsusi mülkiyyət hüququnu xx.xx.2009-cu il tarixdən gec olmayaraq qeyri-şərtsiz rəsmləşdirmək öhdəliyini üzərinə götürdüyü bir halda, uzun illər bunun üstündən keçməsinə baxmayaraq, öz öhdəliyini icra etmir. Cavabdeh1-nin Cavabdeh2 hərəkətsizliyi üzündən, iddiaçılar, hələ də, mülkiyyət hüquqlarını sənədləşdirib mənzilə çıxarışı ala bilmirlər. Bu isə onların mülkiyyət hüquqlarını məhdudlaşdırır və onlar Konstitusiya və Qanunlarla qorunan hüquqlarını və vəzifələrini yerinə yetirə bilmirlər. Odur ki, mənzilə mülkiyyət hüququnun rəsmləşdir ilməsi və mənzilin adlarına, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün özləri hərəkət etmək məcburiyyətində qalmışlar və onlar yaşadıqları mənzilə qeydiyyata alınmaları üçün Yasamal rayon Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə müraciət etmişlər. Lakin onların yeni ünvana pasport qeydiyyatına almaqdan imtina edilmiş və imtina mənzilə çıxarışın olmaması ilə əsaslandırılmışdır, yeni yaşayış sahəsinə çıxarış olmadan, qeydiyyat yerlərinin dəyişdirilməsinin qeyri-mümkünlüyü bildirilmiş və onlara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bu əsasla da onlar 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə cavabdehlərCavabdeh1MMC-nin Cavabdeh2 və Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi ş öbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşadıqları mübahisəli mənzilə mülkiyyət hüquqlarının tanınması və mənzilin hüquqi qeydiyyata alınıb, adlarına çıxarışın verilməsinin Cavabdeh1MMC-nin Cavabdeh2 və mənzilə qeydiyyata alınmalarının Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Lakin Cavabdeh1-nin Cavabdeh2nə qarşı qaldırılmış iddiaya cavabdehin qeyri-dövlət müəssisəsi olması səbəbindən, iddianın yolverilməzliyi əsas gətirilərək işə baxılmamışdır. Bu səbəbdən də, iddiaçılar inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə qarşı ilkin iddia tələblərini ayırmış və Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə qarşı i ddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişlər və bu məhkəmənin 2-1(81)-4416/2016 saylı, xx.xx.2016-ci il tarixli qərarı ilə iddia təmin olunmuş və onlar yaşadıqları mübahisəli mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçılar, ailə üzvləri ilə birlikdə mənzildə uzun illərdir ki, faktiki olaraq yaşayırlar və yaşadıqları mənzilin bütün təmir tikinti işlərini aparmışlar, faktiki sahibliyi həyata keçirirlər, təsərrüfatı idarə etməklə mənzil kommunal xidməti haqlarını ödəyirlər və qonşular arasında mənzilin sahibləri kimi tanınırlar. Onların özünə məxsus mənzilinin olmasına baxmayaraq onların ailə üzvləri başqa ünvanlarda qeydiyyatdadırlar. Cavabdeh, mənzilə çıxarışın verilməməsinin səbəbini, əvvəllər binanın dövlət qeydiyyatından keçməməsi və bunun da səbəbini binaya qa zın verilməməsi və sair səbəblərlə əlaqələndirmişdir. Lakin hazırda bu problemlərin də aradan qaldırılmasına baxmayaraq onlar yenə də, mülkiyyət hüquqlarını sənədləşdirib mənzilə çıxarışı ala bilmir. Odur ki, onlar mənzilə mülkiyyət hüquqlarının tanınması və onun dövlət qeydiyyatına alınıb, adlarına çıxarışın verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin verilməsini Cavabdeh1-nin Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi ilə bağlı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2 019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələ lər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçılar kasasiya şikayəti verməmiş və iddia tələbinin rədd edilən hissədə qətnaməni mübahisələndirməmişlər. Qətnamədən yalnız Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verdiyin qətnamə cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tər əfindən işin müəyyən edilmiş hallarından görünür ki, icraçı olan “xxxx” Fərdi Firması ilə alıcı olan X4 arasında bağlanılmış 1251 nömrəli, xx.xx.2006-cı il tarixli “Müqavilə”yə əsasən icraçı, b1mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzilin ümumi dəyərini təşkil edən 39408 manat məbləğində pulu icraçıya 24 ay ərzində ödəməsi barədə öhdəlik götürmüşlər. V.İbrahimov mübahisəli mənzilin dəyərini tam olaraq ödəmiş və bundan sonra həmin mənzil onun istifadə və sahibliyinə verilmişdir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış xx.xx.2008-ci il tarixli “Mənzil sertifikatı” ilə “X11” MMC mübahisəli mənzili “Mənzil sertifikatının” sahibi V1 adına xx.xx.2009-cu il tarixdən gec olmayaraq qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra, V1 “Mənzil serti fikatı” üzrə öz tələblərini həmin mənzil üzrə İddiaçı1 vermişdir və mənzil MMC tərəfindən İddiaçı1 təhvil verilmişdir. İddiaçılar məhkəmə qaydasında həmin mənzilə pasport qeydiyyatına alınmışlar və hazırda həmin mənzildə yaşayırlar. İddiaçılar həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX Əİ-yə ərizə ilə müraciət etmişlər. Lakin mənzil yerləşən yaşayış binasının istismarına icazə, mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə arayışı həmin İdarəyə təqdim edilməməsi səbəbi ilə ərizənin icrası mümkün olmamışdır. Hazırda da iddiaçılar həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qeyd edilən sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. İş üzrə cavabdeh ASC isə sə nədlərin müxtəlif səbəblər göstərərək, onun tərəfindən təqdim edilməli olmadığını qeyd edir və iddianın rədd edilməsini xahiş edir. İşin hallarını nəzərə alan apelyasiya instansiyası məhkəməsi hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tər tib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Mülki Məcəllənin 139-1.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunver iciliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.9.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüq uqudur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Apelyasiya instansiyası məhkəməsi sadalanan normaları hazırki işin hallarına tədbiq edərəık qeyd etmişdir ki, İddiaçı1 mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına baxmayaraq, o, mənzilin dəyərini tam ödəmiş və hazırda mənzilin qanuni istifadəçisi və sahibidir. Bu baxımdan onun hazırda mənzilə dair mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var. İ ddiaçı1 mənzilə istifadə və sahiblik hüququ olan bir şəxs kimi yaşadığı mənzilin mülki qanunvericiliyin tələblərinə uyğun inşa edilməsi, yəni tikintinin qanuniliyi barədə məlumat almaq, o cümlədən cavabdehin inşa etdiyi və mübahisəli mənzilin olduğu binanın yerləşdiyi torpaq sahəsinə ASC-nin hüquqlarını (mülkiyyət, icarə və ya istifadə) təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, habelə müvafiq icra hakimiyyəti orqanının həmin torpaq sahəsi üzərində tikilinin inşa edilməsinə icazə barədə qərarını əldə etmək hüququ var. Mülki qanunvericilikdə bu sənədlərin mənzil sahiblərinə təqdim edilməsini qadağan edən norma da mövcud deyil. Bundan başqa, cavabdeh ASC-nin birinci instansiya məhkəməsinin iclasında iştirak edən nümayəndəsi mübahisəli mənzilin tam dəy əri ödənildikdən sonra maliyyə arayışının mənzil sahibinə verilməsi ilə bağlı heç bir problemin olmadığını bildirsə də, cavabdeh ASC-nin apellyasiya şikayətində göstərilmişdir ki, “Mənzil sertifikatı” mənzilə hüququ təsdiq edən sənəd olduğundan İddiaçı1 əlavə olaraq maliyyə arayışı verilə bilməz. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı1 tam haqlı olaraq cavabdehdən bu sənədin ona verilməsini tələb edir. Belə ki, mənzilin dəyəri tam ödənildiyi və cavabdehin bu məsələ ilə bağlı ona qarşı hər hansı irad və etirazlarının olmadığı bir halda bu sənədin ona təqdim edilməməsinə hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddianın “torpaq sahəsi üzərində (mülkiyyət, icarə və ya istifadə) hüququ təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı (Bakı şəhər İcra hakimiyyəti) ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarın, habelə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının İddiaçı1 təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsdə əsaslı və təmin edilməli olması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə düzgündür və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. İddia tələbinin təmin edilməyən hissədə qətnamə mübahisələndirilmədəyindən məhkəmə kollegiyası həmin hissə üzrə hüquqi qiymətləndirmə aparmır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8656/2019 nömrəli iş üzrə xx xxxx 2019- cu il tarixli qətnaməsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2046/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2046/2020
18.06.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver