Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2048/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: mülki hüquq pozuntulardan (deliktdən) irəli gələn mübahisələr, fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-108/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31 may 2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi AZ 10 R 338 dövlət qeydiyyat nişanlı "JCB 3CX4T” markalı ekskavator - yükləyici ilə Qusar-Xudat yolunun Ləyər-qışlaq kəndi ərazisindən keçən 26-cı kilometrliyində hərəkətdə olarkən, sol tərəfə qəfil dönərək həmin istiqamətdə hərəkət etməyini davam etmiş, bu zaman arxadan Xudat şəhəri istiqamətində hərəkətdə olan və həmin vaxt əks istiqamətli hərəkət zolağına çıxmış və artıq ötmə əməliyyatını yerinə yetirən X1 idarə etdiyi, İddiaçı mülkiyyətində olan "DAF XF9548 0” markalı, C0007 OC 96 rus dövlət qeydiyyat nişanlı qoşqulu avtomobillə əks istiqamətli hərəkət zolağında toqquşaraq asfalt yolun üzərinə aşmış, hadisə nəticəsində Şair Ramazanovun idarə etdiyi avtomobilə zərər dəymişdir. Hadisə ilə bağlı cinayət işi başlanmış, istintaq zamanı verilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyi əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin və 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Müəyyən edilmişdir ki, hadisə zamanı Cavabdeh1 idarə etdiyi ekskavator onun atası Cavabdeh2 məxsus olmuş və onun həmin ekskavatoru idarə etməsi üçün etibarnaməsi olmamışdır. Qusar RPŞ-nin İB-nin baş müstəntiqinin xx.xx.2021-ci il tarixli ********* nömrəl i cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 263.1-1 və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 329.3 və 332.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-yə verilmişdir.
2. Qusar Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ilə, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 327.2ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tə tbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yolnəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi zamanı yük avtomobilinin zədələnməsi nəticəsində İddiaçı dəyən zərərin ödənilməsi təmin edilməmişdir. Cavabdeh1 mülkiyyət hüququ əsasında atası Cavabdeh2 məxsus olan 10R-338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4 T” markalı ekskavator-yükləyicini etibarnamə olmadan idarə edərək qəza törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı iddiaçıya məxsus olan “DAF XF95480” markalı C0007 OC 96 qeydiyyat nişanlı avtomaşına Qusar rayonunda yerləşən “VAZ” kooperativində komissiya tərəfindən baxış keçirilmiş və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən avtomaşının sahibinə 31.105 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ötən müddət ərzində yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan nəqliyyat vasitəsinin sıradan çıxmış hissələri dəyişdirilmiş və bəzi hissələri isə təmir edilərək bərpa edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərə xx.xx.2022-ci il tarixdə sifarişli məktub göndərilmiş, lakin həmin məktub cavabsız q almışdır.
5. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(071)-7/2022 nömrəli qərardadı ilə məhkəmədə mübahisə həll edilənədək (mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi) müvəqqəti təminat tədbiri kimi Cavabdeh2 məxsus olan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı, JCB 3CX4T markalı, zavod № T02016126, mühərrik № U1621311, 2011-ci il buraxılışlı ekskavator yükləyicinin üzərinə həbs qoyulmuşdur.
6. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(071)-446/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçıya məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 m anat və ödənilmiş 213 manat dövlət rüsumu olmaqla, cəmi 31.318 manat pulun tutalaraq iddiaçıya verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus olan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator yükləyicini etibarnamə olmadan idarə etməklə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu, həmçinin Cavabdeh2 etibarnamə olmadan ekskavator - yükləyicini idarə etmək üçün oğlu Cavabdeh1 verməsi qanuni qüvvəyə minmiş qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onların mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərər vurandan və yüksək təhlükə mənbəyi olan ekskavator - yükləyicinin sahibindən tələb etməkdə haql ıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21, 1096.1, 1108.1-1108.2, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM)14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəlləsinin 1108.2-ci maddəsini səhv tətbiq etmişdir. Çünki qanunvericilik yalnız yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda zərərin əvəzini ödəmək vəzifəsini eyni zamanda mənbə sahib inin üzərinə qoyulmasını ehtiva edir. İş materialında isə Cavabdeh2 təqsirli olması barədə heç bir sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq sübutlara düzgün hüquqi qiymət verməmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın Cavabdeh2 aidiyyəti olmadığı halda iddianı ona aid hissədə də təmin etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğinin müəyyən olunması üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən, tədqiq edilən “DAF XF 95480” markalı, C0007 OC 96 Rus dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 26.905 manat, o cüm lədən dəyişilməli hissələrin qiyməti 18.205 manat, təmir-bərpa işlərinin qiyməti 8.700 manat müəyyən edilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(106)-108/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi) Samir Mayılov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan maddi zərərin məbləği və dövlət rüsumuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçıya məxsus olan "DAF XF95480” markalı C0007 OC 96 qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 26.905 manat, dövlət rüsumuna görə 180 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
13. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
14. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində özünün təqsirli olması barədə sübutun olmaması barədə irəli sürdüyü dəlillə bağlı qeyd etmişdir ki, Cavabdeh2 etibarnamə olmadan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini idarə etmək üçün Cavabdeh1 vermişdir. Bu səbəbdən iddiaçı ona vurulmuş zərərin ödənilməsini zərər vurandan və yüksək təhlükə mənbəyi olan ekskavator-yükləyicinin sahibindən tələb etməkdə haqlı olmuşdur.
15. Məhkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsinin fotoşəkillər əsasında ekspertiza təyin olunması barədə vəsatətini rədd etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21, 1096, 1097.1, 1108.1-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə dəymiş zərərin məbləğinin hesablanması ilə bağlı müvafiq ekspertiza təyin etsə də, ekspertiza yalnız ziyan aktı əsasında təyin edilmişdir. Halbuki tərəfindən verilmiş vəsatətdə avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkilləri əsasında ekspertizanın keçirilməsi xahiş edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-108/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
21. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, hə min şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərv uran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Mad də
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini qismən, yəni iddia tələbinin təmin olunan hissəsini (26.905 manat) mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbay cana qarşı” işi üzrə).
39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın əsas və faiz borcunun ödənilməsi tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
41. Məhkəmə kollegiyası kassatorun iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımadığı barədə dəlili ilə bağlı qeyd edir ki, mülki hü quq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096-cı maddəsi).
42. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1. törədilmiş əməlin hüquqa zidd olması; 2. əməlin təqsirli olaraq törədilməsi; 3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.
43. Göründüyü kimi delikt üzrə mülki məsuliyyətin yaranması üçün şərtlərdən biri əməlin törədilməsində təqsirin olmasıdır. Təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir.
44. Lakin qanunvericilik bəzi hallarda təqsirsiz məsuliyyətə səbəb olan əsaslar ı da müəyyən etmişdir. Bu məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri v ə ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
45. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduq da məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
46. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət nö vü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
47. Kassatorun digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Çünki MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməs inə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-108/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.