Məhkəmə qərarları › İş №2(102)-2049/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2049/2019

04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2049/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı2, İddiaçı1, Cavabdeh2, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər RayonMəhkəməsinin04 yanvar 2018-ci iltarixliqətnaməsiilə (R.M.Həsənov, iş 2(003)-55/2018)iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhəri 10 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.Ş.Vəliyev, X.A.Mərdanova, E.M.Həsənov, iş 2(103)-4729/2018)iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Xəzər RayonMəhkəməsinin04 yanvar 2018-ci iltarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: 06 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsində yerləşən 2 A saylı evin 17 saylı mənzili Cavabdeh1 20.000 manat satılmışdır. Müqaviləni İddiaçı1 adından etibarnamə əsasında İddiaçı2 imzalamışdır. Mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 17 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin mənzili Cavabdeh2 20.000 manat satmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 24 sentyabr 2016-cı il tarixdə həmin mənzili bacısı Cavabdeh3 bağışlamışdır. 11 oktyabr 2017-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 i lə Cavabdeh1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm ə həmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 müqavilənin alqı-satqı müqaviləsi olmadığını, əqdi bağlamaqda məqsədlərinin faktiki olaraq girov münasibətlərinin rəsmiləşdirilməsini etiraf etmişdir. Apellyasiya məhkəməsi ilk müqavilə üzrə tərəflərin müqavilənin etibarsız olması barədə etiraf edici izahatlarını nəzərə almamışdır. Eyni zamanda Cavabdeh2 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən edilir ki, o, mənzilin qaytarılması ilə bağlı İddiaçı2 verdiyi pulu və anasına məxsus mənzili dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdil ər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı2 müqavilə azadlığı prinsipi çərçivəsində anası, iş üzrə İddiaçı1nən ona verdiyi etibarnamə əsasında hərəkət edərək sonuncunun mülkiyyətində olan mənzil üzərində sərəncam verərək 06 iyun 2016-cı il tarixdə alqı-satqı müqaviləsini bağlayarkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuş, o cümlədən etibarnamə əsasında hərəkət edən İddiaçı2 həmin vaxt evi alqı-satqı yolu ilə özgəninkiləşdirilərkən hətta özünün bildiyi kimi, niyyəti yalnız borc pul götürmək olsa da, borc məbləğini qaytarmayacağı təqdirdə mübahisəli evin Cavabdeh1 mülkiyyətində qalacağını dərk etmiş və buna şüurlu surətdə yol vermişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamış, iddiaçının cavabdeh tərəfindən aldadılması faktı sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmamışdır. Belə ki, qeyd edilən müqavilə etibarsız hesab edildiyi halda belə mənzil onun deyil, Cavabdeh1 mülkiyyətinə qayıdacaqdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında 17 sentyabr 2016-cı il tarixdə bağlanmış 17 sentyabr 2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsini iddiaçılar mübahisələndirsə də, özləri müqavilə tərəfi olmamışlar. İddiaçılar tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılarkən iddiaçılar müqavilənin tərəfi olmadığından Mülki Məcəllənin 337 və 339-cu maddələrinin dispozitiv şərtlərinə uyğun olan halların olmasının təsdiqi barədə sübutlar iddiaçı tərəfindən məhkəməy ə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin əsasını İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında bağlanmış sonrakı müqavilələrin və çıxarışların ləğv edilməsi təşkil edir. İddiaçı1 mənzilin mülkiyyətçisi, İddiaçı2 isə onun adından etibarnamə əsasında müqaviləni bağlayan şəxsdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la bağlanmış 06 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi formal xarakter daşımaqla əslində tərəflər arasındakı mövcud olmuş münasibətləri əks etdirmir. Tərəflər arasında borc münasibəti mövcud olmuş, İddiaçı2 borc pul lazım olmuş, Cav abdeh1la ona faizlə pul verməsi barədə razılığa gəlmiş, Cavabdeh1 həmin pulun təminatı kimi girov tələb etmiş, İddiaçı2 anası İddiaçı1 mənzilinin girov qoyulmasını təklif etmiş, fiziki şəxslərlə daşınmaz əşyaların girov müqaviləsi bağlanmasına yol verilmədiyindən onlar arasındakı müqavilə alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilmişdir. İddiaçılar iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 340-cı maddələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə ediləın əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd b ağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340-cı maddəsinin tələblərinə görə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici tərəflərin müqavilədə məzmunca göstərilən əqdi deyil (məsələn al qı-satqı deyil, borc, ipoteka) əslində başqa əqdi nəzərdə tutduqları halda həmin maddəyə istinad etməklə müqavilənin etibarsız hesab edilməklə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiq edilməsi tələblərini irəli sürmək hüququnu ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu halda iddiaçılar istinad etdikləri halları- etibarlılığını mübahisələndirdikləri alqı-satqı müqaviləsinin əslində Cavabdeh1la İddiaçı2 arasındakı borc münasibətinin təminatı məqsədilə bağlandığını sübut etməlidirlər. Cavabdeh1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, Cavabdeh1 İddiaçı2 iə görünüş üçün alqı-satqı müqaviləsi bağlayaraq əslində ona 15.000 manat məbləğində faizlə borc pul vermiş, mənzil onun adına rəsmiləşdirilmiş, sonradan İddiaçı2 mənzili qaytarmaq üçün bacısı vasitəsilə ona 20.000 manat göndərmiş, mənzil yenidən alqı-satqı yolu ilə İddiaçı2 bacısı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Mübahisələndirilən müqavilə bağlandıqdan 3 ay sonra bağlanmış digər alqı-satqı müqaviləsi əsasında birinci müqavilədə göstərilən 20.000 manat məbəğində pul Cavabdeh1 qaytarılmışdır. Beləliklə, Cavabdeh1la İddiaçı1 arasında bağlanmış yalan əqd və əslində Cavabdeh1la İddiaçı2 arasında mövcud olan borc müqaviləsi üzrə Cavabdeh1 verdikləri geri qaytarılmışdır. Digər tərəfdən əqd üzrə hər iki tərəf əvvəlki vəziyyətə qayıtmalı olduğu halda, mənzil mülkiyyətçi İ ddiaçı1 qaytarılmamışdır. Sübut etməkdən azad olmanın əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir ki, Cavabdeh2 2016-cı ilin avqust ayının sonlarında bacısı İddiaçı2 anası İddiaçı1 məxsus mənzili girovdan çıxaracağını və həmin evi alqı-satqı yolu ilə alaraq anası İddiaçı1 və yaxud Mətanə Əkbərovanın adına rəsmiləşdirəcəyini vəd edərək aldatmaqla 20.000 manat pul alıb mənzili vəd etdiyi şəxslərin deyil, öz adına rəsmiləşdirərək etibardan sui-istifadə və aldatma yolu ilə İddia çı2 məxsus 20.000 manat pulu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya məhkəməsi iddia tələbinə əqdlərin etibarsızlığı və sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməməklə iddiaçıların aldadılması faktı sübuta yetirilməməsinə istinad edərək iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır, halbuki iddiaçılar tələblərini aldadıqları ilə deyil, yalan əqd bağladıqları ilə əsaslandırmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1cimaddəsinəəsasənməhkəməninqətnaməsiqanunivəəsaslıolmalıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamələğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxıl ması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar