Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-205/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XXX oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər və əldən çıxmış gəlirin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh XXX oğlunun iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-975/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı sağlamlığa vurulmuş maddi zərərin və əldən çıxmış gəlirin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığa vurulmuş 2000 manat məbləğində zərərin və 8000 manat məbləğində əldən çıxımış faydanın, ümumilikdə isə 10.000 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus «Kamaz» markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyıb ailəsini saxlayır. xx xxx 2018-ci il tarixdə Yunis adlı şəxs ona zəng edərək Samux rayonunda beton plitə olduğunu və həmin plitələri Gəncə şəhəri Psixiatriya xəstəxanasının yaxınlığ ında yaşayış evinə yük avtomobili ilə gətirmək lazım olduğunu demiş və həmin işin qarşılığında 120 manat pul alacağını demişdir. Sonra Yunislə yükü 100 manat məbləğində daşımağa razılaşmışdır. O, Samux rayonuna getmiş orada beton plitələr çox olduğundan oraya qardaşı Camalı da çağırmışdır. Beton plitələri götürüb Gəncə şəhərinə gəlmişlər və plitələrin üçünün boşaldılmasında o, kömək etmişdir. Beton plitələri boşaldan zaman hava isti olduğundan avtomobildən düşüb tikilisi davam edən evin eyvanının altında dayanmışdır. Plitələrin biri yerinə yerləşmədiyindən evin sahibi Cavabdeh özü lom vasitəsilə eyvanın üzərində hörülmüş mişar daşını yerindən çıxarmaq istəmişdir. Cavabdeh bir neçə mişar daşını çıxartdıqdan sonra qışqırmışlar ki, «qaç, qaç eyvan uçur», o, geriyə çevrilən zaman beton plitə s ol çiyin tərəfdən sol ayağının üzərinə düşmüşdür. Ayağını çəksə də çıxarda bilməmişdir. Qardaşı Camalın köməkliyi ilə birtəhər ayağını beton plitənin altından çıxartmışdır. Ayağını oradan çıxardan zaman sol ayağının iki barmağı yerindəcə kəsilmişdir. Ev sahibi Elçin və onun qardaşı Yunis ona yalvarmışlar ki, şikayət etməsin bütün xərcləri onlar çəkəcəklər. Sonradan Cavabdeh onun xəsətəxana xərclərinin bir qismini çəkmiş, bundan başqa avtomobildə qalan yeddi ədəd beto plitəni də ona vermiş o dan həmin plitələri 420 manata sataraq müalicəsinə xərcləmişdir. O, iki ay ərizində Gəncə şəhər 3 saylı xəstəxananın travmatologiya şöbəsində müalicə almış, lakin Elçin qardaşı Yunis ilə iki gün yanına gəlsə də sonra gəlməmişlər. İyul ayının əvvəllərində evdən xəstəxanaya qayıdan zaman yolda Elçinlə r astlaşmış və ona irad tumuşdur ki, nə səbəbdən onunla maraqlanmır, lakin sonuncu ona kobud cavab vermişdir ki, «sənin nəyinlə maraqlanacam, özümün problemlərim var», ona düzgün etmədiyini bildirəndə Elçin ona bildirmişdir ki, «gərək başına düşüb ölərdin». İddia ərizəsində qeyd etmişdir ki, özünə məxsus «Kamaz» markalı avtomobi ilə ayda 800 manat məbləğində pul qazanır, hadisə olandan, yəni xx xxxx 2018-ci ildən hal hazıradək 8000 manat gəlirdən məhrum olmuşdur, həmçinin qeyd etmişdir ki, xəstəxanada müalicəsinə 1000 manat məbləğində pul xərcləmişdir. Həmçinin sol ayağının iki barmağının kəsildiyi üçün o, avtomobili idarə edə bilmir və hazırda ona onun ayaq barmaqları protez olunmalıdır. Qeyd edilənləri əsas gətirən İddiaçı məhkəməyə müraciət edərək, sağlamlığa vurulmuş 2000 manat məbləğind ə zərərin və 8000 manat məbləğində əldən çıxımış faydanın, ümumilikdə isə 10.000 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Axundov, iş № 2(044)-2947/2019) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Gəncə şəhəri X3 Xəstəxanasının stasionar xəstənin tibbi kartasından çıxarışa görə, İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək sol ayağın böyük ölçüsü əzilmiş-cırılmış yarası, İ barmağın əzilmiş-cırılımış yarası, dırnaq falanqasının travmatik amputasiyası, ll-lll barmaqların əzilmiş-cırılmış yarası, açıq-çıxıq və sınıqlar ı, İV-V barmaqların travmatik ekzafikol yarası kraş-sindrom diaqnozu ilə müalicə almışdır. xx xxxxxxx 2018-ci il tarixli Gəncə şəhər prokurorunun köməkçisi X1 vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış 297-C-18 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara görə, İddiaçı şikayəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qərardan müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh tərəfindən baş vermiş nəticəyə etinasızlıq və özünəgüvənmə fomasında münasibətin olmadığı müəyyən edilmişdir. Həmçinin qərardan müəyyən olunur ki, İddiaçı bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq müna sibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı sağlamlığa vurulmuş maddi zərərin və əldən çıxmış gəlirin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığa vurulmuş 2000 manat məbləğində zərərin və 8000 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə isə 10.000 manat məbləğində pulun Cavabdeh tutulması barədə qə tnamə çıxarılmasını xahiş etmiş, lakin iddiaçı iddia ərizəsində tələb etmiş olduğu halları məhkəmədə heç bir sübutla sübuta yetirə bilməmişdir və bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassızdır və təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov, iş № 2(104)-975/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)2947/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, əldən çıxmış faydaya görə cavabdeh XXX oğlundan 2000 (iki min) manat alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tə ləbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş “Şans” Tibb Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli arayışına görə, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə həkim qəbulunda olmuşdur. Xəstəyə baxılan anda obliterasiyaedici tromboanqitlə ağırlaşmış sol pəncənin İV-V barmaqlarının amputasiyasından sonrakı vəziyyəti ayaq daraqarxası sümüklərin osteomelitin fonunda sol pəncənin qanqrena vəziyyəti vardır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı idarə etdiyi “Kamaz” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh məxsus evə beton piltələr daşımış, cavabdeh beton piltənin yerini düzəltmək üçün mişar daşını tərpətmiş və nəticədə mişar daşı iddiaçının ayağına düşmüşdür. İddiaçı baş vermiş bədbəxt hadisə nəticəs ində xx xxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək sol ayağın böyük ölçüsü əzilmiş-cırılmış yarası, İ barmağın əzilmiş-cırılmış yarası, dırnaq falanqasının travmatik amputasiyası, İİ-İİİ barmaqlarının əzilmiş-cırılmış yarası, açıq-çıxıq və sınıqları, İV-V barmaqların travmatik ekzafikol yarası kraş-sindrom diaqnozu ilə müalicə olunmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə ləğv edilməli, iddia tələbi əldən çıxmış fayda hissəsində qismən təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, apelyasiya icraatı zamanı tərəflərin ve rmiş olduğu izahatlardan müəyyən olunmuşdur ki, beton piltələr yerləşsin deyə cavabdeh Elçin Avdinov əlində olan lomla bir neçə mişar daşını tərpətmiş və həmin daşlardan biri iddiaçının ayağına düşmüş və nəticədə isə sonuncu xəsarət almışdır. İddiaçı müalicəsi üçün cavabdeh 520 manat xərcləmiş, eləcədə 7 ədəd beton piltə vermişdir. İddiaçıda öz növbəsində beton piltələri ümumilikdə 420 manata satmışdır. Göründüyü kimi sağlamlığa vurulan zərərin əvəzi cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı sağlamlığa vurulan zərərin 2000 manat olmasını bildirsə də, lakin sonuncu sağlamlığa vurulmuş zərərə görə 2000 manat sərf olunmasına dair sübut təqdim etməmişdir. Əldən çıxmış faydaya gəldikdə isə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdən müəyy ən olunur ki, iddiaçı aldığı xəsarətdən iki aya yaxın müddətdə müalicədə olmuş, müalicə olunduqdan sonra isə aldığı xəsarətin təsirindən hal-hazıra kimi, yəni bir ilə yaxın müddətə işləməmişdir. İddiaçı idarə etdiyi “Kamaz” markalı ** CL *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hər ay 800 manat qazanc əldə etdiyini bildirsədə, lakin buna dair məhkəməyə sübut təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli Qanununa əsas götürərək hesab etmişdir ki iddia həmin hissədə 2000 manat təmin edilməlidir. Belə ki, həmin Qanuna görə 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçü n 160 manat müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh XXX oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)975/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdeh XXX oğlunun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə
416. Kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.2 kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-975/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi pul tutulan məbləğinə aid hissədə dəyişdirilməli, cavabdeh XXX oğlundan İddiaçı xeyrinə tutulmalı olan pul məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat müəyyən olunmalıdır. Cavabdeh XXX oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apel yasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəsi ilə qismən razılaşaraq qeyd edir ki, əldən çıxmış faydanın məbləğinin müəyyən olunması zamanı məhkəmə iddiaçının səkkiz ay müddətində almış olduğu xəsarətlə bağlı işləmək qabliyyətinin olmamasına istinad edərək məbləği 2000 manat müəyyən etmişdir. Məhkəmə apellyasiya instansiya məhkəməsinin əldən çıxmış faydanın ödənilməli olması ilə bağlı gəlmiş olduğu nəticəsi ilə razılaşır, lakin məbləğlə bağlı məhkəmənin öz mövqeyini kifayət qədər əsaslandırmaması nəticəsinə gəlir. Məhkəmə əldən çıxmış faydanın məbləğini müəyyən edərkən “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2018-c i il tarixli Qanununa istinad etmişdir. Bu zaman istinad olunan qanunda göstərilən hansı məbləği əsas götürməsini ilə bağlı hər hansı mövqe bildirməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kol legiyası “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli Qanununa istinad edərək qeyd edir ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimumum 191 manat müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi isə digər əsaslarla zərərin məbləğinin müəyyən edilməsini mümkün hesab etmədiyi halda istinad etdiyi qanunun əmək qabliyyətli əhali üçün yaşayış minimunun 191 manat həddində olmasını nəzərə alaraq həmin məbləğin 8 aya (iddiaçının işləmək qabliyyyətinin olmadığı müddət) nisbətində əldən çıxmış faydanın məbləğini müəyyən etməli idi. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismə n təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-975/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi pul tutulan məbləğinə aid hissədə dəyişdirilsin, cavabdeh XXX oğlundan İddiaçı xeyrinə tutulmalı olan pul məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat müəyyən olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.