Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-205/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(104)1223/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X4” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 6% tətbiq edilməklə, 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 2.1-ci bəndində ipotekanın predmeti 70.000 manat dəyərində qiymətləndirilmişdir.
3. İddiaçı, müqa vilə öhdəliklərinin pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış 43.999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59.154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7.224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3.177 manat faiz borcu, iş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan «X5» ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəm ək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cav abdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 113555,60 manat təşkil edir.
6. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, qardaşı Cavabdeh2 bundan əvvəl “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onun çatışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50000 manat kredit verilməsinə dair bankla onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. Kredit müqaviləsi bağlanan vaxt qardaşı Bəxtiyar ona müraciət edərək ona məxsus evin sənədlərini istəmişdir ki, evi Bank qarşında ipoteka ilə yüklü etdirsin. Qardaşı ona söz vermişdir ki, evi ilə bağlı gələcəkdə heç bir narahatçılıq yaranmayacaqdır. O da sənədləri qardaşına vermiş və sonra evin ipoteka qoyulmasına dair müqaviləni imzalamışdır. Aradan uzun müddət keçdikdən sonra ona məlum olmuşdur ki, bank ilə qardaşı Mehman arasında kredit müqaviləsi görünüş üçün bağlanmış, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilmişdir. Faktiki ol araq qardaşına həmin məbləğdə pul vəsaiti verilməmişdir. Qardaşı Cavabdeh2 uzun müddətdir ki, Azərbaycan hüdudlarından kənarda yaşayır və onun harada olması barədə dəqiq məlumatı yoxdur. Hazırda da, iddiaçı tərəf nə kredit müqaviləsnin əslini, nə də həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi uydurma əqddir. Belə ki, Cavabdeh2 işlədiyi dövrdə maddi çatışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmazlıqların aradan qaldırılması üçün bankla onun arasında 50.000 manat pulun kredit verilməsinə dair müqavilə bağlanmış, lakin bank tərəfindən cavabdehə faktiki olaraq heç bir vəsait ödənilməmişdir. Həmin kredit müqaviləsi sırf görünüş üçün bağlandığından etibarsızdır. Kredit müqaviləsi etibarsız olduğundan həmin müqavilə üzrə öhdəliyin icrasını təmin etmək üçün bankla digər Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi də etibarsız sayılır. Odur ki, qeyd olunanlara əsaslanaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-422/2022 nömrəli 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin edilməmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırlıq iclasında iddiaçının nümayəndəsi yalnız tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə dair notariat işini təqdim etmişdir. Notariat işində kredit müqaviləsinin sur ətinin mövcud olması həmin müqavilənin mötəbərliliyini göstərmir. Çünki, notariat işi məhz ipoteka müqaviləsinin təsdiq edilməsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi pul vəsaitinin cavabdehin hesabına ödənilməsinə dair hesabdan çıxarışın imzası və möhürü olmayan kserosurətini təqdim etmişdir ki, məhkəmə həmin sənədi pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. İddiaçının nümayəndəsinin şifahi vəsatətinə əsasən sübutların təqdim edilməsi ilə bağlı məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq, iddiaçı tərəf kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, eləcə də kredit müqaviləsi üzrə pul vəsaitinin Cavabdeh2 təqdim edilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə qeyd etmiş dir ki, mövcud vəziyyətdə tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliyin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün əvvəla etibarlı kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi lazımdır. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəf kredit müqaviləsinə əsaslanaraq Cavabdeh2 borcun tutulmasını tələb etsə də, bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh2 verilməsinə dair sübutu təqdim edə bilmədiyindən, tərəflər arasında həqiqətən də kredit müqaviləsinin bağlanıbbağlanılmamasını müəyyən etmək mümkün deyil. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir. Cavabdeh tərəfin kredit müqaviləsinin görünüş üçün bağlanması, yəni uydurma əqd olması ilə bağlı dəlilinə cavab olaraq məhkəmə qeyd edir ki, yalnız kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi halında həmin müqavilənin etibarlı olubolmaması məsələsinə qiymət verilə bilərdi.
11. Məhkəmənin qənaətinə görə iddiaçı tərəflər arasında kredit müqaviləsinin bağlanması və Cavabdeh2 pulun verilməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyinə və bununla da cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyinin mövcud olduğunu sübut edə bilmədiyinə görə, kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulmasına dair hissədə iddia rədd edilməlidir. İddiaçı kredit müqaviləsinin mövcud olmasını və həmin kredit müqaviləsi üzrə Cavabdeh2 pul öhdəliyinin yaranmasını sübut edə bilməd iyindən və beləliklə onun iddiaçı qarşısında öhdəliyinin yaranması müəyyən olunmadığından, onun öhdəliyinin icrasının təminatı kimi Cavabdeh1la bağlanmış ipoteka müqaviləsindən irəli gələn tələb də təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 113,555,60 manat məbləğdə borcunun olması LPO “X4” ASC tərəfindən təqdim edilən maliyyə arayışı, hesabdan çıxarış, ipoteka müqaviləsi və digər kredit sənədləri ilə təsdiq edilir. Digər tərəfdən ən mötəbər sübut olan kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsinə dair notariat işi məhkəməyə təqdim edilmişdir. Həm də, qətnamədə qeyd edildiyi kimi Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, qardaşı borcalan Cavabdeh2 ilə bank arasında kredit müqaviləsi bağlanmışdır və həmin kreditinin təminatı qismində ona məxsus evi ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Lakin o həmin kredit müqaviləsi üzrə Cavabdeh2 heç bir vəsai tin ödənilməməsini bildirmişdir ki, bu da absurddur. Beləliklə, bank məhkəməyə kredit müqaviləsinin əslini təqdim edə bilməsə belə, faktiki halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir. Kredit müqaviləsinin əsli mövcud olmasa belə Bank əməliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcunun olması müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanın da yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 111000 manat məbləğində olması müəyyən edilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-451/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində c ərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumunun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan “X4” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilməsi Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 111.000 manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqd an sonra əldə edilmiş vəsait kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan “X5” ASC-yə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmuş, cavabdehə vaxtı keçmiş borcların ödənilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmış və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş müvafiq ərazi idarəsind ə qeydiyyata alınmışdır. Tutmanın ipoteka predmətinə yönəldilməsi barədə bildirişdən qanunda müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin 2.1-ci bəndində ipoteka predmeti 70.000 dəyərində qiymətləndirilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi ilə ipoteka predmetinin likvid dəyərini 111.000 manat məbləğində müəyyən etmişdir.
19. Cavabdeh1 qardaşı Cavabdeh2 “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işlədiyi dövrdə bank ilə arasında kredit müqaviləsinin görünüş üçün bağlanması, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilməsi, faktiki olaraq isə qardaşına həmin məbləğdə pul vəsaitinin verilməməsinə dair dəlilləri öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi onun tərəfindən heç bir vaxt mübahisələndirilməmiş və həmin müqavilənin təminatı kimi, hətta onun doğma qardaşı tərəfindən ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil ipoteka qoyulmuşdur. Ona görə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
20. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətn amənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203, 269.1, 270.1, 279, 295317, 319.1, 385.1, 443.1, 445.2.1, 445.2.2, 448.1 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianını rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddiaçı kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsini təsdiq edən sübutları, kassa məxaric orderini məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiyada icraat zamanı məhkəmə iclaslarında dəfələrlə həmin sənədlərin təqdim olunması iddiaçının nümayəndəsindən tələb edilmiş, bu səbəblə bir neçə dəfə məhkəmənin hazırlıq iclası təxirə salınsa da həmin sənədlər təqdim edilməmişdir. Bu isə o, deməkdir ki, cavabdehin dediyi kimi müqavilə bağlansa da müqavilə görüntü xarakter daşımış və müqavilədə nəzərdə tutulmuş pul məbləği cavabdehə verilməmişdir. Çünki Cavabdeh1 məhkəməyə verdiyi izahatında qeyd etdiyi kimi Cavabdeh2 iddiaçı bankda əvvəllər rəhbər vəzifədə işləmiş, işlədiyi dövrdə maliyyə ilə bağlı çatışmazlıqlar yarandığından həmin çatışmazlıqları aradan qaldırmaq üçün guya ona 50000 manat kredit ayrılmasına dair uydurma, görüntü xarakterli müqavilə bağlanmışdır. Heç iddiaçı özü də kredit müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında müqavilənin olması heç də cavabdehlərin iddiaçı qarşısında öhdəliklərinin yaranması üçün kifayət etmir. Müqavilədə nəzərdə tutulan tərəflərin iradə ifadəsinin icra edilməsi əsasdır. MM-nin 739.1-ci maddəsindən də göründüyü kimi borc (kredit) müqaviləsi ilk öncə pulun borc alana verilməsini, əvvəl borc verən tərəfin öhdəliyini yerinə yetirməsini, daha sonra həmin öhdəliyin qarşılığı edir. Borc verənin öhdəliyini icra etmədiyi halda borc alanın öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Məhz pulun cavabdehə verilməsini təsdiq edən ye ganə sübut isə həmin kassa məxaric orderləridi ki, iddiaçı tərəfindən məhkəmə təqdim edilməmişdir. Çünki belə bir sənəd mövcud deyildir. Həmçinin kredit müqaviləsində nəzərdə tutulan pul məbləği cavabdehə verilmədiyindən hər hansı öhdəliyin yaranmasından və belə bir öhdəliyin girov əmlak (ipoteka) hesabına təminindən söhbət gedə bilməz. Qeyd olunan prosessual pozuntular məhkəmənin ədalətli və obyektiv araşdırma aparmamasında, sübutların düzgün qiymətləndirilməməsində, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi və məhkəməyə lazımi sübutlar təqdim edə bilmədiyi halda məhkəmənin MPM-nin tələblərini pomaqla iddianı qismən təmin etməsində, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamasında ifad ə olunmuşdur. Belə ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsini sübut edə bilməmiş, kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surəti, kassa məxaric orderlərini və digər kredit sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə kredit verilməsinə dair sənədlərin - kredit dosyesinin mövcudluğu barədə soruşulmuş, məhkəməyə təqdim etməsi tələb olunmuş, iddiaçının nümayəndəsi isə hazırki işə dair bankda hər hansı kredit dosyesinin olmadığını bildirmişdir. Belə halda iddia necə təmin oluna bilər. Kassa məxaric orderinin əhəmiyyəti ondan ibarətdir ki, kredit verilən zaman kredit alan şəxs tərəfindən pulun alınmasnı təsdiq etmək məqsədilə imza edilir və həmin sənəd kredit dosyasında saxlanılır. Kredit məbl əğinin faktiki olaraq cavabdeh tərəfindən götürülməsinin yeganə sübut etmə vasitəsi kimi həmin sənəd çıxış edə bilər və bu hal başqa sübutetmə vasitələri ilə təsdiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdeh tərəfin etirazında qeyd olunan məsələlərə toxunmamış, üzərindən keçməklə hüquqi qiymət verməmişdir. İddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişini iddianın sübutu kimi qiymətləndirmiş, həmçinin bildirişdən məhkəməyə şikayət verilməməsinə istinad etmişdir. Halbu ki, həmin bildirişdən şikayət verilməməsi mübahisənin əsasını təşkil edən pulun cavabdehə verilib-verilməməsi məsələsini həll etmir. Cavabdeh1 isə bildirmişdir ki, ona uzun müddət sonra iddiaçı bankdan bildiriş gəldikdə o, banka dəfələrlə getmiş və bu barədə şifahi etirazını bildi rmişdir. İddiaçının məhkəməyə tədim etdyi hesabdan çıxarış, maliyə arayışı isə iddianı sübut edən mötəbər dəlillər hesab edilə bilməz. Bütün bunlar prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər - Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-451/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin tərəfi olan borclu Cavabdeh2 iddiaya münasibət bildirməmişdir. Digər Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, qardaşı Cavabdeh2 iddiaçı təşkilatda işlədiyi dövrdə çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50.000 manat borc verilməsinə dair kredit müqaviləsi görünüş üçün bağlanmışdır, həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. İddiaçı kredit müqaviləsnin əslini və həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Ona görə də iddia rədd edilməlidir.
26. Göründüyü kimi, Cavabdeh1 həm kreditorla əsas borclu arasında etibarlı müqavilə bağlanmadığını, həm də iddiaçının tələbin əsası kimi istinad etdiyi halları keçərli sübutlarla (yazılı sübutların əsli ilə) sübuta yetirə bilmədiyini bildirir.
27. Birinci instansiya məhkəməsi cavabdehin etirazları üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəf kredit müqaviləsinə əsaslanaraq Cavabdeh2 borcun tutulmasını tələb etsə də, bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh2 verilməsinə dair sübutu təqdim edə bilmədiyindən, tərəflər arasında həqiqətən də kredit müqaviləsinin bağlanıb-bağlanılmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə bu səbəbdən iddianı rədd etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, Cavabdeh1 qardaşı Cavabdeh2 “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işlədiyi dövrdə bank ilə arasında kredit müqaviləsinin görünüş üçün bağlanması, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit veri lməsi, faktiki olaraq isə qardaşına həmin məbləğdə pul vəsaitinin verilməməsinə dair dəlilləri öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi onun tərəfindən heç bir vaxt mübahisələndirilməmiş və həmin müqavilənin təminatı kimi, hətta onun doğma qardaşı tərəfindən ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil ipoteka qoyulmuşdur. Ona görə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
29. Kassasiya instansiyası məhkəməsi cavabdehin etirazlarının həlli baxımından bu mövqeyi yetərli və əsaslı saymamışdır. Ona görə ki, əvvəla, borc müqaviləsinin tərəfi olan şəxsin əqdi mübahisələndirməməsi, ipoteka qoyan şəxsin kredit müqaviləsinin etibarsızlığını irəli sürmək imkanını aradan qaldırmır. İkincisi, apellyasiya məhkəməsi kredit müqaviləsinin və kassa məxaric orderinin əslinin iddiaçı tərəfindən təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilləri və rayon məhkəməsinin mövqeləri ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmamışdır. Halbuki, həmin etirazlara lazımi şəkildə hüquqi qiymət verilməsi işin düzgün həlli ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
30. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
31. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstititsiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 324.1, 324.4, 385.1, 386.1, 389.1, 405.1, 739.1, 741-ci, İnsan Hüquqlarının və X3 X1 6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd olu nan hüquqi mövqeyə istinaqla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1223/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fikrət Mehtiyev (məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) iddiaçı ləğv prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh2 43.999,07 manat məbləğində əsas, 51.508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq i llik 5% həcmində olmaqla 3.159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcunun, cəmi 98766,69 manat məbləğində pul və iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun tutularaq iddiaçı ləğv prosesində olan “X4” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 nömrəli fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 111.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan “X5” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci cavabdehlərə aid edilərək, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə iddiaçı ləğv prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 qarşı pul tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2015-ci il tarixl i 013-İ nömrəli kredit müqaviləsinə istinad edərək, həmin əqdlərdən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni kredit borcunun müqavilə faizləri ilə birlikdə qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 337, 339.6, 346.1 və 354-cü maddələrini tətbiq etmişdir.
34. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarına əsasən iddiaçı ləğv prosesində olan “X4” ASC tərəfindən xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 hissə-hissə olmaqla xx.xx.2015-ci i l tarixdə 6.000 manat, xx.xx.2015-ci il tarixdə 10.000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8.500 manat məbləğində pul olmqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu, həmin krediti qaytarmamışdır. Buna görə də, iddiaçı bank tərəfindən 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə 3177 manat faiz borcu hesablanmışdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə 50.000 manat məbləğində borcunun qalması barədə xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsini təqdim etmiş, həmin müqavilənin reyestr xidməti tərəfindən təsdiqlənmiş surət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd m ülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə biməz. Lakin işin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən notariat ofisindən sorğu əsasında kredit və ipoteka müqaviləsi əldə edilərək iş materiallarına əlavə edilmişdir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında 50.000 manat pulun kredit kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlandığından etibarsız hesab edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər və məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə tərəflər arasında bağlanmış müqavilə əsasında verilmişdir və bu halda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir.
37. Belə olan və ziyyətdə məhkəmə Mülki Məcəllənin borc ilə bağlı münasibətləri tənzimləyən 739.1, 739.2 və 740.1-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında 50.000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə mövcud olmuş, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, cavabdehə 46.500 manat pulun verilməsinə dair məxaric orderləri olduğundan, cavabdeh əsas borc, ona hesablanmış faiz və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan faizi iddiaçının tələbi ilə həmin pul məbləğini tələb etməkdə haqlıdır.
38. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsidir. Həmin normada deyilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya). Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından kredit müqaviləsinin bağlanmasını və həmin müqavilə üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
39. Apellyatorun dəlillərindən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50.000 manat məbləğində kredit xətti açılmışdır.
40. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş lpo “X4” ASC notariat orqanına təqdim etdiyi xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış, xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli ipoteka müqaviləsinə əsasən “X4” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi, 2- ci döngə, ev 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
41. İddiaçı ləğv prosesində olan “X 4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 43999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu olmaqla, cəmi 113555 manat təşkil edir.
42. İddiaçı ləğv prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi məxaric orderlərindən görünür ki, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixdə 8500 manat məxaric etmişdir.
43. İddiaçı ləğv prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixli Cavabdeh2 ssuda hesabına əsasən cavabdeh tərəfindən 2500.92 manat məbləğində əsas borcdan ödəniş edilmişdir.
44. İddiaçı bank tərəfindən təqdim edilmiş sənədlərdən və sorğu əsasında əldə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 f aiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış, cavabdeh müqavilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmaqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu həmin krediti qaytarmamışdır. “X4” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi, 2-ci döngə, ev 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən 46500 manat məbləğində pul məxaric edilmiş və sonuncu həmin kredit üzrə əsas borcdan 2500.92 manat pulu qaytarmışdır. Lakin həmin pulun cavabdeh (və ya başqa şəxs(lər)) tərəfindən məxaric edilməməsi barədə cavabdeh tərəf mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən tələb edilən borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı əvvəlki apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən banka ümumilikdə xx.xx.2015-ci il tarixədək 3577.76 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 3577.76 manat məbləğində puldan 1076.83 manat faiz borcuna, 2500.93 manat isə əsas borca silinmişdir. xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) – 3159.38 manat təşkil edir.
46. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli 10/2063-9/2255 nömrəli ekspert rəyi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi, 2-ci döngə, ev 4 saylı fərdi yaşayış evinin ilkin (lik vid) satış qiyməti 111000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər ekspert rəylərinə mübahisələndirməmiş və ekspert rəyləri ilə razı olmuşlar. Bununla da qeyd olunan ekspert rəyləri ilə borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti öz təsdiqini tapmışdır.
47. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Habelə, rəy verilən zaman iş materialarında olan sübutlara əsaslanmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmış, cavabdeh müqa vilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmaqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu həmin kreditdən 2500.92 manat qaytarmışdır. “X4” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi, 2-ci döngə, ev 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlarla cavabdeh və iddiaçı ləğv prosesində olan “X4” ASC arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin bağlanması və cavadeh tərəfindən həmin müqavilənin şərtlərinə uyğun olaraq 46500 manat məbləğində kredit borcu götürməsi sübut olunmuşdur.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə mövcud olduğundan, verilən borc üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər və sair barədə məlumatlar göstərildiyindən tələb edilən faiz məbləğinin tutulması əsaslıdır.
51. Birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni kollegiya əsassız hesab etmişdir.
52. Belə ki, iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nö mrəli kredit müqaviləsi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
53. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
54. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredi t verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
55. İddianın dəbbə pulunun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirmişdir ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsası olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona z ərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
56. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Lakin məhkəmə kollegiyası iddia tələbində göstərilən həcmdə tutulmasını əsaslı hesab etməmişdir. Kollegiya işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaldaraq, 100 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
57. Eyni zamanda kreditor borcalana kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 3177 manat faiz borcu da hesablamışdır.
58. Məhkəmə kollegiyası bildirmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Lakin kreditor tərəfindən tələb olunan həddə deyil, yuxarıda qeyd edilən ekspertin 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli rəyində göstərilən həcmdə, yəni 3159.38 manat miqdarında müəyyən edilməlidir.
59. Digər tərəfdən, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həm bu əsasa, həm də Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir. Tərəflərin dəlillərinin təhlili əsasında iddiaçının Cavabdeh2 pul verməsi tam sübut olunur. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kol legiyasına təqdim olunmuş Cavabdeh2 adına verilmiş 5 ədəd kassa mədaxil orderindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında həmin pul məbləği imzalanmaqla sonuncu tərəfindən alınmışdır. Bu halda, cavabdehin ona verilən pulun qaytarması və ya almaması barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur. Göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilməmiş və borcunun olmaması, kredit müqaviləsi üzrə verilən pulun onların hesabına mədaxil edilməməsi və onlar tərəfindən qəbul olunmaması barədə dəlilləri yuxarıda qeyd olunan hallara görə əsassızdır. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olmaqla iş materiallarında olan sənədlərdə sübut edilir. Ona görə də, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri məhk əmə kollegiyası tərəfindən əsaslı hesab olunmamışdır.
60. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstititsiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 203, 269.1, 270.1, 279, 295, 317, 319.1, 324.2, 324.4, 337, 385.1, 386.1, 389.1, 405.1, 406.1, 406.3, 407.1, 407.2, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 467, 739.1, 741-ci, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.6, 34, 39, 59-cu, İnsan Hüquqlarının və X3 X1 6-cı maddələrinə istinaqla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
61. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1223/2024 nömrəli xx.xx.2024-cü il tari xli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
62. Kassasiya şikayəti cavabdehlərin iddiaya etirazlarındakı arqumentlərlə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, dəfələrlə tələb olunduğu halda lazımı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sonuncu məhkəmə iclasında təqdim edilən kassa məxaric orderlərinin isə haradan və necə əldə olunması, həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfdə əsaslı şübhələr yaratmış, elə bu səbəbdən iclas zamanı həmin sənədlərdəki Cavabdeh2 adından icra olunan imzaların yoxlanılması üçün ekspertiza təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. İddiaç ı kassasiya şikayətinə etiraz edərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1223/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
64. Maddə 60 (1-ci hissə). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2
65. Maddə 6 (1-ci hissə). Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunver icilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
67. Maddə
203. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir.
68. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
69. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
70. Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
71. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
72. Maddə
317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
73. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüquq una malikdir.
74. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
75. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
76. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
77. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
78. Maddə 337.3.Əhəmiyyətsiz əq d məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
79. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
80. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
81. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
82. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
83. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
84. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, hab elə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
85. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
86. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
87. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
88. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
89. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
90. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
91. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
92. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
93. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır
94. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
95. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu tə qsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
96. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
97. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutul mayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
98. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
99. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı m ənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
100. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
101. Maddə 741 (əvvəlki redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
102. Maddə 1.0.6. İpoteka hü ququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
103. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
104. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.2. ipoteka predmetinin təsviri; - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
105. Maddə
59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
106. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
107. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
108. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
109. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
110. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
111. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
112. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
113. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
114. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
115. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
116. Qanunun tələbinə görə, kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
117. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
118. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
119. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açılmış, cavabdeh müqavilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6.000 manat, xx.xx.2015-ci il tarixdə 10.000 manat, xx.xx.2015-ci il tarixdə 10. 000 manat, xx.xx.2015-ci il tarixdə 12.000 manat və xx.xx.2015-ci il tarixdə 8.500 manat məbləğində pul olmaqla cəmi 46.500 manat pul məxaric etmiş, lakin sonuncu həmin krediti qaytarmamışdır. “X4” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi, 2-ci döngə, ev 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən 46.500 manat məbləğində pul məxaric edilmiş və sonuncu həmin kredit üzrə əsas borcdan 2500.92 manat pulu qaytarmışdır. Lakin həmin pulun cavabdeh (və ya başqa şəxs(lər)) tərəfindən məxaric edilməməsi barədə cavabdeh tərəf mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən tələb edilən borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı əvvəlki apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən banka ümumilikdə xx.xx.2015-ci il tarixədək 3577.76 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 3577.76 manat məbləğində puldan 1076.83 manat faiz borcuna, 2500.93 manat isə əsas borca silinmişdir. xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il t arixə əsas borc üzrə 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) – 3159.38 manat təşkil edir.
120. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həm bu əsasa, həm də Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir. Tərəflərin dəlillərinin təhlili əsasında iddiaçının Cavabdeh2 pul verməsi tam sübut olunur. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Cavabdeh2 adına verilmiş 5 ədəd kassa mədaxil orderindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında həmin pul məbləği imzalanmaqla sonuncu tərəfindən alınmışdır. Bu halda, cavabdehin ona verilən pulun qaytarması və ya almaması barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur. Göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yet irə bilməmiş və borcunun olmaması, kredit müqaviləsi üzrə verilən pulun onların hesabına mədaxil edilməməsi və onlar tərəfindən qəbul olunmaması barədə dəlilləri yuxarıda qeyd olunan hallara görə əsassızdır. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olmaqla iş materiallarında olan sənədlərdə sübut edilir. Ona görə də, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab olunmamışdır.
121. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
122. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
123. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
124. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1223/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.